Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə17/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

müraciət etdikləri şamanları olmuşdur. Loğman insan vücudunu çox yaxşı bilən şamanın özüdür.
Şaman həm fiziki, həm də ruhi xəstəlikləri müalicə edən və bunun üçün yeni-yeni metodlardan
istifadə edən xalq bilicisidir. “Loğman” sözünün mənası haqqında müx​təlif fikirlər söylənmişdir. Adı
nə olursa olsun Loğman şəfalı bitkiləri tanıyan, onlardan müxtəlif dərdlərə dərmanlar düzəldən, hansı
xəstəliyə hansı bitkinin lazım olduğunu yaxşı bilən əfsanəvi xalq həkimidir. Buna dayanaraq bəzi
tədqiqatçılar, ümumiyyətlə, dərman bitkilərini yaxşı bilən, otlardan müxtəlif dərmanlar düzəldən
adamlara da xalq arasında Loğman həkim deyildiyini göstərmişlər. Əslində otlardan, şəfalı mineral
maddələrdən dərman düzəldənlərə və onları satanlara əttar və ya aktar deyilir. Hasan Baydar da
aktarlardan danışarkən xalq arasında adı əfsanələrə qarışmış Loğman həkimdən bəhs edir və
aktarların piri olaraq Loğman həkimi xatırlayır.
Loğman
 h
əkim nə
 Yunan tibbinin atası sayılan 
Qalen
​dir, nə də öncə Helen mədəniyyətində, daha sonra da
bütün dünyada tibbi sistemləşdirən və təbabətin simvoluna çevrilən Hippokratdır. O, adı müqəddəs
kitabda keçən vəlidir, Allah dos​tudur. Loğman daha sonralar insan vücudunu yaxşı bilən, filosof
həkimlərin simvoluna və adına çevrilən, ölümdən baş​qa bütün dərdləri sağaldan əfsanəvi həkim
obrazına çevrilmişdir.
Loğman həkimin bir neçə tövsiyəsi də türkəçarəlik üçün önəmlidir. “Sağlıq üçün; çiy yemə, isti yemə,
çox yemə” və ya “Xəstələnmədən öncə təbib çağır. Təbibə xəstə olmadan öncə hörmət göstər”, yaxud
“Sarımsaq şəfalıdır”, yaxud da “Divarı nəm, insanı qəm yıxar”. Şəkidə də Loğman həkimlə bağlı
çoxlu əfsanə​lər vardır. El arasında xalq təbabətini yaxşı bilən adamlara Loğman deyilməsi bunu bir
daha isbatlayır. Bu əfsanələrin birində deyilir:
“Bir loğman var idi. Onun qardaşı yaraşıqlı və sağlam idi. Loğman deyir ki, gərək mən qardaşımı
izləyim, görüm bu necə sağlam olub? İzləyib görür ki, qardaşı işini görməmiş evə girib iki dənə
çörəyi yeyib gedir. Loğman öz-özünə deyir:
– Səhər yeməyi bədənin mismarıdır.
Qardaşını sınağa çəkmək istəyir. Arvadına deyir:
– Çörəyi gizlət, görək bu nə edəcək?
Arvadı çörəyi gizlədir. Loğmanın qardaşı yenə həmişəki kimi səhər tezdən durur. Çörəyi axtarır.
Tapmır. Ora vurnu​xur, bura vurnuxur, gəlir un torbasını tapır. Başlayır un ye​məyə. Yihayi, halı yavaş-
yavaş pisləşir. Günü-gündən soluxub ölür. Loğman qardaşının ölümünün səbəbini öyrənmək istə​yir.
Qarnını yarıb görür ki, bağırsağının bir hissəsi sümük​ləşib. Həmin yeri kəsib çıxardır. Gətirib ustaya
verir ki, usta ondan bıçağına dəstək düzəltsin. Usta bıçağa dəstək düzəldir.
Günlərin bir günü loğman bostana gedir. Orada qarpız kəsib yeyir. Bıçağı da qarpuza sancıb yatır.
Durub görür ki, bıçağın dəstəyi yoxdur. Loğmana məlum olur ki, qarpız bu dərdin əlacıymış”.
 
Şübhəsiz ki, yuxarıda təqdim edilən süjet və motivlər xalq yaradıcılığının məhsu​ludur və bu süjet və
motivlər öz adını bir epitet kimi sonrakı dövrlərin usta həkimlərinə, o cümlədən, türkəçarəliklə
məşğul olan el həkimlərinə verən, gerçək kimliyi məlum olmayan əfsanəvi bir şəxsə həsr olun​muşdur.
Əfsanədə iki məqam xüsusi diqqət çəkir. Birincisi, Loğ​manın xəstəliyin, daha doğrusu, ölümün
səbəbini aydın​laş​dır​maq üçün meyiti yarması faktıdır ki, eyni metod müasir tib​də, xüsusən də
məhkəmə-ekspertiza təbabətində geniş istifadə olunur. İkincisi isə, təcrübə nəticəsində əldə edilən
yeni bilik sayəsində tibbi biliklər sisteminin daha da zənginləşdi​rilmə​sidir. Söhbət qarpızın suyunun
müalicəvi əhəmiyyətinin kəşf edilməsinin təsvirindən gedir.
Əgər əfsanəvi Loğman haqqında söylənilənlər xalq fan​ta​zi​yasının məhsuludursa, orta əsrlərin


loğmanları və onların fəaliyyəti haqqında mövcud olan məlumatlar reallığı əks etdi​rir və gerçək elmi
faktlardır. Həmin məlumatların əsas qay​nağı, təbii ki, orta əsrlərə aid əlyazmalardır. Onların sayı isə
ənənəvi tibbin ayrılmaz tərkib hissəsi olan loğmanlıq sənətini kamil şəkildə tədqiq edə bilmək üçün
yetəri qədərdir. Məlu​mat üçün bildirək ki, bu gün AMEA-nın Əlyazmalar İnsti​tu​tunun fondlarında
ənənəvi təbabətdən, başqa sözlə, loğmanlıq sənətindən bəhs edən çox sayda kitab qorunur ki, onların
da əksəriyyətinin müəllifi Azərbaycan alimləridir. Bunlardan Süleymanqulu bəy, İbn Əttar, Məşədi
Mir-Baba, İbn Mir-Meh​ti, Qasım bəy Şükrullah Şirvani, Əhməd Çələbi, Ağa Seyid Təbib Şirazi və
başqaları bütün Şərqdə tanınırdı. Azər​baycanda dərmənşünaslıqla məşğul olan bu el təbiblərinin və
loğmanların, demək olar ki, hamısı xalqımızın ta qədimdən in​kişaf etdirib, qoruyub saxladığı el
təbabətindən, xalq təba​bəti nümunələrindən qaynaqlanmışlar. Belə ki, hələ qədim zamanlarda
Azərbaycanda xəstəliklərin müalicəsi üçün otlar və toxumlardan, köklər və meyvələrdən geniş
istifadə edilirdi: dağ nanəsi, çobanyastığı çiçəyinin yarpağı, heyva toxumu, qarğıdalı saçağı, gülxətmi
kökü, moruq, zirinc, nar qabığı, sumaq, hil, zəfəran, sirkə, gülab və s. Şəkidə xalq təbabətinin
biliciləri mineral maddələrdən, müxtəlif yağlar​dan – gənəgərçək, zeytun yağından, keçi piyindən, mis
kuporo​sundan, kükürddən, mumdan, bal​dan geniş istifadə olunurdu. Ətrafların çıxıqlarının və sı​nıq​-
larının müali​cəsi üçün tərpənməz sarıqlardan istifadə olu​nurdu. Qan almaq, küpə qoymaq, dağlamaq
və masaj geniş yayılmışdı.
İslamiyyətin yayılması ilə ara həkimliyini sistemləş​di​rən, türkəçarəliyi elmi müstəviyə gətirən və
bütün bu türk müa​licə üsullarını ərəb, Misir, Tibet, Çin və digər qədim xalq​ların müalicə sistemi ilə
əlaqələndirən savadlı tibb adamları ortaya çıxdı. Təbii ki, zamanla tibb kitabları da yazılmağa baş​-
ladı. Fərqli türk ləhcələrində və fərqli türk ölkələrində ya​zılmış tibb kitabları hələ də lazımınca
öyrənilməmişdir. Araş​dırılan bir çox qaynağa görə, türkcə ən qədim tibb kitabı Orta Asiyada
Turfanda təqribən X əsrdə qələmə alınmışdır. Bu ki​tab uyğurca olub 45 tomardan meydana gəlmişdir.
Bəzi məlumatlara görə, bu kitab hind və çin dilində yazılmış tibb kitab​larının sərbəst tərcüməsidir.
Ancaq bu kitabda yalnız türklərə məlum olan dərman bitkiləri ilə bərabər bəzi fərqli müalicə me​-
todlarının da olduğu görünür. Xalq təbabətində qorxuluqların aradan götürülməsi yolları (inanclar,
dualar və başqa yollar) içərisində çıldağın da özünə​məx​sus yeri və rolu vardır. Çıldaq – dağ
deməkdir. İn​sanı dik​sin​dirmək üçün bədəninə dağ-yanar od basırlar. Deyi​lənə görə, insanın müəyyən
nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Çıldaq kürək nahiyəsində başlayıb, sinə,
qollar, dizlər və ayaqlarda qurtarır. Bu baxımdan o, Çin xalq təbabətində geniş istifadə edilən nöqtəvi
masajı xatırladır.
Dahi Əbu Əli İbn Sina (980-1037) da dəfələrlə Azərbaycanda оlmuş və buradan tibbi məlumatlar
tоplamışdı. О, “Qanun fit-Tibb” (“Tibb qanunları”) əsərində Azərbaycanın Səburхast qəsəbəsinə
səfərindən bəhs еdir. İbn Sina uzun müddət Azərbaycanın sərhədlərində yеrləşən Həmədan şəhərində
yaşamışdı və “Tibb qanunları” əsərinin böyük hissəsini оrada yazmışdı. “Tibb qanunları” (Əl-qanun
fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüşdür) Azərbaycan Milli
Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.
Zamanla Şəki əhalisinin buddizmi, xristianlığı, islamı qəbul etmələri, dini və qismən də dünyəvi
təhsil görmələri ilə xalqın ənənəvi tibb savadını digər alternativ tibb qaynaqları ilə sintez edərək
yeni-yeni metodlarla ənənəvi xalq həkimliyini daha da inkişaf etdirən bir çox böyük loğmanlar ortaya
çıxmış, türkcə yazılan tibb kitablarında bu metodlar geniş şərh edilmişdir. Bir tərəfdə hələ də
türkəçarəliklə məşğul olan xalq həkimləri, digər tərəfdə türkəçarəliyi də bilməklə digər qaynaqları
mə​nim​səmiş savadlı xalq həkimləri ənənəvi türk tibbinin əsasını qoydular.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə