Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

essesini  oxumaq  kifayətdir.  Şopenhauer  isə 
məhəbbəti hətta şər qüvvə hesab edir: «məhəbbət 
də  aclıq  kimidir  və  insan  üçün       ziyanlıdır.»

Lakin  məhəbbətin  (əslində  məhəbbətin  yox, 
şəhvətin)  aclığa  bənzəməsi  heç  də  onun  ziyanlı 
olmasına  dəlalət  etmir.  İnsan  acmasaydı, 
yeməsəydi  bədəndə  maddələr  mübadiləsi  də 
getməzdi.  Yəni  bu,  həyat  üçün  zəruri  bir 
prosesdir.  Erix  Fromm  yazır: «Psixoloji  nöqteyi-
nəzərdən  aclıq,  təşnə  və  şəhvət  kimi  hisslər 
özünüidarə  dinamikasına  malikdirlər;  onların 
intensivliyi  istək  təmin  olunana  qədər  artır, 
kulminasiyaya  çatır  və  istəyin  təmin  olunma 
məqamından  sonra  bir  müddət  yox  olur».
2
  Yox 
olur  və  insan  energetik  baxımından  yenidən 
tarazlaşdıqdan  sonra  bərpa  olunur.  Yəni  aclıq  və 
təşnə kimi şəhvət də diskret dəyişir. Ona görə də, 
dausizm  və  dzen-buddizmin  bazasında  şəhvət 
enercisinin  şüurla  idarə  olunması  və  enercinin 
düzgün  balanslaşdırılması  ilə  əlaqədar  xüsusi 
təlimlər işlənib hazırlanmışdır.
Daha çox bədənlə, insanın cismani enercisi 
ilə  bağlı  olan  diskret  bir  hissi-bioloji  vəziyyət 
müntəzəm  və daimi hiss olan məhəbbət duyğusu 
ilə  eyniləşdirilə  bilməz.  Amma  müəyyən  əlaqəni 
də inkar etmək olmaz.
1
 Энциклопедия ума. М., 1998, стр. 209. 
2
 Фромм Э. Мужчина и женщина. – М., 1998, 
стр. 124.
68


Maraqlıdır  ki,  müvafiq  hind-çin  təlimlə-
rində  şəhvət  hissinin  şüurlu  surətdə,  iradi  aktla 
idarə  olunmasından  hətta  bir  hissin  enercisinin 
başqa  enercetik  məcraya  yönəldilməsindən  tibbi 
və  ya  bioloji  kontekstdə  deyil,  psixoloji-fəlsəfi 
kontekstdə  söhbət  gedir.  Təəccüblüdür  ki,  bu 
təlimlər Qərbdə deyil, Şərqdə meydana gəlmişdir. 
Həm  də  Z.Freyddən  neçə  min  il  əvvəl.  Freyd  və 
onun  davamçıları  isə  psixik  situasiyaya  fizioloji 
təməl  aspektində  yanaşdıqlarından  hələ  də  çox 
geridədirlər.
Digər tərəfdən, Qərbdə sosial       psixolog-
iya, ictimai proseslərin psixik və mənəvi əsasları 
daha  ətraflı  öyrənildiyindən,  nəinki  aclıq  və 
şəhvət  kimi  ehtiyacların,  hətta  daha  yüksək 
hisslərin sosial tənzimlənməsi və ictimai reallıqla 
əlaqələndirilməsi  istiqamətində  də  böyük  işlər 
görülmüşdür. 
69


İlk məhəbbət və şəhvət duyğusu
Ailənin  sonrakı  fazasında,  övladlar  əmələ 
gəldikdən 
sonrakı 
mərhələsində 
eyniyyət 
məhəbbəti  daha  həlledici  rol  oynayır;  həm  fərdi 
məhəbbətdə  övladların  taleyi  ilə  bağlı  birgə 
məsuliyyət  hissi  tamamlama  səciyyəli  cinsi  ca-
zibəni  üstələyir,  həm  də  övladlara  yönəldilmiş 
yeni  tipli  münasibətlər  yaranır.  Bu, –  valideynin 
övlada  məhəbbətidir.  Valideyn  uşağında  özünün 
ikinci varlığını, həyatının öz cismindən kənardakı 
mövcudluğunu  görür.  Daha  doğrusu,  genetikanı 
bilib-bilməməsindən  asılı   olmayaraq,  ona  belə 
gəlir. Ta o vaxta qədər ki, uşaq böyüyüb başqa bir 
xarakter,  başqa  bir  mənlik  nümayiş  etdirməsin. 
Bu  başqalıq,   «yadlıq»  əlaməti  üzə  çıxanda 
məhəbbət  elə  bil  ki,  daşa  çırpılır.  Amma  sınmır. 
Çünki  valideyn  neçə  illər  ərzində  qəlbində 
70


bəslədiyi  eyniyyət  ümidini  itirməmək  üçün 
faktları qulaq ardına vurur, dərinə getmir, reallığı 
anlamağa  çalışmır.  Fərq  çox  böyük  olmayanda, 
acı nəticələrə  gətirməyəndə hər şey təbəddülatsız 
ötüşür.  Tək-tək  hallarda,   –  fərq  özünü  təkidlə 
biruzə  verəndə,  qarşıdurmaya  keçəndə  məhəbbət 
içindən 
sarsılır.
 Bu 
valideynliyin 
faciə 
məqamıdır.  Bu  məhəbbət,  xarakterinə  görə  ilk 
məhəbbəti xatırladır. 
Valideyn  məhəbbəti  genetik  eyniyyət 
duyğusundan  yaranmaqla  yanaşı,  həm  də  nar-
sisizm  təzahürüdür.  Söhbət  «Mən»in,    fərdi 
mənəvi  həyatın,  ikinci  şəxsdə  davamından  gedir. 
İlk  məhəbbət  isə  insanın  özünün  olmasa  da, 
idealının  kənarda  mövcudluğuna  olan  müna-
sibətidir. 
Yeniyetmənin  cinsi  hissiyatı  hələ  təzəcə 
formalaşarkən  onun  özünün  də  hələ  anlamadığı 
bir sövq-təbii ilə qəlbində bir işıq yanır və  dünya 
gözəlləşir, daha al-əlvan görünür. 
Qönçə idim, gül oldum,
Boy atdım sünbül oldum,
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
1
1
  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  antologi-
yası. B., «Çaşıoğlu», 2004, səh.137-138.
71


 Və bülbül gül həsrəti ilə yanmağa başlayır. 
Yeniyetmənin  könlündə  əks-cinsdən  olan  ideal 
obraz  yaranır.  Bu  da  əslində  genetik  olaraq  ötü-
rülmüş  hissiyyatdır.  Əlbəttə,  bu  obraz  hələ  tam 
formalaşmamışdır,  konturları  da  aydın  deyil,   – 
amorfdur. Amma fərqi yoxdur. Yeniyetmə özü də 
bilmədən  kənarda  bu  obrazın  gerçəyini  axtarır. 
Və  hər  hansı  bir  təsadüf,  gerçəyin  hər  hansı  bir 
əlamətinin bu obraza uyğun gəlməsi yeniyetmədə 
axtardığını  tapmaq  duyğusu,  tam  eyniyyət 
əminliyi  yaradır.  Bu  duyğu  elmdə  kəşfi,  texniki 
axtarışda  ixtiranı,  bədii  yaradıcılıqda  vəcdi,  ilahi 
ünsiyyətdə  vəhyi  xatırladır.  Bu, –  möhtəşəm  və 
əsrarəngiz  bir  duyğudur.  Və  bundan  sonra 
yeniyetməni  inandırmaq  çətindir  ki,  bu  gerçək 
əslində  onun  idealından  çox  fərqlidir.  Çünki  o 
daha  gerçəyi  deyil,  onun  simasında  öz  idealını 
görür («ilk məhəbbət kor olar»).   Və bu aldadıcı 
eyniyyət  duyğusunun  parçalanması  üçün  neçə-
neçə  faktların  möhkəm  zərbələri  ilə  üzləşmək 
lazım gəlir. Ağıl deyir ki, bu o deyil. Amma qəlb 
yenə də görmək istəyini görür. 
İlk məhəbbət də, şəhvani hiss də – hər ikisi 
uşağın  özünü  cinsi  baxımdan  fərqləndirməyə 
başladığı  vaxtdan  yaranır.  Bu  zaman  içəridən 
uşaq üçün anlaşılmaz və idarəolunmaz hisslər baş 
qaldırır.  Və  bu  hisslər  bir-birindən  tamamilə 
fərqli iki müxtəlif qütb kimi ortaya çıxır.
72


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə