Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

romaşka) çiçəyini dəm​lə​yib uşaqlara bir çay qaşığı, böyüklərə isə bir xörək qa​şığı içmək
məsləhətdir.
Mədə-bağırsaq yara və xorasından əziyyət çəkənlərə 10 gün yeməkdən əvvəl gündə üç dəfə bir çay
qaşığı rey​han şirəsi içmək məsləhətdir.
Böyrəklərində daş, gəc olan xəstələrə yarpızı dəm​lə​yib, hər gün yeməkdən əvvəl bir fincan içmək
məsləhətdir.
Ayaq, daban ağrısı, barmaqlar arası pıçrıq (bişməcə) olan​lara cır alma və ya turş alçanı qaynadıb
ağrıyan yerə yax​maq məsləhətdir. Sonra ayağı, barmaqların arasını təmiz qu​ru​lamaq, bu müalicəni
15-20 gün yatmazdan əvvəl da​vam et​dirmək lazımdır.
Oynaqları ağrıyan, yel xəstəliyindən əziyyət çəkən xəs​tə​lərə yetişmiş tutu iri çəlləyə yığıb
qıcqırtdıqdan sonra 10-15 gün axşam-səhər çəlləkdə 40-45 dəqiqə vanna et​mək məslə​hətdir.
Mədə-bağırsaq xəstəliyi olanlara hər gün səhər tez​dən acqarına tut yemək məsləhətdir.
Sarılıq, qaraciyər və böyrək ağrılarından əziyyət çə​kən​lərə tut bəhməzi yemək məsləhətdir.
Əsəbləri pozulan xəstələrə tütün (tənbəki) yarpağını və gövdəsini (özəyini) qaynadıb 10-15 gün hər
axşam 30-40 də​qiqə onun suyunda ayaqlarını vanna etmək məsləhət​dir.
Ürəyi ağrıyan, qan təzyiqi yuxarı olan xəstələrə 10-15 gün (səhər, günorta, axşam) yeməkdən əvvəl
heyva çi​çə​yini, heyva çöpünü dəmləyib içmək, yaxud heyva mü​rəb​​bəsi ilə çay içmək məsləhətdir.
Mədə-bağırsaqda əmələ gələn yara-xoraların müali​cə​si üçün darçını dəmləyib içmək məsləhətdir.
Oynaqlarında şiddətli ağrıları olan xəstələrə hər gün ye​məkdən əvvəl üç dəfə qaymaqçiçəyi
dəmləməsini içmək məs​ləhətdir.
Təngnəfəs (astma) xəstəliyindən əziyyət çəkənlərə dağ bal​​dırğanını maşından keçirtdikdən sonra 10-
15 gün yemək​dən əv​vəl üç dəfə şirəsinə azca şəkər tozu qatıb bir fincan iç​mək və ya ət maşınından
keçirilmiş baldırğanın özünü yemək məsləhətdir.
Qan təzyiqi yuxarı olanlara hər gün yeməkdən əvvəl üç dəfə, 10-15 gün əvəliyin çiçəyini (toxumunu)
dəmləyib içmək məsləhətdir.
İshal xəstəliyinə tutulanlara bir həftə, gündə üç dəfə ye​​məkdən əvvəl daş armudun (cır, yabanı
armudun) ya özü​nü, ya qaxını, ya da şirəsini içmək məsləhətdir.
Babasil xəstəliyinə tutulanlara bir ay, hər gün yat​ma​mış​dan əvvəl yarpızın qaynadılmış suyunda vanna
qəbul et​mək məs​ləhətdir.
Sinəsi bəlğəmdən tutulan adamlara bir həftə, hər gün yeməkdən əvvəl üç dəfə nar çiçəyini dəmləyib,
bal ilə qarış​dırıb içmək məsləhətdir. Bu qəbil müalicə üsulu sinə​ni bəlğəm​dən təmizləyir.
Sinəsi tutulan, göyöskürək və bəlğəmli xəstələrə bir həftə, hər gün yeməkdən qabaq yasəmən çiçəyini
dəm​lə​yib içmək məsləhətdir.
Sinəsi bəlğəmli, qanlı öskürəyi olan xəstələrə moruq mü​rəbbəsini bal ilə qarışdırıb çay ilə, yaxud
moruq mü​rəb​bə​sini bal ilə şərbət edib axşam yatmamışdan qabaq və sə​hər obaşdan acqarına bir
fincan içmək məsləhətdir.
Sinəsi bəlğəmli, göyöskürəyə tutulanlara dağ baldır​ğa​nı​nın gövdəsini qaynadıb suyunu süzdükdən
sonra bir həf​tə, gün​​də üç dəfə (səhər, günorta, axşam) bir fincan içmək məs​ləhətdir.
Sarılıq xəstəliyinə tutulanlara sərçə əti və yu​mur​tası yemək məsləhətdir.
Sarılıq xəstəliyinə tutulanlara nar şirəsini qaynanmış südlə qarışdırıb içmək məsləhətdir.
İshal, qarın ağrısı xəstəliyinə tutulanlara yetişmiş əzgil yemək və ya əzgili qaynadıb suyunu gündə üç
dəfə ye​məkdən əvvəl içmək məsləhətdir.
Qızılca xəstəliyinə tutulanlara gündə üç dəfə əsməgül çiçəyi dəmləməsi içmək məsləhətdir.


Diş ağrısından əziyyət çəkənlərə gündə üç dəfə ağzını qızıl​gül suyu ilə qarqara etmək məsləhətdir. Bu
həm də diş​dibi yuvaqları və dişdibi ətlərini bərkidir.
Barmağına dolama çıxan adamlara sərçə və ya sığır​çın ətini əzib dolama çıxan barmağın üstünə
qoyub sanrımaq məs​ləhətdir. Bu, dolamanın sağalmasına kömək edər.
Bədənindən, ayağından iy gələnlərə 10-15 gün hər gün, sonra həftəaşırı axşam yatmamışdan əvvəl
təzə biyan yar​​pa​ğını qaynadıb suyunda çimmək məsləhətdir. Müali​cə​si effektlidir.
Baş-beynində yorğunluq, yaddaş unutqanlığı əmələ gə​lən​lərə 10-15 gün yemək​dən əvvəl, gündə üç
dəfə zə​fə​ran dəm​ləyib içmək məsləhətdir. Sonra bunu günaşırı da​vam etdir​mək olar. Müalicəsi
effektlidir.
Öd kisəsi ağrılarından əziyyət çəkənlərə şaftalı şirəsi iç​mək məsləhətdir.
Şəkər xəstəliyinə tutulanlara hər gün yeməkdən qabaq üç dəfə ceviz (qoz) yarpağını dəmləyib içmək
məsləhətdir.
Tez-tez zökəm xəstəliyinə tutulanlara axşamlar ya​tanda ba​lıncının altına və ya yanına üzü qabıqdan tə​-
miz​lən​miş sa​rım​saq qoymaq məsləhətdir. Belə müalicə üsulu zökəmin qarşısını alır.
Təngnəfəs olanlara, nəfəs alarkən əziyyət çəkənlərə gün​​də üç dəfə, yeməkdən əvvəl yerkökü şirəsini
bal ilə qa​rış​dırıb ağızı qarqara etmək məsləhətdir.
Yanıqdan əziyyət çəkənlərə şüyüdü narın əzib bal ilə qarışdırdıqdan sonra yaranın üstünə yaxmaq
məsləhətdir.
Ceviz (qoz) ləpəsini ətçəkən maşında çəkib təmiz bal​la qarışdırıb bir ay, gündə üç dəfə (axşam,
səhər, gü​nor​ta) yax​masını yemək və ya yeməkdən əvvəl bir qaşıq qəbul etmək qan təzyiqi yuxarı
olanlara çox xeyirlidir. Bu, qan təzyiqini tənzimləyir, xəstədə xoş əhvali-ruhiyyə oya​dır.
Oynaqlarında şiddətli ağrıları olan, həmçinin yel xəs​tə​liyindən əziyyət çəkənlərə 20-25 gün axşamlar
yat​ma​mış​dan əvvəl əncir yarpağını qaynadıb suyunda çimmək və ağrı olan yerlərə əncir yarpağı
qoyub sarımaq məs​lə​hət​dir. Bunu həftə​də iki dəfə təkrar etmək lazımdır.
Zəncirotu qönçələnəndə (yaz vaxtı) onun özəyini qo​parıb acqarına südlü saplağını və gündə üç dəfə
isə 5-6 zo​ğunu yemək məsləhətdir. Bu, qaraciyər, ürək, böyrək xəstəliklərinin müalicəsinə çox
xeyirlidir.
Bağayarpağı (yaz və yayın əvvəllərində) yenicə yar​paq​​la​yanda onu dərib, xörəyə qatmaq və ya
kətəsini, sıx​ma pen​cərini yemək bütün daxili xəstəliklərə müalicəvi kömək edir, həmçinin ürək
ağrısının, qaraciyərin, dalağın, böy​rəklərin, göz ağrısının, görmə qabiliyyətinin müalicəsi üçün də
xeyir​lidir. Bağayarpağı toxumunu ləklərdə əkib, on​dan heç olmasa həftədə 2-3 dəfə istifadə etmək
məs​lə​hətdir. Bu, min bir dər​din dərmanıdır.
Novruzun son çərşənbə axşamı yerə nəfəs, ağaclara hə​yat gələndə 21 mart gecə saat 12 radələrində
kim tə​nə​yin qol-budağının kəsilmiş yerindən 7 damcı su şirəsi yı​ğıb içər​sə, ömrü uzun, dərd-bezardan
uzaq olar, arzu-istəyinə qovuşar.
Boğazı gələn, ağrıyan adama cunanı zeytun yağında isladıb boğaza sarımaq məsləhətdir, ağrı tez keçib
gedər.
Sarılıq xəstəliyinə tutulanlara duzsuz xörək və çörək ye​mək məsləhətdir.
Şəkər xəstəliyindən əziyyət çəkənlərə tut yarpağını dəm​ləyib içmək məsləhətdir.
Böyrək xəstəliyindən əziyyət çəkənlərə bir həftə ar​dı​​cıl olaraq hər səhər, günorta, axşam yeməyindən
qabaq kək​​​li​ko​tu, yarpız, sarıçiçək, bağayarpağını birlikdə dəm​lə​yib içmək məsləhətdir.
Qara nanəni dəmləyib, adət halına salıb içmək məs​ləhət deyil, bu, sonsuzluğa səbəb olur.
Sidik kisəsindəki ağrıları azaltmaq və sidiyin ifrazını asan​laşdırmaq üçün razyana dəmləməsi içmək


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə