45
Kapitalizmin nisbi sabitləşməsi
dövründə Böyük Brita-
niya beynəlxalq aləmdə özünün siyasi və maliyyə mövqelərini
qoruyub saxlamağa çalışırdı. O, «Daues planı»nın tərtibində
iştirak etdi. Böyük Britaniya 1925-ci ilin oktyabrında Lokarno
konfransında iştirak etdi və «Reyn təminat paktı»nı imzaladı.
Stenli Bolduin hökuməti SSRİ-ni dempinq siyasəti yeritməkdə
günahlandıraraq 1927-ci ildə onunla diplomatik münasibətləri
kəsdi. Böyük Britaniya ABŞ-la xammal və satış bazarları
uğrunda mübarizədə rəqib olsa da, Avropa və dünyaya müna-
sibət məsələsində onunla əməkdaşlığa xüsusi diqqət yetirirdi.
Böyük Britaniya da Çində 1925-1927-ci illərdəki milli-azadlıq
hərəkatını yatırmaqda digər dövlətlərlə bərabər iştirak etdi.
Bundan məqsəd Çində öz mövqelərini möhkəmləndirmək idi.
1926-cı ildə keçirilən İmperiya konfransında dominionlara
daxili və xarici siyasətdə müstəqillik
verildi və onlar Böyük
Britaniya ilə bərabər hüquq qazandılar. Bununla belə, onlar
yenə də Böyük Britaniya imperiyasının tərkibində qaldılar.
1928-ci ildə qəbul edilmiş yeni seçki qanununa əsasən
qadınlarla kişilərin hüquqları bərabərləşdirilsə də, üç aylııq
oturaq həyat tərzi, əmlak sahibi olmaq, universitet bitirmək
senzi saxlanıldı.
Mühafizəkarlara qarşı narazılıq 1929-cu ilin mayın 30-da
keçirilən parlament seçkilərində onların məğlubiyyəti ilə
nəticələndi. 21 yaşına çatmış qadınlara seçki hüququ vermək
haqqında qanun da onlara kömək etmədi. Leyboristlər 8
milyon
300 min səs alaraq Ramsey Makdonaldın başçılığı ilə hökumət
təşkil etdilər. İcma palatasında da birinci dəfə onlar əksəriyyət
səsə malik oldular.İkinci leyborist hökumətinin daxili siyasəti
işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsinə, iş
yerləri yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsinə,
sosial sığorta sisteminin tətbiqinə yönəlmişdi. Hökumətin xarici
siyasəti isə əsasən İngiltərənin beynəlxalq mövqeyini
möhkəmləndirməyə yönəlmişdi. Müstəmləkələr və dominionlar
46
məsələsi xüsusi yer tuturdu. Avropa
ölkələri ilə münasibətlərə
də xüsusi diqqət verilirdi. 1930-cu ilin əvvəllərində Londonda
keçirilən konfransda dəniz donanması sahəsində İnfiltərə,
Fransa, ABŞ, İtaliya, Yaponiya arasında saziş imzalandı.
Almaniyanın təzminat məsələsi ilə bağlı Huverin təklifi
bəyənildi. 1929-cu ilin oktyabrın 3-də SSRİ ilə diplomatik mü-
nasibətlər bərpa edildi.
Böyük Britaniya dünya iqtisadi böhranı dövründə
1929-cu ildə ABŞ-da başlanan dünya iqtisadi böhranı
İngiltərəyə 1930-cu ilin birinci rübündə öz təsirini göstərdi.
1930-cu ilin əvvəllərində iqtisadi böhran Böyük Britaniyanı da
bürüdü. Sabitləşmə illərində Britaniya iqtisadiyyatı
"çiçəklənmə" mərhələsi keçirmədiyi üçün ABŞ, Almaniya və
Fransa ilə müqayisədə ölkədə sənaye istehsalı cüzi azaldı.
1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3 %,
1932-ci ildə isə 82,5 % təşkil edirdi. 1929-cu illə müqayisədə
1933-cü ildə kömür çıxarılması 285 milyon tondan 25,8 milyon
tona, çuqun əridilməsi isə 7,59 milyon tondan 3,57 milyon tona
endi. Sənayenin ən çox ənənəvi sahələri zərər çəkdi. İxrac iki
dəfə azaldı. Leyboristlər daxili siyasət
sahəsində özlərinin bir
sıra seçkiqabağı vədlərini yerinə yetirmədilər. Əksinə, onlar
gəlirin aşağı düşməsini dayandırmaq üçün kapitalistlərə
fəhlələrin əmək haqqını azaltmaqda kömək etdilər. Ölkədə hər
dörd fəhlədən biri işsiz idi. Hökumət işsizlər üçün vəsaiti kəsdi,
mədənlərdə 7 saatlıq iş günü bərpa edilmədi. Leyboristlər
həmkarlar idtifaqı əleyhinə olan qanunu saxladılar. İri
burjuaziya fəhlələrin həyat səviyyəsini yenidən aşağı salmaq
yolu ilə böhrandan çıxmaq istəyirdi.
Maliyyə böhranı kəskinləşdi. London banklarından xarici
ölkələrin əmanətləri götürülməyə başlandı. Kağız pullar çox
buraxılmağa başladı. Ölkənin maliyyə vəziyyəti İngiltərənin
hakim dairələrində dərin həyəcan doğurmuşdu. Maliyyə
vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün
tədbirlər
47
görməkdən ötrü 1931-ci ilin martında Makdonald hökuməti
bankir Corc Mey başda olmaqla xüsusi bir komissiya yaratdı.
Komissiya belə bir nəticəyə gəldi ki, əgər sərt iqtisadi siyasətə
keçilməzsə, sosial xərclər ixtisar edilməsə, dövlət qulluqçu-
larının əmək haqqları aşağı salınmasa, vergilər artırılmasa, icti-
mai iş yerləri açılmasa, 1932/33-cü təsərrüfat ilində Böyük
Britaniya büdcəsinin defisiti 120 milyon funt-sterlinqə çatacaq-
dır. Hökumət Meyin təkliflərini
qismən həyata keçirməyi
qərara aldı. İngiltərənin hakim dairələri ABŞ və Fransadan borc
almaq vasitəsi ilə vəziyyəti düzəltmək istədilər. 1931-ci il
avqustun 1-də amerikan və fransız bankirləri İngiltərəyə 80
milyon funt-sterlinq borc verdilər. Yenidən 50 milyon funt-
sterlinq borc istədikdə Amerika bankirləri bildirdilər ki, yalnız
hökumət Mey komissiyasının təklif etdiyi məsləhətləri qəbul
etdiyi təqdirdə yeni borc verilə bilər.
Leyboristlər hökuməti «əlavə qənaət haqqında» qərar
qəbul etmək istədi, bu isə işsizlərə göstərilən maddi yardımın
10% azaldılması demək idi. Fəhlələrin hiddəti o qədər artdı ki,
Makdonald hökumətinin, həmin qərarı bəyənmiş olan bəzi
üzvləri tərəddüd etdilər. Avqustun 23-də kabinetin 10 üzvü bu
təklifi müdafiə etməkdən boyun qaçırtdı. Hökumətdə təfriqə
əmələ gəldi və Makdonaldın təklifi ilə hökumət istefa verdi.
«
Milli hökumətin» daxili və xarici siyasəti
1931-ci il avqustun 24-də Makdonaldın rəhbərliyi altında
mühafizəkarlar, liberallar və leyboristlərin iştirakı ilə «Milli
hökumət» təşkil edildi. 1931-ci ilin payızında keçirilən
parlament seçkilərində milli koalisiya 497 yer aldı. Yenə də
hökumətə Makdonald rəhbərlik etdi. Bu hökumət sosial xərcləri
10% ixtisar etdi.
Böyük Britaniya hökuməti iqtisadi böhrandan yaxa
qurtarmaq üçün zəhmətkeşlərin yaşayış səviyyəsini aşağı sal-
maqla yanaşı, başqa vasitələrdən də istifadə etdi. Bu vasi-
48
tələrdən biri 1931-ci il sentyabrın 21-də funt-sterlinqin qızıl
standartının ləğv edilməsi idi. Bu tədbir dünya bazarında ingilis
mallarının rəqabət qabiliyyətini yüksəltdi. İngiltərənin hakim
dairələri həmçinin beynəlxalq miqyasda öz maliyyə möv-
qelərini möhkəmlətmək üçün 1931-ci ildə Böyük Britaniyanın
və bir sıra digər kapitalist ölkələrinin (Portuqaliya, Yunanıstan
və s.) sterlinq ittifaqı adını almış valyuta qruplaşmasını
yaratdılar. Sterlinq ittifaqına
daxil olmuş ölkələr öz
valyutalarının dəyərini ingilis funt-sterlinqinin dəyərinə
uyğunlaşdırdılar, onlar arasında ticarətdə haqq-hesab vahidi
funt-sterlinq oldu. İqtisadi böhranı aradan qaldırmaq üçün
istifadə edilən digər vasitələrdən biri də proteksionizmin tətbiq
edilməsi idi.
1931-ci ildə İngiltərə parlamenti dominionlara xarici və
daxili siyasətdə suveren hüquq verən Vestminster statusu qəbul
etdi . Bundan sonra Britaniya qanunları onlar üçün məcburi
deyildi. Bu status Britaniya Millətlər Birliyinin hüquqi əsasını
təşkil etdi.
1931-1932-ci illərdə İngiltərədə azad ticarətdən tamamilə
əl çəkildi. İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının
rəqabətindən qorundu. Bu siyasət 1932-ci ilin iyul-avqust
aylarında Ottavada olmuş İmperiya konfransında
qəbul edilən
tarif sistemi ilə
təkmilləşdirildi. Böyük Britaniya,
dominionların keçmişdə kömrüksüz gətirilən mallarını yenə də
gömrük rüsumu almadan öz bazarına buraxmağı öhdəsinə
götürdü.
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri
açıldı. 1931-ci ilin avqustunda işsizlərə yardım haqqında yeni
qanun qəbul edildi. Qanuna görə mövsümü fəhlələr, ailəli
qadınlar, fasiləsiz iş stajı olmayan şəxslər yardım almaqdan
məhrum edildilər. 1932-ci ilin noyabrında qəbul edilən
«Ehtiyacların yoxlanması haqqında» qanuna əsasən yardımların
ödənilməsi üzərinə ciddi nəzarət qoyuldu. 1932-ci ilin