Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   9   10   11   12   13   14   15   16   ...   89

sözünü dedi: bir neçə atəşlə qala divarlarında böyük dəliklər əmələ gəldi və bu dəliklərdən I
Təhmasibin qoşunu qalaya hücum etdi. Sevindik bəy, Bədir xan və Şahqulu Sultan Ustaclı Kiş
qalasına, Abdulla xan Ustaclı və Kaxetiya çarı Levan “Gələrsən-görərsən” qalasına hücum etdilər.
Rəqiblərinin üstünlüyünə baxmayaraq, şəkililər inadlı müqavimət göstərirdilər. Lakin topların
istifadəsi öz sözünü dedi. Şəkililərin bütün müqavimət məntəqələri zəbt edildi. Mahmud bəy artıq
müqavimətin mənasız olduğunu görüb təslim olmaq göstərişi verdi və şəhərin açarlarını şaha təhvil
verdi. Dərviş Məhəmməd 400 nəfərlik bir dəstə ilə qaçmağa cəhd edir. Lakin Şah I Təhmasibin
qoşunları onu qovur və çatdıqdan sonra ağır döyüş başlayır. Dərviş Məhəmməd bu döyüşdə həlak
olur. Tarixi mənbələrdə Dərviş Məhəmməd xanın başının Şamlı Cərəndab sultanın mülazimi Pirqulu
tərəfindən kəsildiyi və Şah Təhmasibə ərməğan kimi təqdim edildiyi bildirilir. Beləliklə, 1551-ci
ildə Şəkinin müstəqil idarə olunmasına son qoyulur və tamamilə Səfəvilər dövlətinə birləşdirilir.
Şəhəri idarə etmək Şah Təhmasibə yaxın olan Hüseyncan adlı birinə tapşırılır. Bu haqda Kərim ağa
Fateh “
Şəki xanlarının müxtəsər tarixi
” adlı əsərində belə yazır.
“Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş.
Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını
oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə
qızımı vermərəm. Qara keşiş bu sudan bir arx gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna
verər. Və Qara keşişin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına
Əlican deyibdirlər və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə xan edibdir.
Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən Sultandır.
Gürcü valisinin gücü və qüdrəti çox idi. Amma şaha qulluq eləmək səbəbi ilə Həsən Sultana gücü
çatmazdı. Şah İsmayıl ölən ildə Gürcüstan valisi Levond xan qoşun götürüb gəlib və Həsən Sultan da
qoşun ilə onun qabağına gedib, dava elədilər. Davada Həsən Sultan öldü. Sonra Şəki vilayətinin
böyükləri Həsən Sultanın oğlu Dərviş Məhəmməd xanı özlərinə hakim elədilər. Dərviş Məhəmməd
xan atası kimi şaha qulluq eləmədi. Şirvan vilayətinə şahın qoşunu gəlib dava edəndə Dərviş
Məhəmməd xan da qoşun götürüb gedib Şirvanda Qızılbaş qoşununa şəbxun edibdirmiş. Bu qəziyyəni
də Şah Təhmasibə Şirvandakı qoşun böyükləri məlum elədi. Şah Təhmasib, tarixi-islamiyyə doqquz
yüz əlli səkkizdə olanda, qoşun ilə gedib, Ərəş mahalına düşdü. Şah Ərəşə gələndə bu ətrafda olan
hakimlər ehtiyat elədilər. Levond xan valiyi-Gürcüstan Ərəşdə şahın qulluğuna gəlib itaət elədi və
şah ona xələt verdi və nəvaziş elədi. Şah, Dərviş Məhəmməd xana fərman göndərdi ki, gəl sən də
qulluq elə; özünü xarab eləmə, padşahın sənə şəfəqqəti çox olar. Dərviş Məhəmməd xan və Şəkinin
böyükləri yerlərinin möhkəmliyinə məğrur olub qəbul eləmədilər. Şəki vilayətinin sərkərdələri, bəzisi
Kiş qalasını bərkidib onda durdular və Dərviş Məhəmməd xan özü bir para böyüklərlə Gələsən-
görəsən qalasına getdilər. Gələsən-görəsən qalası çox hündür və bərk olmasına görə onu heç kimsə
ala bilməmişdi. Şah Təhmasib bu işdən çox acıqlanıb, qızılbaş xanlarının bir parasın Kiş qalasına
almağa müqərrər buyurdu. Və bir para xanları, Levond xan bilə Gələsən-görəsən qalasının üstünə
göndərdi. Kiş qalasına gedən xanlar qalaya top və tüfəng urdular. Qala əhli gördülər qala xarab olur.
Qalanın yaharın (açarın) özlərilə götürüb, padşahın hüzuruna gəldilər. Padşahın bunlara şəfəqqəti
oldu və xələt verdi. Sonra padşah buyurdu, Kiş qalasın söküb xarab elədilər. Və padşah özü də qoşun
ilə sığnaq tərəfinə hərəkət elədi. Sığnaq əhli padşahın gəlməyin və Kiş qalasının xarab olmağın görüb
dəstə-dəstə, fovc-fovc padşahın hüzuruna gəlib icz izhar elədilər. Dərviş Məhəmməd xan bu
adamların getməyin və özləri yalquz qalmağın görüb, peşiman olub bir gecə 400 adam götürüb
Gələsən-görəsəndən çıxdı ki, qaça gedə. Bir para xanlar ki, Levond ilə o həvalidə durmuşdular,


Dərviş Məhəmməd xanın getməyin bilib, qoşun əhli yolların tutubdurlar. Bir az yol getməmiş bunlara
çatıb dava elədilər. Dərviş Məhəmməd xanın çox adamları ölüb, Dərviş Məhəmməd xan özü şamlu
Çərəndab Soltanın nökəri Kosa Pirqulu adlı ilə bərabər gəlib, dava elədilər. Kosa Pirqulu buna artıq
gəlib başın kəsib, padşahın hüzuruna gətirdi. Padşah buna çox pul və xələt verdi və Şəki vilayətini
zəbt elədi.
Dərviş Məhəmməd xanın oğlu Baqi bəy uşaq qalıbdır. Dərviş Məhəmməd xan öləndən sonra Şəki
vilayətindən bir Hüseyncan adlı bir rəşid kimsə şaha qulluq edərmiş. Şah Təhmasib onu Şəki
mahalında, fərman verib, məlik edib. Məlik Hüseyncan deyibdirlər və dəxi Şəki vilayətində xan
qayırmayıb. Və Məlik Hüseyncanın oğlu – Məlik Ziyaüddin Əhməd yüzbaşı, onun oğlu – Məlik
Qasım yüzbaşı, onun oğlu – Məlik Əhməd xandır. Bir neçə arxa Şəki mahalında bular məliklik
edibdirlər. Bulara Əskiməliklü deyərlər”.
XVII əsrdə Şah Abbasın daxili və xarici siyasəti nəticəsində Şəki tamamilə İran tabeçiliyi altına
düşür. 1647-ci ildə Şəkidə olmuş Övliya Çələbi xatirələrində şəhəri belə təsvir edirdi:
 
“Şəki dağın köksündə daşdan tikilmiş möhkəm bir qaladır. Qalanın iki qapısı var – Şirvan və Gəncə
qapıları. Şəhərdə 3 min ev var. Hardasa 25-30 min əhali yaşayır. Şəhərdə 7 məscid var, amma bazar
meydanında yerləşən Mirzə Əli məscidi mənim çox xoşuma gəldi. Şəhərdə karvansaray, hamamlar
var. Burda çoxlu bağlar var və bu bağlarda inanılmaz dərəcədə mükəmməl olan Şəki ipəyi
hazırlayırlar”.
Şəki ipəyi Şah I Abbasın xüsusi diqqətini cəlb etmişdi və şahın tam monopoliyasında idi. Belə ki,
burada istehsal olunan ipəyin hamısı şah xəzinəsinə verilməli idi. Şəki ipəyi Osmanlı Türkiyəsini də
maraqlandırırdı. 1609-1612-ci ildə aparılan hərbi kompaniya Osmanlı üçün uğursuzluqla nəticələnsə
də, 1612-ci ildə bağlanmış müqaviləyə görə Səfəvilər Türkiyəyə hər il 100 dəvə yükü Şəki ipəyi
göndərəcəklərini öhdəlik kimi üzərlərinə götürmüşdülər.
1650-ci ildə Səfəvi sarayında böyük nüfuza sahib olan Davudun qardaşı Səfiqulu Şəkiyə məlik
göndərilir. Səfiqulu bu vəzifədə 15 il qalır. Bu müddət ərzində şəkililər vergilərin həddən artıq
yüksək olmasına görə dəfələrlə etiraz edirlər. Şəki əhalisinin vəziyyəti getdikcə pisləşir.
1665-ci ildə Şəki Şirvan bəylərbəyliyinə birləşdirilir. Lakin bir neçə il keçdikdən sonra köhnə idarə
üsulu yenidən bərpa edilir və Abbasqulu Sultan Şəkiyə məlik təyin olunur. Bu idarəetmə sistemi
XVIII əsrə qədər davam edir.
XVIII əsrin əvvəllərində Səfəvilər sülalə​sinin hakimiyyəti zəifləyir. 1737-ci ildə İranda hakimiyyəti
ələ keçirmiş Nadir şah Afşar Şəki mahalına əvvəl Əlimərdan bəyi, sonra isə Nəcəfqulunu məlik
göndərir. Bu dövrdə Şəki İran hakimiyyətinə, xüsusən də, Nadir şahın idarəçiliyinə qarşı mübarizənin
mərkəzinə çevrilir. XVIII əsrin 40-cı illərindən başlayaraq bu mübarizəyə Hacı Çələbi başçılıq edir.
Şəkini idarə etməyi Nadir şah Məlik Nəcəf adlı birisinə həvalə etmişdi. Bu şəxs əhalini talayır, var-
dövlətini əlindən alırdı. Əlacsız qalan xalq Hacı Çələbiyə müraciət edib, ondan məsələni həll etməyi
xahiş edir. Hacı Çələbi Məlik Nəcəflə danışsa da, bu bir nəticə vermir. Vəziyyətin kəskinləşdiyini və
xalqın üsyana hazırlaşdığını görən Məlik Nəcəf Nadir şaha məktub yazır, özünün ədalətli hakim
olduğunu, Hacı Çələbinin isə xalqı korladığını bildirir. Nadir şah hər ikisini sarayına çağırır. Sarayda
onların heç şikayətlərinə belə qulaq asmadan Hacı Çələbinin boynuna kəndir keçirtdirir. Çələbi onu
dinləməyi şahdan xahiş edir. O, Məlik Nəcəfin bütün əməlləri haqqında danışır və Nadir şah onu
buraxmağı əmr edir. Lakin Məlik Nəcəf cəzalandırılmır və yenidən Şəki hakimliyi vəzifəsində təsdiq
olunur. Hacı Çələbi isə onun vəkili təyin edilir. Uzaqgörənlik nümayiş etdirən Nadir şah əyanlarına


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə