61
fransız yazıçı Viktor Hüqo tərəfindən irəli sürülmüşdür. Lakin
bu ideya XIX əsrdə reallaşa bilmədi.
XX əsrdə bu fikir
A.Brian tərəfindən yenidən irəli sürüldü. 1930-cu ilin mayında
A.Brian Avropanın 27 dövlətinə "Avropa federal ittifaqı"
yaratmaq barədə müraciət etdi. Lakin böyük dövlətlər bu ide-
yanı mdüaifə etmədilər. Çünki onlar Avropada Fransanın hege-
mon olacağından ehtiyat edirdilər.
Fransa 1929-1933-cü illər dünya
iqtisadi böhranı illərində
1929-cu ilin oktyabrında ABŞ-da başlayan iqtisadi böh-
ran Fransaya nisbətən gec – 1930-cu ilin sonunda çatdı. Bu
böhran 1935-ci ilə qədər davam etdi. Böhranın gec başlanması
Fransa burjuaziyasının istehsal avadanlıqlarını daim yeniləşdir-
məsi və inflyasiya ilə əlaqədar olaraq malların qiymətini
vaxtında xeyli aşağı salması ilə bağlı idi. Əgər 1913-cü ildə
Fransada sənaye istehsalının indeksini 100 qəbul etsək, 1929-cu
ildə bu rəqəm 139-a, 1930-cu ildə 140-a, 1931-ci ildə 124-ə,
1932-ci ildə isə 96-ya bərabər oldu. Böhran ən çox özünü 1932-
ci ildə göstərdi və bu proses 1935-ci ilə qədər davam etdi.
İqtisadi böhran nəticəsində Fransanın istehsal vasitələri
istehsalı 80%-ə düşdü. Kənd təsərrüfatında gəlir 1929-cu ildəki
44,8 milyard frankdan 1932-ci ildə 17 mlrd franka endi. İdxal
və ixrac 2-2,5 dəfə azaldı. Fəhlələrin yarısı işsiz qaldı.
İnflyasiya gücləndi. Vəziyyəti çətinləşdirən
səbəblərdən biri də
Almaniyadan təzminat alınmasının dayanması idi. ABŞ isə
Fransadan borcunu tələb etdi. Böhran illərində xarici ticarət 2
dəfədən çox azaldı. Fransa böhrandan ancaq 1935-ci ildə öz
iqtisadiyyatını hərbiləşdirmək hesabına çıxa bildi.
30-cu illərdə ölkədə dövlət tənzimlənməsinin forma və
məqsədləri ciddi müzakirə edilirdi. Dövlət tənzimlənməsi
62
“çaricim” adlanırdı. İri kapitala güzəşt üçün “Mühafizə edilən
bölmə” yaradıldı.
Böhran ölkənin siyasi həyatına da böyük təsir göstərdi.
1931-1933-cü illərdə yeddi hökumət dəyişikliyi oldu ki, bu
hökumətlərdən üçünə Laval başçılıq etdi. 1932-ci ildə
hökumətə yenidən Eduard Errio başçılıq etdi və onun dövründə
Fransa ilə SSRİ arasında 1932-ci ilin noyabrında bir-birinə
hücum etməmək haqqında müqavilə bağlandı. 1934-cü ildə
Fransanın xarici işlər naziri Lui Bartu oldu. 1933-cü ildən
1934-cü ilin fevralınadək hökumətə isə Eduard Daladje başçılıq
edirdi. Lui Bartu sağlam düşüncəyə malik bir şəxs idi. O,
Almaniyada faşizmin hakimiyyət başına
gəlməsinin tezliklə
Fransada da təhlükə yaradacığını görür və SSRİ ilə münasibət-
ləri normal məcrada inkişaf etdirməyə çalışırdı. Ona görə də o,
1934-cü ildə həm SSRİ ilə qarşılıqlı yardım haqqında müqa-
vilə, həm də Şərq paktı bağlamaq təşəbbüsü ilə çıxış etdi.
Həmin paktı Almaniya, Fransa, SSRİ, Finlandiya, Polşa, Çe-
xoslovakiya və Pribaltika ölkələri imzalamalı idilər. Lakin
Almaniya və Polşanın bu təklifi rədd etməsi nəticəsində həmin
pakt imzalanmadı. Lui Bartu isə Yuqoslaviya kralı Aleksandrla
birlikdə 1934-cü ilin oktyabrında Marseldə Almaniya kəşfiyya-
tının hazırladığı "Tevton qılıncı" əməliyyatına əsasən öldürüldü
və onun başladığı iş yarımçıq qaldı.
Fransada faşizmə qarşı mübarizə
XX əsrin 30-cu illərinin II yarısında Fransanın siyasi hə-
yatında mühüm yeri faşizmə qarşı mübarizə təşkil edirdi.
Fransada faşizmin ilk təşkilatları- XX srin 20-ci illərində
yaradılmışdı. Bunlardan ən təhlükəlisi 1927-ci
ildə De lya Rok
tərəfindən təşkil edilmiş və tərkibində 350 minə qədər adamı
birləşdirən "Odlu xaç" cəmiyyəti idi. Bu cəmiyyət hətta özünün
aviasiyasına da malik idi. Bu cəmiyyət Birinci Dünya mühari-
bəsinin Fransa üçün nəticələrindən narazı qalan hərbiçilərin
63
əksəriyyətini öz tərkibində birləşdirmişdi. Digər faşist təşki-
latlarından biri də "Fransa həmrəyliyi" təşkilatı idi. Onun əsa-
sını milyonçu Koti və faşistpərəst general Peten qoymuşdur.
1934-cü ildə Kotinin ölümündən sonra o dağıldı. 1933-cü ilin
sentyabrında kapitan Byukar tərəfindən "Fransaçılar" təşkilatı
yaradıldı. O, öz təşkilatını italyan faşzminə bənzədirdi. "Fransa-
çılar" azadlıq, qardaşlıq, bərbərlik əvəzinə qayda-qanun, inti-
zam tərəfdarı olduqlarını bildirirdilər. Onların "Mavi köynək-
lilər" adlı hərbi dəstləri də vardı. Onlar Fransanın
demokratiya
ənənələrini yaşadan bir ölkə olduğunu bildiklərinə görə açıqca
demokratiyaya qarşı çıxmır və belə hesab edirdilər ki, Fransa
demokratiyasını şiş xəstəliyinə bənzəyən sosializm və kommu-
nizmdən azad etmək lazımdır. Fransız faşizminin də sosial
bazası Almaniyada və İtaliyada olduğu kimi xırda burjuaziya
və klerikal din xadimləri idi. Onun maliyyə mənbəyi isə inhi-
sarçılar və maliyyə burjuaziyası idi.
Faşizmə qarşı mübarizə aparmaq üçün Fransada hələ
1932-1933-cü illərdə Amsterdam-Pleyer təşkilatı yaradılmışdı.
1933-cü ildə Almaniyada faşistlər
hakimiyyətə gəldikdən sonra
Fransada faşistlər qüvvətləndi və hakimiyyətə gəlmək fikrinə
düşdülər. Lakin onların bu məqsədinin həyata keçirilməsi üçün
real imkan yox idi. Bunun səbəbləri isə ilk növbədə onunla
əlaqədar idi ki, Almaniya və İtaliyadan fərqli olaraq, Fransada
faşizm o qədər də geniş sosial bazaya malik deyildi. Almaniya
və İtaliyadakı kimi Fransada revanş, yəni qisas hissi Birinci
dünya müharibəsindən qalib dövlət kimi çıxdığı üçün güclü
deyildi. Almaniyadan fərqli olaraq, Fransada şovinizm təbliğatı
üçün əsas yox idi. Fransada iqtisadi böhran Almaniyadakı kimi
dərinə getməmişdi. Fransa əsrlərdən bəri öz xalqını demokratik
ənənələr ruhunda tərbiyə etmişdi. Fransız burjuaziyası
parlamentarizmin və demokratik ənənələrin tərəfdarı idi. Ona
görə də xalq faşizmə tərəfdar çıxmadı.
64
1934-cü ilin fevralında faşistlər
hakimiyyəti ələ almağa
cəhd etdilər. Bunun üçün bəhanə Stavisskinin işi oldu. Stavisski
Parisdə ən məşhur lombardlardan birinin rəhbəri idi və
İspaniyada burjua inqilabı baş verərkən Fransaya gələn ispan
varlıları öz brilliant və bahalı daş-qaşlarını onun lombardına
qoymuşdular. Lakin tezliklə məlum olmuşdur ki, həmin bril-
liant və bahalı qaşlar dəyişdirilmiş, adi qaşla əvəz olunmuşdur.
İşin üstü açılarkən onun bir ucu Fransanın hökumət və dövlət
məmurlarına çıxırdı. Bu hadisə Fransız xalqının
çox böyük
narazılığına səbəb oldu. Bu narazılıqdan istifadə edən faşistlər
1934-cü il fevralın 6-da deputatlar palatasının yerləşdiyi
Burbonlar sarayına hücum etdilər. Onların cəhdinin qarşısı
alındı. 1934-cü il fevralın 12-də 4.5 mln nəfərin iştirak etdyi
ümumi tətil göstərdi ki, fransız xalqı faşizmin hakimiyyətə
gəlməsinə yol verməyəcəkdir. 1934-cü ilin fevralında faşistlər
əleyhinə çıxışlar Xalq Cəbhəsinin yaradılmasını sürətləndirdi.
1934-cü ilin iyulun 27-də kommunistlərlə sosialistlər arasında
“Faşizmə və müharbə təhlükəsinə qarşı birgə mübarzə
haqqında” pakt imzalandı. 1930-cu ildən Fransa kommunist
partiyasına başçılıq edən Moris Tores 1934-cü ilin oktyabrında
"uzanmış əl" platformasını irəli
sürərək bütün demokratik
partiyaları faşizmə qarşı sülh, azadlıq və çörək uğrunda
birləşməyə çağırdı. 1935-ci ilin mayında Fransa parlamentində
kommunistlər, radikallar və sosialistlər partiyası xalq cəbhəsi
təşkil etmək haqqında birgə qərara gəldilər.
1935-ci il iylun 14-də Fransanın milli bayramı – Bastiliya
qalasının alınması günü münasibətilə keçirilən nümayişdə
sosialistlərin, kommunistlərin və radikalların ardınca gedən
kütlələr faşizmə qarşı mübarizədə birliyi bir daha nümayiş
etdirdilər. Həmin gün Xalq Cəbhəsinin yaradılması reallaşdı.
Xalq Cəbhəsinin proqramında həm siyasi,
həm də iqtisadi
məsələlər öz geniş əksini tapmışdır. Siyasi tələblərin birinci
bölməsi "Azadlığın müdafiəsi" adlanırdı ki, burada ümumi