SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,92 Mb.
səhifə17/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

ORUC TUTMAYANLAR


Ramazan ayında Oruc tutmamaq böyük günahlardandır. Müsəlman bir kimsə özünü Allahın qəzəbindən və cəzasından özünü qorumalıdır. «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır». (ət-Təhrim 6). Əbu Uməmə əl-Bəhili - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yatdığım zaman yanıma iki nəfər gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram, dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq» dedilər. Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır» dedilər. Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir501. İbn Abbas - radıyallahu anhu deyir ki: «İslamın özü və dinin təməli üçdür. 1. Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur şəhadəti. 2. Namaz qılmaq. 3. Ramazan orucunu tutmaq. Kim bu üçündən birini tərk edərsə kafir olar»502. İmam Zəhəbi rahmətullahi aleyhi - deyir ki: «Alimlər arasında bilinən bir həqiqətdir ki, Ramazan orucunu xəstəlik və ya başqa bir səbəb olmadan tərk edən kimsə zina edənin, faiz yeyənin və İçki içəndən daha şərlidir. Həta onun müsəlmanlığında da şübhə edərlər, onu zındıqlardan zənn edərlər».

ORUC VAXTI QADAĞAN OLUNANLAR - Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Hər kim yalan danışmağı və yalanla əməl etməyi tərk etməzsə Allahın da bu kimsənin yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur»503. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Oruc tutmaq üçün gecəni niyyətlə keçirməyənin orucu oruc deyildir»504. Peyğəmbər - səllallahu aleyhi və səlləm məst cümə günlərini xüsusiləşdirərək oruc tutmağı və gecə ibadətləri etməyi qadağan etmişdir»505. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə iftar etmədən dalbadal oruc tutmağı qadağan etdi. Səhabələr: «Ya Rəsulullah! Siz ki, bunu edirsiniz?» deyə soruşdular. Peyğəmbər: «Mən sizin kimi deyiləm. Şübhəsiz ki, mən Rəbbim tərəfindən yedirdilir və içirdilirəm»506.

HƏCC


Həcc – ibadət məqsədi ilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək. «Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o, evi ziyarət etməsi insanların Allah qarşısında borcudur». (Ali-İmran 97). Hicrətin doqquzuncu ilində fərz etmişdir. Hicrətin səkkizinci ili Məkkənin fəthindən sonra. Allah Bəytul-Haramı Həcc etməyi islamın rukunlarından olduğunu qeyd edir. Gücü catan, sağlam olan və imkanı olan hər bir kəsin Həcc etməsi vacibdir. Həcc ömürdə bir dəfə vacibdir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər sallallahu aleyhi və səlləm susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı»507. İmkanı olanın Həcc etməsi vacibdir. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həcc etməyə tələsin. Çünki sizdən hər hansı bir kimsənin irəlidə başına nə gələcəyini bilməz»508. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar»509. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Gözəl Həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»510. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həcc ibadətinizi necə edəcəyinizi məndən öyrənin»511.

ALLAH VƏ RƏSULUNUN ADINDAN ELMSİZ DANIŞMAQ

Allaha qarşı elmsiz danışmaq, Allahın İsimləri, Süfətləri, Felləri barəsində. Allahın özü-özünü vəsf etdiyi və Rəsulunun Onu vəsf etdiyi kimi vəsf etməmək ən böyük günahlardandır. Bu Allahın hikmətinə, Rububiyyətinə, Rəbb xüsusiyyətinə də zidd olan bir şeydir. İnsan bilərəkdən Allahın İsimlərini yozarsa, təhrif edərsə, bilərəkdən Allahın və Rəsulunun adından danışarsa (bu halaldı, bu haramdır) bu şirkdən daha çirkin və Allah qatında da böyük günahlardandır. Böyük elm adamı İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Allah elmsiz olaraq söz söyləməyi haram etmiş və bunu ən böyük haramlar arasında saymışdır. Hətta bunu haramların ən yüksək mərtəbəsi olaraq qiymətləndirmişdir. «De ki: Rabbim yalnız aşkar və gizli alçaq işləri (həyasızlıq), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33). Allah haramları dörd mərtəbə olaraq sıralamışdır. Bunların ən alt mərtəbədə olanından başlamışdır ki, bu da həyasızlıqdır, ikinci bundan daha ağır dərəcədə olnı günah və zülm, üçüncü olaraq bu ikisindən də ağır Allaha şərik qoşmaq, dördüncü isə bütün bunlardan daha ağır olan Allah haqqında biliksiz söz söyləməkdir. Bu da Allah haqqında İsimləri, Sifətləri, Əməlləri, dini və şəriəti haqda biliksiz söz söyləməyi özündə əhatə edir»512.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, atəşə girər»513. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»514. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»515. Peyğəmbər sallallahu aleyhi və səlləm in adından yalan söyləmək böyük bir haram, ağır bir qəbahət və həlak edici bir günahdır. Yalnız bu haramı halal sayan kimsə kafir olur. Bir kimsə bir hədisin uydurma olduğunu bilir və ya böyük ehtimalla uydurma olduğunu zənn edirsə o, hədisi rəvayət etməsi haramdır. Belə bir hədisin uydurma olduğunu bilib və deməyən kimsə də Peyğəmbər sallallahu aleyhi və səlləm in yalan söyləyənlər cümləsinə daxildir516. İmam Zəhəbi rahmətullahi aleyhi - deyir ki: «Bəzi alimlərin rəyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm in adından yalan danışmaq küfr və İslam millətindən çıxardan günahdır».


ANA-ATAYA QARŞI ÜSYAN

«Rəbbiniz yalnız ona ibadət etməyi və valideynlərlə xoş rəftar etməyi buyurmuşdur». (əl-İsra 23). «Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığının ən düşkün çağına yetərsə onlara UF belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış». (əl-İsra 23). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-ananıza şükr edin. Axır dönüş Allahadır». (Loğman 14). «Onların hər ikisini acıyaraq mərhəmət qanadının altına alıb Pərvərdigara onlar məni körpəliyimdən tərbiyyə edib bəslədikləri kimi Sən də onlara rəhm et. De ki: Rəbbimiz ürəklərdə olanları biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz həqiqətən tövbələri qəbul edəndir. Qohuma da, miskinə də, müsafirə də haqqını ver». (əl-İsra 26). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etmişdik. Ey insan əgər valideynlərin bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr onlara itaət etmə». (əl-Ənkəbut 8). Əbu Bəkrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm : «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi?» deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim517. Abdullah b Məsud radiyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm dən: «Əməllərin hansı biri Uca və Böyük olan Allaha daha sevimlidir?» deyə soruşdum. Peyğəmbər: «Vaxtında qılınan namaz». Mən: «Sonra hansıdır?» dedim. O: «Ana və ataya yaxşılıq etmək» dedi. Mən: «Sonra hansıdır?» dedim. O: «Allah yolunda cihad etmək» deyə buyurdu. (Hədisi rəvayət edən) deyir ki: «Əgər soruşsaydım yenə əlavə edərdi»518. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zəlil oldu, zəlil oldu, zəlil oldu». Səhabələr: «Kim Ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «O, kimsədir ki, ana-atası və ya bunlardan biri (onun yanında yaşayaraq) ixtiyar yaşına çatmış və onların (üzünə ağ olaraq) Cəhənnəmə girmişdir» deyə buyurdu519. Abdullah b. Ömər radiyallahu anhu rəvayət edir ki: «Rəbbin razılığı valideyinin razılığıdır, Rəbbin qəzəbi isə valideyinin qəzəbinə görədir»520. Bəhz b. Həkim atasından, o da babasından rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdum: «Ya Rəsulullah! Yaxşılıq edilməyə ən layiq insan kimdir?» dedim. Peyğəmbər: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Atan» dedi. Sonra yaxın olanlara (qohum-əqrabaya), sonra ondan da yaxın olan (qohum-əqrabaya) deyə buyurdu521. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ey Allahın Rəsulu! Mənə nə əmr edirsən?» deyə soruşdu. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) beşinci dəfə təkrar etdi. Peyğəmbər: «Atanın qayğısına qal» deyə buyurdu522. Ata b. Yəsir radiyallahu anhu dan rəvayət edildiyinə görə bir nəfər İbn Abbas radiyallahu anhu nun yanına gələrək dedi: «Mən bir qadına aşiq oldum. Lakin mənimlə nigahlanmağı qəbul etmədi. Sonra başqa birisi ona aşiq oldu və onunla nigahlanmağı qərarlaşdırdı. Bundan ötrü onu bərk qısqandım və (qadını) öldürdüm. Mənim üçün bir tövbə yolu varmı?». İbn Abbas: «Anan həyatdadırmı?» deyə soruşdu. Adam: «Xeyr» deyə cavab verdi. İbn Abbas dedi: «Uca və Böyük olan Allaha tövbə et və Ona yaxınlaşmaq üçün gücün çatdığı qədər səy göstər» dedi. Ata b. Yəsir radiyallahu anhu deyir ki, İbn Abbasın yanına gələrək: «O, adamın anasının həyatda olub-olmadığını nə üçün soruşdun?» dedim. İbn Abbas: «İnsanın anasına yaxşılıq etməsindən Allaha yaxınlaşdıracaq daha gözəl bir əməl bilmirəm»523. İbn Abbas radiyallahu anhu rəvayət edir ki, müsəlman ana-ataya sahib olan bir müsəlman Allahdan savab gözləyərək onların qulluğunda durarsa, Allah ona heç şübhəsiz ki, Cənnətdən iki qapı açar. Əgər ana-atadan biri sağ olarsa və (ona da Allahdan savab diləyərək qulluq edərsə) Allah ona Cənnətdən bir qapı açar. Əgər onlardan birini qəzəbləndirərsə, valideyin ondan razı qalmadıqca Allah da ondan razı qalmaz. İbn Abbas radiyallahu anhu dan soruşuldu: «Əgər ana-ata o, övlada zülm etmiş olsalar da?». O: «Övlada (dünya işlərində) zülm etmiş olsalar da belə (rizalarını almadıqca Allah o, övlatdan razı qalmaz)» deyə cavab verdi524. Urva radiyallahu anhu : Ana-ataya acıyaraq hər ikisini də mərhəmət qanadının altına al» (əl-İsra 24) ayəsinin təfsirində demişdir: «Ana-atanın sevmiş olduqları hər hansı bir şeyi yerinə yetirməkdən çəkinmə (onların istədiyinə mane olma)»525.

ANA-ATA HAQQINI ÖDƏMƏK - Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Övlad heç bir yaxşı əməllə valideyn haqqını ödəyə bilməz. Yalnız valideyn qul (kölə) olarsa onu satın alaraq azad etdikdən sonra onun haqqını ödəmiş olar»526. Səid b. Əbu Burdə radiyallahu anhu rəvayət edir ki, İbn Ömər radiyallahu anhu nun Yəmənli bir nəfərin belində anasını daşıyaraq Kəbəni təvaf edərkən belə dediyinin şahidi olmuşdur: «Anamın zəlil olmuş bir dəvəsiyəm mən. Dəvə yorulsa da yorulmaram mən». Sonra Yəmənli dedi: «Ey İbn Ömər! Anamın haqqını ödəmiş oldummu?». İbn Ömər: «Xeyr! (Hamiləlik və ya doğuş zamanı) tək bir «AH» çəkməsini də belə ödəmiş olmadın (Başqa rəvayətdə: Çünki o, səni uşaqlıqdan yaşatmaq üçün çalışıb böyüdmüşdür. Sən isə baxırsan ki, o nə vaxtsa öləcək)». Sonra İbn Ömər radiyallahu anhu təvafını bitirib məqami İbrahimə gəldi və orada iki rükət namaz qıldı». Sonra dedi: «Ey Əbu Musa! Hər (təvaf sonunda qılınan) iki rükət namaz özündən əvvəlki günahları ört basdır edər» 527. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, valideyinlərini ağlar buraxaraq hicrət etmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləm ə beyət edən bir nəfər gəldi. Peyğəmbər: «Ana-atanı ağlar buraxaraq gəldiyin kimi də geri dön, onları güldür və sevindir»528. İbn Ömər radiyallahu anhu rəvayət edir ki, ana-atanı ağlatmaq, (onlara) üsyan etməkdir (nankorluq) və böyük günahlardandır529. Əbu Hazm radiyallahu anhu rəvayət edir ki, Ummu Hani b. Əbu Talibin mövlası Əbu Murra ona bu xəbəri vermişdir. Əbu Murra minikli olaraq Əbu Hureyrə radiyallahu anhu ilə birlikdə onu Əqiq adlanan yaşayış yerinə gəldim. Əbu Hureyrə radiyallahu anhu ona aid olan yerə çatdığı vaxt yüksək səslə: «Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun ey anacan!» deyə qışqırardı. Anası da: «Allahın salamı, rəhməti və bərəkəti sənin də üzərinə olsun» deyə cavab verərdi. Əbu Hureyrə: «Məni körpəliyimdən (şəfqət və mərhəmətlə) necə böyüdüb, tərbiyyə edib boya-başa çatdırdınsa, Allah da sənə mərhəmət etsin». Anası da: «Oğlum! Səni də Allah xeyirlə mükafatlandırsın. Bu ixtiyar çağımda mənə yaxşılıq və ehsan etdiyin və (məni razı etdiyin) kimi Allah da səndən razı olsun» deyə cavab verirdi530.


ANA-ATASINA LƏNƏT EDƏNLƏR - Əbu Tufeyl rəvayət edir ki, Əli radiyallahu anhu dan: «Peyğəmbər sallallahu aleyhi və səlləm in heç bir kəsə söyləmədiyi bir şeyi xüsusi olaraq sizə söylənildimi?» deyə soruşuldu. Əli: «Peyğəmbər sallallahu aleyhi və səlləm bütün insanlara aid etmədən xüsusi olaraq bizə bir şeylər söyləməmişdir. Yalnız bu qılıncımın qınında olan (kağızdakilərdən) başqa. Sonra (qılıncının qınından) bir kağız parçası çıxartdı, orada bu sözlər yazılmışdır: «Allahın adından qeyrisinə (bütlərə və müəyyən şəxslərə) qurban kəsənə Allah lənət etsin. Yer üzündəki sərhədləri dəyişənə Allah lənət etsin. Ana-atasına lənət edənə Allah lənət etsin. (Bidətçiyə və ya cinayətkara) fitnəkara sığınacaq verənə Allah lənət etsin»531. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsənin ana-atasına söyməsi böyük günahlar-dandır». Səhabələr: «Heç (adam öz valideynlərini) söyərmi?» deyə soruşdular. Peyğəmbər: «Birisinin (valideynlərini) söyür, o da onun ata-anasını söyür» deyə buyurdu532. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, insanın atasının söyülməsinə səbəb olması Allah dərgahında böyük günahlardandır533.

GÜNAH OLMADIQCA ANA-ATAYA İTAƏT - Əbu Dərda radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm doqquz şeyi əmr etmişdir: «Parça-parça doğranılsan və ya yandırılsan da belə Allaha heç bir şeyi şərik qoşma. Qəsdən (səbəb olmadan) fərz namazını əsla tərk etmə. Onu qəsdən tərk edəndən Allahın himayəsi qalxmış olur. Əsla şərab içmə. Çünkü o, hər bir pisliyin açarıdır. Ana-ataya itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr onlara görə bundan əl çək. Özünü haqlı saysan da belə təyin olunmuş əmirlərlə çəkişmə. Dostların (yoldaşların) qaçsa və həlak olsan da belə sən müharibədən qaçma. Varlığından (zənginliyindən istifadə edərək) ailənə xərclə, dəyənəyi onların üzərindən qaldırma və onları Uca və Böyük olan Allahın haqqı ilə qorxud»534. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, cihada getmək üçün bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». Adam: «Bəli!». dedi. Peyğəmbər: «(Madəm ki, valideyin-lərin həyatdadır) onlar üçün çalış (onlara yaxşılıq və ehsan) et» deyə buyurdu535. Əbu Səid əl-Xudri radiyallahu anhu rəvayət edir ki, cihada getmək üçün bir nəfər Yəməndən Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». O: «Bəli» dedi. Peyğəmbər: «Onlar sənə izn verdilərmi?» deyə buyurdu. O: «Xeyr» dedi. Peyğəmbər: «Qayıt onlardan izn istə. İzn versələr vuruş, əks halda isə qayğılarına qal»536. Cihada getmək üçün bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldi və: «Mən cihad etmək istəyirəm» dedi. Peyğəmbər: «Anan varmı?» deyə soruşdu. O: «Bəli, vardır» dedi. Peyğəmbər: «Cihada getmək yerinə ananın yanında qal və ona xidmət et. Çünki Cənnət onun ayağının altındadır (Başqa rəvayətdə: Onun ayağının dibindən ayrılma. Çünki onda Cənnət vardır)»537. Muaz b. Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ana-atasına yaxşılıq edənə Cənnət olsun, Uca və Böyük olan Allah onun ömrünə bərəkət versin (ömrünü uzadsın)»538. Sad b. Əbu Vaqqas radiyallahu anhu deyir ki, mənim haqqımda Qurani Kərimdə dörd ayə nazil olmuşdur. Anam mən Peyğəmbər sallallahu aleyhi və səlləm in dinindən dönmədikcə yeməməyə və içməməyə and içmişdir. Buna görə Allah bu ayəni nazil etdi: «Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). (Loğman 15). Mən (qənimətindən) çox xoşuma gələn bir qılınc götürmüşdüm. Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ey Allahı Rəsulu! Bunu mənə hədiyyə et!» dedim. Bundan sonra: «(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşurlar». (əl-Ənfal 1). Mən xəstələnmişdim. Peyğəmbər sallallahu aleyhi və səlləm məni ziyarət etdi. Dedim ki, ey Allahın Rəsulu! Mən malımı bölmək istəyirəm, yarısını vəsiyyət edə bilərəmmi? Peyğəmbər: «Xeyr!» dedi. Üçdə birini dedim, Peyğəmbər sükut etdi. Bundan sonra üçdə birini vəsiyyət etməyə icazə verildi. Ənsarlardan bir topluluq ilə içki içmişdim. Onlardan biri (Məkkə yolu üzərində) olan Lehyey Cəməl adlı yerdə burnumdan vurdu. Mən də (şikayət üçün) Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəldim. Bundan sonra Allah içkini haram edən ayəni nazil etdi539. Əsmə b. Əbu Bəkr radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in (Hudeybiyyə) müqaviləsi zamanında anam (ona qayğı və ehsan) edim deyə bizə qonaq gəldi. Mən də Peyğəmbər sallallahu aleyhi və səlləm dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?» Peyğəmbər: «Bəli!» deyə buyurdu. İbn Uyeynə radiyallahu anhu deyir ki, bu hadisədən sonra Allah: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər» (əl-Mumtəhinə 8)-ci ayəsini nazil etdi540. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, mənim barəmdə eşidən elə bir Yəhudi və Xristian yoxdur ki, məni sevməsin. Çünki (İslamı qəbul etməmiş) anamın müsəlman olmasını istiyirdim. O, da qəbul etmirdi. Mən ona (İslamı qəbul et) dedim, o, da qaçındı. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına getdim və dedim ki: «Anam üçün Allaha dua et!». O, da dua etdi. Evə qayıtdıqda anam qapını üzümə bağlamışdır. (Qapının arxasından) dedi: «Ey Əbu Hureyrə mən müsəlman oldum». Mən də bu hadisəni Peyğəmbər sallallahu aleyhi və səlləm ə xəbər verdim və dedim: «Mənim üçün və anam üçün Allaha dua et!». Peyğəmbər: Allahım! Qulun Əbu Hureyrəni və anasını insanlara sevdir» deyə buyurdu541.

BİR KİMSƏ MÜŞRİK ATASINA MƏĞFİRƏT (BAĞIŞLANMA) DİLƏMƏZ - İbn Abbas radiyallahu anhu deyir ki, Allah subhənəhu və təalə nin: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığının ən düşkün çağına yetərsə, onlara «UF» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et! de» (əl-İsra 23-24)-cü ayəsini, Bəraə (Tövbə) surəsində olan: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz» (ət-Tövbə 113)-cü ayə nəsh etdiyini – hökmünü qaldırdığını İbn Abbas radiyallahu anhu nəql etmişdir542.

ANA-ATAYA ƏZİYYƏT EDƏNİN CƏZASI - Əbu Bəkrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmən cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (valideynə qarşı) azğınlıq etmək və qohumluq əlaqlələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur»543. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra ikinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra da üçüncü pilləsinə qalxıb: «Amin!» deyə buyurdu. Səhabələr: «Ey Allahın Rəsulu! Biz sənin üç dəfə Amin – dediyini eşitdik» dedilər. Peyğəmbər: «Birinci pilləyə qalxdıqda Cəbrail əleyhissəlam yanıma gələrək: «Ramazana yetişib günahları bağışlanmış halda ondan ayrılan bəndə bədbəxt olsun!». Mən də: «Amin!» dedim. Sonra: «Valideynlərinin hər ikisi, yaxud biri qocalaraq onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim. Sonra: «Yanında xatırlandığım zaman mənə salşavat gətirməyən bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim544. İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Valideynlərinə qarşı çıxan və qədəri inkar edən Cənnətə girməz»545. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bütün günahları Allah Qiyamət gününə qədər dilədiyi qədər təxirə salar. Yalnız valideynlərinə qarşı çıxandan başqa. (Allah) valideynlərinə qarşı çıxana (əzabını əndirməkdə) tələsər»546. Vəhb b. Munəbbih rahmətullahi aleyhi - deyir ki: Allah Musa əleyhissəlam buyurdu: «Ey Musa! Valideynlərinə çox hörmət et! Kim ana-atasına hörmət edərsə ömrü uzanar və ona itaət edən bir övlad verilər. Kim də ana-atasına qarşı çıxarsa ömrü qısalar və ona qarşı çıxan bir övlad verilər». Əbu Bəkr b. Əbi Məryəm rahmətullahi aleyhi - deyir ki: «Tövratda – atasını döyən öldürülür (yazıldığını) oxudum». Vəhb rahmətullahi aleyhi - deyir ki: «Anasını döyən öldürülür – (hökmü) Tövratda vardır».
ANA-ATANIN DUASI - Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsənin duası qəbuldur və bunların qəbul olunmasında heç bir şübhə yoxdur. Zülmə məruz qalanın (məzlumun) duası, yolçunun (müsafirin) duası və ana-atanın övladına etdiyi dua»547. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlardan heç bir kimsə beşikdə ikən danışmamışdır. Yalnız Məryəm oğlu İsa əleyhissəlam ilə, Cureycin sahibi danışmışdır. (Səhabələrdən biri): «Ya Rəsulallah! Cureycin sahibi kimdir?» deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cureyc ibadətgahda ibadət edən bir kimsə idi. İbadətgahın yanında bir çoban da qalırdı. Bu çobanın yanına (İsrail oğullarından) olan fahişə bir qadın daima gəlib gedərdi. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim yoxsa namazıma davam edim) deyə düşündü və namazını səçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz qılan halda idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğluma fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.

Bir müddətdən sonra (çobanın yanına gəlib-gedən) o, qadın hamilə qalıb bir uşaq doğdu. O, qadın doğduğu uşaqla birlikdə məmləkətin hökmdarının yanına gətirildi. Hökmdar: «Bu uşaq kimdəndir?» deyə soruşdu. Qadın: «Cureycdən!» dedi. Hökmdar yenə: «İbadətgahın sahibindənmi?» deyə soruşdu. Qadın: «Bəli!» dedi. Hökmdar: «İbadətgahı dağıdın, onu (Cureycin) özünü isə bura gətirin!» deyə əmr verdi. Baltalarla ibadətgahı vurub dağıtdılar. Cureycin qollarını bağlayıb (hökmdarın) yanına gətirdilər. Fahişələrin yanına çıxarıldıqda Cureyc gülümsədi. Onlar da insanlar içərisindən Cureycə baxırdılar. Hökmdar: «Bu qadın nə iddia edir?» dedi. Cureyc: «Nə iddia edir?» deyincə hökmdar: «İddia edir ki, bu uşaq səndəndir!». Cureyc qadına: «Sən bu cür iddia edirsən?» dedi. Qadın da: «Bəli!» deyə cavab verdi. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. «O, qadının qucağındadır!» dedilər. Cureyc uşağa tərəf dönüb: «Sənin atan kimdir?» dedi. Uşaq: «Filan çobandır!» deyə cavab verdi. (Bu halı görən) Hökmdar: «Sənin ibadətgahını qızıldan düzldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar yenə də: «Sənin ibadətgahını gümüşdən düzldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar: «Yaxşı onda nə edək?» deyincə Cureyc: «Onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Hökmdar: «Sən mənim yanıma gələndə niyə gülümsədin?» deyə soruşdu. Cureyc: «Xatırladığım bir işə gülümsədim, anamın bəd duası qəbul olundu!» dedi. Sonra başına gələn hadısəni onlara xatırlatdı548.

VALİDEYNLƏRƏ ÖLÜMLƏRİNDƏN SONRA YAXŞILIQ ETMƏK - Əbu Useyd Məlik b. Rabia radiyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Bir nəfər gəlib: «Ey Allahın Rəsulu! Valideyinlərim öldükdən sonra onlar üçün ölümlərindən sonra bir yaxşılıq varmı?» dedi. Peyğəmbər: «Bəli, dörd gözəl xislət vardır. Onlar üçün məğfirət və bağışlanma diləmək, vəsiyyətlərini yerinə yetirmək, onların sadiq dostlarına (yoldaşlarına) hörmət etmək, onlar tərəfindən olan qohumlarla əlaqələri möhkəmlən-dirmək»549. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, ölümdən sonra ölünün dərəcəsi yüksəldilir. Ölü deyər ki: «Ey Rəbbim! Bu nəyə görədir?». Ona: «Övladın sənin üçün istiğfar (Allahdan məğfirət) dilədi»550. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qul vəfat etdikdən sonra bütün əməllərinin savabı kəsilir. Üç əməldən başqa. Ardı kəsilməyən sədəqə (Sədəqəi Cariyə), İnsanları faydalandıran şərəfli elm, (valideyinləri üçün) dua edən saleh övlad»551. İbn Abbas radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Ey Allahın Rəsulu! Mənim anam vəsiyyət etmədən vəfat etdi. Onun adından sədəqə versəm ona faydası olarmı?» Peyğəmbər: «Bəli!» deyə buyurdu552.

ATANIN YAXŞILIQ ETDİYİ KİMSƏYƏ ÖVLADIN YAXŞILIQ ETMƏSİ - İbn Ömər
radiyallahu anhu
rəvayət edir ki, səfərlərin birində bir bədəvi ərəb ilə rastlaşır. Bu bədəvinin atası Ömər radiyallahu anhu nun dostu idi. Bədəvi: «Sən filankəsin oğlu deyilsənmi?». İbn Ömər: «Bəli» dedi. Bu sözdən sonra İbn Ömər radiyallahu anhu ona bir miniyin verilməsini əmr etdi və başında olan əmmaməni çıxardaraq ona verdi. İbn Ömər radiyallahu anhu yanında olanlardan biri: «(Bədəvilər qənaətkardılar, aza da razı olurlar) ona iki dirhəm pul bəs etməzdimi?» dedi. İbn Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm in bu sözlərini dedi: «Atanın dostuna sadiq ol! (ona ikram et və sevgi göstər). Onunla yaxşılığı kəsmə, yoxsa Allah da (iman) nurunu söndürər»553. Ubadə əz-Zuraqi rəvayət edir ki, Amr b. Osmanla birlikdə Mədinə məscidində oturmuşdum. Abdullah b. Səlam bizim yanımıza qardaşı oğluna söykənərək gəldi. Abdullah üç dəfə: «Ey Amr b. Osman, nə istəyirsən?». Muhəmmədi haqq ilə göndərənə and olsun ki, bu qüdrətli və əzəmətli Allahın kitabındandır. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin.554 İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Yaxşılıqların ən yaxşısı övladın öz atanın dostu olanlara yaxşılıq etməsi (əlaqələri möhkəmləndirməsidir)»555.

ÖVLAD ATASINI ADI İLƏ ÇAĞIRMAZ, ONDAN ƏVVƏL OTURMAZ VƏ ONDAN İRƏLİDƏ GETMƏZ - Rəvayət edildiyinə görə Əbu Hureyrə radiyallahu anhu iki nəfəri gördü və bunlardan birinə: «Bu sənin nəyindir?». Adam: «Atamdır» dedi. Əbu Hureyrə: «O, halda onu adı ilə çağırma, ondan irəlidə getmə və ondan əvvəl də oturma»556.

ANANIN VƏ ATANIN YANINA GİRMƏK ÜÇÜN İZN İSTƏMƏK - Əlqəmə rəvayət edir bir kişi Abdullahın yanına gəlib dedi: «Anamın otağına girmək üçün izn almalıyammı?». O: «Məgər sən onu hər cür vəziyyətdə görmək istəyərsənmi? (Başqa rəvayətdə: Ananın yanına izn istəmədən girsən. Xoşuna gəlməyən şeyi görərsən)» dedi557. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xala - ana yerindədir»558.
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏN

«Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirədə haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən sağa-sola səpələyənlər şeytanın qardaş-larıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstəril-məsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburuyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən) heç olmasa onlara (darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm kimi) xoş bir söz de! Nə əldən çox bərk ol, nə də əlini təmamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan» (əl-İsra 26-29). «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Əgər üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənil-məzmi». (Məhəmməd 22). Kuleyb b. Mənfəa rəvayət edir ki, babam dedi: «Ya Rəsulallah! Kimə yaxşılıq edim?». Peyğəmbər: «Anana, atana, bacına, qardaşına, və himayəndə olan yaxınlarına. Budur vacib haqq və qohumluq əlaqəsi»559. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey AbdulMuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm»560. Əbu Əyyub əl-Ənsari radiyallahu anhu rəvayət edir ki, səfərlərin birində bir Bədəvi Peyğəmbər sallallahu aleyhi və səlləm in qarşısına çıxıb dedi: «Ya Rəsulullah! Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməli mənə bildir». Peyğəmbər: «Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir» deyə buyurdu561. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca və Böyük olan Allah məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim – qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə nə istiyirsən?» deyə buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə yaxşılıq etməklə və səndən yaxşılığı kəsəndən yaxşılığımı kəsməyimlə razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu höküm sənindir». Sonra Əbu Hureyrə radiyallahu anhu dedi ki, istəsəniz bu ayəni oxuya bilərsiniz: «Əgər (Peyğəmbərdən) üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»562. əl-Miqdam b. Mədi Kərib radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra yenə də analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra atalarnıza yaxşılıq etməyinizi əmr edir, sonra ən yaxın qohum-əqrabaya, ondan sonra ən yaxın qohum-əqrabaya sırasına görə yaxşılıq etməyi əmr edir»563.

QOHUMLUQ ƏLAQƏLƏRİNİN FƏZİLƏTİ - Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! Mənim qohum-əqrabam vardır. Mən onlarla əlaqələri möhkəmləndirirəm, onlar isə əlaqələri kəsirlər. Mən onlara yaxşılıq edirəm onlar isə pisliklərindən geri qalmayıb məni təhqir edib söyürlər (mən də onların bu etdiklərinə səbr edib onları bağışlayıram)». Peyğəmbər: «Əgər durum sən dediyin kimidirsə belə etdikcə onlara qızğın kül yedirtmiş kimisən. Sən bu vəziyyətdə yaxşılığına davam etdikcə onlara qarşı Allahdan bir yardımçı daima səninlə birlikdədir» deyə buyurdu564. AbdurRahman b. Auf radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən o, da öz Rəbbindən rəvayət edir ki, Allah subhənəhu və təalə buyurdu: «Mən Rahmənəm və (qohumluq əlaqələrini) Rahimi mən yaratdım və İsmim olan Rahməndən ona isim deyə rahim verdim. Kim qohum-əqrabaya yaxşılıq edərsə (əlaqələri möhkəmləndirərsə) mən də ona yaxşılıq edərəm. Kim də ondan (yaxşılığı) kəsərsə Mən də ondan (yaxşılığı) kəsərəm»565. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm barmağını bizə işarə edərək buyurdu: «Rahim, Rahmən ismindən ayrılmadır (onun bir hissəsidir). Onun haqqını kim qoruyarsa, Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər. Qiyamət günü onun bəlağətli dili olacaqdır»566. Aişə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Rahim, Allahın rəhmətinin əsərlərindəndir. Kim onun haqqını yerinə yetirərsə Allah onu rəhmətinə qovuşdurar. Kim də onun haqqını qorumazsa Allah ondan (rəhmətini) kəsər»567.

QOHUMLUQ ƏLAQƏLƏRİ ÖMRÜ UZADIR - Ənəs b. Məlik radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim ruzisinin bol olmasını və ömrünün uzanmasını istəyərsə qohumluq əlaqələrini möhkəmləndirsin»568. İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Rəbbindən qorxanın və qohumluq əlaqələrini möhkəmləndirənin əcəli (ömrü) uzanar, malı çoxaldılar və əhli də onu sevər569.

QOHUMLUQ ƏLAQƏLƏRİNİ TƏRK EDƏNİN YAŞADIĞI TOPLULUĞA RƏHMƏT ENMƏZ - Abdullah b. Əbi Əvfa radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini tərk edənin yaşadığı bir topluluğa rəhmət enməz»570. İbn Ömər radiyallahu anhu rəvayət edir ki: «Savab qazanmaq məqsədilə malından özünə və ailəsinə xərcləyən elə bir insan yoxdur ki, bu əmələ görə Uca Allah onu mükafatlandırmasın. Elə isə əvvəlcə ailəndən başla. Malından artıq qalanı varsa onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa onu dilədiyinə ver»571.

QOHUMLUQ ƏLAQƏLƏRİNİ TƏRK EDƏNİN GÜNAHI - Cubeyr b. Mutim radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə girməz»572. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqəsi Rahmən isminin bir hissəsidir». Rahim: «Ya Rəbb! Mənə zülm edildi. Ya Rəbb! Mən tərk edildim. Ya Rəbb! Mənə (filan), mənə (filan haqsızlıq, zülm) edildi». Allah: «Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı olmazsanmı?»573. Səid b. Səman rəvayət edir ki, uşaqların və səfehlərin hakim olmasından (başçı seçilməsindən) Əbu Hureyrə radiyallahu anhu nun Allaha sığındığını eşitdim. İbn Həsən əl-Cuheyni deyir ki, mən Əbu Hureyrə radiyallahu anhu dan bunu soruşdum: Əbu Hureyrə: «(Bunun əlamətləri) qohumluq əlaqələrinin tərk edilməsi, (insanların) azğına itaət etmələri və mürşidə (elm və haqq yolunu öyrədənə) üsyan edilməsidir»574. Abdullah b. Amr radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan kəs, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə saxlayan o, kimsədir ki, qohumu onunla əlaqələri kəssə də belə o, kimsə əlaqələri yenidən qurmağa çalışır»575. Əbu Əyyub Süleyman (Osman radiyallahu anhu nun köləsi) rəvayət edir ki, cümə axşamından cüməyə keçən gecə Əbu Hureyrə radiyallahu anhu bizə gəldi və dedi: «Qohumluq əlaqələrini tərk edən kimsə varsa ayağa qalxsın onu tənbeh edəcəyəm». O, bu sözləri üç dəfə təkrar etdi, lakin heç kəs dillənmədi. Sonra bir cavan iki ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi. Bibisi: «Ey qardaşım oğlu! Səni gətirən nədir?». Gənc: «Əbu Hureyrə radiyallahu anhu nun belə-belə dediyini eşitdim». Bibisi: «Onun yanına dön və ondan soruş ki, bu sözləri nə üçün demişdir». Əbu Hureyrə radiyallahu anhu dedi ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Hər birinci və dördüncü günü Adəm oğlunun əməlləri Uca və Böyük olan Allaha ərz edilir. Qohumluq əlaqələrini tərk edənin əməli isə qəbul edilməz»576.

MÜŞRİK OLAN QOHUMLARA YAXŞILIQ ETMƏK VƏ HƏDİYYƏ GÖNDƏRMƏK - İbn Ömər radiyallahu anhu rəvayət edir ki, Ömər radiyallahu anhu satılmaqda olan (tərkibində ipək) paltarı gördükdə dedi: «Ya Rəsulullah! Bu paltarı al. Cümə günü və ya qonaqlar sənin yanına gəldikləri zaman onu geyərsən». Peyğəmbər: «Bunu yalnız axirətdə nəsibi olmayan geyər» deyə buyurdu. (Bir müddətdən sonra) Peyğəmbər sallallahu aleyhi və səlləm ə bu paltardan (hədiyyə) olaraq verildi. O, da onu Ömər radiyallahu anhu ya göndərdi. Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm i görüb dedi: «Ya Rəsulullah! Sənin dediyin sözlərdən sonra mən bu paltarı necə geyinə bilərəm?». Peyğəmbər: «Mən onu geyinmək üçün sənə göndərmədim. Onu (ehtiyac) olduqda satarsan, yaxud da (müsəlman olmayan) birinə geyindirərsən» deyə buyurdu. Bundan sonra Ömər radiyallahu anhu paltarı müşrik olan (süd) qardaşına hədiyə etdi»577. Həkim b. Hizam radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdum: «Cahiliyyə zamanında (İslamdan əvvəl) etdiyim qohumluq münasibətləri, (kölə) azad etmək və sədəqə kimi əməllərə nə deyirsən, bunlardan mənə mükafat varmı?». Peyğəmbər: «Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun (bu əməllər savab olaraq sənə yazılmışdır)»578. Bəkkar b. AbdulAziz radiyallahu anhu atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah bütün günahlara görə dilədiyi cəzanı Qiyamət gününə saxlayır. Yalnız azğınlıq etmək və valideynlərin üzünə ağ olmaq, yaxud qohumluq əlaqələrini kəsmək istisnadır. Bu günah sahibinin cəzasını isə dünyada ikən ölməmişdən əvvəl verir»579. Bəra b. Azim radiyallahu anhu rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allaaın Rəsulu! Məni Cənnətə salacaq bir əməl öyrət» dedi. Peyğəmbər: «Sən çox böyük bir şey haqqında soruşdun. Kölə azad et və ya kimsəni köləlikdən azad et» deyə buyurdu. Bədəvi: «Bunlar ikisidə eyni şey deyilmi?». Peyğəmbər: «Xeyr, kölə azad etmək (öz vəsaitinlə), kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməkdir. (habelə yaxınlarına) bol-bol süd verən qoyun bağışla, qohumlara qənimətdən pay ver. Əgər bunları da etməyə gücün çatmazsa yaxşılığı əmr et və pislikdən çəkindir. Buna da gücün çatmazsa dilini qoru və yalnız xeyirli söz söylə»580.
QONŞUYA ƏZİYYƏT VERMƏK

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya. Qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həiqətən, Allaha özünü bəyənənləri və lovğalıq edənləri sevməz». (ən-Nisa 36). Əbu Şureh radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə»581. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz»582. İbn Məsud radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdu: «Ey Allahın Rəsulu! Yaxşılıq və ya pislik etmiş olsam bunu necə bilim». Peyğəmbər: «Qonşularından sənin haqqında: O yaxşılıq etdi – deyən eşitsən bil ki, yaxşı iş görmüsən. Onların sənin haqqında: O, pislik etdi – deyən eşitsən bil ki, pis iş görmüsən»583. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir kimsənin on qadınla zina etməsi onun üçün qonşusunun qadını ilə zina etməsindən daha xəfifdir. Bir kimsənin on evdən oğurluq etməsi qonşusunun evindən oğurluq etməsindən xəfifdir»584. Aişə radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cəbrail əleyhissəlam qonşu haqqında mənə o, qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»585. Əbu Şureyh əl-Xuzai radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allaha və axirət gününə iman edirsə qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman edirsə qonağına ehtiram göstərsin586. Kim Allaha və axirət gününə ima edirsə ya xeyirli söz söyləsin, ya da sussun»587. Abdullah b. Amr radıyallahu anhu bir qoç kəsdirdi. Sonra xidmətçisindən dəfələrlə soruşdu: «(Ətdən) qonşumuz Yəhudiyə pay verdinmi? Qonşumuz Yəhudiyə pay verdinmi? (Başqa rəvayətdə: Bir nəfər: Yəhudiyə! Allah səni islah etsin!588). Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Cəbrail əleyhissəlam qonşu haqqında mənə o, qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim»589. Aişə radıyallahu anhə rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Mənim iki qonşum var. Mən onlardan hansına pay veriməliyəm?» deyə soruşdum. Peyğəmbər: «Qapısı ən yaxın olana!» deyə buyurdu590. Həsən radıyallahu anhu dan qonşu barəsində soruşdular. O: «Qarşındakı qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)»591. Əbu Hureyrə radıyallahu anhu deyir ki: «(Qonşusuna yaxşılıq etmək istəyən) yaxın qonşunu qoyub uzaq qonşudan başlamamalıdır. Əksinə uzaq qonşudan əvvəl yaxın qonşudan başlamalıdır»592. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qonşusu ac ola-ola öz qarnını doyduran kimsə əsl mömin deyildir»593. İbn Ömər radıyallahu anhu deyir ki: «Vaxt var idi ki. heç kəs özünün dinar və dirhəminə müsəlman qardaşından daha haqlı olduğunu düşünmürdü. Lakin indi kimlərəsə dinar və dirhəm müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan aslı olacaqdır. O, deyəcəkdir: «Ey Rəbbim! Bu öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır»594. Əbu Zərr radıyallahu anhu rəvayət edir ki, əziz dostum sallallahu aleyhi və səlləm mənə üç şeyi tövsiyə etdi: «(Başçınız) şikəst bir qul olsa da belə eşit və itaət et, xörək bişirdikdə onun suyunu çox et. Sonra qonşularından olan ev əhlinə nəzər sal və xörəkdən lazımı qədər onlara da ver, (hər) namazı vaxtında qıl. İmamı namaz qılan görsən (cəmaatla birgə bir daha namazı qıl), bu sənin üçün nafilə (əlavə namaz) sayılar. Əks halda artıq sən öz namazını yerinə yetirmisən»595. Abdullah b. Amr b. As radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu öz qonşusuna yaxşılıq edən kimsədir»596. Nəfi b. AbdulHəris radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Geniş ev, əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir»597. Əbu Musa radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi öz qonşusunu, qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz»598. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir». Onlar: «Filan qadın yalnız vacib namazları qılır, yağsız pendirdən sədəqə verir, heç kəsə də əziyyət vermir» dedilər. Peyğəmbər: «O, Cənnət əhlindəndir»599. Sovban radıyallahu anhu dedi: «Üç gündən artıq bir-birindən əlaqəni kəsən elə iki kişi yoxdur ki, ikisindən biri həlak olmasın. Və beləcə küsülü halda ölsələr hər ikisi də həlak olar. Qonşusuna əziyyət verən, onu alçaldan, bu səbəbdən də qonşusunu evindən çıxardan elə bir qonşu yoxdur ki, həlak olmasın»600. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Mənim bir qonşum var, mənə əziyyət verir». Peyğəmbər: «Get evindəki əşyaları yola çıxart!». Kişi gedib evindəki əşyaları bayıra çıxartdı. Cəmaat onun başına toplanıb dedilər: «Sənə nə üz verib?» dedilər. Kişi: «Mənim bir qonşum var, mənə əziyyət verir. Mən bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verdim. O, da mənə: «Get evindəki əşyaları yola çıxart!» deyə tövsiyə verdi. Cəmaat da: «Allahım! Ona lənət et! Allahım! Onu rüsvay et!» deyə dua etdilər. Bu xəbər qonşusuna çatdıqda onun yanına gəlib dedi: «Evinə qayıt. Allaha and olsun ki, daha sənə əziyyət verməyəcəyəm»601.

ZİNA ETMƏK

«Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Zinakar kişiyə və qadına 100 çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa Allaın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun». (ən-Nur 2). «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qaın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu möminlərə haram edilmişdir» (ən-Nur 3). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»602. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yollarda (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu603. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu604. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Cərir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ani (təsadüfü) baxış haqqında soruşdum o, buyurdu: «Gözünü çevir»605. Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında idik. Yanımda Meymunə - radıyallahu anhə də vardı. Bu vaxt (kor olan) Ummu Məktub gəldi. Bu hadisə artıq örtünmək əmr olunmasından sonra baş vermişdir. Peyğəmbər: «Örtünün» deyə buyurdu. Biz: «Ya Rsulullah! Məgər o, kor deyil? Bizi nə görür, nə də tanıyır» dedik. Peyğəmbər: «Bəlkə siz də korsunuz və onu görmürsünüz» deyə buyurdu606. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»607. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»608. Qureyşli bir gənc Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! İzn ver zina edim». Səhabələr ona yaxınlaşıb sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm yaxın gəl deyə buyurdu. O, kimsə yaxınlaşdıqda Peyğəmbər: «Öz anana rəva bilərsən?». O: «Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin» dedi. Peyğəmbər: «Həmçinin insanlar da bunu öz analarına rəva bilmirlər. Bunu öz qızına istəyərsən?». O: «Allaha and osun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz qızlarına istəmirlər. Bunu öz bacın üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bacıları üçün istəmirlər. Bunu öz bibin üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bibiləri üçün istəməzlər. Bunu öz xalan üçün istəyərsən?». O: «Allaha and olsun i, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «həmçinin insanlar da bunu öz xalalrı üçün istəməzlər». Peyğəmbər sallallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub buyurdu: «Allahım! Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»609.

Zina ən böyük günahlardan biridir. Zinanın fəsadı ən böyük fəsad olduğuna görə həmçinin də nəsəblərin, ailələrin korlanmasına görə, hörmətlərin qorunmasına zidd olduğuna görə, insanlar arasında böyük düşmənçiliyə səbəb olduğuna görə ən böyük günahlardan sayılır. Buna görə də zina şirk və öldürməkdən sonra üçüncü böyük günahdır. Allah subhənəhu və təalə də zinanın öz kitabıbda ölümlə yanaşı gətirmişdir. İmam Əhməd rahmətullahi aleyhi - deyir ki: «Mən insan öldürməkdən sonra zinadan daha böyük bir günah bilmirəm». «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə Allah zinanı şirk, adam öldürmək ilə bərabər zikr etmiş və bunun cəzasını qul tövbə, iman, saleh əməllə silmədikcə alçaldığcı bir əzabla əbədi Cəhənnəm olduğunu bildirmişdir. «Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). Bunun çirkinliyi o, dərəcəyə çatmışdır ki, hətta ağıllarda da, hətta bir çox heyvanlarda da çirkinliyi sabit bir fahiş bir əməldir. Amr b. Meymun əl-Əzdi rəvayət edir ki: «Mən cahiliyyədə bir meymunun başqa bir meymunla yaxınlıq etdiyini, digər meymunların da yığılaraq onu daş-qalaq etdiyini gördüm»610.

Sonra Allah zinanın qayəsini bildirərək buyurur: Zina pis bir yoldur. Çünki zina və onun yolu dünyada həlak, rüsvayçılıq, peşmançılıqdır. Axirətdə olan yolu isə əzab, rəzillik və cəzadır. İnsanın öz ögey anası ilə evlənməsi daha çirkin bir əməl olduğu üçün Allah buyurur: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və çirkin bir yoldur». (ən-Nisa 22).

Allah bəndəsinin xoşbəxtçiliyini onun öz ayıb yerini qorumasında quymuşdur. Əgər o, ayıb yerini qorumasa onun xoşbəxtçiliyinə zəmanət verilməmişdir. «O, kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar». (əl-Muminun 5-6). Burada üç şey əhatə olunmuşdur: Əgər insan ayıb yerini qorumazsa o, xoşbəxt olmaz, o qınananlardan və həddi aşanlardandır. Allah insan haqqında buyurur ki: İnsan kəmhövsələ yaradılmışdır. Ümumən insan belə yaradılmışdır. Lakin ayədən görün-düyü kimi istisna da vardır. «Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O, kəslər ki, daim namaz qılarlar. O, kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O, kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O, kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O, kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O, kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O, kəslər ki, düzgün şəhadət verərlər. O, kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35).



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə