Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

– hamilə qadın Günəş və Ay tutulanda bədənini qaşımaz, yoxsa uşağın sifətində və bədənində ləkə
olar.
 
Bu məsələni araşdırarkən qarşıma maraqlı bir mətn çıxdı:
 
“Uşax dünyaya gələndə oğlan uşağının böyrünə pucax qoyallar, xəncər qoyallar ki, iyid olsun, vuran-
tutan ol​sun, qoçu olsun. Qızın da böyrünə qayçı, iynə, sap qoyallar ki, evdar olsun, götürən-qoyan
olsun”.
 
Şəkidə də hamilələrin, eynən digər türk xalqla​rında, eləcə də dünyanın bir çox tayfa və millətlərində
olduğu kimi, bədnəzərli və nəfsli adamlardan, sonsuz qadınlardan, yas yerlərindən, qəbiristanlıqdan
uzaq saxlandığı məlumdur. Hamiləlik faktını mümkün qədər gizlədirlər. Bu tabu o zamankı inanclara
görə hamiləlik və zahılıq dövründə qadının bəd ruhlara və şər qüvvələrə qarşı həssas olmasından,
onların tə​sirinə daha çox məruz qalmasından irəli gəlir.
Uşağın doğuşu və sonrakı mərhələ ilə bağlı bir çox inanclar qeydə alınmışdır.
 
Uşağı ilk dəfə yalnız cümə axşamı təmiz havaya çıxartmaq olar.
Uşağın ili tamam olmamış onun dırnaqlarını tutmaq olmaz.
Uşağın üzərindən hər hansı bir əşyanı ötürmək, eləcə də ona özünü güzgüdə gös​tərmək yasaqdır.
Boş nənnini yelləmək də olmaz.
Əsrlər boyu hamilələr üzərində aparılan müşahidələr doğulacaq uşağın cinsini öncədən müəyyən
etmək üçün ma​raq​lı sınamaların yaranmasına səbəb olmuşdur.
 
– hamilə qadın kökəlməyə başlasa – qız, arıqlamağa baş​lasa – oğlan;
– hamilə qadın qaralmağa başlasa – qız, ağarmağa başlasa – oğlan;
– göbəyi yuxarı qalxarsa – oğlan, aşağı düşərsə – qız;
– kürəyində ağrı hiss etsə – oğlan, böyründə ağrı hiss etsə qız olacağına inanırlar.
– hamilə qadının xəbəri olmadan başına un səpəndə əlini saçına çəksə – qız, üzünə uzatsa oğlan
olacaq.
 
Doğuş zamanı ər evdən getməli və arvad “natəmiz” qaldıqca evə dönməməli idi. Qadın doğuşdan
sonra “natəmiz” hesab edilirdi, təmizlənmə zahı tam sağaldıqdan sonra dua və yuyunmaqla (qüsl
almaqla) gerçəkləşirdi.
Zahı “natəmiz” olduğu üçün çörək bişirmək, yemək ha​zır​lamaq, su dalınca getmək və inəyi sağmaq
kimi ev işlərindən uzaqlaşdırılırdı. Əgər o bu və ya digər səbəbdən adı çəkilən işləri görməyə
məcbur olardısa, bundan öncə mütləq yuyun​malı və üzərində bıçaq və ya hər hansı bir metal əşya
(sancaq, iynə və s.) gəzdirməli idi. Bu zaman mamaça da müəyyən qaydalara əməl etməli idi. O da
“natəmiz” hesab edildiyindən 10 gün müddətində yeni doğuş qəbul edə bilməzdi.
Qadının sancıları tutar-tutmaz evdəki un kisəsinin ağzını açaraq gəlinin əlini una basırlar. Doğuş başa
çatdıqdan sonra həmin unu ya mamaçaya, ya da ehtiyacı olan kimsəyə verirdilər.
Yetkinlik yaşına çatmış qız​lar​da ilk aybaşı zamanı unu yerə ələyərək qızı üstündən tullandırır​lar,
sonra mamaça əlini una batıraraq qızın belinə vu​rur. Bütün bu mərasimlər təqlidi sehrin təzahürüdür.
Bunun mənası qız üçün bütün düyünlərin, qıfılların, bağlı qapıların açılması demək idi.


Şəkidə yeni doğulmuş uşaqla bağlı aşağıdakı inanclar da, fikrimcə, sizin üçün maraqlı olacaq.
 
Əgər körpə uşaq gözəgəlimli olarsa, onun üstünə xam iynə, xam sap ilə xam mavi rəngli ipək parça və
göy muncuq tik​mək lazımdır ki, gözdəymədən uzaq olsun.
Əkiz doğulmuş uşaqları anadan olan kimi bir-birinə göstər​sələr, uşaqlardan biri ölər.
Uşaq doğulan kimi yuyub, bədəninə duz səpərlər ki, uşaq duz​suz olmasın.
Ailə​də oğul doğularsa, uşağın atası ağac əkib basdırar ki, uşa​ğın ömrü uzun ol​sun, camaat onun mer-
meyvəsindən yesin, kölgəsində din​cəlib sərinləsin.
Uşaq diş çıxaranda evdə diş hədiyi bişirilib yeddi qapıya pay verilir ki, uşağın dişi möhkəm olsun.
Uşaq altıaylıq olana kimi dırnağı tutulmaz. Uşağın dırnağı tu​tulanda yetim-yesirə pul, nəzir verilər.
Ana​dan olmuş körpə uşağı görməyə gələn qohum-əqrəba onun yüy​rü​yünə və ya bələyinə pul qoyub
deyirlər: “Atalı-analı böyüsün”.
Ye​ni doğ​ulmuş uşağı anaya göstərməzlər ki, ağlı az, gözü çaş olar.
Uşaq anadan olandan sonra onun bələyinin, yüyrüyünün, yor​ğanının üzünə sarı parça örtərlər ki,
sarılıq xəstəliyinə tu​tulmasın.
Kör​pə uşağın əlini un – buğda çuvalına salırlar ki, bolluq olsun, taxıl, çörək bərəkətli olsun.
Boş beşiyi tərpətmək pis​dir. Uşaq ölər və ya ömürlük xəstə olar.
Ana uşağını əmizdirərkən döşünü görən olsa, südü quruyar.
Hamiləlik dövründə çoxlu heyva yeyən ananın dünyaya gətir​diyi uşaq qənirsiz, gözəl-göyçək olar.
Ha​mi​lə qadın qovurğa yeyərsə, dünyaya gətirdiyi uşaq davakar, dəcəl olar.
Ha​miləlik dövründə ana çoxlu balıq yeyərsə, dünyaya gətir​diyi uşaq dəcəl olar.
Qa​dın hamilə vaxtı günəbaxan tumu çırtlayarsa, dünyaya gətir​diyi uşaq çoxdanışan və nadinc olar.
Qa​dın hamilə olarkən toyuğun ödünü ocağa atırlar. Əgər güclü partlarsa, o zaman qadının oğlu, yox
əgər partlaması eşidilməz​​sə, qızı olar.
Ana hamilə olarkən uşaq ana bətnində çox tez-tez çapalayarsa, oğlan, sakit olarsa, qızı olar.
 
Maraqlıdır ki, o dövrdən bu günə qədər yaşayan bir sıra adət və qaydalarda süpürgənin sakral
qüvvəyə malik olması qeyd edilir və onunla bağlı bir sıra inanclar əsrlərin süzgəcindən keçərək hələ
də qalmaqdadır:
 
“– Süpürgəni başı yuxarı qoymax olmaz. Belə eləsən, evə ölü düşər;
– Ər evində ilk dəfə süpürgəynən işə başdıyan gəlini bədbəxtlik gözdüyür;
– Əvi süpürəndə üsdüvə süpürgə dəysə, gərəh süpür​gədən bir çöp çıxarıp atasan, yoxsa şərə
düşərsən;
– Üstüvə süpürgə dəyərsə, gərək süpürgəyə tüpürəsən”.
 
Əslində təmizləmək, süpürmək kimi mahiyyəti etibarilə müsbət funksiyaları icra edən bu nəsnədən
ehtiyata, bəd əməl​lərə, şər qüvvələrə qarşı icra edilən aktların (tüpürmək) süpür​gəyə münasibətdə
həyata keçirilməsinə bir izah tapmaq müm​kündür. Belə ki, xalq arasında “zir-zibilin” “ruhlar yığnağı”
olması inamının mövcudluğu məlum faktlardandır. Süpürgə isə zir-zibillə birbaşa təmasda
olduğundan insanlar ondan da ehtiyat etmiş, ruhları hirsləndirməmək üçün bir qisim aktlar icra
etmişlər. Çünki insanlar inanmışlar ki, narahat edilmiş ruhlar hirslənərək onlara xətər toxundura
bilərlər.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə