49
ortalarından etibarən ingilis iqtisadiyyatı yavaş-yavaş böhran
vəziyyətindən çıxmağa başladı. 1934-cü
ildə sənaye
məhsulunun həcmi 1929-cu il səviyyəsinə gəlib çatmışdı.
İngiltərə sənayesində baş verən bu canlanmanın başlıca
səbəblərindən biri hərbi sənaye sahələrinin sürətlə inkişaf
etməsi idi. Ölkə iqtisadiyyatına kapital qoyuluşu artdı. Xarici
ticarət inkişaf etdi. Lakin bu möhkəm deyildi. Kömür,
gəmiqayırma və toxuculuq sənayesi 1937-ci ildə də 1929-cu il
səviyyəsinə çata bilmədi. «İşsizlər və onların müavinatının yeni
ixtisarı haqqında» 1934-1935-ci illərdə verilən qanunlar kütləvi
etiraza səbəb oldu.
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə
əlaqələri inkişaf etdirmək idi. 1932-ci ildə keçirilən Lozanna
konfransında Böyük Britaniya Almaniyadan təzminat
alınmasının dayandırılmasına tərəfdar
oldu və elə həmin ildə
Cenevrədə tərksilaha dair keçirilən konfransda iştirak etdi.
1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni iqtisadi
böhran təzahürlərinin artmasını İkinci dünya müharibəsinin
başlanması dayandırdı.
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Böyük
Britaniyada da faşist təşkilatların canlanmasına səbəb oldu.
Burjua-demokratik azadlıqlar məhdudlaşdırıldı. 1934-cü ildə
müharibə əleyhinə təşviqata görə ağır cəza müəyyən edən "Qi-
yama təhrik haqqında" qanun qəbul edildi. 30-cu illərin orta-
larında iri burjuaziya və torpaq aristokratiyası tərəfindən
müdafiə edilən Osvald Moslunun rəhbərliyi altında yaranan
Britaniya faşist ittifaqı partiyası fəaliyyətini gücləndirdi. Bu
partiya SSRİ-yə qarşı "xaç yürüşü" təşkil etmək çağırışı ilə
çıxış etdi. Lakin faşistlər ölkədə kütləvi bazaya malik deyil-
dirlər. Çünki inhisarçı burjuaziyanın əsas qruplaşmaları ölkənin
idarə edilməsində ənənəvi parlament
sistemindən imtina etməyi
və faşistlərin köməyinə əl atmağı lazım bilmirdilər.
50
1935-ci ilin iyununda keçirilən seçkilərdən qabaq
Makdonald istefaya getdi və mühafizəkarlar hökuməti təşkil
olundu. Yeni hökumətə Bolduin başçılıq edirdi. 1935-ci ilin
noyabr seçkilərində onlar kollektiv təhlükəsizlik şüarı ilə çıxış
edərək qalib gəldilər.
S.Bolduin hökumətinin daxili siyasəti əsasən ölkə iqtisa-
diyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin xa-
rici siyasətində Avropa dövlətləri ilə münasibətlər mühüm yer
tuturdu. Almaniya və İtaliyanı sakitləşdirmək, İspaniya işlərinə
«qarışmamaq» siyasəti yeridilirdi. 1935-ci
ilin iyununda Alma-
niya ilə bağlanan hərbi dəniz sazişinə görə Almaniya İngiltərə
donanmasının 35%-i qədər donanma yaratmaq hüququ aldı.
1935-ci ilin iyulun 6-15-də Versal sülh müqavləsinə yenidən
baxmağı nəzərdə tutan «Razılıq və əməkdaşlıq paktı»nı Al-
maniya, İtaliya, Fransa ilə birlikdə İngiltərə də imzaladı.
Hindistanda antingilis əhval-ruhiyyəni zəiflətmək üçün 1935-ci
ildə Hindistanın yeni konstitusiyası qəbul edildi.
1937-ci ildə orta səviyyəli bir adam olan Nevill Çember-
len kabinetin başçısı oldu. O bu vəzifəyə aristokrat mənşəyinə
və ailə əlaqələrinə görə keçə bilmişdi. Mühafizəkarlar ölkə
daxilində sağ qüvvələri şirnikləndirmək siyasəti yeridirdilər.
Hökumət aqrar bölməni inkişaf etdirmək məqsədilə kənd
təsərrüfatı mallarının təminatlı qiymətlə alınmasını təşkil etdi.
Kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. 1937-ci ildə
İrlandiya parlamentinin qəbul etdiyi konstitusiya bəyənildi.
İkinci Dünya müharibəsi ərəfəsində xarici siyasət
Hökumət xarici siyasətdə ilk növbədə 1937-ci ildə İtaliya
ilə saziş bağlayaraq onun Həbəşistandakı təcavüzünü bəyəndi.
Tərəflər Aralıq dənizi rayonunda
bir-birinin mənafelərinə
hörmət edəcəklərini öhdələrinə götürdülər. Nevil Çemberlen
hökumətinin faşizmin təhlükəsini lazımınca qiymət-
ləndirməyərək, Almaniyanı «sakitləşdirmək» siyasəti yeritməsi
51
İngiltərənin tərəqqipərvər ictimaiyyətinin və U.Çörçill başda
olmaqla mühafizəkarlar partiyasının bir sıra xadimlərinin
etirazına səbəb oldu. Çemberlenin 1938-ci ilin sentyabrında
Münhen sövdələşməsinə imza atması onları daha çox narazı
salmışdı. Mühafizəkarlar partiyasının bu görkəmli xadimləri
Çemberlenin siyasətinə qarşı müxalifət təşkil etdilər. Onlar
Çemberlenin xarici siyasətinin antisovet istiqamətinə tərəfdar
olsalar da, onun Hitler və Mussoliniyə etibar
etməsini
bəyənmir, təcavüzkarlarla sövdələşərkən ehtiyatlı olmağı
məsləhət görürdülər. Onlar İngiltərənin hərbi mövqelərini
möhkəmlətmək məqsədilə zəruri tədbirlər görülməsini lazım
bilirdilər. Onların fikrincə, ancaq bu yolla təcavüzkar döv-
lətlərlə İngiltərə üçün daha faydalı şəraitdə danışıqlar aparmaq
mümkündür. Çemberleni «daxili kabinet» adlanan kabinetə
daxil olan ifrat mürtəce siyasi xadimlər qrupu müdafiə edirdi.
«Daxili kabinet» ətrafında «Klayvden guruhu» (Bu qpupun
üzvləri, iri ingilis kapitalisti Astorlar
ailəsinə mənsub olan
Klayvden malikanəsində tez-tez görüşdükləri üçün belə
adlanırdı) adı ilə məşhur olan mürtəce siyasətçilər qrupu
toplaşmışdı.
Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı
işğal etdikdən sonra Çemberlen bildirdi ki, artıq İngiltərə dip-
lomatiyası və siyasətinin yeni mərhələsi başlayır. İngiltərənin
müdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görüldü. Lakin
bu tədbirlər çox ehtiyatla görülürdü. 1939-cu ilin aprelində
İngiltərənin silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı.
1939-cu il mayın 15-də icbari hərbi mükəlləfiyyət tətbiq edildi.
Bir sıra ölkələrin təhlükəsizliyi üçün təminat verildi. Bununla
əslində İngiltərə hökuməti təcavüzkar dövlətlərlə yeni da-
nışıqlar aparmaq üçün daha əlverişli şərait
yaratmaq məqsədini
güdürdü.
XX əsrin 30-cu illərinin ikinci yarısında Böyük Brita-
niyanın yeritdiyi xarici siyasət İkinci Dünya müharibəsinin
52
başlanmasına imkan yaradan amillərdən biri oldu. 1939-cu ilin
sentyabrın 3-də Böyük Britaniya Almaniyaya müharibə elan
etməklə İkinci Dünya müharibəsinə qoşulmuş oldu. İngiltərə ilə
eyni vaxtda Yeni Zelandiya və Avstraliya, sentyabrın 5 və 8-də
isə Kanada və Cənubi Afrika İttifaqı Almaniyaya müharibə
elan etdilər. Hindistan da Almaniya ilə müharibə vəziyyətində
olduğunu bildirdi. İngiltərə ilə Fransa 1940-cı ilin may
ayınadək passiv müharibə aparırdılar.
Danimarka və Norveç
təslim olduqdan sonra N.Çemberlenin nüfuzu xeyli aşağı
düşdü. Hökumətə 1940-cı il mayın 10-da nəinki liberallar və
leyboristlər, hətta mühafizəkarların da əksəriyyəti etimad
göstərmədiklərini bildirdikləri üçün o, istefa verməli oldu.
U.Çörçillin başçılığı altında yeni hökumət yaradıldı. Parlament
1940-cı il mayın 22-də müharibənin aparılması üçün fövqaladə
qanun qəbul etdi. Müharibə illərində İngiltərə silahlı
qüvvələrinin sayı 4 mln 543 min nəfərə çatdı.Ölkədə 131 min
təyyarə, 25 min tank, 300 min top islehsal edilirdi. İngiltərə
müharibə illərində özünün ərzaq təlabatını əsasən ödəyirdi.