Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə73/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

Hakimiyyəti ələ almış qüvvələr onu saxlaya, möhkəmləndirə və ondan xalqın xeyrinə səmərəli
istifadə edə bilmədilər. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardı.
Başlıca səbəb bu idi ki, AXC-Müsavat tan​de​mini hakimiyyətə gətirən qüvvələr onun
möhkəmlənməsini istəmirdilər. Onlara Azərbay​canda güclü dövlət lazım deyildi. Zəif dövlətə təzyiq
göstərmək daha asan idi.
AXC hakimiyyəti dövründə Respublikada, o cümlədən Şəkidə dövlətçiliyimizi gücləndirmək
istiqamətində bir sıra mühüm addımlar atıldı. 1992-ci il iyunun 3-də “Siyasi partiyalar haqqında”
Azərbaycan Respublikası Qanunu qəbul edilmişdi. 1992-ci ilin yayında “Azərbaycan Milli İstiqlal
Partiyası”, “Türk Dünyası Birliyi Partiyası”, “Çağdaş Turan Partiyası” yaranmış, həmin ilin
payızında “Müsavat” Partiyasının bərpa qurultayı keçirilmiş, “Yeni Azərbaycan Partiyası”, “Boz
qurd” Partiyası fəaliyyətə başlamışdı. 1993-cü ilin yayında “Azərbaycan Demokratik İstiqlal
Partiyası”, payızında isə “Vətəndaş Həmrəyliyi Partiyası” təşkil edilmişdi.
İctimai təşkilatlar arasında xaricdə yaşayan soydaşlarla mədəni əlaqələr – “Vətən” cəmiyyəti,
“Azərbaycan Mədəniyyət Fondu”, “İnkişaf” Assosiasiyası, H.Z.Tağıyev adına “Xeyriyyə Fondu”,
“Bakılı” cəmiyyəti, Bakı İncəsənət Mərkəzi, respublikada yaşayan azsaylı etnik qrupların “Rus
İcması”, “Coдружества” (Birlik) cəmiyyətləri, Azərbaycan Slavyan Mədəniyyət Mərkəzi,
Azərbaycan Kazaklar Birliyi, Ləzgi Milli Mərkəzi, “Avar”, “Ronai” kürd, “Tat”, “Dağıstan”
cəmiyyətləri, tatar, gürcü, talış, ukraynalı icmaları, dağ Avropa yəhudilərinin dini icmaları vardı.
1992-ci ilin payızında “Azərbaycan Azad Müəllimlər Birliyi” yaradılmışdı. 1993-cü ilin fevralında
Azərbaycan Həmkarlar İttifaqı Şurası XIX növbədənkənar qurultayında özünü buraxdı. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası təşkil olundu.
AXC hakimiyyəti dönəmində, cəmi bir ili əhatə edən qısa zaman ərzində 70 minlik rus ordusu
Azərbaycandan çıxarıldı, keçmiş Sovet İttifaqı məkanında ali məktəblərə ilk dəfə test üsulu ilə qəbul
imtahanları keçirildi.
Bütün Respublikada olduğu kimi, Şəkidə də haki​miyyətə milli-azadlıq hərəkatının fəalları gəldilər.
Şəki rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Hüseyn Mustafabəyli təyin olundu. Bu komandaya
cəmi bir il şəhəri idarə etmək nəsib oldu. Bu il ərzində şəhərimiz üçün ən əhəmiyyətli hadisə Bakı
Dövlət Universitetinin Şəki filialının açılması oldu. Beləliklə, Şəki tarixi ərzində ilk dəfə tam ali
təhsil verən maarif ocağı yaradıldı. Şəkidə dərinləşdirilmiş proqram əsasında tədrisin təşkil olunduğu
lisey yaradıldı. Ora yalnız xüsusi istedada malik şagirdlər seçilir və müəllimlər müsabiqə yolu ilə
təyin olunurdu. Yazıçılar Birliyinin Şəki şöbəsi yaradıldı. Əhalinin qaza və işığa olan borcları
silindi.
1993-cü ilin ortalarında respublikada 30-a qədər siyasi partiya, cəmiyyət və hərəkat fəaliyyət
göstərirdi. Onlar arasında da qarşılıqlı konstruktiv münasibət yox idi. Kadr siyasətindəki səhvlər,
idarəçilikdə olan ciddi qüsurlar xalqı, qabaqcıl ziyalıları iqtidardan daha da uzaqlaşdırırdı.
Opponentlərə hücum, qarayaxma, böhtan kampaniyası genişlənirdi. Cəmiyyətdə vahimə, qorxu
yaratmaq üçün vəzifəli şəxslər özbaşınalıq edirdilər. Daxili İşlər naziri şəxsən “İstiqlal” qəzetinin
redaktorunu döymüşdü. “Meydan” qəzetinin redaksiyası bir dəstə “omonçu” tərəfindən yerlə-yeksan
edilmişdi. Alimlərin, söz sahiblərinin döyülməsi, təhqir edilməsi, təqib olunması, qətlə yetirilməsi
adi hala çevrilmişdi.
Müxalifətdə olan 9 partiya 1993-cü ilin fevralında AXC-yə qarşı Ümummilli cəbhə yaratmağa
çalışırdı. Fevralın 18-də 21 siyasi partiyanın təmsil olunduğu forumda bəzi partiya liderləri mövcud
siyasi böhranın qarşısını almaq üçün Milli Şuranı, Nazirlər Kabinetini buraxmağı, prezidentin


başçılığı ilə bütün siyasi qüvvələrin nümayəndələrinin daxil olduğu “Fövqəladə Dövlət Milli
Qurtuluş Komitəsi” yaradılmasını təklif etdilər. Kəlbəcərin işğalından sonra ölkədə siyasi durum
daha da ağırlaşdı. İqtidar aprelin 3-dən fövqəladə vəziyyət, aprelin 8-dən isə Bakıda qadağan saatı
tətbiq etdi. Azərbaycan Respublikası Ali Sovetinin 140-dək deputatı isə imza toplayıb aprelin 27-də
parlamentin tam tərkibdə sessiya çağırmasını və ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə
olunmasını tələb edirdi. Milli Məclis bu tələbi rədd etdi və onu dövlət çevrilişinə cəhd kimi
qiymətləndirdi.
İqtidar güc orqanlarına nəzarəti, demək olar ki, tam itirmişdi. Daxili İşlər naziri öz tərəfdarları
hesabına polisin sayını 10 min nəfər artırmış, “Boz qurd” adlı siyasi-silahlı dəstəsini təşkil etmişdi.
Daxili qoşun hissələrində “bozqurd”lar və “omonçu”lar arasında münaqişə başlanmışdı. Hətta
“omonçu”lar Daxili İşlər Nazirliyi binasını mühasirəyə alıb, nazirin istefasını tələb etmişdilər.
Silahlı dəstələr getdikcə pozğunlaşır, bir çoxları quldurluq, qarətçiliklə məşğul olur, mafioz
dəstələrin silahına çevrilirdi.
1992-ci il iyunun 4-də ilk dəfə erməni qəsbkarları Ağdaban və Çərəkdar kəndləri yaxınlığında
Azərbaycan hərbi hissələrinin güclü müqaviməti ilə üzləşdilər. İki saat yarıma Əsgəran rayonunun
Aranzəmin, Pircamal, Naxçivanik kəndləri erməni silahlılarından təmizləndi. Sırxavənd, Orta və Baş
Güneypəyə, Kiçan, Bəşirlər, Maniklu və Qaraşlar kəndlərindən də düşmən qovulub çıxarıldı. 1992-ci
il iyunun 12-də Azərbaycan silahlı qüvvələri podpolkovnik N.Sadıqovun rəhbərliyi altında Ağdərədə
irimiqyaslı hücum əməliyyatına başladı. Üç-dörd gün ərzində 30-a qədər kənd, o cümlədən Yuxarı
Canbuz, Aşağı Canbuz, Buzluq, Gülüstan, Talış, Zeyvə, Qaraçinar, Erməni Borisi, habelə Ortakənd
qəsəbəsi düşməndən azad edildi, strateji əhəmiyyətə malik ərazilər nəzarət altına alındı. Ermənistan
ekspedisiya korpusu birləşmələri və yerli erməni hərbi hissələri çoxlu canlı qüvvə (500-dən çox
əsgər və zabit, o cümlədən 9 zənci) və hərbi texnika, o cümlədən bir təyyarə itirib meydandan qaçdı.
Azərbaycan hərbi hissələri Xankəndinin 10-15 km-nə çatmışdı. İgid Azərbaycan döyüşçüləri
Kəlbəcər-Tərtər yolu üstündəki kəndləri azad etmişdilər. 1992-ci il yay döyüşlərində Vəzir Orucov,
Rəmzi Novruzov, Şaiq Mustafayev, Yunis Əliyev, Sərhəd Zöhrabbəyov, Yavər Cəbrayılov kimi
yüzlərlə igid əsgərimiz rəşadətləri ilə fərqlənmişdilər. Gültəkin Əsgərova, Nurcahan Hüseynova,
Könül Qəhrəmanova, Rəhilə Orucova, Məleykə Əhmədova kimi onlarla qadın döyüşlərdə igidlərə
arxa olmuş, mərdliklə vuruşmuşdular.
Avqustun 5-də Azərbaycan silahlı qüvvələri Ermənistanın Azərbaycan ərazi​sindəki anklavını –
Başkəndi tutdular. Düşmən əks-hücuma keçmək üçün qüvvələrini cəmləşdirdi. Laçın yolu vasitəsilə
Ermənistandan çoxlu yeni canlı qüvvə, texnika gətirildi. İyunun ortalarında ermənilər Ağdərə
rayonunda Maqavuz və Orataq kəndlərini tutub Sərsəng su anbarını nəzarət altına aldılar. Sentyabrın
ilk günlərində Ağdam istiqamətində Abdal-Gülablı, Xromot, Dəhraz, Ağbulaq, Aranzəmin, Pircamal,
Naxçivanik, Qaraşlar, Qazançı və Bəşirlər kəndləri düşmən tərəfindən işğal edildi. Sentyabrın 23-də
Azərbaycan hərbi hissələri Xocavənd yaxınlığında düşmənə güclü zərbələr endirdilər.
Oktyabrın əvvəllərində Qubadlı tərəfdən Laçına yeridilən qüvvələr Suarası, Xanallar, Dəhyan,
Cəfərabad, Mıxıdərəsi, Mazutlu, Fətəlitəpə, Malxələf kəndlərini işğalçılardan azad etdi. Bu vaxt
Azərbaycan ordusunun Kəlbəcərdəki hissələri cənub istiqamətində hücum edib Laçın dəhlizini
daraltdılar. İki briqada arasında cəmi 6 km məsafə qalmışdı. Lakin hərbi rəhbərlikdə Rusiya meylli
qüvvələrin təxribatı artdı. Hücum davam etdirilmədi. Ə.Hümbətov oktyabrın 5-də tank briqadasını
geri çəkdi. Tutulmuş mövqelər yenidən düşmən əlinə keçdi.
Düşmən oktyabrın 12-də Hadrutdan böyük qüvvə ilə Qubadlının Torağac-Düzyurd yüksəkliyinə


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə