Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

Şəkidə qadınlar şər qüvvələrin xüsusilə fəal oldu​ğu axşam vaxtı ev süpürərkən “Toy evi süpürürəm”,
yaxud “Zibil çöldə,Bərəkət öydə” ovsunlarını söyləməklə, fikrimcə, na​ra​hat etdiyi ruhların
hirslənməyinin qarşısını almağa çalı​şır​lar.
Doğum mərasiminin mühüm komponentlərindən biri də məxsusi yemək növləridir. Bu xörəklərə
qeyri-adi əlamətlər – məhsuldarlıq, şəfaverici keyfiyyətlər aşılanır. Qadının azad olması xəbəri çıxan
kimi onun üçün quymaq bişirirlər. Quymaq yüksək kalorili, isti təbiətli, qızdırıcı xüsusiyyətlərə
malikdir. Do​ğum mərasimində xüsusi xörəklə qeyd edilən bir adət də var. Uşağın dişi çıxmağa
başlayanda ona hədik bişirirlər. Hədiyə yeddi növ paxlalı və dənli bitki tökürlər: buğda, mərci, lərgə,
lobya, qaragöz lobya, qarğıdalı, noxud. Hədiyin bişirilməsi imitativ magiyanın – təqlidi sehrin
təzahürüdür. Bişirilməzdən bir gün əvvəl bütün bu ərzaqlar suda isladılır. İslanmış dənlər çırtlamağa
başlayır və insanlar inanırlar ki, bu dənlər çırt​la​dığı kimi, uşağın dişinin yeri də çırtlayacaq və diş
uşağa əziy​yət vermədən çıxacaq. Bu hədikdən birinci pay quşlara atılır.
Doğum mərasimlərinin ən önəmli tərkib hissələrindən biri xalq arasında “Qırxlıq”, “Qırx gün”,
“Qırxçıxma”, “çillə” adları ilə tanınan mərhələdir ki, bu mərhələ ilə bağlı bir çox inamlar
mövcuddur. Çillə doğuşdan, toydan sonra keçən 40 günlük müddətdir. Çillə sözünün mənası əzab-
əziy​yət anlamı verir. Ümumən, çilləyə düşmək müəyyən sıxıntı çəkmək, ağırlığa düçar olmaq
deməkdir.
Uşağı qırxdan çıxaran şəkililər uşağın başından qırx də​nə arpa, yaxud buğda tökürlər.
Əgər qadınlar qırxa düşmənin ölü səbəbindən baş ver​mə​sin​dən şübhələnirlərsə, onda bu mərasimin
fərqli vasitələri mey​da​na çıxır.
 
“Gedillər həmən yası olan ölünün qəbrinnən birəz tor​​pax gətirip töküllər uşağın başına. Onda uşağın
çilləsi kəsilir”.
 
Uşağın və zahının qırxı çıxınca müəyyən qadağalar var idi.
 
– 40 gün zahı tək buraxılmaz;
– Zahı və uşaq olan evdə 40 gecə çıraq yandırmaq lazım​dır;
– Uşağın paltarı bayıra asılmaz, suyu ayaq altına tö​külməz. Bu suyu barlı ağacın dibinə tökmək
lazımdır;
– Yağışlı gündə paltarları çölə sərmək olmaz, əks halda uşağın üzü çilli olar;
– Uşaq güzgüyə göstərilməz, yoxsa üzü balaca qalar;
– Dırnaqları kəsilməz. Yoxsa ömrü qısalar;
– Qırxlı uşaq olan evə yad adamlar girməz, əks halda uşaq basılar. Bunun baş verməməsi üçün uşaq
başqa otağa aparılır, qonaq girdikdən sonra onun üstünə gətirilir.
– Uşaq olan otağa isti çörək, çiy ət də gətirmək olmaz. Onda uşağın başı böyük, bədəni balaca olar.
– Qırxlı qadın hüzr yerlərinə, qəbiristanlığa getməməlidir. Qırxlı qadın digər zahı ilə, yaxud təzə
gəlinlə görüşə bilməz, əks halda hər ikisi qırxa düşə bilər. Qırxlı qadın barlı ağacın üstünə getməz,
barlı ağac bardan kəsilə bilər.
– Uşağın qırxı çıxandan son​ra körpəni oğlandırsa ən uzunömürlü, ağıllı-pirani qoca kişi​nin, qızdırsa
ən ağbirçək, imanlı qarının qucağına qoyurlar ki, uzunömürlü və ağıllı olsun.
– Qırxı çıxmamış uşağın və ananın başı altına qırx gün bıçaq, dəmir qoyur, yaxasına iynə sancırlar ki,
hal anası həm anaya, həm də doğulan uşağa to​xun​masın.


– Evin astanasına dəmir, zən​cir, dəhrə, balta qoyularsa, hal anası zahı qadına toxun​maz.
 
Əslində doğum öncəsində və sonrasında tətbiq edilən bu qadağaları qadın zəif olduğu üçün, sağa​lana
və möhkəmlənənə qədər çətinliklərdən qorunması üçün görülən tədbirlər kimi dəyərləndirərək, bunu
“bir növ karan​tin” adlandırardım. Bu “karantin dövrü” ana və kör​pəsinin maraqlarına xidmət edir,
onları şər qüvvələrin təsirin​dən və bədnəzərdən qoruyurdu.
Uşağı yaman gözlərdən mühafizə etmək üçün alnına və yanaqlarına ağacın külündən, yaxud
yandırılmış üzərliyin qa​rasından sürtürlər. Uşağı gözdəymədən qorumaq üçün xüsu​si ovsun oxuyaraq
onun alnına kül sürtürlər.
Bu magik-simvolik ayin və mərasimlər, rəngarəng tabu-yasaqlar yalnız ilkin ibtidai təsəvvür və
inamların yaşadıcısı ki​mi deyil, həm də ana və uşağın çətin, qorxulu bir məqamda təh​lükəsizliyini
təmin etmək, onları qorumaq cəhdi kimi də qiymətləndirilməlidir. Məhz bu cür nəcib, humanist
məqsədə yönəldiyindəndir ki, yaradılışından uzun zaman keçdikdən son​ra belə bu ayin və mərasimlər,
tabu və yasaqlar aktuallığını itir​məyərək Şəki qadınları tərəfindən qəbul edilib, gündəlik məişətdə
tətbiq edilərək yaşamaq hüququ qazanıblar.
Hər bir şəkilinin həyatının ayrılmaz bir hissəsi olan xalça bütün ona xas əsas funksiyası ilə bərabər
həm də evin, ailənin, şəxsin qoruyucusu olmuşdur. Bu qoruyucular xalçaya gözəllik verən naxışlar və
rənglərdir. Bununla bağlı Azərbaycanda “Xalça pirdir”, “Xalça qoruyan​dır” və s. kimi saysız-
hesabsız deyimlər, məsəllər yaranmış​dır... Bu inanclara görə, xalçanı kəsmək günah sayılır. Çünki
xalça üçün sağlam qoyundan qırxılan yundan ip əyrilir və hesab olunur ki, bu iplərin lifləri ölü deyil,
canlıdır. Qoyun özü bərəkət simvoludur, yəni onun südündən, ətindən, yunun​dan bəhrələnirlər. Eyni
zamanda, xalçaya həkk edilən “qoru​yucu”lar ailəni, evi bədbəxtliklərdən mühafizə edirdi. Bəzən
alaçıqların, evlərin ətrafına, qapılara at quyruğundan tel sancırlar. Bu həm bədnəzərdən,
uğursuzluqdan qoruyur, həm də zəhərli həşəratların alaçığa daxil olmasının qarşısını alır. Eyni
xarakterli başqa bir mə​mulat keçi tükündən hazırlanmış “ləmə qabağı”lardır. İnanc​lara görə, ilan keçi
tükündən gələn spesifik iydən qorxur. Ona görə də ağartı məhsulları (süd, qatıq, ayran və s.) saxlanan
yerlərin önünə asılardı. Başqa bir adətə görə, evdə bir bəd​bəxtlik, ağırlıq, xəstəlik üz verərsə, ondan
xilas olmaq üçün hana qurub xüsusi qırmızı rəngli xalça – “Çillə Şəddəsi” toxu​yurlar. “Çillə
Şəddəsində” qırmızı rəngə üstünlük veril​mə​si türk xalqlarının, o cümlədən şəkililərin inancında xe​-
yir​xah ruhların rəmzi hesab edilməsi ilə əlaqədardır.
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə