Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə74/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

hücum etdi və onu ələ keçirdi. 16 gün gecə-gündüz davam edən döyüşdə strateji yüksəklik düşməndən
geri alındı. Dekabrın 10-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Qubadlı və Zəngilan
rayonlarına soxulub bir neçə kəndi ələ keçirdi və yandırdı. Düşmən Tovuz və Gədəbəy istiqamətində
də hücum etdi. Azərbaycan silahlı qüvvələri onları geri oturda bildi – Ermənistan ərazisindəki hərbi
bazalar atəşə tutuldu.
Lakin Azərbaycan hərbi hissələri zəifləmişdi. Hərbi texnika bərbad vəziyyətdə idi. Ordu, demək olar
ki, yox idi. Silahlı qüvvələrin başçıları Dövlət Müdafiə Şurasına, Ali Baş Komandana tabe
olmurdular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Respublikanın Ağdam, Qazax, Kəlbəcər,
Qubadlı, Laçın, Tovuz və Şəmkir rayonlarında müdafiə sədlərinin tikilməsi və müdafiə zolağının
mühəndis qurğuları ilə təmin edilməsi tədbirləri haqqında” 1992-ci il 23 avqust tarixli qərarı yerinə
yetirilmirdi. Rəhbər vəzifələrdə qeyri-mütəxəssislər işləyirdi. Ehtiyatlar yaradılmır, silah-sursat
uçotu aparılmırdı.
Elə bu dövrdə imperiyapərəst qüvvələr fəallaşdı. Dövlət çevrilişi etməyə hazırlıq məqsədilə korpus
komandiri Surət Hüseynov 1992-ci ilin dekabrında qüvvələrini Kəlbəcərin strateji yüksəkliklərindən
geri çəkdi. 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən hərbi texnikanı çıxarıb Gəncəyə gətirdi.
1993-cü il fevralın 5-nə keçən gecə Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusunun 128-ci
motoatıcı alayı və kazaklardan ibarət silahlı dəstənin iştirakı ilə Ağdərə istiqamətində hücuma keçdi.
Fevralın 15-dən 16-na keçən gecə Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu.
Müdafiə naziri R.Qazıyev və korpus komandiri S.Hüseynov vəzifələrindən kənar edildilər. Onların
təsiri altında olan hərbi hissələr Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdi. Düşmən yaranmış
vəziyyətdən məharətlə istifadə edib, 1993-cü il martın 10-dək Ağdərə bölgəsinin bir çox yaşayış
məntəqələrini ələ keçirdi. Martın 20-dən həm Ermənistan, həm də Ağdərə tərəfdən Kəlbəcər güclü
atəşə tutuldu. Rayonun müdafiəsi, demək olar ki, təşkil edilməmişdi. Əksinə, hərbi bölmə və
texnikanın bir hissəsi buradan çıxarılmışdı. 1993-cü il martın 26-da həmin rayonun Ağdaban kəndi
ikinci dəfə düşmən əlinə keçdi və yandırıldı (birinci dəfə 1992-ci il aprelin 8-də tutulmuşdu). Martın
28-də düşmən mühüm strateji əhəmiyyətə malik Qaraqaya yüksəkliyini tutdu. Bir gün sonra Başıbel-
Tunel yolu ələ keçirildi. Martın 31-də Qamışlı körpü də tutuldu, Kəlbəcər tam mühasirəyə düşdü.
Aprelin 3-də Kəlbəcər düşmən tərəfindən işğal olundu.
Erməni faşistləri tərəfindən 15 min adam əsir alındı. Ermənilər işləyə bilməyən qocaları və uşaqları
yerindəcə güllələyirdilər. Rayonda 144 yaşayış məntəqəsi işğal edildi. 500-dən çox müəssisə, 13 min
ev, şəxsi təsərrüfatlarda olan 100 min baş qaramal, 500 min baş davar, 5000 baş at, 1 milyon ev quşu,
50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi.
ABŞ konqresi 1992-ci il oktyabrın 24-də Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda
günahlandırıb, “Azadlığa Dəstək Aktı”na Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən
humanitar yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci əlavəni qəbul etdi. İqtidarın
səbatsız siyasəti nəticəsində regionda, o cümlədən Azərbaycan daxilində müxtəlif dairələrdə böyük
təsir gücünə malik olan Rusiya respublikaya qarşı təzyiq siyasətindən onu “cırtdan dövlət”lərə
parçalamaq siyasətinə keçdi. Rusiya öz qoşununu Azərbaycandan, başqa postsovet respublikalarında
olduğu kimi, mərhələlərlə, ağır şərtlərlə deyil, tezliklə çıxardı və bu zaman Azərbaycana çatacaq
silahın bir hissəsini döyüşən tərəflər arasında payladı. Talış, ləzgi separatçılarını qızışdırıb
silahlandırdı. “Ləzgistan dövləti”, “Talış Muğan Respublikası”, Rusiyanın “Bakı quberniyası”
ideyalarını irəli atdı. “Azərbaycançılıq” ideyasının arxa plana keçirilməsi özünü Azərbaycan
xalqının tərkib hissəsi hesab edən qeyri-türk mənşəli etnik qrup və xalqları narazı saldı. Bundan


xarici və daxili düşmənlər məharətlə istifadə etdilər.
1992-ci ilin aprel-may aylarında Ermənistanın kəşfiyyat idarəsi separatçı ləzgi “Sadval” (Birlik)
təşkilatı vasitəsilə milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşının Ermənistanın Nairi rayonu Lusoker
qəsəbəsindəki hərbi təlim-məşq bazasında xüsusi hazırlıq keçməsini təşkil etdi. Onlardan biri
sonralar (1994-cü il martın 19-da) Bakı metropolitenində partlayış törətdi və özü də alçaq əməlinin
qurbanı oldu. 1992-ci ilin iyununda Dağıstandan gələn “sadval”çılar Qusarda bir qrup insanı
qızışdırıb Azərbaycan dövlətçiliyi əleyhinə mitinqlər təşkil etdilər. İyunun 11-də silahlı “sadval”çılar
Qusar şəhərində Azərbaycan Respublikasının bayrağını çıxardılar. İki gün sonra bir qrup qusarlını
avtobuslarla Dağıstanın Məhərrəmkənd yaşayış məntəqəsində təşkil edilmiş mitinqə apardılar. Lakin
Azərbaycanın ləzgi vətəndaşlarının böyük əksəriyyəti imperiya qüvvələrinin bu təxribatlarına
uymadı. 1993-cü il martın 31-də ləzgilər “Samur” Ləzgi Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Rusiya
səfirliyinin Bakıdakı binası qarşısında piket keçirib iki xalq arasında qarşıdurma yaradanlara
etirazlarını bəyan etdilər.
Cənub rayonlarında talışlar arasında İrandan gəlmiş dini missionerlərin separatçılıq təbliğatı
güclənmişdi. 1992-ci ildən 1994-cü ilin əvvəllərinədək Rusiyanın ağır yük təyyarələri Ermənistana
1300 tondan çox hərbi texnika, silah, sursat daşıdı. Bu silahlar Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin işğal edilməsində həlledici rol oynadı.
AXC-Müsavat hökuməti yalnız 1992-ci ilin axırlarında Rusiya ilə münasibətləri yaxşılaşdırmağın
vacibliyini dərk etdi. Oktyabrın 12-də Elçibəy Moskvaya səfər edib, B.Yeltsinlə görüşdü. İki ölkə
arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı, sərhədlərin
şəffaf olması haqqında razılıq əldə edildi. Lakin Rusiya Azərbaycanı nüfuz dairəsində saxlamaq
niyyətindən əl çəkmirdi. O, BMT-dən keçmiş SSRİ məkanındakı münaqişələrin həlli üçün mandat
almağa səy göstərirdi. 1993-cü ilin martında Moskvada Rusiya və Fransa Xarici İşlər nazirləri
Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına və münaqişənin dinc vasitələrlə həll
edilməsinə kömək göstərməyə hazır olduqları barədə bəyanat imzaladılar. Azərbaycan Rusiyanın bu
səyinə qarşı xüsusi bəyanatla çıxış etdi. 1993-cü il martın 13-də respublikanın cənub sərhədlərinin
müdafiəsi Azərbaycan sərhəd qoşunlarının sərəncamına verildi. Nəticədə imperiyapərəst qüvvələr və
onların yerli əlaltıları daha da fəallaşdılar. Cəbhələrdə vəziyyət gərginləşdi, ölkədə siyasi böhran
daha da dərinləşdi.
Surət Hüseynovun başçılığı ilə 1993-cü il iyunun əvvəllərində hərbi qiyam başlandı. Hökumətə tabe
olmaqdan imtina edən bir qrup zabit S.Hüseynovun başçılığı ilə hələ aprelin 3-də Gəncədə “Hərbi
Birlik” adlı hərbi-siyasi təşkilat yaratmışdı. Birlik, onun təsiri altında olan 709 saylı hərbi hissə Ali
Baş Komandana və Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ
bilmirdi. Dövlət Müdafiə Komitəsi və Müdafiə Nazirliyinin 709 saylı hərbi hissənin ləğv olunması,
tərk-silah edilməsi haqqında 25 may qərarı və Müdafiə nazirinin 31 may tarixli əmri yerinə
yetirilmədi. Qiyamı yatırmaq üçün iqtidar zora – silahlı qüvvələrə əl atdı. Parlamentin sədri, baş
nazir, güc nazirlikləri başçılarının daxil olduğu Mərkəzi Qərargah yaradıldı. Elçibəyin göstərişi ilə
cəbhə bölgələrindən qiyamçılara qarşı 3000-dək canlı silahlı qüvvə, o cümlədən daxili qoşunlar və
milli qvardiyanın hərəsindən 200 nəfər, habelə xeyli ağır texnika, 7 tank, 10 “Qrad” qurğusu, 11
uzaqvuran top, 11 piyadalar üçün döyüş maşını cəlb edildi. Bundan başqa, “cəbhəçi könüllülər”dən
ibarət üç tabur (1100 nəfər) təşkil edilib silahlandırılmışdı. İyunun 5-də əməliyyata hərbi hava
qüvvələri də cəlb edilmişdi.
Hökumət qüvvələri iyunun 4-də səhər saat 11-də qiyamçılara qarşı əməliyyata başladı. Azərbaycan


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə