107
hökumətinin yeni iqtisadi siyasəti öz inkişafında 4 mərhələdən
keçmişdir. 1971-ci ilin avqust-noyabr aylarını əhatə edən
birinci
mərhələdə respublikaçılar hökumətinin əsas məqsədi qiymətlərin və
əmək haqqının «dondurulması» olmuşdur.
«Yeni iqtisadi siyasət»in 1971-ci ilin noyabrından 1973-cü ilin
yanvar ayınadək olan ikinci mərhələsində əmək haqqının və
qiymətlərin dondurulmasını onların üzərində nəzarət əvəz etdi. Bu
əmək haqqının və qiymətlərin saxlanılmasında daha çevik sistem idi.
Bu sistemin fəaliyyətində həmkarlar ittifaqının nümayəndələri iştirak
edirdilər. Hökumət öz tapşırıqlarında qiymətlərin illik həcminin
2,5%-dən artıq olmamasını irəli sürür, yeni kollektiv müqavilələrə
əsasən əməyin ödəniləmsi dərəcəsini 5,5% müəyyən edirdi.
Həmkarlar ittifaqlarının nümayəndələri hökumətin siyasətinə qarşı
çıxrdılar. Respublikaçılar hökumətinin bu siyasətinə etiraz əlaməti
olaraq 1972-ci ilin mart ayında həmkarlar ittifaqı nümayəndələrinın
çox hissəsi əmək haqqı üzrə dövlət şurasının tərkibindən çıxdılar.
«Yeni iqtisadi siyasət»in 1973-cü ilin yanvar-iyun aylarını
əhatə edən üçüncü mərhələsinin gedişində qiymətlərin və əmək
haqqının üzərinə birbaşa dövlət nəzarəti dayandırıldı. 1973-cü ilin
beş ayı ərzində inflyasiyanın dərəcəsi dövlət orqanlarının plan
bölgüsüsündən yan keçmişdi. 1973-cü
ildə Niksonun yenidən təkidi
ilə 60 gün müddətinə qiymətlər yenidən «donduruldu». Nikson bu
müddəti qiymətlər və əmək haqqı üzərinə yeni sistemin hazırlanması
ilə əlaqədar təyin etmişdi. 1973-cü ilin iyunundan Nikson
hökumətinin yeni iqtisadi siyasətinin dördüncü yəem axırıncı
mərhələsi başladı. Bu mərhələ iqtisadiyyatda qismən sabitliyin
yarandığı dövrədək, yəni 30 aprel 1974-cü ilədək davam etmişdir.
Ölkədə gedən infilyasiyanı dayandırmaq bu dəfə də mümkün
olmamışdır. Əksinə yeni iqtisadi siyasətin bu mərhələsində qiymətlər
daha sürətlə qalxmağa başlamışdır. Xüsusən yeyinti məhsullarının
qiyməti daha artıq qalxmışdı. Bu hər şeydən əvvəl respublikaçılar
hökumətinin aqrar siyasət sahəsində etdiyi böyük dəyişikliklərlə,
birinci növbədə, 1973-cü ilin avqustunda
qəbul olunmuş kənd
təsərrüfatı haqqında yeni qanunla bağlı idi. Həmçinin hökumət kənd
təsərrüfatı məhsulları istehsalının məhdudlaşdırılmasına dair bütün
qanunları ləğv etmişdir.
Nikson hökuməti həmçinin enerji böhranını da həll edə
bilmədi. 1973-cü ilin noyabr ayında prezident R.Nikson dövlət enerji
108
proqramı ilə çıxış etdi. Həmin proqrama görə xarici bazara müraciət
edilmədən prezident Nikson ölkənin qarşısında «yanacaq
müstəqilliyi» məsələsini bir vəzifə olaraq qoydu. Proqramda
Appalare kömür hövzəsinin işlənməsinin gücləndirilməsi və
Alyaskada neft hasilatının sürətləndirilməsi nəzərdə tutulurdu.
70-ci illərdə ölkədə həmçinin dövlət maddi yardımı sistemi
geniş yayılmışdı. Yoxsulluq səviyyəsində yaşayan
ailələr dövlətdən
xüsusi vəsa it almaq hüququna malik idilər.
60-cı illərin sonundan etibarən inflyasiyanın genişlənməsi və
zəhmətkeşlərin vəziyyətinin pisləşməsi ilə əlaqədar «minimum
gəlirlərlə təmin olunmaq» nəzəriyyəsi cəmiyyətdə geniş yayılmışdı.
Respublikaçılar bu nəzəriyyəyə qarşı çıxdılar. Xalqın bu nəzəriyyəyə
qarşı diqqətsizliyini və laqeydliyini görüb qorxan Nikson 1969-cu
ildə Konqres qarşısına «ailələrə yardım» planını bir vəzifyə olaraq
qoydu. Niksonun yardım planına görə aşağı səviyyədə yaşayan
ailələr dövlətdən minimum təminat vəsaiti olaraq il ərzində 1600
dollardan çox olmamaq şərti ilə vəsait ala bilərdilər.
Beləliklə, R.Niksonun dövlət maddi yardımı sistemini islahat
yolu ilə dəyişdirmək istəyi mümkün olmadı. Ona görə də respublika
hökuməti yoxsullara maddi yardım göstərilməsi işini davam etdirməli
oldu. 70-ci illərin əvvəllərində onun miqyası əhəmiyyətli
dərəcədə
böyümüşdü. Xüsusilə ərzaq talonlarının proqramı ölkədə geniş
yayılmışdı. 1969-cü ildə talon alanların sayı 3 milyon nəfər
olmuşdur. 1974-cü ildə isə onların sayı artaraq 13,5 milyon nəfərə
çatmışdır. 70-ci illərin ortalarında Federal hakimiyyətdən və ştatların
hökumətlərindən talon alanların sayı 33 milyon nəfər olmuşdur.
Niksonun hökuməti əvvəl həmçinin «ədalətli əmək şəraiti»
haqqında qanuna qarşı da mənfi münasibət bəsləmişdir. Fəhlə
sinfinin təsiri altında 1973-cü ildə Konqresin hər iki palatası «Fəhlə
və qulluqçuların əmək haqqının yenidən qaldırılması» haqqında
qanun layihəsi qəbul etdi. Ancaq 1973-cü ilin aprelində «Ədalətli
əmək şəraiti» aktına əlavələr qanuniləşdi. 1974-cü ilin 1 iyulun 1-dən
bir saat iş vaxtı üçün minimum əmək haqqı artırılaraq 1,60 dollardan
2,20 dollara kimi yüksəlmişdir.
Nikson hökuməti demokratik hərəkatın iştirakçılarına,
zəncilərə və gənclərə qarşı represiyanı gücləndirmişdi. Artıq 1970-ci
illərin əvvəllərində məhkəməsiz və mühakiməsiz «Qara pantera»nın
109
30 nəfərə yaxın rəhbəri öldürülmüşdür. Zəncilərin çıxışları və
tələbələrin tətilləri dəfələrlə gülləbaran edilmişdir.
70-ci illərin birinci yarısında ABŞ-ın xarici siyasətində
əhəmiyyətli dəyişiklik baş verdi. Beynəlxalq aləmdə qüvvələr
hislətində əsaslı dəyişikliklər baş vermişdi: dünya sosializm
sisteminin mövqeyi güclənmiş, «üçüncü dünya» ölkələrinin nüfuzu
böyümüş, imperialistlərarası münasibətlərdə böyük
dəyişikliklər baş
vermiş, bütün dünyada sülhsevər qüvvələr çoxalmışdır. Ona görə də
ABŞ-ın xarici siyasətində siyasi realizm xətti üstünlük təşkil etdi.
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların xarici
siyasətində əsaslı konsepsiyalar hazırlanmışdır. Prezident Nikson
hakimiyyətinin ilk günlərindən ABŞ-la Sovet İttifaqı arasında
danışıqlar dövrünə keçilməsini elan etmişdi. 1969-cu ilin payızında
ABŞ və SSRİ arasında strateji silahların məhdudlaşdırılmasına dair
danışıqlara başlanıldı. Bu danışıqlar Amerika xalqı tərəfindən geniş
müdafiə olundu. Prezident Noksonun Konqresdə xarici siyasət
istiqamətində realist fikirləri demokratların və respublikaçıların
nüfuzlu qrupları tərəfindən müdafiə olunurdu. Həmin qrupa nüfuzlu
siyasi xadimlər olan senatorlar-D.Y.Fulbrayt, M.Mensfild,
E.Kennedi, K.Skot və başqaları daxil idilər.
İki partiya-respublikaçılar və demokratlar partiyalarının
qruplaşması Amerika xarici siyasət konsepsiyasında mühüm
dəyişiklik əldə edilməsinə istiqamətlənmişdi. Senatda xarici işlər üzrə
konsepsiyasının sədri D.Y.Fulbrayt Konqresdəki çıxışında
təsdiq
etmişdir ki, Birləşmiş ştatlar birtərəfli fəaliyyətdən çəkinməlidir. O,
birtərəfli münasibətlərdən beynəlxalq münasibətlər konsepsiyasını
irəli sürürdü.
Nikson hökumətinin fəaliyyətinin ilk günlərində əsas xarici
siyasət məsələlərindən biri Vyetnam məsələsi idi. Niksonun «Quam
doktrinası»nın əsasında «vyetnamlaşdırma» proqramı işlənilmişdi.
70-ci illərin əvvəllərində ABŞ-ın Hind - Çindəki
təcavüzünün miqyası genişlənmişdi. 1970-ci ildə Amerika qoşunları
Kambocaya, 1971-ci ildə isə Laosa girdilər. 1971-ci ildə Nikson
Vyetnam Demokratik Respublikasının yenidən bombalanması əmrini
verdi. Lakin ABŞ-ın hakim dairələri Vyetnam xalqının iradəsini qıra
bilmədilər. 1973-cü ilin yanvar ayının 27-də Parisdə Vyetnamda
müharibənin dayandırılmasına dair razılıq imzalandı. Amerika
orduları Cənubi Vyetnamdan çıxarıldı.
110
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Vaşinqtonu
təəccübləndirən ciddi məsələlərdən biri Latın Amerikasındakı
hadisələrlə bağlı idi. Xüsusilə bütün ABŞ-ın hakim dairələri və
inhisarçı burjuaziya 1970-ci ildə Çilidə S.Alyendenin rəhbərliyi
altında Vahid Xalq hökumətinin yaranmasını düşmənçiliklə
qarşıladılar. Amerika sağ inhisarçı dairələri
və Vaşinqtonun rəsmi
nümayəndələri S.Alyendenin hökumətini devirməyin planını
hazırladılar. Amerika qitəsi Birləşmiş Ştatların göstərişini Latın
Amerikası xalqları böyük müqavimətlə qarşıladılar. Amerika qitəsi
xarici işlər nazirliklərinin növbəti konfransında Amerika
dövlətlərinin təşkilatının sıralarından çıxmaq məsələsi də
qoyulmuşdu. 1974-cü ilin əvvəllərindən təşkilatın hər bir iştirakçısı
öz xarici siyasətini müstəqil həyata keçirirdi.
70-ci illərdə Yaxın Şərq həmçinin ABŞ-hakim dairələrinin
diqqət mərkəzində idi. Yaxın Şərqdə Amerikanın mövqelərinin
möhkəmlənməsində İsrail strateji əhəmiyyət kəsb edirdi. Birləşmiş
Ştatlar tərəfindən İsrailin hərbi-iqtisadi və siyasi cəhətdən müdafiə
olunması İsrail ekstremistlərinin ərəb ölkələri əleyhinə təcavüzkar
planlar həyata keçirməsinə şərait yaradırdı.
70-ci illərin əvvəllərində Birləşmiş Ştatların
Qərbi Avropa
ölkələri və Yaponiya ilə münasibətlərində son dərəcə əlverişsiz şərait
yaranmışdı. Buna görə də «Ümumi bazar» ölkələri və Yaponiya
Amerika üçün təhlükəli imperialist rəqiblər idilər. ABŞ-ın kapitalist
ölkələrinin sənaye məhsulları istehsalı sırasındakı yeri 1948-ci ildə
53% olduğu halda 70-ci illərin əvvəllərində azalaraq 40% olmuşdur.
Əksinə «Ümumi bazar» ölkələrinin və Yaponiyanın payı bu sahədə
yüksələrək 13,5%-dən 28%-ə çatmışdır.
Amerika imperializminin maliyyə-iqtisadi mövqeyinin
zəifləməsi ABŞ-ın hakim dairələrinin qarşısına «atlantik
cəmiyyətində» özünün hərbi-siyasi nüfuz dairəsinin
möhkəmləndirilməsi vəzifəsini qoymuşdu. Nikson hökumət 70-ci
illərin ortalarında öz diqqətini əsasən
Qərbi Avropa ölkələrinə
yönəltmişdi. Belə ki, qeyd etdiyimiz dövrdə Birləşmiş Ştatların Qərbi
Avropa və Yaponiyada iqtisadi və siyasi mövqeyinin
möhkəmləndirilməsi Amerika xarici siyasətinin ilk növbəli
problemlərindən biri idi.
70-ci illərin birinci yarısında ABŞ hökumətinin xarici siyasət
xəttinin mərkəzində Sovet İttifaqı ilə münasibətlərin optimal