Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

mənəvi-insani  formAsını  heyvani  ehtirasdan 
fərqləndirməklə  bərabər,  onların  təbiətində 
eyniyyət 
məqamının 
olub-olmamasını 
araşdırmağa  çalışır.  O,  erotik  hissin  digər 
məhəbbət  təzahürləri  ilə  əlaqəsi  (əslində 
əlaqəsizliyi)  barədə  yazır:   «Məhəbbət,  özünün 
yüksək və aşağı təzahür səviyyəsində olmasından 
asılı  olmayaraq,  bir  erotik  pafos  kimi  istənilən 
halda 
Allaha 
sevgiyə,
 insana 
sevgiyə, 
valideynlərə  və  Vətənə,  dosta-qardaşa  sevgiyə 
bənzəmir,   –  bu,  hər  şeydən  əvvəl  cismaniliyə 
meyldir».
1
  Doğrudan  da  fərdi-cismani  və  ya 
başqa  sözlə,  cinsi   məhəbbəti  digər  məhəbbət 
formalarından  fərqləndirən  başlıca  cəhət  burada 
şəhvani  hissin  az  və  ya  çox  dərəcədə  iştirakıdır. 
V.Solovyov  da  məhz  bu  hissin  məna  və 
məqsədini  açmağa  çalışır: «Lakin  bu  meylin,  bu 
sevginin  səbəbi,  məqsədi  nədir?  Cismani 
aspektdə  məhəbbət  nəyə  doğru  bir  cəhddir?... ». 
Bu  yerdə  o,  Platonun  Erotun  gözəllikdən 
doğulması  haqqında  fikrini  xatırladır  və  onun 
məhəbbət  təlimini  bar  verməyən  gözəl  məxməri 
çiçəyə bənzədir. 
2
 
Şəhvət  hissi instinktiv  olsa  da, əslində  heç 
də  sadə  və  yekcins  olmayıb,  mürəkkəb  struktura 
malikdir. Burada bir tərəfdən yaradıcılıq ehtirası, 
digər  tərəfdən,  tamamlama  hissi  ehtiva  olunur. 
1
 Yenə orada, səh. 615. 
2
 Yenə orada.
   
81


İnsan  öz  tərəf-müqabili  ilə  vüsala  can  atarkən, 
bunun  məhz  öz  nəslini  davam  etdirmək  kimi 
kortəbii  və  qeyri-şüuri  bir  ehtiyacın  realizasiya 
cəhdi  olduğu  haqqında  düşünmür.  Əslində  adi 
düşüncə  üçün  bunun  izahı  çox  çətindir  və  hətta 
xüsusi bioloji və sosial bilgilər də köməyə gəlmir. 
Ona  görə  də,  insan  bu  hissi  dərk  etməyə  heç 
təşəbbüs  də     göstərmir.  Tamamlama  hissi  isə 
əslində  daha  universal  bütövlüyə,  kamilliyə, 
vəhdətə təbii meylin bir forması olmaqdan başqa, 
həm  də  qismən  instinktiv  yaradıcılıq  cəhdindən 
törəmədir.  Yəni  insan  nəslini  davam  etdirmək 
missiyasını  üzərinə  götürmək  üçün  insan  təbiəti 
yarımçıq  yox,  bütövlükdə  təmsil  olunmalıdır. 
Bütövlük  ancaq  insan  təbiətinin  fərqli  təzahü-
rlərinin  birləşməsi  sayəsində  əldə  edilmiş  olur. 
Birliyə,  vəhdətə,  harmoniyaya  meylin  əsasında 
isə,  bir  tərəfdən  genetik-bioloji  yaradıcılq  ins-
tinkti  dayanırsa,  digər  tərəfdən,  bu,  insanın  tə-
biətə,  daha  doğrusu,  təbiətdəki  ahəngə,  harmo-
niyaya məftunluğunun xüsusi halıdır. İnsan təkcə 
tərəf-müqabillə  deyil,  onun  simasında  dünya 
harmoniyası ilə vüsal tapmağa çalışır…
Bəli, biz hətta şəhvət hissinə də «yuxarıdan 
aşağı»  baxmağın,  onu  ancaq  heyvaniliyin  təza-
hürü  hesab  etməyin  tərəfdarı  deyilik.  Bu  hissi 
idarə  edə  bilmək  üçün  onu  inkar  etmək  yox,  an-
lamaq, dərk etmək lazımdır. Yəni şəhvani hiss ali 
duyğuların  strukturuna  daxil  edilsə,  həmişə 
82


onların  əhatəsində  olsa,  özündən  daha  yüksək 
hisslər  müqabilində  həlledici  rol  oynaya  bilməz. 
Onu 
gözəl 
duyğulardan,
 digər 
hisslərlə 
qonşuluqdan,  təmasdan  təcrid  etdikdə,  onu  gö-
zümçıxdıya  saldıqda,  bağlı  qapı  arxasında 
saxladıqda isə sıxılmış yay effekti yaranır. O daha 
da azğınlaşır, vəhşiləşir və insanın öz əli ilə xalis 
heyvani  (cismani)  başlanğıca  doğru  itələnmiş 
olur. Halbuki, onda yaradıcı məhəbbətin qığılcımı 
var və o, atəşə çevrilib canı yandırdığı kimi, işığa 
çevrilib  qəlbi  işıqlandıra  da  bilər.  Yəni  şəhvət 
hissi nəcib duyğular məcrasına düşdükdə sonrakı 
məhəbbətin təməl daşı da ola bilər. 
Heyvani  şəhvətdən  fərqli  olaraq  insani 
şəhvətin  şəfqət  və  ülfət  məqamı!  Ülvi  hisslərlə 
təmasda  o  da  incələşir,  nəcibləşir,  gözəlləşir;   o 
bir  utancaqlıq,  bir  xəfiflik,  hətta  bir  həya  ilə  ta-
mamlanır. Bəli, insanın sevgi və sayğı göstərdiyi 
insana,  ömür-gün  yoldaşına   münasibətini,  küçə 
qadınına  münasibətlə,  vəhşi,  heyvani  şəhvətin 
təzahürü  ilə  müqayisəmi  etmək  olar?!  Vəhşi 
şəhvət  məhəbbətin  strukturuna  daxil  deyil;  ona 
heç bir aidiyyəti yoxdur. Amma     digər tərfədən, 
cinsi  məhəbbət  şəhvani  komponentdən  tamamilə 
məhrum  da  deyil.  Sadəcə  nəzərə  almaq  lazımdır 
ki,  buraya  daxil  olan  şəhvət  komponenti  xeyli 
dərəcədə  fərqli  mənşəyə  və  hətta  mahiyyətə 
malikdir.  Əsas  məsələ  şəhvətin  özünün  dife-
rensiasiyasıdır. Digər əsas məsələ bu hissin hansı 
83


digər  hisslərlə  qarışıq  halda  olmasıdır.  Xalis, 
çıxmır duzu ancaq heyvanlar yeyir. İnsan isə onu 
xörəyə  qatır.  Əbu  Turxan  demişkən,   «şəhvət 
məhəbbətin duzudur». Bu yerdə ingilislərin də bir 
atalar  sözü  yada  düşür:   «Məhəbbət  həyatın 
duzudur».  Yəni  şəhvət  məhəbbət  kontekstində, 
məhəbbət isə həyat kontekstində daha dəyərlidir. 
Dünyada gözəl olan çox şey var. Bəs qadın 
gözəlliyinə  xüsusi  münasibətin  səbəbi  nədir? 
Qadının  hansı  cəhəti;  zahiri  gözəlliyimi,  zərif-
liyimi,  ağlımı,  xarakterimi,  mənəvi  keyfiyyət-
lərimi  insanı  daha  çox  cəlb  edir?   Burada  hisslə 
duyulan nədir, ağılla dərk edilən nə? 
84


İnsanın ictimailəşməsi və 
məhəbbətin transferi
İnsanın  ictimailəşməsi  kişilərin  simasında 
lap  qədimdən  başlanır.  Əslində  cismani  və 
mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial 
komponent  də  insanı  fərqləndirən  ilk  zəruri 
şərtlərdən biridir. Ona görə də biz müasir  dövrdə 
ümumiyyətlə  insanın  yox,  məhz  «qadının 
ictimailəşməsi» prosesindən danışmaq istərdik. 
İnsanların ictimailəşməsi qədim tarixə ma-
lik olsa da, müxtəlif dövrlərdə bu ictimailəşmənin 
miqyası 
müxtəlif 
olmuşdur.
 Qadınların 
ictimailəşməsi neçə min illər ərzində   ailə və qo-
hum-qardaş  miqyasından  o  tərəfə  keçmədiyinə 
görə  biz  bunu  tam  ictimailəşmə  hesab  etmirik. 
Ailə bir tərəfdən cəmiyyətin  özəyi  olsa  da, digər 
tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir 
sistemdir.  Qərbdə  qadınlar  ailə  «baryerini» 
çoxdan  keçiblər.  Bizdə  isə  bu  proses  yeni-yeni 
başlayır  və  onun  yaratdığı  sosial-psixik 
təbəddülatların  öyrənilməsinə  böyük  ehtiyac 
vardır. 
Bu  hadisə,  heç  şübhəsiz,  məhəbbətə  də 
təsir  göstərir  və  onun  xarakterini  xeyli  dərəcədə 
dəyişir. 
85


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə