Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə75/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

döyüşçüləri üz-üzə dayandı. 709 saylı hissənin kazarmaları dağıdıldı. Lakin qiyamçılar təşəbbüsü ələ
aldılar. Hökumət qüvvələrindən 1200 nəfər və respublika prokuroru girov götürüldü. Qvardiyaçıların
bir hissəsi avtobusa doldurulub gülləbaran edildi. Qardaş qırğınında 68 nəfər öldü, 150 nəfər
yaralandı. Hökumət qüvvələri məğlub oldu. Qiyamçılar isə hökumətə və prezidentə qarşı “istefa”
tələbi ilə paytaxta doğru yeriməyə başladılar. S.Hüseynovun imzası ilə xalqa yağlı vədlərlə dolu
itaətsizliyə çağırış vərəqələri yayılırdı. Yerlərdə – Qəbələ, Balakən, Gədəbəy, Tovuz, Göyçay, Ucar,
Ağcabədi, Ağdam, Füzuli, Saatlı, Hacıqabul, Şamaxı, Qobustan, Ağsu, Yevlax rayonlarında,
Mingəçevir, Əli Bayramlı, Sumqayıt şəhərlərində icra hakimiyyəti başçıları, digər vəzifəli şəxslər
özbaşına dəyişdirilir, idarəçilik S.Hüseynova yaxın adamlara tapşırılırdı. İyunun 14-də artıq
qiyamçılar və hökumət qüvvələri Bakının lap yaxınlığında (Lökbatan yaxınlığında, Şamaxı yolunun
75 km-də) üz-üzə dayanmışdılar, atışma başlanmışdı. Hökumət danışıqlara getməyə məcbur oldu.
Razılığa görə parlamentin sədri, baş nazir, üç güc nazirliyi rəhbərləri istefa verdilər. Ölkədə
hakimiyyət boşluğu yarandı.
Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edirdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş
imperiyapərəst qüvvələr və onların əlaltıları iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək
ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar.
Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Heydər
Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” – deyə müraciət etdi. Bu tarixi sənəddə ölkədə
yaranmış ağır siyasi, iqtisadi, mənəvi durumun mövcud iqtidarın səriştəsiz, kobud, zora arxalanan
siyasəti nəticəsində gündən-günə dərinləşməsi, belə vəziyyətdən demokratik yolla xilas olmaq üçün
xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin – Heydər Əliyevin başçılığı altında Yeni
Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. Heydər Əliyev Azərbaycan
ziyalılarının müraciətinə 24 oktyabr 1992-ci il tarixli cavabında mövcud ictimai-siyasi durumu
dərindən təhlil etdi, cəmiyyətin bütün qüvvələrini birləşdirməklə yaranmış ağır vəziyyətdən çıxış
yollarını göstərdi, Azərbaycanın müharibə vəziyyətindən çıxması, Qarabağ probleminin tezliklə həll
olunması, sosial-iqtisadi böhranın aradan qaldırılması, düzgün kadr siyasəti aparılması, səriştəli
kadrlardan səmərəli istifadə olunması, respublikada qanunların aliliyinin təmin edilməsi,
demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmə, insan azadlığına şərait yaradılması, yeni, müstəqil
dövlət quruculuğu prosesinə vətəndaşların hamısının, əhalinin bütün təbəqələrinin cəlb olunması, heç
bir məhdudiyyət qoyulmaması, Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin qarşısının
qətiyyətlə, sivil, demokratik yollarla alınması, dövlətin bütövlüyünün demokratik prinsiplər əsasında
qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini qeyd etdi. O bildirdi ki, Yeni Azərbaycan
Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi
həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və
inkişafında tarixi rol oynaya bilər.
Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirməyə imkan vermədilər. Konfrans 1992-
ci il noyabrın 21-də, şaxtalı bir gündə Naxçıvanda keçirildi. Müxtəlif bölgələrdən təşəbbüs
qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında
qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə
olunub qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Təşkilatın rəhbər orqanları
formalaşdırıldı.
Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O öz məsləhətləri ilə xalqı
yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun


müddət bu məsləhətlərə məhəl qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş
müharibəsi həddinə gətirmiş iqtidar başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü
görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Prezident Elçibəyin dəfələrlə təkidli
dəvətlərindən sonra Heydər Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi
təyyarə ilə Bakıya gəldi. Heydər Əliyev genişlənmək təhlükəsi olan vətəndaş müharibəsini
dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-14-də Gəncə
şəhərində hərbi müxalifətlə danışıqlar apardı, mövcud siyasi böhrandan çıxış yollarını
müəyyənləşdirdi.
İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası Heydər Əliyevi Ali
Sovetin sədri seçdi. Bu gün Azərbaycanın müasir dövr tarixinə “Qurtuluş Günü” kimi daxil oldu.
Sonralar – 1997-ci ilin iyununda Milli Məclis bu günü “Milli Qurtuluş Günü” kimi bayram elan etdi.
1992-ci ilin 15 iyunu – Üçüncü Azərbaycan Respublikasının həyatında baş verən bu əlamətdar hadisə
Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu.
Siyasi gərginliyə tab gətirə bilməyən, baş götürüb qaçmaqla guya paytaxtda qardaş qırğınının
qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib
Naxçıvan MR-in Ordubad rayonuna – doğulduğu Kələki kəndinə getdi və ölkəni bu ucqar dağ
kəndindən idarə etmək iddiasında olduğunu bildirdi. Milli Məclis qaçqın prezidentə geri qayıdıb
ölkəyə belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə də, hər
dəfə faktik olaraq rədd cavabı aldı. İyunun 24-də Milli Məclis respublika prezidentinin
səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.
Vətəndaş müharibəsini dayandırmaq məqsədilə Heydər Əliyev heç bir siyasi idarəçilik bacarığı
olmayan, lakin real silahlı gücə malik S.Hüseynovu öz sayıq nəzarəti altında baş nazir vəzifəsinə
təyin etdi. Güc nazirliklərinə rəhbərlik ona tapşırıldı.
1993-cü ilin yayı və payızında hərbi müxalifətin cinayətkar satqınlığı nəticəsində Azərbaycanın ərazi
bütövlüyünə yeni zərbələr endirildi. Ermənistanın hərbi qüvvələri Azərbaycandakı siyasi böhrandan
istifadə edib iyunun əvvəllərindən başlayaraq güclü hücuma keçdi. Hərbi qiyam vaxtı Ağdam
cəbhəsindən həm AXC-Müsavat iqtidarına, həm də S.Hüseynova tabe xeyli canlı qüvvə və hərbi
texnika çıxarılmışdı. Daxili qoşun hissələri Bakının “surətçi”lərdən müdafiəsinə çağırılmışdı.
Düşmən bundan istifadə edib Ağdamın Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ
keçirmişdi. İyunun 25-dən 26-na keçən gecə milli silahlı qüvvələr Ağdam cəbhəsindən çıxarıldı.
Cəbhə yerli özünümüdafiə taburlarının ümidinə qaldı. İyulun əvvəllərində S.Hüseynova sadiq 709
saylı hərbi hissə Ağdama daxil oldu. S.Hüseynov Ağdamı düşmənə, özünün dediyi kimi, “əlborcu
verməklə” ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək, Heydər Əliyevi hakimiyyətdən
kənarlaşdırmaq istəyirdi. Döyüşlərin bütün ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş
mövqelərindən çıxarıldı. Ağdam şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən “surətçilər” heç
bir cavab tədbiri görmədilər. Düşmən sürətlə irəlilədi. Malıbəylidə ağır döyüşlər getdi. Asif
Məhərrəmovun başçılıq etdiyi özünümüdafiə taburu iyulun 22-23-də bütün günü və gecəni düşmənlə
əlbəyaxa vuruşdu, lakin heç bir kömək almadığından geri çəkilməyə məcbur oldu. İyulun 23-də səhər
əsasən özünümüdafiə taburlarının gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri
işğal olundu.
S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, “xalq və dövlət taleyinin həll edilməsi məsələsini”
öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.
Cənub bölgələrində separatçılıq edən qüvvələrlə münasibəti sivil qaydada nizama salmaq istəyən


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə