Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə45/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   41   42   43   44   45   46   47   48   ...   89

bilmişdilər. Lakin istənilən fərqli fikir ciddi təqib olunur və istənilən narazılar dərhal aradan
qaldırılırdı. 1937-ci ilin yayında İpək kombinatının direktoru Əliəşrəf Məmmədov həbs olunur. Elə
həmin il NKVD orqanları tərəfindən ədəbiyyatşünas, şair Salman Mümtaz Məmməd Emin oğlu
(Əsgərzadə) həbs olunaraq, 10 il müddətinə həbs düşərgəsinə göndərilir. Salman Mümtazın günahı
varlı tacir ailəsində doğulması idi. Salman Mümtaz 1941-ci ildə Orl şəhərində, faşistlərin bu şəhəri
işğal etməsindən bir qədər qabaq güllələndi. 1956-cı ildə ölümündən sonra reabilitasiya olunub.
1938-ci ildə Azərbaycanda qadın hərəkatının görkəmli nümayəndəsi, “Şərq qadını” qəzetinin
redaktoru Gülarə Köylü qızı Qədirbəyova repressiyaya məruz qalır. Elə həmin il görkəmli
Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundovun yeganə varisi, onun nəvəsi Fətəli Rəşid
oğlu Axundov güllələnir. Bu kimi misalların sayını qat-qat artırmaq olar. Məhz bu cür inzibati-
repressiv tədbirlərin köməyi ilə bolşevik hökuməti şəhərin inkişaf etməsinə, iqtisadiyyatın
yaxşılaşmasına nail ola bilir.
İqtisadi tədbirlərlə yanaşı şəhərdə “Rədd olsun savadsızlıq” şüarı altında bir sıra, fikrimcə, çox
əhəmiyyətli tədbirlər görülür. Uşaq evləri, uşaq bağçaları, məktəblər, yaslilər tikilir. Peşəkar
müəllimlər göndərilir. 1940-cı il oktyabrın 1-nə olan statistikaya əsasən şəhərdə 17 uşaq bağçası, 9
yasli, 4 yay uşaq meydançası, 1 pioner düşərgəsi fəaliyyət göstərirdi. Əgər 1920-ci ildə Nuxa
qəzasında 42 müəllim var idisə, artıq 1937-ci ildə məktəblərdə 420 müəllim çalışırdı. Onların 29
nəfəri ali təhsilli, 341 nəfəri orta təhsilli, 50 nəfəri isə xüsusi təhsilli idi. 1940-cı ildə artıq Şəkidə
613 müəllim vardı. Onlardan Şəki Pedaqoji Texnikumunun 2 müəllimi – Mirzə Salehli və Əhməd
Rəhimli Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilərək, həm də ölkənin Əməkdar Müəllimi adını
almışdılar. Əgər 1920-ci ildə Şəkidə olan 2 məktəbdə 273 şagird təhsil alırdısa, 1939-cu ildə
şəhərdə 84 məktəb vardı və bu məktəblərdə 16.083 şagird təhsil alırdı. Bunlardan 38-i ibtidai, 33-ü
natamam orta, 13-ü orta məktəb idi.
1938-ci ildə Şəkidə fortepiano, tar və kamança sinifləri olmaqla Musiqi Məktəbi yaradılır. İlk sinfə
50 istedadlı uşaq qəbul olunur. Sovet hökuməti əsasən kökü fəhlə və ya kəndli olan xalq ziyalı
təbəqəsini formalaşdırmağa çalışır. Ona görə də Azərbaycan SSR Xalq Təhsili Komissarlığının
kollegiyasının qərarı ilə 1923-cü il mayın 29-da Şəkidə gənc fəhlə və kəndliləri ali məktəblərə
hazırlamaq məqsədilə fəhlə-kəndli məktəbləri (rabfak) yaradılır. Maraqlı burasıdır ki, dövlət çalışır
ki, burada oxuyan gənclər istehsalatdan ayrılmasınlar. Hətta kombinat 3 növbədə işlədiyindən dərslər
də bu növbələrə uyğun planlaşdırılır. İşdən sonra gənclər əhali arasında “Gecə məktəbləri” adlanan
bu məktəblərdə dərs öyrənirlər. İnsanların işə həvəsinin azalmaması məqsədilə 1926-cı ildən
başlayaraq belə məktəblərdə oxuyan şagirdlərə əlavə olaraq 40 manat təqaüd təyin edilir. Beləliklə,
fəhlə və kəndli ailələrdən çıxmış yeni bir ziyalı təbəqəsi formalaşır.
Şəkidə 1920-ci ildən başlayaraq dram dərnəkləri fəaliyyət göstərirdi. Sonra bu dərnək İpək
kombinatının dram dərnəyi adı altında fəaliyyət göstərdi. İlk dəfə Üzeyir Hacıbəyovun “Arşın mal
alan” komediyası səhnələşdirildi. Bu dram dərnəyində sonralar SSRİ xalq artisti adını qazanmış
İsmayıl Osmanlı və İsmayıl Dağıstanlı da iştirak edirdi. 1933-cü ildə Şəkidə “Türk Fəhlə Teatrı”
yaradılır. 1937-ci ildən sonra bu teatr Dövlət Dram Teatrı adlanır. Teatrın zalına 270 tamaşaçı
yerləşirdi. Teatr çox qısa müddətdə şəkililər arasında böyük populyarlıq qazanır. Böyükxanım
Əyyubova, Xalidə Hüseynova, Tamara Kərəmova, Sariya Həsənova kimi istedadlı aktrisalar,
Azərbaycan Respublikasının əməkdar artisti Məmməd Kərimov burda çalışırdı. Teatrın səhnəsində
Mirzə İbrahimovun “Həyat”, Cəfər Cabbarlının “Sevil”, “1905-ci ildə” əsərləri tamaşaya qoyulur.
1939-cu ildə teatrın repertuarında C.Cabbarlının “Od gəlini”, M.F.Axundovun “Hacı Qara”,


Mdivaninin “Namus”, Üzeyir Hacıbəyovun “Ər-arvad” musiqili komediyası kimi möhtəşəm əsərlər
var idi. 1938-ci ildə Şəki Şəhər Sovetinin Rəyasət Heyəti M.F.Axundovun anadan olmasının 125-ci
ildönümü münasibətilə Azadlıq meydanında (indiki kinoteatrın yerləşdiyi ərazi) dahi yazıçının
bürüncdən düzəldilmiş büstünün qoyulması haqqında qərar qəbul edir.
1939-cu ildə Şəkidə radio qovşağı fəaliyyətə başlayır. Onun fəaliyyəti üçün 250 min manat vəsait
ayrılır. Xan sarayı muzey kimi istifadəyə verilir. Belə ki, 1938-ci ildə Azərbaycan Dövlət Layihə
İnstitutunun arxitektorlarının da daxil olduğu komissiyanın üzvləri binanın qəzalı vəziyyətdə olduğunu
müəyyən edərək təcili təmir və restavrasiya işlərinə başlamışdılar. 1940-cı ilin oktyabrında
M.F.Axundovun yaşadığı ev təmir olunaraq ev muzeyi kimi istifadəyə verilir.
1940-cı ildə Şəkidə kinoteatr açılır. Şəhərdə yerli sənətkarlıq ustaları – misgərlər, qalayçılar,
dulusçular, dəmirçilər, sandıqçılar və onların əl işləri bütün Sovetlər İttifaqında təbliğ olunur.
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə basqın edir. 1940-cı il dekabrın 18-də təsdiq
edilmiş SSRİ-yə hücum – “Barbarossa planı” ildırımsürətli müharibə strategiyasına əsaslanırdı.
Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan
xəttinə çıxmaq idi. SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri direktivlə
ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk növbədə, xalq təsərrüfatını
hərbi tələblər əsasında qurmaq vəzifələri müəyyənləşdirildi. İyunun 30-da isə İ.V.Stalinin başçılığı
ilə ölkədə bütün hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.
DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin tələbləri əsasında
yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik keçirildi, yeni qoşun birləşmələri
yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye müəssisələri və milyonlarla adam uzaq yerlərə
köçürüldü. Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında alman faşizminə
qarşı müharibəyə qalxdı.
Şəki əhalisi də son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Rayonun idarə və müəssisələrində
zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, “Xalq qoşunu”
dəstələrinə, “Qırıcı batalyon”lara daxil olurdular. Xalq təsərrüfatının hərbi istiqamətdə uğurla
fəaliyyət göstərməsi üçün ehtiyatda olan iş qüvvəsinin istehsalata cəlb olunmasına başlandı, hökumət
növbəti məzuniyyətləri əvəzinə pul ödəməklə ləğv etdi, iş günü uzadıldı, qadınlar və yeniyetmələr
istehsalata gəldilər. Şəki qadınları öz atalarını, ərlərini, qardaşlarını əvəz edərək fabrik və
zavodlarda işləməyə başladılar. Fabrik və zavodlarda evdar qadınlara sənət öyrətmək üçün kurslar
açıldı. Cəbhə sifarişlərini yerinə yetirmək üçün zavodun əməkçiləri hər gün 18-20 saat işləyirdilər.
SSRİ müharibədən qalib çıxdı. Bunun başlıca səbəbi ölkənin, xalqın gücünün qələbəyə uğurla
səfərbər olunması idi. Ölkənin rəhbərliyi inzibati idarəçilik metodlarını daha da möhkəmləndirib,
iqtisadiyyatı qısa bir zamanda hərbin tələbləri əsasında yenidən qura bildi. Xalqların iqtisadi, hərbi
və mənəvi qüvvələri birləşdirildi. Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin həlledici,
mühüm tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı əsasən bu müharibənin
ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə qazanılmasında mühüm rol
oynamışdır.
Müharibə Şəkinin təsərrüfatına çox ağır zərbə vurdu. Minlərlə adam doğmalarını, yaxınlarını itirmiş,
sahibsiz uşaqların sayı kəskin surətdə artmışdı. Əhalinin sayı 17,65 % azalmışdı. 1946-cı il martın
18-də SSRİ Ali Sovetinin birinci sessiyasında1946-1950-ci illərdə Azərbaycan SSR xalq
təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik plan qəbul edildi ki, burada da sənayenin və
kənd təsərrüfatının inkişafını müharibədən əvvəlki səviyyəyə yüksəltmək və bu səviyyəni ötüb


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə