Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə51/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   47   48   49   50   51   52   53   54   ...   89

ilin axırlarında Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) yaradılmış
“Yurd” təşkilatı, 1988-ci ilin baharından fəaliyyətə başlayan “Çənlibel”, “Müstəqillər”, “Qala”,
“Aşıq Ələsgər”, “Ozan” cəmiyyətləri, “Varlıq” komitəsi, “Azərbaycan Xalq Cəbhəsi”nin (AXC)
təşəbbüs qrupu, “Bakı gənc alimlər klubu”, “Bakı incəsənət mərkəzi” və başqa təşkilatlar bu hərəkata
istiqamət verməyə çalışırdı. Bu dövrdə Şəkidə də alim Nəsib Muxtarovun rəhbərliyi ilə “Ocaq”
cəmiyyəti yaranmışdı. Lakin yeni yaranmış və təbii ki, siyasi təcrübəsi olmayan bu təşkilatları
birləşdirib vahid istiqamətə, ümummilli məsələlərin həllinə yönəldən mütəşəkkil qüvvə yox idi. Xalq
Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq Qarabağın Ermənistana verilməsi tələblərinə
qarşı münasibətini əvvəllər Mərkəzi Komitəyə, ölkə və respublika rəhbərlərinə etiraz teleqramları,
məktubları göndərməklə, imza toplamaqla bildirirdi.
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər
Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) etiraz mitinqi təşkil olundu.
Ermənistanda azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da Dövlət
Universiteti qarşısında “Yurd” təşkilatının fəal iştirakı ilə böyük mitinq keçirildi. Mitinqçilər şəhərin
Lenin adına baş meydanına (indiki Azadlıq meydanı) istiqamət aldılar. Burada davam edən mitinqdə
respublikanın görkəmli ziyalıları çıxış etdilər, xalqı və rəhbərləri respublikanın hüquqlarını müdafiə
etməyə çağırdılar. Mitinqçilər Moskvadan və Azərbaycan rəhbərliyindən erməni millətçilərinin azğın
hərəkətlərinə qanunu əsas götürməklə qəti cavab verilməsini tələb edirdilər. Respublikanın başqa
şəhərlərində də mitinqlər keçirilirdi. Ermənipərəst siyasət yeridən, Moskvada sözü keçməyən
respublika rəhbərləri xalqın ciddi narazılığını nümayiş etdirib ölkə başçılarına təsir göstərmək
ümidində idilər. Buna görə də mitinqlərin keçirilməsinə inzibati orqanlar, demək olar ki, mane
olmurdu. Eyni zamanda, tanınmış ziyalıları mitinq tribunalarına cəlb etməklə kortəbii etiraz
hərəkatının böyüyüb mövcud rejimə, onun respublikadakı canişininə qarşı ümumxalq hərəkatına
çevrilməsinə yol verməməyə çalışırdılar.
Moskva 1988-ci il mayın 21-də Azərbaycandakı canişinini dəyişdirib, Əbdürrəhman Xəlil oğlu
Vəzirovu hakimiyyətə – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci
katibi vəzifəsinə gətirdi. Əbdürrəhman Vəzirov xalqa, onun milli mənafelərinə zidd siyasəti ilə
Dağlıq Qarabağ məsələsində erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha da
həvəsləndirdi.
Azərbaycan Respublikasının suveren hüquqlarının tapdalanmasına Moskvanın, Azərbaycan
rəhbərliyinin qəti tədbirlərlə cavab vermədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi.
Kortəbii mitinqlər, etiraz nümayişləri keçirilirdi. Ermənistandan azərbaycanlıların döyülüb,
alçaldılıb qovulmasına, Yuxarı Qarabağda isə ermənilərin həyasız separatçı tələblərinə qarşı
münaqişə zonasında yaşayan azərbaycanlılar xüsusən qəti etiraz edirdilər. Aşağı Qarabağ
bölgəsindən toplanaraq Dağlıq Qarabağda münaqişəni başlanğıcda həll etmək, onun böyüyüb qanlı
müharibəyə çevrilməsinin qarşısını almaq üçün, əliyalın olsa da, yürüşə hazırlaşan azərbaycanlıları
rəsmi Bakının göstərişi ilə dayandırdılar. Hətta Ermənistandan qovulmuş azərbaycanlıların Dağlıq
Qarabağda məskunlaşmasına belə icazə verilmədi. Fevralın 21-də vilayətin Əsgəran rayonunda
ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19 nəfərin yaralanması vəziyyəti daha da
gərginləşdirdi.
Dünya ictimaiyyəti gözündə öz əməllərinə haqq qazandırmaq üçün ermənilər 1988-ci il fevralın 28-
də Sumqayıtda Edik Qriqoryanın fəal iştirakı ilə fitnəkarlıq törətdilər.Varlı ermənilər bir neçə gün
əvvəl əmlakını və əmanət bankındakı pullarını götürüb şəhəri tərk etmişdilər. Ekstremist əhvali-


ruhiyyəsi qəsdən qızışdırılan, hər an fitnəkarlıq baş verməsi təhlükəsi olan şəhərdə (Ermənistandan
təhqir olunub, alçaldılıb qovulanların xeyli hissəsi buraya gəlmişdi) milisə nəinki odlu silah, heç adi
dəyənək də gəzdirməyə icazə verilmirdi. Prokurorluq orqanları, general Kareyevin komandanlığı
altında şəhərə gətirilmiş hərbi hissə də hadisələrin ən gərgin vaxtı fəaliyyətsiz dayanmışdı.
Törədiləcək fitnəkarlığı lentə almaq, elə səhəri gün hay-küylə bütün dünyaya çatdırmaq üçün
əvvəlcədən cinayətlər baş verəcəyi planlaşdırılmış yerlərdə tele-fotooperatorlar yerləşdirilmişdi.
Fitnəkarlığın icraçılarından biri olan Edik Qriqoryan şəxsən doqquz erməni öldürmüşdü. Ermənilərin
törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər – 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bütün
Azərbaycan xalqı bu fitnəkarlığı, onun müəlliflərini və icraçılarını ciddi lənətlədi.
Ermənilər istəklərinə nail oldular. Onlar bu faciəni ağlasığmaz uydurmalarla bəzəyib, beynəlxalq
ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi münasibət yaratmağa çalışdılar. Sumqayıt fitnəkarlığından
sonra Ermənistanda hökumətin və “Qarabağ hərəkatı” liderlərinin mütəşəkkil şəkildə təşkil etdiyi
qanlı antitürk hərəkatı daha da genişləndi. Bu işdə yaxşı silahlandırılmış erməni qeyri-formal hərbi
birləşmələri fəal iştirak etdilər. 1988-ci il martın 2-də Ermənistanda yaşayan azərbaycanlıların yeni
böyük bir dəstəsi təqibdən yaxa qurtarıb Zəngilan rayonuna gəldi. Martın 10-da Yerevandan cənubda
Mehmandar kəndinin dörd sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun Vedi, Şirazlı, Xalisə
və Şidli kimi azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın
ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı kəndlərinə yenidən basqın edildi. Şirazlı kəndinin
880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə qaçıb orada sığınacaq tapdı. Ararat rayonunda daha beş
azərbaycanlı kəndinin on minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtarıb qaçqınlara
qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci il noyabrın
sonu – dekabrın əvvəllərində bu rayonda 70 nəfər azərbaycanlı qətlə yetirildi. Rayonun təkcə
Gözəldərə kəndində 21 nəfər, o cümlədən altı qadın və üç körpə öldürülmüşdü. Vartanada 17
azərbaycanlı qətlə yetirilmişdi.
Ermənistanda azərbaycanlıların soyqırımı hətta burada 7 dekabrda baş verən dəhşətli zəlzələdən
sonra belə dayanmaq bilmədi. Təbii fəlakətə düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan
uzatdı. Dekabrın 8-də Bakıdan 80 peşəkar xilasedici, 28 güclü avtokrandan ibarət mexanikləşdirilmiş
dəstə Spitaka yola düşdü, bu dəstə təkcə ilk günlər 63 nəfəri uçqunlar altından çıxarıb ölümdən xilas
etdi. Dekabrın 11-də Azərbaycandan zəlzələ zonasına İL-76 təyyarəsində köməyə gedən 78 nəfər
Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğradı, 77 nəfər həlak oldu.
Erməni millətçilərinin azərbaycanlılara qarşı qanlı əməlləri nəticəsində Er​mənistanda bir nəfər də
azərbaycanlı qalmadı. Onların son nümayəndələri – Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də
bir gün içərisində sovet əsgərlərinin köməyi ilə Ermənistandan qovuldu. Azərbaycanlılar sonradan
Ermənistan dövlətinin ərazisi olmuş doğma torpaqlarında tam soyqırımına məruz qaldılar.
Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin Moskvada, habelə müvəffəqiyyətlə
aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağda
separatçıların əl-qolunu daha da açdı. SSRİ rəhbərliyi Azərbaycanın qanuni ərazisini ondan qoparıb
Ermənistana birləşdirmək istəyən ermənilərlə öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün
ayağa qalxmağa məcbur olmuş azərbaycanlıların mənafelərini bərabər tutmaq kimi riyakar
təşəbbüslər göstərdi. M.Qorbaçovun 1988-ci il fevralın 23-də hər iki xalqa müraciəti, Sov.İKP MK-
nın sosial-iqtisadi inkişafı sürətləndirmək tədbirləri haqqında 1988-ci il 24 mart, habelə SSRİ Ali
Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağdakı hadisələrlə bağlı müttəfiq respublikaların Azərbaycan
və Ermənistana müraciətləri ilə əlaqədar tədbirlər haqqında 1988-ci il 23 mart, mövcud ixtilafları


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə