65
aministiya, faşist cəmiyyətlərinə qarşı mübarizə,
səmərəli
tərksilah və qanuna müvafiq olaraq yarımhərbi hissələrin
buraxılması, fitnəkarlıq, qətl və yaxud dövlətin təhlükəsizliyinə
qəsd edildiyi halda qanunla nəzərdə tutulan tədbirlərin
görülməsi, həmkarlar ittifaqlarının azadlıqları ilə bağlı
hüquqlarının tətbiq edilməsi və onlara riayət olunması,
qadınların əmək hüquqlarına əməl olunması məsələləri öz
əksini tapmışdı.
Siyasi tələblərin II bölməsi "Sülhün müdafiə edilməsi"
adlanırdı ki, bu bölmədə sülhün qorunub saxlanmasında bütün
xalqların əməkdşlıq etməsinə çağırış, təcavüzkarın müəyyənləş-
dirilməsi və təcavüzkarlıq edildiyi halda sanksiyaların dərhal və
həmrəyliklə tətbiqi, kollektiv təhlükəsizliyi təmin etmək
məqsədi ilə Millətlər Cəmiyyəti
çərçivəsində beynəlxalq əmək-
daşlıq, hərbi sənayenin milliləşdirilməsi və xüsusi silah al-
verinin ləğv edilməsi, Şərqi və Mərkəzi Avropada Fransa-SSRİ
müqaviləsi prinsiplərinə uyğun olaraq hamı üçün açıq olan
paktlar sisteminin yaradılması məsələsi açıqlanmışdı.
Xalq Cəbhəsinin proqramının "İqtisadi tələblər" hissə-
sində isə böhranın heçə endirdiyi, yaxud zəiflətdiyi alıcılıq
qabiliyyətinin bərpa edilməsi üçün istehsalçılar və istehlakçı-
lardan möhtəkirlərin aldığı töycülərin ləğv edilməsi məqsədilə
taxıl satışı üzrə milli vasitəçilik bürosunun yaradılması,
əmlakın icbari surətdə siyahıya alınmasının ləğv edilməsi və
borc yükünün yüngülləşdirilməsi,
qənaət edilmiş pulun qarət
edilməsinə qarşı mübarizə, kreditin ən yaxşı təşkil edilməsi,
maliyyənin sağlamlaşdırılması məsələsindən bəhs edilirdi.
1934-1936-cı illərdə Fransada beş hökumət dəyişikliyi
oldu. Hökumət əvvəl Q.Dumerq, sonra Pyer Etyen Flanden,
1935-ci ilin iyunundan 1936-cı ilədək Laval başçılıq etdi.
66
Fransada Xalq Cəbhəsi hökumətinin
daxili və xarici siyasəti
1936-cı ilin aprel-mayında keçirilən parlament seçkilə-
rində Xalq Cəbhəsi bütün səslərin 57%-ni aldı və sosialist Leon
Blümün başçılığı altında iyunun 4-də hökumət təşkil edildi.
Kommunistlər
bu hökumətə daxil olmasalar da, parlamentdə
yeni hökuməti Xalq Cəbhəsi proqramını yerinə yetirməsi şərti
ilə müdafiə etmək haqqında qərar qəbul etdilər.
Xalq Cəbhəsi hökuməti 1937-ci ilin fevralına qədər 133
qanun layihəsini parlamentdə müzakirə etdi və bunlar qəbul
olundu. Ümumiyyətlə, XX əsrin 30-cu illərində Fransa ka-
pitalist ölkələri içərisində demokratik islahatları ən çox həyata
keçirən ölkə idi. Xalq cəbhəsi hökumətinin həyata keçrdiyi
islahatlar nəticəsində faşist və yarımfaşist təşkilatları buraxıldı.
Onların fəaliyyəti qadağan edildi. Siyasi məhbuslara əfv
verildi. Həmkarlar ittifaqları sahibkarlarla
kollektiv müqavilələr
bağlamaq hüququ əldə tdilər. 40 saatlıq iş həftəsi və 2 həftəlik
ildə haqqı ödənilən məzuniyyət verilməsi qanuniləşdirildi. 14
yaşına çatmış bütün uşaqlara icbari təhsil verilməli idi. Təhsilə
qoyulan vəsait artırıldı. Hərbi sənayenin və dəmir yollarının
qismən milliləşdirilməsi həyata keçirildi. Bankların və dəmir
yollarının üzərində dövlət nəzarəti qoyuldu. Əhalinin aşağı
təbəqələrinin əmək haqqı 2-2,5 dəfə, fəhlələrin əmək haqqı isə
15-17% artırıldı, müharibə iştirakçılarının təqaüdü çoxaldıldı.
Kənd təsərrüfatında çoxuşaqlı ailələrə əlavə müavinətlər
ayrılırdı. Dövlət kənd təsərrüfatı məhsullarını kəndlilərdən sabit
yüksək qiymətlərlə satın almağa başladı. İri kapital üzərinə
qoyulan vergilər xeyli artırıldı. Bütün bunlar xalq kütlələrində
Xalq Cəbhəsi hökumətinə qarşı etimadı gücləndirdi. Orta
təbəqələrə güzəştli kreditlər verildi. Xalqın yaşayış səviyyəsi
yüksəldi. Sosial qanunvericilik sahəsində mühüm irəliləyiş baş
verdi. Lakin sosial xərclərin hədsiz dərəcədə artırılması ölkədə
maliyyə böhranına gətirib çıxardı. Qarşıya
qoyulan proqram
67
əsasən yerinə yetirildikdən sonra Xalq Cəbhəsinə daxil olan
partiyalar gələcək inkişaf yolunu seçmək məcburiyyətində
qaldılar. Maliyyə çətinliyini gücləndirən amillərdən biri də
kapital üzərinə vergi qoyulmasından qorxan kapitalistləin öz
pullarını yerli banklardan götürərək xarici banklara qoymaları
idi. Leon Blüm hökuməti 1937-ci ilin fevralında öz
fəaliyyətində «pauza» elan etdi. Hökumət fransız mallarının
ixracını yüksəltmək və iqtisadiyyatın canlanmasına şərait
yaratmaq üçün frankı devalvasiya etdi. Frankın qızıl məzənnəsi
azaldıldı, müvafiq olaraq digər valyutalarla müqayisədə onun
məzənnə dəyəri aşağı düşdü. Fransanın
iqtisadi vəziyyəti
pisləşməyə başladı. İqtisadiyyata kapital qoyuluşu azaldı.
Hadisələrin inkişafı ona gətirib çıxardı ki, 1937-ci ilin iyununda
Leon Blüm istefa verməli oldu. Hökumətə radikallar
partiyasından olan Kamil Şotan rəhbərlik etdi. Xalq Cəbhəsi
içərisində narazılıqlar başladı. İlk növbədə iqtisadi sahədə
kapital üzərinə vergü qoymaq məsələsində radikallar
sosialistlərlə razılaşmadılar. Xarici siyasətdə də onların
arasında fikir müxtəlifliyi yarandı. Belə ki, 1936-cı ilin
iyununda İspaniyada vətəndaş müharibəsi başlanarkən Leon
Blüm hökuməti Fransa ilə İspaniya arasında bağlanmış
qarşılıqlı yardım haqqında sazişə əməl etmədi və Böyük
Britaniyanın təzyiqi altında "Qarışmamaq komitəsi"nə qoşuldu.
1938-ci ilin martında Şotanı yenidən Leon Bölüm, aprelində isə
radikallar partiyasının lideri olan Eduard Daladye əvəz etdi. Bu
hökumətin dövründə isə Xalq Cəbhəsində parçalanma radikal-
ların təslimçi,
kommunistlərin radikal, sosialistlərin isə liberal
mövqeyi üzündən daha da dərinləşdi. 1938-ci ilin sentyabrında
Münxendə Fransa hökumətinin başçısı Eduard Daladyenin
Çexoslavakiyanın Sudet vilayətinin Almaniyaya verilməsi
haqqında sazişə qol çəkməsi Xalq Cəbhəsinin dağılmasını daha
da sürətləndirdi.
68
1938-ci ilin noyabrında radikallar Xalq Cəbhəsinin tərki-
bindən çıxdıqlarını bildilər. Bləliklə, Xalq Cəbhəsi dağılmış
oldu. Eduard Daladyenin başçılıq etdiyi radikallar hökuməti
Fransaya rəhbərlik etməyə başladı.Hökumət
iqtisadi inkişafa
xüsusi diqqət yetirməyə başladı. Bu hökumət müharibə
ərəfəsində Xalq Cəbhəsinin keçirdiyi bir sıra islahatları təxirə
saldı, iki həftəlik pulsuz məzuniyyət ləğv etdi. 40 saat əvəzinə
48 saatlıq iş həftəsi müəyyən etdi. Birbaşa vergilər 8% artırıldı.
1938-ci ilin noyabrın 12-də hökumətin yeni fövqaladə
dekretləri verildi. Kommunal xidmət tarifləri yüksəldildi.
Qiymətlər üzərində nəzarət ləğv edildi. Sosial xərclər ixtisar
edildi. Ölkə iqtisadiyyatını sabitləşdirmək üçün fond yaradıldı.
Ölkəyə xarici kapital axını gücləndi. Hökumət hərbi sənayenin
inkişafına xüsusi diqqət yetirməyə başladı. İqtisadiyyatın dövlət
tənzimlənməsi gücləndirildi. Hərbi istehsalı gücləndirmək üçün
1938-ci ildə hökumət komissiyası yaradıldı. 1939-cu ildə
parlament “iqtisadiyyatı tənzimləyən rejim” qanununu qəbul
etdi.Bu proqram şəxsi təşəbbüsə imkan yaradırdı. 1939-cu ilin
avqustunda SSRİ ilə Almaniya arasında
hücum etməmək
haqqında müqavilə bağlandıqdan sonra Fransa hökuməti
kommunistlər üzərinə ciddi hücumə keçdi və kommunistlərin
mətbuat orqanlarını bağladı.
Fransa İKinci Dünya müharibəsi ərəfəsində və illərində
İkinci dünya müharibəsi ərəfəsində Avropada yaranmış
mürəkkəb şərait Fransanın xarici siyasətində də öz əksini
tapmışdı. Bu dövrdə Fransanın xarici siyasətində iki meyl
özünü göstərirdi. Bu meyllərdən biri SSRİ ilə münasibətləri
yaxşılaşdırmaq, Fransanın müstəqilliyini qoruyub saxlamaq idi.
İkinci meyl faşist Almaniyasına güzəştə getmək, onu "sakit-
ləşdirmək" meyli idi. İkinci meylin tərəfdarları belə hesab
edirdilər ki, Almaniyanın diqqətini Şərqə yönəltmək və SSRİ
ilə müharibəyə cəlb etmək lazımdır. Birinci meylin tərəfdarları