37
parlamentdə çoxluq qazanmışdılar. Liberallar partiyası XVII
əsrin sonunda sənaye və ticarət burjuaziyasının partiyası kimi
meydana gəlmiş, XVIII- XIX əsrlərdə azad rəqabət hökm
sürdüyünə görə İngiltərə parlamentində öz
liderliyini saxlaya
bilmişdir. Lakin XIX əsrin sonu-XX əsrin əvvəllərində
kapitalizm öz yerini imperializmə verdi. Azad rəqabətin yerini
inhisarlar tutdu. Ona görə də sənaye və ticarət burjuaziyasının
partiyası olan liberallar partiyası maddi bazasını itirdiyindən
siyasətdə də nüfuzdan düşdü. Onun yerini dövrə uyğunlaşmağı
bacaran leyboristlər partiyası tutdu. 1918-ci ilin dekabrında
leyboristlər partiyası öz nizamnaməsində belə bir dəyişiklik
etdi ki, o, partiya üzvlüyünə kollektiv formadan başqa fərdi
formada da üzv qəbul edə bilər. Bu imkan verdi ki, bu
partiyada təkcə fəhlələr deyil, həm də xırda,
orta və hətta iri
burjuaziyanın nümayəndələri də təmsil edilsin.
Müharibə qurtardıqdan sonra bir sıra hərbi sənaye
sahələrinin bağlanması fəhlə sinfinin vəziyyətini pisləşdirdi.
1919-cu ildə İngiltərədə 2.5 mln-a yaxın fəhlə tətil etdi. Bu
hadisə hökuməti məcbur etdi ki, 6 mln-a qədər fəhlənin əmək
haqqını 20% artırsın, 6.5 mln fəhlənin isə iş gününü 7 saata
endirsin.
Rusiyada bolşeviklərin hakimiyətə gəlməsi 1919-cu ildə
III İnternasionalın – Kommunist internasionalının yaranmasına
gətirib çıxardı. Bu hadisədən sonra kapitalist ölkələrində
kommunist partiyalarının təşkili gücləndi. Adətən, kommunist
partiyası keçmiş sosialist partiyasının sol qanadından təşkil
olunurdu. Bu dövrdə Böyük Britaniyada 4 sosialist təşkilatı var
idi. Bunlar Böyük Britaniya sosialist partiyası, Böyük Britaniya
sosialist fəhlə partiyası, Fəhlə sosialist federasiyası,
Cənubi
Uels sosialist cəmiyyətindən ibarət idi. Lakin bu təşkilatlarda
belə bir səhv fikir var idi ki, köhnə metodların hamısından əl
çəkmək lazımdır. Parlamentə seçilmək gərək deyil. Saziş
bağlamaq olmaz. Əslində bütün bunlar onların kifayət qədər
38
təcrübəli olmamasından irəli gəlirdi. Halbuki hər hansı bir
partiya xalqı öz tərəfinə çəkmək üçün kütləni öz ardınca
aparmağı bacarmalıdır. Məhz İngiltərədəki sol partiyaların bu
səhvləri İngiltərə kommunist partiyasının fəaliyyətində də
özünü bütün dövrlərdə büruzə verdi. 1920-ci ilin iyulun 31-i ilə
avqustun 1-i arasında Londonda keçirilən qurultayda Harri
Pollitin başçılığı altında İngiltərə kommunist partiyasının
yaradıldığı elan edildi. Lakin bu partiyanın üzvlərinin sayı 10
min nəfəri keçə bilmədi. Çünki İngiltərə fəhlə sinfi Tred-
yunion təşkilatları və leyborist partiyasına daha çox inanırdı.
Bu dövrdə İngiltərənin qarşılaşdığı mühüm problem-
lərdən biri müstəmləkələrə münasibət məsələsi idi.
Hindistanda 1919-cu il islahatından
sonra kütləvi nümayişlər
başlandı. Onun ən faciəvi nəticələrindən biri 1919-cu ilin
aprelində Amritsar qırğını oldu. 1919-1920-ci illərdə Mahatma
Qandinin başçılığı altında vətəndaş itaətsizliyi kampaniyası
davam etsə də, Qandinin ancaq dinc yolla mübarzəni davam
etdirmək tərəfdarı olması onun nəticəsiz qurtarmasına səbəb
oldu.
1919-1921-ci illərdə Misir xalqı da İngiltərəyə qarşı
mübarizəyə qalxdı. Nəticədə 1922-ci ilin fevralın 28-də
İngiltərə formal da olsa, Misiri müstəqil krallıq elan etdi.
Ancaq o, Misirdə yenə də öz qoşunlarını saxlayır və onun
xarici siyasətinə rəhbərlik edirdi.
Böyük Britaniya ən ciddi problemlə İrlandiyada
qarşılaşdı. 1916-cı ildə irlandiyalılar üsyan etsələr də, azadlıq
qazana bilmədilər. Bu hadisələrdən sonra, İrlandiyada Şinnfeyn
(Biz özümüz) partiyası yaradıldı. 1918-ci ilin dekabrında
keçirilən seçkilərdə bu partiya İrlandiyadan seçilən 103
deputatdan
4
3 -nə sahib oldu. Bu partiya bildirdi ki, o, Londona
parlamentə getməyəcək və 1919-cu ilin yanvarında İrlandiyanı
müstəqil respublika elan etdi. Bu hadisə İngiltərədə böyük
39
təşvişə səbəb oldu. Hökumət İrlandiyaya qoşun yeritdi. 1919-cu
ilin yanvarından 1921-ci ilin dekabrına qədər İrlandiya öz
azadlığı uğrunda mübarizə apardı. İngiltərə güzəştə getməyə
məcbur oldu. Belə ki,
dünya ictimaiyyəti, İngiltərə fəhlə sinfi,
tred-yunion təşkilatları, həmçinin ABŞ və Fransa İrlandiyanı
müdafiə elədilər. 1921-ci il dekabrın 6-da bağlanmış sazişə
əsasən cənubdakı 26 qraflığa «Azad İrlandiya dövləti» adı ilə
muxtariyyət verildi. Şimaldakı sənaye cəhətdən inkişaf etmiş və
ingilislərin çoxluq təşkil etdiyi 6 qraflıq isə İngiltərənin
tərkibində qaldı. De Valera başda olmaqla İrlandiya xalqı 1923-
cü ilin yazına qədər mübarizəni davam etdirsə də, bu nəticəsiz
qaldı.
Hələ 1917-ci ildə İngiltərə öz dominionları olan Kanada,
Avstraliya və Cənubi Afrika İttifaqına muxtar respublika hü-
ququ vermişdi. 1923-cü ildə isə bu dominionlara icazə verildi
ki, xarici dövlətlərlə müstəqil müqavilələr bağlasınlar.
1919-cu ildə funt-sterlinqin qızıla olan paritetinin ləğv
edilməsini sənaye istehsalının artımına müsbət təsir etdi.
1920-ci ilin ortalarında İngiltərədə yeni
iqtisadi böhran
başlandı və bu böhran fəhlə sinfinin vəziyyətinə də təsir etdi.
Ona görə də ölkəni yenidən fəhlə tətilləri bürüdü. Hökumət
polisin hər hansı bir nümayişi dağıtması haqqında qanun qəbul
etməyə məcbur oldu . 1921-ci ildə müharibə dövründə tətbiq
edilmiş kömür şaxtaları sahibkarları üzərində hökumətin
nəzarəti qaydası ləğv edildi. Bundan istifadə edən sahibkarlar
lakaut elan edərək fəhlələrin əmək haqlarının aşağı salınmasına
və iş gününün uzadılmasına nail ola bildilər.
1922-ci ilə qədər İngiltərə hökumətinə Lloyd Corc baş-
çılıq etdi. Yeni hökumətin başlıca şüarı “İngilotərəni oyadın”
oldu. Istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Dövlətin
sosial funksiyaları artırıldı. Bu dövrdə İngiltərənin həm
beynəlxalq, həm də daxili vəziyyəti xoşagələn deyildi. L.Corc
hökumətinin xarici siyasəti liberallizmə əsaslanırdı ki, bu da
40
zor tətbiq etməyin əleyhinə olsa da,
imperiya siyasətindən
imtina etmək deyildi. L.Corc hökumətinin xarici siyasətinin
əsas istiqamətləri Paris sülh konfransında iştirak, Azərbaycana,
müstəmləkələrə münasibət, İran və Əfqanıstana, Rusiyaya,
Vaşinqton konfransına, Genuya konfransına, Türkiyəyə
münasibət məsələsi idi. Avropa ölkələri və ABŞ-a münasibətdə
ingilis diplomatiyası tarazlaşdırılmış xətt yeridirdi. Çörçill
başda olmaqla bir qrup nazirlər
belə hesab edirdilər ki, Sovet
Rusiyası ilə heç bir danışığa girmək olmaz, ancaq hərbi
müdaxilə lazımdır. Lloyd Corc başda olmaqla bir qrup nazir isə
belə hesab edirdi ki, iqtisadi yolla da Rusiyanı məhv etmək
olar. Liberallarla mühafizəkarların koalisiyası məsələsində də
mühafizəkarlar arasında fikir ayrılığı mövcud idi. Mühafizəkar-
lardan Çemberlen, Balfur liberallarla koalisiyanı saxlamaq
tərəfdarı idilər, Stenli Bolduin, Bonar-lou
isə liberallarla koa-
lisiyanın əleyhinə çıxırdılar. Bu ixtilafların nəticəsi olaraq,
Lloyd Corc 1922-ci ilin oktyabrında baş nazir vəzifəsindən
istefa verdi və yeni seçkilər təyin edildi. Keçirilən seçkilərdə
mühafizəkarlar qələbə çaldılar. 1922-ci ilin dekabrından 1923-
cü ilin mayına qədər Bonar-Lounun, 1923-cü ilin may ayından
dekabr ayına qədər isə Stenili Bolduinin başçılığı altında mü-
hafizəkarlar hökuməti hakimiyyətdə oldu. Mühafizəkarlar
hökuməti daxili siyasətində inhisarların mənafeyini müdafiə et-
məklə fəhlə hərəkatına qarşı ciddi mübarizə apardı.
Xarici
siyasətində isə ilk növbədə Sovet Rusiyasına qarşı düşmənçilik
mühüm yer tuturdu. Bu özünü 1923-cü il mayın 8-də xarici
işlər naziri Lord Kerzonun sovet hökumətinə göndərdiyi notada
bir daha göstərdi. Həmin notada İngiltərə hökuməti tələb edirdi
ki, Əfqanıstan və İranda Sovet Rusiyası antiingilis təbliğatına
son qoysun və sovet nümayəndə heyətini bu ölkələrdən geri
çağırsın. Sovet Rusiyası İngiltərənin tələblərini yerinə yetirməli
oldu.