57
«Sol blok» hökuməti
Rur əməliyyatının uğursuzluğu «milli blok» hökumətinin
nüfuzunu sarsıtdı. Bu hadisədən sonra sol partiyaların fəliyyəti
gücləndi. Radikal, radikal-sosialist və sosialist partiyası birləşib
"solların kartelini" yaxud "sol blok" təşkil etdilər. Bu blok
1924-cü ilin aprelində keçirilən seçkilərdə 328 səs toplayaraq
qalib gəldi. Nəticədə radikal-sosialist partiyasının liderlərindən
olan Eduard Errionın başçılığı altında “Sol blok” hökuməti
təşkil edildi. Lakin “Sol blok” hökumətinin ömrü cəmi 10 ay
çəkdi. E.Errio hökuməti ilk növbədə Aleksandr Milyeranin
prezident vəzifəsindən uzaqlaşdırılmasına
və həmin vəzifəyə
Dumerqin seçilməsinə nail oldu. Eduard Errio hökuməti təşkil
edildikdə sosialistlər onun tərkibinə daxil olmadılar. Lakin onu
parlamentdə müdafiə edəcəklərinə söz verdilər. Hökumət siyasi
məhbuslara əfv verdi. 1920-ci ildə tətil etdiklərinə görə işdən
azad olmuş dəmir yol işçiləri yenidən öz işlərinə bərpa
olundular. Sahibkarlarla fəhlələr arasında müqavilə bağlandı,
bir çox malların qiyməti aşağı salındı. Dövlət məmurlarına
həmkarlar ittifaqları təşkil etmək hüququ verildi, qadınlar yerli
idarələrə seçkilərdə iştirak etmək hüququ aldılar.
Fransa iqtisadiyyatını gerilikdən çıxarmaq üçün Ali
İqtisadi Şura və Ali Dəmiryol Şurası yaradıldı.
Milli kredit bankının yaradılması ölkənin iqitsadi
inkişafında başlıca rol oynadı. Xarici
siyasətdə bu hökumətin
ilk addımı 1924-cü ilin oktyabrında SSRİ-ni de-yuro tanıması
idi. Hökumətin xarici siyasətinin başlıca məqsədi Avropada
hegemonluğa nail olmaq idi.
E.Errio hökumət mütərəqqi vergi tətbiq etməyi, kapital
üzərinə nəzarət qoymağı bacarmadı. Bu məsələ parlamentin
müzakirəsinə qaldırılan zaman senatda əksəriyyət təşkil edən
sağlar Errio hökumətini müdafiə etmədilər. E.Errio 1925-ci ilin
aprelində istefa verdi. 1925-ci ilin aprelindən noyabrına qədər
hökumətə Penleven başçılıq etdi. Onun dövründə isə Mərakeş-
58
də aparılan müharibəyə Suriya ilə də müharibə əlavə olundu.
1925-ci ilin iyul ayında sosialistlər kütlələr arasında nüfuzdən
düşəcəklərindən qorxaraq «sol blok»un tərkibindən çıxdılar.
1925-ci ilin noyabrında Aristid Brianın başçılığı altında
hökumət təşkil edildi. O öz hökumətinin tərkibinə «sol blok»un
üzvlərindən də daxil etdi. Bu hökumət cəmi 8 ay işləyə bildi.
1926-cı ilin iyulunda hökumət böhranı baş verdi.
Brian kabineti
dağıldı və Errionun yaratdığı yeni hökumət çox az davam
gətirdi. Maliyyəçilərin təzyiqi ilə bir neçə gündən sonra o,
istefaya getməyə məcbur oldu. Errio bu məsələ ilə əlaqədar
yazırdi ki, faciəli dəqiqələrdə pul qüdrətinin respublika
prinsipləri üzərində necə təntənə çaldığına o bir daha əmin oldu
və gördü ki, borclu olan bir dövlətdə demokratik hökumət
kölədir.
«Milli birlik» hökuməti
İnhisarçı dairələr ölkədə güclü hökumət yaradılmasını və
buna güclü şəxsin rəhbərlik etməsini tələb edirdilər.
Belə bir
güclü şəxsiyyət Raymond Puankare oldu. Hakimiyyətə gələn
kimi o, dərhal dolayı vergiləri artırdı, dövlət qulluqçularının
maaşlarını aşağı saldı, sosial xərcləri ixtisar etdi. Bütün
bunların nəticəsində frankın sabitliyi təmin edildi. Puankare
“Frankın xidasedicisi” adını aldı. Xarici banklara aparılan
pullar yenidən Fransaya qaytarıldı. 1928-ci ildə frankın
sabitliyini təmin etmək haqqında xüsusi qanun qəbul edildi.
Puankare öz hökumətini «milli birlik» hökuməti adlandırdı.
1927-ci ildə isə icbari hərbi hazırlıq haqqında xüsusi
qanun qəbul edildi. Puankare hökuməti silahlanma yolunda
müəyyən addımlar atdı. 1927-1928-ci illərdə hərbi büdcə
müharibədən əvvəlkinə nisbətən iki dəfə artdı.
1928-ci ildə Puankare hökuməti mojaritar seçki sistemini
yenidən tətbiq etdi. (Mojaritar fransız sözü olub hərfi mənası
«çoxlu» deməkdir). Fransa ərazisi həmin seçki sisteminə əsasən
612 dairəyə bölündü. Seçkilər iki turda keçirilməli idi.
Birinci
59
turda deputatlığa namizədlər müəyyən olunurdu. İkinci turda
isə deputatlar seçilirdi və burada partiyalar blokda çıxış edə
bilərdilər. Həmin seçki sistemində partiyalara verilən yer
müxtəlif idi.Nəticədə seçkilərdə burjua patiyaları daha çox səs
almış oldu.
Puankare hökumətinin hakimiyyəti dövründə Fransada
güclü hakimiyyət yaradıldı. Bu illərdə Fransa «çiçəklənmə»
prosesi keçirmiş oldu. Bu illər ərzində ölkədə sənaye
məhsulları istehsalı hər il 5% artdı. 1913-cü illə müqayisədə
1929-cu ildə ölkədə sənaye məhsulları istehsalı 1,5 dəfə
çoxaldı. Əgər 1918-ci ildə əhalinin 53%-i kənddə yaşayırdısa,
kapitalizmin nisbi sabitləşməsi dövründə şəhərə axın gücləndi.
Şəhər əhalisinin sayı 51%-i ötüb keçdi. Nəhayət, Fransa aqrar-
sənaye ölkədən sənaye-aqrar ölkəyə çevrildi. Fransanın iqtisadi
yüksəlişində müharibədə dağıdılmış təsərrüfatın tezliklə bərpa
edilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Saar kömür
mədənlərinin
Fransaya verilməsi, fransız inhisarçılarının
istehsal avadanlığını həmişə yeni texnologiya ilə təzələməsi,
Almaniyadan alınan təzminat, onun yenə də sələmçi dövlət
kimi qalması və borclardan aldığı faizlər, 1926-cı ildə həm
Suriya ilə, həm də Mərakeşlə müharibənin qurtarması,
müstəmləkə xalqlarının istismarının yenə də davam etməsi
mühüm rol oynadı.
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransada maşın-
qayırma, radiotexnika, aviasiya sənayesi sürətlə inkişaf etdi.
Ənənəvi sənaye sahələri olan toxuculuq, zərgərlik və ətriyyat
sənayesi Fransaya çoxlu gəlir gətirirdi. Fransa silah istehsalını
xeyli artırdı. Hərbi sənaye şirkətləri Şərqi
Avropa ölkələrinə
silah ixracını genişləndirir və bununla çoxlu mənfəət əldə
edirdilər. Sabitləşmə illərində istehsalın və kapitalın tə-
mərküzləşməsi sürətləndi. Zəhmətkeşlərin istismarını
gücləndirmək hesabına ölkənin iqtisadiyyatına və maliyyəsinə
nəzarət edən "iki yüz ailənin" mənfəəti artdı. Hökumətdə
60
vəzifələr tutan və parlamentdə yeri olan iri bankirlər və
sənayeçilər daxili və xarici siyasətə bilavasitə təsir
göstərirdilər.Lakin bu dövrdə də Fransa xırda burjua ölkəsi
olması xüsusiyyətini qoruyub saxlayırdı. Fəhlələrin 40%-i
təxminən 10 nəfərə qədər adam çalışan müəssisələrdə işləyirdi.
Bu dövrdə çoxlu xırda mülkiyyətçinin çalışdığı kənd təsərrüfatı
xroniki böhran keçirirdi.
1929-cu ilin iyul ayında Puankare xəstəliyi ilə əlaqədar
istefa verdi. A.Brian iyul ayından oktyabr ayına qədər
baş nazir
oldu. 1929-cu ilin oktyabrından 1931-ci ilədək baş nazir Andre
Tardye oldu.
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransanın xarici
siyastəinə Aristid Brian başçılıq edirdi. O, 1906-cı ildən 1931-
ci ilə qədər 25 il nazir vəzifəsində çalışmış, 11 dəfə baş nazir
olmuşdur. Aristid Brian sülhsevər olması, millitarist olmaması
ilə fərqlənirdi. A.Brian Sovet Rusiyasına qarşı antisovet möv-
qeyində idi. Lakin sağlam düşüncə sahibi olduğu üçün 1927-ci
ildə İngiltərə SSRİ ilə diplomatik əlaqələri kəsərkən Fransa
bunu etmədi. Aristid Brianın fəaliyyəti sayəsində 1925-ci ilin
oktyabrında Lokarno konfransında Fransa konfransda iştirak
edən dövlətlərin (İngiltərə, Fransa, Belçika, İtaliya və
Almaniya) Birinci dünya müharibəsindən sonrakı dövrdə
mövcud olan vəziyyəti, yəni status-kvonu qoruyub saxla-
yacaqlarına dair saziş bağlamalarına nail oldu. Həmçinin həmin
konfransda Almaniya
özünün qərb sərhədlərinin
təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdü. Bu da ilk
növbədə Fransanın şərq sərhədlərinin təhlükəsizliyini təmin
etmək demək idi. A.Brianın təşəbbüsü ilə 1928-ci ilin avqus-
tunda 48 dövlət tərəfindən məşhur Brian-Kelloq paktı bağlandı.
Kelloq ABŞ-ın dövlət katibi idi. Həmin pakta görə müharibə
hər bir dövlətin milli siyasəti üçün yolverilməz hesab edilirdi.
A.Brian həm də Panavropa ideyasının təşkilatçısı olmuşdur.
Ümumiyyətlə, Avropanın birliyi məsələsi ilk dəfə məşhur