Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə37/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

Sahibkarlar isə qışda əvəzini alır və fəhlələri bikarlıqla boğarlardı. Yayda 55-60 qəpik gündəlik
zəhməthaqqı alan fəhlələrə qış mövsümündə 40 qəpik verərdilər. Bir çoklarına 40 qəpik də verməyib
“sən yaramaz və sahibkarın yüzünə ağ olan adamlardansan” deyə zavoddan qovalardılar.
1905-inci yıl Yaponya və rus müharibəsi ərəfəsində istər şəhər, istərsə kənd zəhmətkeşlərində ayrıca
və əhəmiyyəti haiz inqilabi bir ruh oyandı. Şəhər və kənd zəhmətkeşləri bu dəfə quru çığır-bağırla
deyil, bəlkə əməli işlər ilə öz inqilabçılıqlarını çar məmurlarına açıq-açığına elan etdilər. Qəzada
böyük bir nüfuza malik olan kəndli düşməni Qaraxanov Sərkiz bəyi öldürüb quyuya atdılar. Yüzbaşı
seçkisi üçün Tikanlı kəndinə getmiş olan miravoy pasrednik və pristavı, Səbətli kəndinə
gedən Almalı naibi və Göynük pristavını döyərək buğday quyularına atdılar. Hökumətlə mübarizə
edən kəndli qaçaqlar dəstəsi əmələ gəldi. Eyni zamanda, şəhərdə böyük tətil yapıldı. Və bu tətilin
nəticəsi olaraq 40-50 qəpik maaş alan fəhlələrə sahibkarlar məmnuniyyətlə 90 qəpik gündəlik
zəhməthaqqı verməyə razı oldular. Bütün zəhmətkeşlərin arasında yarımmütəşəkkil inqilabi hərəkətlər
görüldü.
Yaponya-rus müharibəsində çarın məğlub olacağını və bundan bilistifadə zəhmətkeşlər özlərinə
məxsus bir füqərayi-kasibə hökmranlığı yaradacaqlarına umudvar idilər. Lakin məəttəəssüf, müharibə
cəbhəsindən farağat olan çar dava dayanır-dayanmaz geniş əl-qol atmağa zəmin hazırlayan
zəhmətkeşləri dar çərçivələr içinə alıb, yapdıqları hərəkətlərə qarşı başcılarını cəzalandırmağa və
bununla başqalarını təhdid etməyə başladı.
Ancaq fəhlə mühiti əvvəlkilər kibi deyildi. Dəfələrlə yapılan tətillər iki-üç nəfəri yok, bəlkə
fəhlələrin çok qismini inqilabi hərəkətlərin rəhbərliyinə hazırlamış və öyrətmişdi. Bu sırada İrəvanlı
oğlu Bilal, Marağalı oğlu Bico Məhəmməd, Dəyirmançı oğlu Yunis, Vəliyullah, Məhəmmədfateh,
Molla oğlu Ələkbər və ilax. kibilərinin adları Şəki tarixindən silinməyəcəkdir.
1905-inci ildən sonra fəhlələr əvvəlki iki tələb üzərində təkid ilə fəhlələrin sığorta olunmasını,
müavinət kassaları təşkil etməyi, iş paltarı verilməsini də tələbata əlavə etdilər. Bu tələblər yılbayıl
dəyişilir və artırdı. Xüsusilə Şəkidə uyezdni naçalnik vəzifəsinə Hacı xan Sultanov təyin edildikdən
sonra məzkur Sultanovun fəhlələrə verdiyi sərbəstlik nəticəsində tətilçiləri qovalamaq üçün
göndərilən qaradavoylar və pristavı döymək kibi cəsarətlər müşahidə olunurdu. Budəfəki uyezdni
naçalnikin fəhlə tərəfdarı olmasını görən xozeyinlər əlacsızlıqdan fəhlələrin hər bir yeni tələblərini
qəbul etməyə məcbur oldular. Odur ki, qazan dibi yalayan bir kaç xozeyinlərin və çara quyruq
bulayan bir qisim ziyalıların qərarı üzrə Sultanovun dəyişilməsi məhəl aidindən rica olundu. Qərar
lazımi yerinə çatan kibi Sultanov götürülüb əvəzinə Samuxlu Məhəmməd ağa Şahmalıyev göndərildi.
Həyatını qaçaqların məclisində keçirib qaniçən quldurların laylasıyla tərbiyələnmiş əsl çar
cəlladı Şahmalıyev Şəkiyə gələli bütün işlərdə bir çətinlik yaratdı.  Şahmalıyev hal-hazırda istirahət
evi yerləşən binada müstəqil bir hökumət sarayı yarataraq şəhərin kübarları və qəzanın mülkədar-
quldurlarının məsləhətiylə ağalıq xələtini əyninə geydi və zülm şəmşirini belinə qurşadı. Bu gələndən
sonra da fəhlələr neçə dəfə tətil edib ağanın hüzuruna getmişdilər. Bir dəfəsində tətilçilərin arasından
Şahmalıyevə müraciətən Məşədi Qasım “əlbəttə, fəhlələrin dərdinə qalmaq lazımdır” deyərkən
Şahmalıyev “səni suya basdırıb ölüncəyə qədər döydürərəm” cümləsiylə Məşədi Qasımı qarşıladı.
Əlbəttə, bu cavab bütün kütləyə idi. Ona görə də fəhlələr onun cavabını özünə qaytardılar. Vəziyyəti
böylə görən Şahmalıyev tətilçilərə dağılmaq əmri verdi. 
Hər kəs məyus və mükəddər qayıdırdı. Xozeyinlər isə bəşaşətlə və istehzalı sözlər ilə fəhlələrin
üzərinə gülürdülər. Çokları zavodlardan çölə atıldı. Bəziləri də ehtiyac üzündən xozeyinlərin acı
qəhqəhələrini yutmağa məcbur oldular.


Bu aralıq Avropa müharibəsinin gurultusu cahanı sarsıtdı. Şəki zəhmətkeşləri 1905-inci yılda olduğu
kibi 1914-üncü yılda da ürəklə işə başladılar. Şəkiyə bir nəfər zəhmət müfəttişi gətirtdilər. Müfəttiş
Şəkiyə gələrkən təntənə ilə fəhlələr tərəfindən qarşılandı. Hər tərəfdə tətil alavları yenidən qızarmağa
başladı. Müfəttiş nemsə idi. Fabrikantların məşvərətiylə şpiyon adlandırılan müfəttiş az müddət sonra
şəhərdən çıkarılıb əvəzinə jandarma idarəsindən knyaz Çavçavadze göndərildi.
Çavçavadzenin Şəkiyə gəlməsi Şəki fəhlələrinin tətilinə siyasi bir rəng verildiyinə və həqiqətən get-
gedə tətilin siyasiləşdiyinə əsaslı bir sübut idi. Çavçavadze bir müddət Şəkidə qalıb gizli təhqiqat və
bir çok açıq istintaq apardı. Gedərkən də fəhlələrə qara-qorku gələrək fabrika-zavod sahibləri ilə
vidalaşdı. 
O gedəndən sonra sahibkarlar fəhlələri daha şiddətli sıkdılar, lakin fəhlələr də mübarizədən vaz
keçmədilər. 1914-üncü yıldan sonra yapılan tətillərdə fəhlələr çok çətinliklərə rast gəlirdilər. Çörək
tapılmırdı. Möhtəkirlər dişlərini itiləyib xalqın canına sokulmuşdular. Nə fəhlələr sahibkarlar ilə, nə
də sahibkarlar fəhlələr ilə razılaşmaq istəmirdi. Nəhayət, zavod sahiblərinin müşavirəsində qəbul
olunan qərar üzrə zavodlar müvəqqətən dəyandırıldı. Demək, fəhlələr aclığa məhkum edildilər. Bu
məhkumiyyət fəhlələrdəki səbir kasasını doldurdu. Məhkum yürəklərdən ac ailələrini görməmək üçün
“ya ölüm, ya həyat” nidaları qopdu. 
23 günlük zavodların dəyanışı fəhlələrin başını bir yerə topladı. Hökumətdən imdad gözlərini
yummuş olan fəhlələr zavodların bağlı qapılarını dağıtmağa başladılar. Birinci növbədə Hacı Rəsul
oğlunun zavoduna hücum edərək orayı dağıtdılar, çünki zavod sahiblərinin müşavirəsi haman binada
vüqu bulmuşdu. Küçələrə düzülən mühafizə bölüklərini döyməklə, müzürr və yaramaz ünsürləri ayaq
altına almaqla fəhlələr öz yürəklərində coşan intiqam alavlarını təskinləşdirdilər və dübarə dəzgah
dalına keçib işə başladılar.
Cahan müharibəsi günü-gündən kəsbi-şiddət ediyor. Fəhlələr bundan maraqlanırdılar. O zamanlar
Şəki poçta kantorasının qarşısına qəzetə almaq üçün növbəyə düzülən fəhlələrin həvəsi, dükan və
bazarlarda yucadan qəzetə okuyanların səsi sanki yeni bir təbəddülat olacağına işarə idi. Fevral
inqilabı əmələ gəldi. Bütün əhaliyə elan olundu ki, bazar-dükanı bağlayaraq “Hürriyyət
meydançası”na toplaşsınlar.
Bu toplanışın səbəbi kimsəyə məlum deyildi. Böyük-küçük hamı meydançaya toplaşdı. Adamlardan
bir qismi gülür, bir qismi bu hərc-mərcliyə nifrət edirmiş kibi qaşqabağını dökərək durur, bir qismi
əllərində təsbih yüzünü dərgahi-Həqqə dikmiş və tövbələr ediyor, bir qismi də heç bir şeylə
maraqlanmayaraq adi tamaşaçılar kibi davranırdı. Aradan Əmircanov Sultan bəy xitabət kürsüsünə
çıkaraq böylə söylədi: “Həzərat! Bu gün inqilabdır. Biz bu vaxta qədər insan deyildik. Bugünkü
inqilabın əliylə bizə bağışlanan insaniyyət libasını biz məmnuniyyətlə qəbul edərək geyməliyiz. Çar
hökuməti oxumaqdan bizi məhrum etmişdi. Bu gündən etibarən biz mədəni-maarif sarayları tikməli və
onun içində tərbiyə almalıyız. Cəhalət xarabalarında yatmaq zamanı keçdi. İmdi Kerenski
hökuməti başda durur. Bu hökumət çara bənzəmir. Bu hökumətin verdiyi qanunlar hamını razı
salacaqdır. Yaşasın, yaşasın, yaşasın”.
Bu da bir növ təbəddülat idi. Raboçi-Saldatski Deputatlar Komitəsi təşkil olundu. Camaat “saldat ilə
qardaş olan filan-filanlar” deyə fəhlələri təhqir edirdilər. Bir az da bunlar yaşadı.
Zaqafqasyada Seym əmələ gəldi. Fəhlə və zəhmətkeşlərin üzərinə fəhlə olmayan ünsürlər böyük
dikildilər. Şəki fəhlələrinin də o zamankı ağası Qasım bəy idi. Qasım bəy kibilərinin idarəsi altında
dolanan Şəki fəhlələrinə bakınız!.. Artıq yazıq fəhlələrin görmədiyi rəzalət qaldımı? Bu
aralıq Quluyev Mustafa yoldaş da Şəkiyə gəlmişdi. Fəhlələrin nəfinə danışdığı bəzi sözlər və


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə