Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə41/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

Əhalinin yeganə müalicə üsulu türkəça​rəlik və qismən də təbabətin sirlərinə daha dərindən vaqif olan
loğmanların istifadə etdikləri metodlar idi.
 
Onun yazdığına görə, XIX əsrin sonlarında Şəkidə əcdadlarımız bəzi xəs​təliklərin müalicəsində
faldan da geniş istifadə edər, bu məqsədlə falçıya kəlağıya bükülmüş çörək, duz, kömür, soğan (və ya
sarımsaq) göndərərmişlər, falçı da kəlağayını evinin kandarına sərərək, həmin əşyalar əsasında
xəstəyə diaqnoz qoyarmış.
Başqa sözlə, islami ənənələrin möh​kəm olduğu böyük şəhərlərdə loğmanlar, kəndlərdə, xüsusən də
yaylaq-qışlaq həyat tərzi keçirən tərə​kəmələr içə​risində türkəçarələr əsas söz sahibi idilər. Məlumdur
ki, xəstələrin sağalmasında inam ən önəmli vasitədir. İsla​miyyətdən sonra ocaqların, pirlə​rin,
türbələrin bir sağaltma mərkəzi halına gəlməsi müalicənin inancla bağlı olduğunu ən yaxşı izah
etməkdədir.
Təəssüf ki, bu gün belə elm və texnikanın, təbabətin bu qədər inkişaf etməsinə baxmayaraq,
türkəçarəliyin yenidən dirçəlməsi, yayılması, təbliğ olunması istiqamətində işlər görülür. İnsanların
bəziləri hələ də peşəkar həkimə yox, əfsanəvi loğmanlara, əfsanəvi əttarlara, sehr və tilsim yazanlara,
cadugərlərə, çöpçülərə inanır. İnsanların inancından istifadə edən bəzi fırıldaqçılar elmi metodlarla
yox, şəfalı otlarla, sularla, qorxutmaqla, “cin çıxartmaqla” müalicə etməyə başlayırlar. Doğrudanmı
sivilizasiya keçmişə doğru yön almaqdadır?
XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil
ala bilirdi. İ.Mehmandarov, K.Mehmandarov, X.Rəfibəyov, M.Axundov, M.Sultanov, M.Mirqasımov,
S.Ağamirzəyev və başqaları bu şansı qazanmış tibb mütəxəssisləri idilər. XX əsrin əvvəllərində
Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yenicə inkişaf edirdi. Müalicə ocaqları, milli tibb
kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Təkcə onu demək kifayətdir ki, 1913-1914-
cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı və
onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil
sanitar xidməti fəaliyyət göstərirdi. Əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara
həkimlərinə, dəlləklərə, hətta falçılara, mollalara, cadugərlərə müraciət etdiyi bir dövrdə ölkəmizdə
səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi, həm də cəmiyyətin
maarifləndirilməsi ilə məşğul olurdular. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər
millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.
Məhz ilk peşəkar həkimlərdən biri haqqında Sizə məlumat vermək istəyirəm. Şəki səhiyyəsində
özünə​məx​sus rolu olan bir nəfər insanların yaddaşına həkk olunub ki, o da Hacı Həsən Həkimdir.
1862-ci ildə Ərəbistan yarımadasında doğulub (dəqiq anadan olduğu yer və tarix məlum deyil),
mədrəsə təhsili alıb həkimlik fəaliyyəti göstərən, milliyyətcə ərəb və əsl adı Həsən olan bu şəxs
1898-ci ildə Şəkiyə gə​lib. Burada o, taun və tif infeksion xəstəliklərinə qarşı mübarizə aparıb. Şəkidə
hamının Hacı Həkim kimi müraciət etdiyi Hacı Həsən Həkim yüzlərlə insanı ağır infeksion
xəstəliklərdən müalicə edib, ölümdən qurtarıb. Deyilənlərə görə, müalicə üçün ona Rusiyadan,
Gürcüstandan, Abxaziyadan, Dağıstandan, Çeçenistandan və digər ölkələrdən də xəstələr müraciət
edirdilər. Hacı Həkim Şəkidə Zəhra xanım ilə ailə həyatı qurmuşdu və Şəkidə onların beş uşağı
dünyaya göz açmışdı. Ən böyük oğlu ilə ən kiçik oğlu da həkimlik fəaliyyətinə meyl göstərmişdilər.
Lakin böyük oğlu 18 yaşında tif xəstəliyindən dünyasını dəyişir. 1916-cı ildə Şəkidə anadan olan
kiçik oğlu Əhməd Hacı Həkim oğlu Məmmədov isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən
sonra müharibəyə gedir və faşistlər tərəfindən əsir götürülür. Həkim olduğuna görə almanlar onu


öldürmürlər. Əhməd Məmmədov əsirlikdə həkim kimi fəaliyyət göstərir və alman dilini mükəmməl
öyrənir. Müharibədən sonra Əhməd həkim Türkiyədə yaşayır və keçən əsrin 90-cı illərində vəfat edir.
Hacı Həsən Həkimin övladları o vəfat edəndən sonra internat məktəbində Məmmədov soyadını
götürüblər.
Yeri gəlmişkən, ötən əsrin 20-40-cı illərində Şəkidə tanınmış ziyalılardan biri olan Mustafa bəy
Əlibəyovun həyat yoldaşı Xədicə Əlibəyova (Sübhanquliyeva) şəhərimizin ilk loğmanlarından idi. O,
Azərbaycanın maarifpərvər publisisti, naşiri, ilk qadın redaktoru və tanınmış ginekoloqu olub.
Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani olmuş Ələddin Sübhanquliyevin ailəsində dünyaya
göz açıb. Atasının ruhani olmasına baxmayaraq, o, ilk təhsilini rus qız gimnaziyasında alıb və sonra
1907-ci ildə Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunu bitirib və birinci dərəcəli mamalıq
ixtisasına yiyələnib. Şəkili hüquqşünas Mustafa bəy Əlibəyovla ailə həyatı qurduqdan sonra 1920-ci
ildən 1946-cı ilədək Şəkidə həkim-ginekoloq kimi fəaliyyət göstərib. Eyni zamanda, Xədicə xanım
həyat yoldaşı Mustafa bəylə daim savadsızlığa, cahilliyə qarşı mübarizə aparanların və maarifpərvər
insanların arasında olub. 1911-ci ildə işıq üzü görüb 68 sayı çapdan çıxan və naşiri Mustafa bəy olan
“İşıq” jurnalının redaktoru olub. 1912-ci ildə həmin jurnal fəaliyyətini dayandırdıqdan sonra Bakı
Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə
xanım 1920-ci ildə Mustafa bəylə Şəkiyə gəlib. Mustafa bəy Əlibəyov Şəkidə “Yuxarı baş” deyilən
ərazidə bir neçə hektar sahəni əhatə edən yerdə bağ salır. Bu bağ (yeddi yüzdən çox meyvə ağacı
əkib, su çəkdirib) indi də Şəkidə “Mustafa bəyin bağı” adı ilə məşhurdur.
O vaxtlar ora yolu düşənlər bağı Mustafa bəyin zəhmətindən, əməyindən yaranmış yaşıl sənət abidəsi
adlandırırdılar. X.Əlibəyova ömrünün sonuna yaxın Bakıya köçmüş və 1961-ci ildə vəfat etmişdir.
1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncə​də  Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti yaradılır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti olduqca çətin zamanda varlığını qorumaq yönündə addımlar atdı. Ölkə vətəndaşlarının
sağlığının qorunması üçün səhiyyənin inkişaf etdirilməsi bu baxımdan gərəkli idi. Təxminən 100 il
əvvəl dünyada səhiyyə xidmətinin, təbabətin indiki dövrlə müqayisədə zəif inkişaf etdiyini nəzərə
alsaq, durumun çətinliyi aydın olar.
Xalq Cümhuriyyəti Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Sə​hiyyə Nazirliyinin
yaradılması ilə əlaqədar olmuşdur. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb
fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilir. Nazirliyin 5 əsas
şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və
sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə
keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları
tikilmiş, lazımi avadanlıqlar alınmışdı. ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının
yüksək olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi
problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də
özünü göstərirdi. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olundu.
Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi
əsərin müəllifi, Azərbaycanın Əmək Qəhrəmanı olub. Onun nazir olduğu dövrdə ölkənin digər
bölgələrində də pulsuz xəstəxanalar açıldı, pediatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına
Buzovnada Sümük vərəmi sanatoriyası tikdirdi. Azərbaycan Demokratik Respublikasının sonuncu
səhiyyə naziri isə M.Rəfiyev oldu.
ADR hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli təbabət kadrlarının hazırlanması


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə