Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə67/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

dispanserin ilk baş həkimi təyin olunur.
1973-cü ildə Şəki Mərkəzi rayon Xəstəxanası artıq 550 çarpayılıq idi.
1974-cü il mayın 1-də Şəki səhiyyəsinə ağır itki üz verir. Mərkəzi rayon Xəstəxanasının baş həkimi
Fərrux Həmidzadə vəfat edir. Ömrünün gənc çağını müharibədə keçirən, respublikanın qədim və
böyük şəhəri Şəkidə əksər müalicə ocaqlarını təşkil edən, bir çox orden və medal​larla təltif edilən,
ehtiyatda olan polkovnik, respublikanın Əməkdar həkimi Həmidzadənin vaxtsız ölümü arzusunda
olduğu bir çox işləri yarımçıq qoydu. Onun ən böyük arzusu Şəkidə tibb şəhərciyi təşkil etmək, Elmi-
Tədqiqat Və​əm və Travmatologiya – Ortopediya İnstitutlarının filiallarını açmaq idi. Eyni zamanda,
o, söhbətlərində Şəkidə respublikamızda yaşayan müharibə əlilləri üçün sanatoriya tipli xəstəxananın
inşa edilməsinin də zəruri olduğunu vurğulayırdı. Fəqət əcəl imkan vermədi...
1974-cü il iyunun 20-də Tibb elmləri namizədi Tacəddin Xasıyev Şəki Mərkəzi rayon Xəstəxanasına
baş həkim təyin olunur.
1974-cü il avqustun 6-da yeni 2 №-li Uşaq Poliklinikası açılır və Siyahpər Məmmədov həmin
poliklinikaya baş həkim təyin olunur.
1975-ci il martın 1-də Sümük-vərəm şöbəsi ləğv olunaraq, onun yerində 50 çarpayılıq Urologiya
şöbəsi təşkil olunur. Vəhyəddin Səlimov müvəqqəti olaraq həmin şöbəyə müdir təyin olunur.
Ümumiyyətlə, bu gün şəhərimizdə cərrahların hazırlanmasında Vəhyəddin həkimin rolu danılmazdır.
Onu da böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün də təkcə Şəkinin deyil, ölkəmizin bir çox
bölgələrində yaşayan orta və yaşlı nəslin nümayəndələri Vəhyəddin Səlimovu yaxşı xatırlayırlar.
Vəhyəddin həkimin həyatı da çox keşməkeşli olmuş, mürəkkəb bir tale yaşamışdır. Ali məktəbi
qurtaran kimi qismətinə odlu-alovlu İkinci Dünya müharibəsində iştirak etmək və faşist
düşərgələrində həkimlik fəaliyyəti göstərmək Vəhyəddin həkimin kamil bir cərrah kimi yetişməsində
böyük rol oynamışdır.
Vəhyəddin Salman oğlu Səlimov 1920-ci il fevralın 23-də Şəki şəhərində fəhlə ailəsində dünyaya göz
açmışdır. Şəkidə 1927-1932-ci illərdə ibtidai təhsil aldıqdan sonra fəhlə fakültəsində və Sənaye
texnikumunda orta təhsilini başa vurmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1941-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Ali təhsilini başa vurduqdan sonra polk həkimi kimi ordu sıralarına çağırılan V.Səlimov bir müddət
sovet ordusunda xidmət etmiş, 1942-44-cü illərdə Polşa, Fransa və Almaniya hərbi əsirlərinin olduğu
hərbi xəstəxanada, 1944-cü ilin avqust ayından isə partizan dəstəsində Fransanın Liypi şəhərində
cərrah, 1944-45-ci illərdə Fransada SSRİ vətəndaşları üçün cərrah və hərbi xəstəxanada rəis, 1945-
ci ilin avqust ayından 2100 saylı hospitalda, 1945-47-ci illərdə xüsusi hərbi düşərgədə, 1947-49-cu
illərdə Leninabad vilayətinin Proletarsk şəhərində cərrah, 1949-55-ci illərdə Arxangelsk vilayətinin
Pukso-Ozero rayonundakı Pliseyskiy şəhər xəstəxanasında cərrah işləmişdir. Nəhayət, 1955-ci ildə
ona doğma Şəkiyə qayıtmaq qismət olmuş və rayonlararası şəhər xəstəxanasında cərrah işləməyə
başlamışdır. 1957-ci ildən Şəki şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri təyin
edilmiş V.Səlimov 1967-ci ildən rayonlararası baş cərrah vəzifəsində çalışmışdır. Vəhyəddin həkim
həm də yüksək bilik və bacarığa malik peşəkar cərrah kimi işlədiyi müddətdə Gəncə, Zaqatala, Qax,
Oğuz, Qəbələ, Balakən və digər rayonlarda ağır cərrahiyyə əməliyyatlarında daim iştirak etmiş,
mütəmadi olaraq həmin rayonlardan məsləhətçi həkim kimi dəvət almışdır. Tədqiqatlardan məlum
olmuşdur ki, doktor Səlimov 1966-1968-ci illərdə travmatologiya, urologiya, akuşer-ginekologiya və
digər sahələr üzrə 1173, 1983-1985-ci illərdə isə 1107 xəstə üzərində uğurlu cərrahiyyə
əməliyyatları keçirmişdir. Vəhyəddin Səlimov 1966-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni və


“Respublikanın səhiyyə əlaçısı” döş nişanına, 1967-ci ildə “Almaniya üzərindəki 20 illik qələbə”
medalına, 1968-ci ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanına, 1983-cü
ildə Şəki rayon Partiya Komitəsinin keçici Qırmızı Bayrağına layiq görülmüşdür. V.Səlimov 2 avqust
1992-ci ildə, 72 yaşında Şəkidə dünyasını dəyişmişdir. Respublikamızda cərrah kadrların
yetişməsində onun böyük əməyi olmuşdur.
Burada Vəhyəddin həkimin yolunu davam etdirən, o vəfat etdikdən sonra Şəki Rayonlararası Mərkəzi
Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Hikmət həkimi də yad etmək yerinə düşərdi. Hikmət
Abbasəli oğlu Abbasov 1955-ci ildə Şəkidə anadan olub, 1971-ci ildə şəhər 10 saylı orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş
və 1977-ci ildə oranı müvəffəqiyyətlə başa vurduqdan sonra 1 il Bakı şəhər Təcili Yardım
Stansiyasında cərrahiyyə üzrə internatura keçdikdən sonra Şəki Mərkəzi Rayonlararası
Xəstəxanasının sərəncamına göndərilmişdir. Burada o, tanınmış cərrah Vəhyəddin Səlimovun
rəhbərliyi altında həkimlik fəaliyyətinə başlamışdır. Daim öz üzərində çalışan, kollektivin və
xəstələrin böyük etimadını qazanan, müəllimi Vəhyəddin həkimdən daha çox cərrahlıq sirlərini
öyrənən Hikmət yüzlərlə xəstəyə şəfa vermiş, onları həyata qaytarmışdır. Bilik və baracığı imkan
verdiyinə görə Vəhyəddin həkimin vəfatından sonra cərrahiyyə şöbəsinin müdiri vəzifəsi Hikmət
Abbasova tapşırılmış və o, həyatının sonuna qədər həmin vəzifənin yüksək peşəkarlıqla öhdəsindən
gəlmişdir. Hikmət Abbasov 55 yaşında – 2010-cu ilin may ayında avtomobil qəzası nəticəsində
faciəli surətdə dünyasını dəyişmişdir.
1976-cı ildə Kiçik Dəhnə Xəstəxanası, demək olar ki, yenidən tikilir.
1976-cı il avqustun 4-də şəhərdə Bədən Tərbiyəsi Dispanseri fəaliyyətə başlayır və buraya Abbas
Hüseynov baş həkim təyin olunur.
1977-ci il aprelin 11-də Mərkəzi rayon Xəstəxanasında yeni şöbə – Reanimasiya şöbəsi fəaliyyətə
başlayır. Rahilə Təhməzova şöbənin ilk müdiri təyin olunur.
Tacəddin Xasıyevin Şəki səhiyyəsinin rəhbərliyinə gəlişi yeni bir dövrün başlanğıcı oldu.
Respublikamızda baş verən ümumi quruculuq, yeni səhiyyə müəssisələrinin yaradılması istiqamətində
böyük işlər getdiyindən, təbii ki, şəhərimizdə də ölkənin tərkib hissəsi kimi yeni-yeni müalicə
ocaqları yaradılır. Lakin kadr siyasətində düşünürəm ki, məhz o dövrdə buraxılan səhvlər sonralar
inkişafımızı ləngidən başlıca səbəb oldu. Fərrux Həmidzadə Stalin dövrünün yetişdirdiyi bir dövlət
adamı idi. Onun fəaliyyətinin başlıca prinsipi əmək intizamı, verilən tapşırığın məsuliyyətini dərk
edərək vicdanla yerinə yetirmək idi. Həmidzadə dövrünün əmr kitablarına baxanda inzibati-cəza tipli
əmrlərin çox olması diqqəti cəlb edir. Məsələn, həkim işə gecikdiyi üçün və ya peşəsinə səhlənkar
yanaşdığı üçün 1 aylıq tibb qardaşı və ya tibb bacısı vəzifəsinə keçirilirdi. Düşünürəm ki, həkim
üçün bundan ağır cəza ola bilməz. Və ya töhmət, şiddətli töhmət verilərək şəxsi işlərində qeyd
olunurdu. T.Xasıyev dövrünün əmr kitablarında isə belə əmrlərə rast gəlmək mümkün deyil. Əksinə,
kənd həkimi birbaşa cərrah və ya ginekoloq vəzifəsinə gətirilir, bu zaman ixtisaslaşma nəzərə alınmır,
ya da birbaşa hansısa vəzifə verilirdi.
O dövrdən yaranmış kadr problemi hələ də şəhərimizin səhiyyəsinin ən əsas problemi olaraq
qalmaqdadır. Sonralar şəhərimizin səhiyyəsinə rəhbərlik etmiş Aman Mehdiyev və Sehran
Məmmədov bu problemi aradan qaldırmaq üçün çox mühüm işlər gördülər.
Təsadüfi deyil ki, T.Xasıyevin məsələsi Şəki rayon Partiya Komitəsinin bürosunda geniş müzakirə
olunur və fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilir.
1980-ci il yanvarın 16-da Şəki Mərkəzi rayon Xəstəxanasının baş həkimi vəzifə​sinə Nuh Abduləzizov


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə