Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

İKİNCİ FƏSİL
 
ŞƏKİ ORTA ƏSRLƏRDƏ
 
VII əsrin ortalarında ərəblər Azərbaycanın ərazisinə daxil olurlar. Bey​lə​qan, Şəmkir, Qəbələni işğal
etdikdən sonra Şəkinin hakimiyyəti ilə sülh müqaviləsi bağlayırlar. Bu müqaviləyə görə, Şəki
ərəblərə xərac verməli idi. Beləliklə, Şəki əyaləti mərkəzi Bərdədə yerləşən III əmirliyin tərkibinə
daxil edildi. Hər əmirlik mahallara bölünürdü və Şəki də bu mahal mərkəzlərindən biri idi.
Ərəb xilafətinin zəiflədiyi bir dövrdə, IX əsrdə, Şəkidə müstəqil knyazlıq yarandı. Ərəb tarixçisi
Məsudi bu haqda belə yazırdı:
“Sanari çarlığının yaxınlığında şəkililər yaşayır. Bu xristian tayfasında həm də çoxlu müsəlman var.
Şəkinin hakimi Odər Nersedir”.
Beləliklə, biz görürük ki, artıq X əsrdən Şəki əhalisinin bir hissəsi islama sitayiş edirdi. Odər Nerse
Alban knyazlarının nəslindən olub, 915-ci ildən 950-ci ilə qədər Şəkinin hakimi olmuşdur. Odər
Nersedən sonra Şəkini Sevada İşxan idarə etməyə başlayır. Onun dövründə Şəki Şirvanşahlardan
asılı vəziyyətə düşür. X əsrin 60-cı illərində Sevada İşxan öldükdən sonra onun oğlu Oxannes
Senexerib qonşu Sanari çarlığını Şəkiyə birləşdirir, Alban dövlətini bərpa etməyə cəhd edir və
Şirvanşahlar dövlətinə tabe olmaqdan imtina edir. Lakin Şirvanşahlar dövlətində hakimiyyətə
Kəsranidlər sülaləsi keçdikdən sonra yenidən Şəki həmin dövlətin tabeliyinə keçir.
XIV əsrin 30-cu illərində Hülakilər dövləti iflasa uğradıqdan sonra Şəki daxili işlərində müstəqillik
qazandı və Öyrət sülaləsi hakimiyyətə gəldi. Amma elə həmin əsrin sonlarında Əmir Teymurun
hücumuna məruz qaldı. 1386-cı ildə Teymurun qoşunları Şəkiyə daxil olur. Şəkililər Gürcüstanla
birlikdə Əmir Teymurun qoşunlarına qarşı uzunmüddətli və dayanıqlı döyüşlər aparırlar. Onlar hətta
1397-ci ildə Əlincə qalasına – Teymurun qoşunları tərəfindən mühasirədə saxlanılan qalanın
müdafiəçilərinin köməyinə gedirlər. 1398-ci ildə Əlincə qalasının müdafiəsi zamanı Şəkinin
hökmdarı Səid Əli Öyrət həlak olur. Onun oğlu Səid Əhməd Teymurun qisas alacağından ehtiyat
edərək, arada vasitəçilik etmək üçün Şirvanşah I İbrahimə müraciət edir. Şirvanşah I İbrahim 1382-ci
ilə qədər Şəkidə yaşamışdı və burda torpaq sahələri var idi. I İbrahimin vasitəçiliyi ilə Şəkinin
hökmdarı Səid Əhməd qiymətli hədiyyələrlə Teymurun Qarabağdakı düşərgəsinə gedir. Əmir Teymur
Səid Əlinin günahını bağışlayır və Səid Əhmədi Şəkinin hökmdarı kimi tanıdığını bəyan edir.
Teymurun vəfatından sonra Şəki yenidən öz müstəqilliyini elan edir, Gürcüstan və Şirvanşahlarla
dostluq münasibətlərində müstəqil fəaliyyət göstərməyə başlayır. Teymurun nəvəsi Ömər yenidən
Şəkini və Şirvanı tabeliyinə salmaq istəsə də, uğursuzluğa məruz qalır. Birləşmiş qoşunlar Kür
çayının sahilində Ömərin qoşunlarını darmadağın edirlər.
I İbrahimin Şəki və Gürcüstanla ittifaqı bu əraziyə sahib olmaq istəyən Qaraqoyunlu hökmdarı Qara
Yusifə qarşı da davam edir. Lakin 1412-ci ildə birləşmiş qoşunlar Qara Yusifin qüvvələrinə məğlub
olur. I İbrahim, Səid Əhməd və gürcü çarı Konstantin əsir düşür. Nəticədə, onlar özlərinin vassal
asılılığını elan edərək Qaraqoyunlu dövlətinə bağlı olduqlarını bəyan edir və azad edilirlər.
XV əsrin ortalarında Qaraqoyunlu dövlətinin zəifləməsi ilə əlaqədar olaraq Şəki və Şirvan öz
müstəqilliklərini bərpa edirlər.
XV əsrin sonlarında Şəki hökmdarı Şah Hüseyn Ağqoyunlu dövlətinin başçısı Rüstəm padşahdan
kömək alaraq Qəbələ mahalını özünə birləşdirir. Şirvanşah Fərrux Yassar öz vassalı Qəbələ


hökmdarı Əbülfət bəyin köməyinə gəlir və Qəbələni azad edir. Şəki hökmdarı Şah Hüseyn yenidən
Təbrizə, Rüstəm padşahın yanına gedərək Ağqoyunlu dövlətindən hərbi kömək istəyir. Qəzəblənmiş
Rüstəm padşah onu Urmiya gölündə boğdurur.
XV əsrin sonlarında Səfəvilərin hakimiyyəti güclənir. Yenicə taxta çıxmış Şah İsmayılın ilk məqsədi
Şirvanı ələ keçirmək idi. 1500-cü ildə Şah İsmayıl Şirvana yürüş edərkən Kür çayının sahilində Şəki
hökmdarı ilə qarşılaşır. Bu döyüşdə şəkililər məğlub olaraq geri çəkilirlər. Səfəvi dövləti
yarandıqdan sonra Şəki hökmdarı özünün Səfəvilərə bağlılığını elan edir. Belə ki, 1519-cu ildə
Təbrizdə Şah İsmayılın iqamətgahında öz vassal asılılığını bildirənlər arasında Şəki hökmdarı da var
idi.
1524-cü ildə Kaxetiya hökmdarı Levan Şəkiyə hücum edir. Bu döyüşdə şəkililər qalib gəlsələr də,
Şəki hökmdarı Həsən Sultan həlak olur. Tarixi qaynaqlar bu döyüşün Daşüzdə baş verdiyini, Həsən
Sultanın qəbrinin Göybulaq kəndinin ön hissəsində, Cəfərabad kəndinin qərbində yerləşdiyini və
sonralar İran şahı tərəfindən təmir olunduğunu, üstündə bişmiş kərpicdən tağlı məscid inşa edildiyini
bildirir. Ondan sonra Şəkinin hökmdarı onun oğlu Dərviş Məhəmmədə keçir.
1538-ci ildə Səfəvi hökmdarı I Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoyur və oranı
özünün bəylərbəyliyinə çevirir. Bu zaman Dərviş Məhəmməd xan Şəki qoşunu ilə Buğurd qalasına
sığınan Şaxruxa köməyə gəlmişdi.
Şirvan müttəfiqini itirəndən sonra Dərviş Məhəmməd xan Şəkinin müstəqilliyini saxlamaq ümidiylə
Təhmasiblə yaxınlaşmağa başladı. Bu məqsədlə 1539-cu ildə Dərviş Məhəmməd, Şah I Təhmasibin
bacısı, II Xəlilullahın dul arvadı Pərixan xanımla evlənir. Amma 1547-ci ildə Pərixan xanımın
ölümündən sonra Şəki ilə səfəvilərin münasibəti kəskin pisləşir. Belə ki, Dərviş Məhəmməd, Şah I
Təhmasibin qardaşına qarşı qiyam qaldırmış Alxas Mirzəni dəstəkləyir, qardaşı Şahnəzər vasitəsilə
ona hərbi yardım göstərir. Alxas Mirzənin qiyamı yatırıldıqdan sonra Şah I Təhmasib 1548-ci ilin
sonunda xanı cəzalandırmaq üçün Qarabağdan Sevindik bəy Əfşarı 2500 qorçu ilə Şəkiyə göndərir.
Onlar bu yerləri dağıdıb, talan edib geri qayıdırlar.
 
Nəhayət, 1551-ci ildə Təhmasib Şəkinin müstəqilliyinə son qoymağı qərara alır. Dərviş Məhəmməd
Kiş qalasında gizlənir. Bu haqda Mustafa ağa Şuxi özünün “Nuxu xanlarının keçmiş əhvalatının
hekayəti” adlı əsərində belə yazırdı.
“Şah Təhmasib Dərviş Məhəmməd xanın o hərəkətlərin və işlərin (ona tabe olmamasını) eşidib
qəhrü-qəzəbi cuşa gəlib, küllü qoşun götürüb Dərviş Məhmməd xana tənbeh etməyə əzmü hərəkət
edib, gəlib Kürdən keçib Ərəş mahalına varid olubdur”.
 
Təhmasib Ərəşdə düşərgə salıb öz qasidini Şəki hakimi Dərviş Məhəmməd xanın yanına göndərdi.
Qasid bildirdi:
 
Gəl sən də bizə xidmət et, özünü məhv etmə. Şah sənə böyük mərhəmət göstərər.
 
Şəki hakimi qasidə rədd cavabı verdi. Bu da Təhmasibin Şəki üzərinə hücumu üçün formal səbəb
oldu. Şəki xanı qoşunlarını Kiş qalası, “Gələrsən-görərsən” qalası və sığınacaqlarda (dağlardakı
mağaralarda) yerləşdirərək uzun müddət müdafiə olunacağına inanırdı. Lakin o, I Təhmasibin
qoşununda ağır topların olmasından xəbərdar deyildi. Bu ağır toplar döyüş əməliyyatlarında öz


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə