Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə72/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   68   69   70   71   72   73   74   75   ...   89

533 saylı tankı onlardan birini vurub sıradan çıxardı, o biri tanklar geri qayıtdılar. “Qayabaşı”
adlanan yerdə mövqe tutmuş əsgərlər son nəfəsədək vuruşurdular. 40 nəfər şəhid oldu. Digər müdafiə
dəstələri axşama qədər müqavimət göstərdilər. Lakin onlara kömək gəlmədi. Axşama yaxın köməyə
göndərilmiş vertolyot isə səhvən şəhərin müdafiəçilərinin mövqeyini atəşə tutdu, piyadalar üçün
döyüş maşınını məhv etdi. Axşam qalan 30-40 müdafiəçi də şəhəri tərk etdi. Döyüşlərdə şəhərin 155
müdafiəçisi şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü.
Qarabağ ətrafında gedən döyüşlərdə respublikanın hər yerindən olduğu kimi Şəkidən də xeyli könüllü
iştirak edirdi. Erməni quldurları ilə döyüşlərdə şəhid olaraq, qəhrəmanlıqla həlak olanlar
şəhərimizdə “Şəhidlər Xiyabanı”nda dəfn olunurdular. Bu döyüşlərdə mənim sinif yoldaşlarımdan
Hikmət Əbdürrəhmanov və Elçin Mirzəməmmədov şəhidlik zirvəsinə ucaldılar.
Şuşanın süqutu ilə erməni faşistləri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı başa
çatdı. Şuşanın süqutu, milli hərbi hissələrin Laçını tərk etmə​yə başlaması respublikada siyasi
vəziyyəti daha da gərginləşdirdi. Hakimiyyət çəkişmələrində iştirak edən, demək olar ki, bütün
tərəflər öz silahlı qüvvələrini Bakıya gətirmişdilər. Ayaz Mütəllibov Bakıda yerləşən 295 saylı rus
diviziyasına, onun zirehli texnikasına, özünün təşkil etdiyi “Qardaşlıq” və “Tövbə” təşkilatlarının
silahlı dəstələrinə arxalanırdı. AXC döyüş mövqelərindən öz silahlı dəstələrini, “Milli qurtuluş” və
“Lənkəran” taburlarını və başqa qüvvələri çıxarıb paytaxta gətirmişdi. Bakıda müxtəlif dəstələrin
əlində 40 minə qədər avtomat və pulemyot vardı.
Mütəllibovçu qüvvələr ilk təşəbbüsü ələ aldılar. Hələ mayın 3-dən onlar Ali Sovetin binası
qarşısında gecə-gündüz piket keçirib liderlərinin yenidən vəzifəyə qaytarılması tələbini irəli
sürürdülər. Mayın 12-də piketçilərin bir qrupu müqavimətə rast gəlmədən Milli Şuranın iclas
salonuna soxulub şura üzvlərini silahla hədələyərək, Ali Sovetin sessiyasını çağırmağı tələb etdi. 26
nəfər şura üzvü sessiya çağırılmasına səs verdi. Mayın 13-də Milli Təhlükəsizlik naziri İ.Hüseynov
televiziya ilə çıxış edib mövcud böhrandan çıxmaq üçün ölkədə nizam-intizamın
möhkəmləndirilməsini, başqa sözlə, diktatura yaradılmasını vacib hesab etdiyini bildirdi.
Mayın 14-də Ali Sovetin sessiyası, azlıqda qalan Demblokun etirazına baxmayaraq, Ayaz
Mütəllibovu vəzifəsinə qaytardı. A.Mütəllibov elə həmin saat respublikada fövqəladə vəziyyət tətbiq
etmək, siyasi azadlıqları məhdudlaşdırmaq haqqında Fərman verdi. Milli Şura buraxıldı. Prezident
seçkiləri ləğv edildi.
AXC Bakıdakı silahlı qüvvələrinə, döyüş bölgələrində hadisələrə təsir etmək imkanlarına
arxalanaraq hakimiyyət uğrunda qəti döyüşə girdi. Onun qərargahı ətrafında yüzlərlə insan, silahlı
dəstələr toplaşmışdı. AXC rəhbərliyi Mütəllibovun Konstitusiyaya zidd rejimini tanımamağa çağırdı.
Bütün müxalif qüvvələr bu çağırışa qoşuldu. Naxçıvan, Gəncə, Şəki və başqa şəhərlərdə də
Mütəllibov rejiminə itaətsizlik göstərildi. İnzibati orqanların fövqəladə rejim yaratmaq cəhdləri
bəzən hətta silahlı müqavimətlə dəf olunurdu. Mütəllibovun arxalandığı qoşun hissələri Bakıda ona
qarşı dayanan qüvvələrin gücünü, mütəllibovçuların acizliyini görüb neytral qaldılar. Bundan başqa,
Rusiya Naxçıvan MR-ə erməni hücumları ilə əlaqədar Türkiyənin ciddi reaksiya verdiyi bir vaxtda
Bakıdakı hadisələrə açıq fəal təsir göstərməkdən çəkindi.
Mayın 15-də AXC qərargahı qarşısında mitinq keçirildi. Ölkədə baş verən Konstitusiyaya zidd
proseslərə qarşı Heydər Əliyevin bəyanatı burada dəfələrlə səsləndirildi. Mən də həmin mitinqdə
idim. H.Əliyevin demokratik qüvvələri dəstəkləməsi haqqında bəyanatının necə böyük bir sevgi,
coşqu ilə qarşılandığının canlı şahidi olmuşam.
A.Mütəllibov AXC rəhbərliyini danışığa dəvət etdi. Lakin cavab olaraq ondan saat 16-dək dövlət


hakimiyyəti iddiasından rəsmi əl çəkmək və prezident iqamətgahını tərk etmək tələb olundu. Vaxt
tamam olanda AXC fəalları silahlı qüvvələrin, zirehli texnikanın müşayiəti ilə parlament binasına
hücum etdilər. Atışmada bir nəfər öldü, üç nəfər yaralandı. Parlamentin, Dövlət Teleradio Şirkətinin
binaları, az sonra Prezident sarayı və başqa strateji obyektlər zəbt olundu. A.Mütəllibov gizlicə
Rusiyaya qaçdı.
AXC-nin hakimiyyətə gəlişinə hadisələri idarə edən bütün tərəflər razılaşdılar. AXC hakimiyyətə
gəlişini legitimləşdirmək istəyirdi. Ali Sovetin 14 may qərarlarının qəbulu zamanı kvorum olmadığını
sübuta yetirməyə çalışan komissiyanın rəyini parlamentin sədri qəbul etmək istəmir, kompromis
tərəfdarlarının xeyrinə siyasi güzəştlər əldə etməyə çalışırdı. Yaranmış böhrandan çıxmaq üçün mayın
16-17-də tərəflər arasında sövdələşmə oldu. Koalision hökumət yaradılması və İsa Qəmbərovun Ali
Sovet sədrliyinə namizəd göstərilməsi qərara alındı.
Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında qeyd olundu ki, mayın 14-də parlamentin qəbul
etdiyi qərarlar qanuni deyildir. Ali Sovetin sədri Yaqub Məmmədovun istefası qəbul edildi. Bu
vəzifəyə bir qrup deputatın təkidli tələbi ilə İsa Qəmbərovla yanaşı, Heydər Əliyevin də namizədliyi
irəli sürüldü. Lakin razılıq almaq üçün guya onunla telefon əlaqəsi yaratmaq mümkün olmadı. İsa
Qəmbərov Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Yeni seçkilərə qədər prezident
səlahiyyətlərini yerinə yetirmək ona həvalə olundu. Ali Sovetin Milli Şurası “Milli Məclis”
adlandırıldı və parlament səlahiyyətləri ona verildi. Koalision hökumətə, əsasən, AXC və keçmiş
kommunistlər daxil idi.
Bakıda hakimiyyət davası getdiyi vaxt silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən
düşmən mayın 18-də Laçını işğal etdi. Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa
əlaqə – dəhliz yarandı.
1992-ci il may ayının əvvəllərində Naxçıvan MR-də, Azərbaycanın Ermənistanla sərhədlərində
gərginlik yenidən artmışdı. Düşmən Şuşa və Laçının işğalı zamanı Ermənistan hərbi hissələrinə
arxadan, Naxçıvan tərəfdən hücum olacağından ehtiyatlanaraq oradakı hərbi hissələrin başını qatmaq,
həm də Azərbaycanda yaranmış xaosdan bəhrələnərək yeni torpaqlar ələ keçirmək niyyətində idi.
Mayın 18-də Muxtar Respublikanın Sədərək, Günnüt, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və s.
kəndlərinə güclü hücumlar başlandı. Erməni faşistləri hətta zəhərli kimyəvi silahdan istifadə
edirdilər. Sədərəkdə qanlı döyüşlər 40 gün davam etdi. Naxçıvanlılar qəhrəmanlıqla vuruşurdular.
Xeyli ölən və yaralanan vardı. Kəndlər dağılmışdı. On minlərlə insan çadırlarda, meşələrdə ağır
şəraitdə yaşamağa məcbur olmuşdu.
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısını almaqda diplomatik
vasitələrdən geniş istifadə etdi. Hələ martın 23-də onun Türkiyəyə səfəri zamanı baş bakan Süleyman
Dəmirəl bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan MR-in statusunda bir dəyişiklik meydana gələrsə,
mövcud müqaviləyə əsasən Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də gecə Türkiyə Nazirlər
Kabineti toplanıb geniş bəyanat qəbul etdi. Türkiyə rəhbərlərinin və Heydər Əliyevin birgə səyləri
sayəsində erməni təcavüzkarlarının niyyəti dünya ictimaiyyətinə çatdırıldı. 57 dövlət bu təcavüzü
pislədi. NATO xüsusi bəyanat verdi. Rusiya burada geri çəkilməyə məcbur oldu. MDB Birləşmiş
Silahlı Qüvvələrinin Baş komandanı marşal Şapoşnikovun qeyd etdiyi kimi, Türkiyənin Naxçıvana
kömək etməsi Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilərdi. Mayın 24-də Ermənistanın təklifi
ilə danışıqlar başlandı və sabitlik təmin edildi.
İyunun 7-də keçirilən prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu.
Tezliklə hakimiyyətdəki xalq cəbhəsi-kommunist alyansını AXC-Müsavat tandemi əvəz etdi.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə