Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə64/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

Əsabəli Hacıyev 685-ci atıcı polkda tibb xidməti rəisi vəzifəsini yerinə yetirib. Sonra o,
Yuqoslaviyada təşkil olunmuş 4111 №-li hərbi hospitalın rəisi vəzifəsinə təyin olunub. Əsabəli
Hacıyev müharibə vaxtı göstərdiyi rəşadətlərinə görə “Qırmızı ulduz”, “Vətən müharibəsi” ordeni,
“İgidliyə görə” medalı ilə təltif olunub.
Lütfəli Həsənov 1916-cı ildə Şəkidə doğulmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1939-cu ilədək Ağdaş rayonunda həkim işləmiş və
həmin il ordu sıralarına çağırılmışdır. 1941-ci ildən müharibədə iştirak etmiş, qayıtdıqdan sonra Orta
Zəyzid kənd xəstəxanasında baş həkim, 1953-cü ildən isə ömrünün sonuna – 1976-cı ilə qədər Şəki
Sanitariya Evinin müdiri və Mərkəzi Şəhər Xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-
terapevt işləmişdir. Unudulmaz Lütfəli həkim Azərbaycanda səhiyyə maarifinin gözəl bilicilərindən
və təbliğatçılarından biri olmaqla yanaşı, həm də ədəbiyyata meyl göstərmiş, çoxsaylı şeirlərin,
hekayələrin və pyeslərin müəllifi olmuşdur.
Cavahir Abbasova Şimali Qafqaz, Uzaq Şərqi Sibirin tibb sanitar batalyonlarında, hərbi səhra
hospitallarında cərrah kimi fəaliy​yət göstərmişdir. Onu da xatırladaq ki, həmin illərdə Şəkidə də
4658 №-li hərbi hospital təşkil olunmuşdu. C.Abbasova 1919-cu ildə Şəkidə anadan olmuş, 1937-ci
ildə Nuxa tibb məktəbini və 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsini bitirmişdir. Ali məktəbi qurtaran kimi ordu sıralarına gedib müharibədə iştirak edən
Cavahir xanım 1946-cı ildə Azərbaycana kapitan rütbəsində qayıtmışdır. Həmin ildən Şəki Səhiyyə
Şöbəsinin Təcili Yardım Stansiyasının və Mərkəzi Poliklinikasının baş həkimi vəzifələrində
fəaliyyətini davam etdirməyə başlamışdır. Lakin iki mürəkkəb səhiyyə ocağına rəhbərlik etmək o
qədər də asan iş deyildi. O vaxt C.Abbasova ixtisasını dəyişib nevropatoloq kimi Mərkəzi
Xəstəxananın nəzdində sinir xəstəlikləri şöbəsi yaradır və həmin şöbəyə rəhbərlik edir. Cavahir
xanım müharibədə göstərdiyi rəşadətlərinə görə “Qırmızı əmək Bayrağı”, “Vətən müharibəsi” ordeni
və 13 medalla təltif edilmiş, həkimlik fəaliyyətinə görə isə “Yüksək dərəcəli həkim” adına layiq
görülmüşdür.
Dürrə Məmmədova 1923-cü il dekabrın 25-də Şəkidə anadan olmuş, 1940-cı ildə Bakı Əczaçılıq
Texnikumunu bitirdikdən sonra müharibə başlananadək – 1941-ci il iyunun 22-dək Şəkidəki 85
nömrəli aptekdə işləmişdir. 17 yaşlı Dürrə Məmmədova da ilk könüllülər sırasında cəbhəyə yollanır.
Müharibənin ilk günlərində Qara dəniz donanmasındakı 227 saylı ekspedisiya şöbəsinin sanitar
anbarına rəis təyin olunur. Dürrə xanım hərbi əməliyyatlar zamanı yüzlərlə yaralını döyüş
meydanından çıxarıb, onları ölümün pəncəsindən xilas etmişdir. O, fəaliyyətini 1948-ci ilədək Hərbi
Dəniz Donanmasının hospitalında davam etdirir. Sonralar 1961-ci ilədək Primorsk vilayətində, Port-
Arturda çalışmışdır. “Tibb xidməti əlaçısı”, Azərbaycan Respublikasının Əməkdar Tibb işçisi, tibb
baş leytenantı D.Məmmədova 1961-ci ildə vətənə qayıtmış və Bakıda 329 nömrəli aptekdə
işləmişdir. Dürrə Məmmədova 2005-ci il avqustun 31-də dünyasını dəyişmişdir.
Pakizə Manafova, Lətafət Məmmədova, Ziynət Mənəfova da Şəki Tibb Texnikumunda təhsil alıb və
könüllü olaraq müharibənin ilk günlərindən cəbhəyə gedən şəkililərdir. P.Manafova və
L.Məmmədova hər ikisi 1921-ci ildə Şəkidə anadan olub, Nuxa tibb məktəbini bitirdikdən sonra
cəbhəyə yollanmışlar. Və onların hər ikisi tibb işçisi kimi cəbhədə fəaliyyət göstərmiş, yüzlərlə
döyüşçünün həyatını xilas etmişlər, həm də yeri gələndə əllərində silah düşmənə qarşı vuruşmuşlar.
Pakizə xanım 1943-cü il fevralın 28-də Azov dənizi sahillərində gedən qızğın döyüşlərdən birində
həlak olmuşdur. Lətafət xanım isə müharibədən sonra Daxili İşlər Nazirliyinin 4 nömrəli islah-əmək
düşərgəsində çalışmış, 1952-ci ildə Ali Partiya Məktəbini bitirdikdən sonra Şəki rayon Partiya


Komitəsində təlimatçı işləmişdir. Z.Mənəfova 1923-cü ildə Şəkidə anadan olmuş, 1938-ci ildə Nuxa
tibb məktəbini bitirmişdir. Üç ilə yaxın Aşağı Şabalıd kəndinin feldşer məntəqəsində işlədikdən
sonra könüllü müharibəyə getmişdir. Cəbhədə olduğu müddətdə o, iki dəfə ağır yaralanmış və
müxtəlif hospitallarda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır. Cəbhədə göstərdiyi
igidliklərə görə “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” və ümumilikdə
15-ə yaxın orden və medallarla təltif olunan tibb xidməti leytenantı Z.Mənəfova həm də “Səhiyyə
əlaçısı”dır. Müharibədən sonra o, Azərbaycan İpək Sənayesi Respublika Komi​təsində sədr müavini,
Şəki sanatoriyasının müdiri, Mərkəzi Xəstəxanada tibb bacısı və digər vəzifələrdə işləmişdir.
1942-ci ildə dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi, həmyerlimiz Mirzə Fətəli
Axundovun anadan olmasının 130 illik yubileyi ərəfəsində Şəki Şəhər xəstəxanasına onun adı verilir.
Xəstəxananın adı növbəti dəfə dəyişdirilərək M.F.Axundov adına Nuxa Şəhər Xəstəxanası
adlandırılır.
Müharibə başa çatdıqdan sonra hər yerdə olduğu kimi dinc quruculuq illəri başlayır və Şəki səhiyyəsi
də öz inkişaf yolunu davam etdirir.
1946-cı il sentyabrın 17-də Nuxa Rayon Zəhmətkeş Deputatlar Sovetinin qərarı ilə 10 çarpayılıq
Kiçik Dəhnə kənd xəstəxanası təşkil edilir.
1948-ci il fevralın 5-də Cəmaləddin Kərimov Nuxa Rayon Səhiyyə Şöbəsinin müdiri təyin olunur.
Həmin il Nuxa rayonunda 13 həkim, 23 tibb bacısı işləyirdi. Şəhər xəstəxanasında cərrahiyyə,
infeksion, terapiya, lor, göz, laboratoriya və rentgen şöbələri fəaliyyət göstərirdi. 1948-ci il iyunun 1-
də terapiya şöbəsinin nəzdində olan çarpayılardan 10 ədədi nevroloji xəstələr üçün ayrılır. Həkim
Cavahir Abbasova həmin xəstələrə təhkim olunur.
1948-ci il sentyabrın 15-də Şəki səhiyyəsində kadr dəyişikliyi də həyata keçirilir, belə ki, istefada
olan polkovnik, respublikanın əməkdar həkimi, cərrah, gözəl təşkilatçı, vətənpərvər insan Fərrux
Yunis oğlu Həmidzadə Nuxa Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Şəki səhiyyə
ocaqlarının müharibədən sonrakı inkişafı, yeni müalicə ocaqlarının, xəstəxanaların təşkili məhz bu
yorulmaz insanın adı ilə bağlıdır. Həmin dövrdə həm də Şəki səhiyyəsinə tabe olan müəssisələr
paytaxt Bakıdan sonra ən qüvvətli müalicə ocaqları hesab edilir. F.Həmidzadə Şəki səhiyyəsinin
inkişafını daha da sürətləndirmək məqsədi ilə 1948-ci ilin 16 noyabrında xəstəxanada bütün sutka
ərzində növbətçilik təşkil edir.
1951-ci il aprelin 19-da Şəkidə Vərəm Sanatoriyası fəaliyyətə başlayır və elə həmin il Təcili Yardım
Stansiyası təşkil edilir.
1950-ci ildə şəhər Səhiyyə Şöbəsinə rəhbərlik etmək Respublikanın Əməkdar həkimi Nəsib
Abdurrəhmanova həvalə edilir. O, 1913-cü ildə Şəkidə anadan olmuşdur. 4 yaşında olarkən ata-anası
öldüyündən yaxın qohumlarından biri onu himayəyə götürmüşdür. Çörəkçi yanında, sonra isə çəkməçi
yanında şagird durmuş, sonra isə baramaaçan fabrikdə fəhlə işləmişdir. Oxumağa, elmə böyük həvəs
göstərən Nəsib Abdurrəhmanov Azərbaycan Tibb İnstitutuna daxil olur. 1939-cu ildə institutu
bitirdikdən sonra, 1946-cı ilədək Sovet Ordu sıralarında xidmət etmişdir. Belə ki, 1941-ci ildə hərbi
xidməti qurtarana yaxın Böyük Vətən müharibəsi başlayır və N.Abdurrəhmanov Belarusiya
cəbhəsindən Berlinə qədər çətin bir yol keçir. 1946-ci ildə Şəkiyə qayıdan N.Abdurrəhmanov kənd
həkimindən Səhiyyə Şöbəsinin baş həkimi vəzifəsinədək yüksəlib. N.Abdurrəhmanov 1950-ci ildən
1963-cü ilədək Şəhər Səhiyyə Şöbəsinə başçılıq etmiş, sonra isə 1976-cı ilədək Şəki Birləşmiş
Xəstəxanasının baş həkiminin müavini işləmişdir. IV-V çağırış yerli sovetin deputatı olub. Dəfələrlə
Səhiyyə Nazirliyinin, Ali Sovetin fəxri fərmanları ilə təltif olunub. Azərbaycan Respublikasının


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə