111
istiqaməti dururdu. Bu dövrdə ABŞ-ın xarici
siyasətində yeni əlamət
Amerika-Sovet münasibətlərində lazımi dəyişikliklər etmək idi.
Birləşmiş Ştatlarla Sovet İttifaqı arasındakı münasibətlərdəki böyük
yaxınlaşma meyllərini prezident Nikson özü həyata keçirirdi. Nikson
öz növbəsində «soyuq müharibə» tərəfdarlarından biri idi.
Moskvada sovet-Amerika danışıqları ( 1972-ci ilin mayın 22-
dən 30-dək olan dövrdə) lazımi sazişlərin imzalanması ilə başa
çatmışdır. Həmin sazişlər sırasında «Sovet Sosialist Respublikaları
İttifaqı və Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əlaqələrin
əsasları» böyük əhəmiyyət kəsb edir. Həmin müqavilənin birinci
bəndində deyilirdi ki, hazırkı nüvə əsrində bu və ya digər ölkə dinc
yanaşı yaşamaq prinsipinə əməl etmədən mövcud ola bilməz. Həmin
müqavilə Amerika-Sovet İttifaqı münasibətlərinin bütün sahələr üzrə
beynəlxalq-hüquqi qaydalarını müəyyən etmişdir.
Həmçinin SSRİ və ABŞ arasında raket əleyhinə müdafiə və
strateji hücum silahlarının məhdudlaşdırılması və azaldılması
sahəsində bağlanmış müqavilə də böyük əhəmiyyət kəsb etmişdir.
Həmin müqavilələrin bağlanması nüvə müharibəsi təhlükəsini
azaltmış, silahların güclü növlərinin azaldılmasını təmin etmişdir.
Moskva danışıqlarında həmçinin əməkdaşlığın siyasi sahəsi
deyil iqtisadi, elmi, mədəni əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi
ilə əlaqədar başqa sazişlər də imzalanmışdır. Ticarət məsələləri üzrə
birgə Sovet-Amerika komissiyası təsis olunmuş, SSRİ və ABŞ
arasında ticarət danışıqlarının hazırlanmasının vəzifələri
müəyyənləşdirilmişdir. Həmçinin danışıqlarda yuxarıda qeyd
etdiyimiz kimi, hər iki ölkə arasında elmi-texniki sahələrdə, səhiyyə
sahəsində, elm, təhsil və mədəniyyət sahəsində mübadilələrin təşkili
məsələləri müəyyənləşdirilmişdir.
1972-ci ilin Moskva sazişləri amerikalıların böyük əksəriyyəti
tərəfindən bəyənilmişdir. Lakin Sovet-Amerika münasibətlərinin
normalaşdırılmasının qaydaya salınmasının əleyhinə çıxanlar da var
idi. Bunlar inhisarçılardan, strateji silah istehsalı ilə bağlı olanlardan,
yüksək mənsublu bürokratlardan,
mürtəce fikirli, sionist düşüncəli
nümayəndələrdən ibarət idi.
Sovet-Amerika münasibətlərinin qaydaya salması işi ardıcıl
davam etdirilirdi. 1973-cü ilin iyun ayında Sov.İKP.MK-nın Baş
katibi L.İ.Brejnevin ABŞ-da görüşə gedişi bu yolda yeni əsaslı
addımların başlanğıcını qoydu. Növbəti danışıqların nəticəsi olaraq
112
yüksək səviyyədə nüvə müharibəsinə yol verməmək, sazişi
imzalanmış, həmçinin strateji hücum silahlarının gələcəkdə də
məhdudlaşdırılmasının ümumi prinsipləri təsdiq edilmişdir. Bir ildən
sonra 1974-cü ilin iyun ayında Niksonun Sovet İttifaqına ikinci
gəlişindən sonra nüvə silahlarının yeraltı sınaqdan çıxarılmasının
məhdudlaşdırılmasına dair müqavilə imzalanmışdır.
Qısa müddət ərzində Sovet-Amerika münasibətləri əhəmiyyətli
dərəcədə yüksəlmişdir. SSRİ və ABŞ arasında ticarət yüksək
dərəcədə artmışdır. Məsələn, bu artım 1971-ci ildə bütövlükdə 200
milyon dollar olduğu halda, 1973-cü ildə 1,5
milyard dollar
olmuşdur. İki ölkənin alimləri və mədəniyyət xadimləri arasındakı
əlaqələr möhkəmlənmişdir. Həmçinin iki ölkə arasında nəqliyyat
əlaqələri yaxşılaşdırılmışdır. Bu göstərirdi ki, 70-ci illərin
əvvəllərində Sovet-Amerika münasibətləri «soyuq müharibəni»
çıxılmaz vəziyyətdən çıxarırdı.
İqtisadiyyatın böhranlı tənəzzülü, ölkənin iqtisadi inkişafının
zəifliyi, işsizliyin xroniki artımı, bütün bunlar ABŞ-ın hakim
dairələrinin qarşısına burjua dövlətinin iqtisadi və sosial vəzifələrinin
sürətləndirilməsi vəzifəsini qoyurdu. Dövlət inhisarçı kapitalizmi
ölkədə olan vəziyyətin qaydaya salınmasında aciz idi. Onlar
iqtisadiyyatın sürətli inkişafını təmin edə bilmir, inflyasiya və
işsizliyin qarşısını ala bilmirdilər.
70-ci illərin əvvəllərindən, demokratlar partiyasının sosial
bazasının arasında inhisarçılar əleyhinə fikir gündən-günə güclənirdi.
1972-ci ildə növbəti seçki kampaniyasına hazırlığın gedişində
zəhmətkeşlərin hüquq və rifahının yaxşılaşdırılması üçün Milli
Təşkilat da yaranmışdı. Cənubda xristian rəhbərlərinin konfransında
və başqa qruplarda geniş əməkçi kütləsinin maraqlarının müdafiəsi
məqsədilə «yoxsullar platforması» işlənib hazırlanmışdı.
Platformanın proqramında ABŞ-ın iqtisadi-sosial və siyasi həyatında
geniş dəyişiklər
edilməsi, ölkənin ictimai həyatının bütün sahələrinin
demokratikləşdirilməsi, inhisar hakimiyyətinin məhdudlaşdırılması
kimi məsələlər əks etdirilmişdir. Yoxsullar platformasında bütün
fəhlə və qulluqçuların əmək və digər hüquqlarının tam təmin
olunması, vergi prinsiplərinin dəyişdirilməsi, ölkənin iqtisadi və
siyasi həyatında inhisarların mövqeyinin məhdudlaşdırılması
idarəetmə işinə əməkçilərin nümayəndələrinin cəlb edilməsi vəs.
məsələlərə də baxılmışdır.
113
Bütün bu proseslərin təsiri altında 70-ci illərin əvvəllərində
demokratlar partiyasının sollarla əhəmiyyətli yaxınlaşması baş verdi.
Partiyaya rəhbərliyə «yeni demokratik koalisiya» ilə bağlı xadimlər
gəldilər.
Ölkədə «Uotergeyt məsələsi» burjua demokratiyasının dərin
böhran keçirdiyini göstərdi. 1972-ci ildə seçki kampaniyası zamanı
R.Niksonun yenidən prezident seçilməsi üzrə komitə ilə əlaqədar bir
qrup şəxs «Vaşinqtonda demokratlar partiyasının ştab mənzilinin
yerləşdirdiyi Uotergeyt» hotelində dinləmə qurğusu quran anda
yaxalandı. Təhqiqat yolları Ağ evə aparıb çıxarırdı. Dövlət başçısının
köməkçilərinin və vəkil edilmiş şəxslərinin
bir qrupu məhkəmə
məsuliyyətinə cəlb edildi. Vəzifədən kənar edilmə perspektivi
qarşısında qalan Nikson 1974-cü ilin avqust ayında prezidentlik
səlahiyyətindən əl çəkdi.
70-ci ilin əvvəllərində ABŞ-ın fəhlə sinfi mürəkkəb
problemlərlə üzləşdi. Bunlar iqtisadi böhranın başlanması, işsizliyin
artması, infilyasiya prosesinin güclənməsi, inhisarların və hökumətin
fəhlələr əleyhinə yönəldilmiş siyasəti ilə bağlı idi. 70-ci illərin
əvvəlində ABŞ fəhlə sinfinin vəziyyəti son dərəcə aşağı düşmüşdü.
1971-ci ilin avqustunda «yeni iqtisadi səyasətin» təntənə ilə qəbulu
ona daha ağır zərbə olmuşdu.
Fəhlə sinfinin və əhalinin digər təbəqələrinin 70-ci illərdəki
çıxışlarının əsas demokratik vəzifələri
inhisarlar əleyhinə mübarizə
olaraq qalırdı.
Amerika burjua siyasətçiləri və ideoloqları qeyd etdiyimiz
dövrdə daim göstərirdilər ki, ABŞ azadlıq, demokratiya və insan
hüquqları hakim kəsilmiş dövlət nümunəsidir. Etiraf etmək lazımdır
ki, amerikalıların əksəriyyətinə konstitutsiya və hüquqlar haqqında
billə ( İngiltərədə, ABŞ-da, Kanadada və digər ingilisdilli ölkələrdə
konstitutsiya aktlarının adı ) yəni qanunun qüvvəsinə inam xasdır.
Hələ 60-cı illərin başlanğıcında zənci xalqının hərəkatı yeni
mərhələyə qalxmışdı. O, sosial hüquqlar uğrunda, əsl vətəndaşlıq
hüquq bərabərliyinə nail olmaq və siyasi hakimiyyətə yol tapmaq
uğrunda kütləvi mübarizə xarakteri aldı. Hərəkat elə qüvvətləndi ki,
hökumətdən və konqresdən böyük güzəştlər qoparmağa nail oldu.
Hələ Kennedinin prezidentliyi dövründə işlənib hazırlanmış və 1964-
cü ildə qəbul olunmuş vətəndaşlıq hüquqları haqqında qanun ictimai
yerlərdə, habelə işçi qüvvəsini işə götürən və işdən çıxan zaman irqi
114
ayrı seçkiliyi qadağan etdi. 1965-ci ildə başqa bir qanun qüvvəyə
mindi. O, bəzi ştatlarda qaradərili əhalini
səs verməyə buraxmamaq
məqsədilə tətbiq olunmuş bir sıra senzləri ləğv etdi. Mənzil kirayə
götürən zaman yol verilən ayrı-seçkilik xüsusi qanunla qadağan
olundu. 70-ci illərin zənci hərəkatının əsas ilkin məqsədi və qarşıya
qoyduğu əsas vəzifə sosial-iqtisadi sahədə ağlarla-qaralar arasında
bərabərliyə nail olmaq idi. 70-ci illərin əvvəllərində ABŞ-da
demokratik hərəkatlarda başqa istiqamətlərdə əhəmiyyətli dəyişiklik
baş vermişdi. Bu planda gənclər və tələbə hərəkatları xüsusilə
xarakterik idi. Tələbə çıxışlarının, tətillərin qarşısının alınmasında
hökumət tez-tez polis, silahlı dəstələrdən və milli qvardiyadan
istifadə edirdi. Bu cür toqquşmalar əsasən zənci gənclərin ölümü ilə
də nəticələnirdi. 1973-cü ilin mayında Kent universitetinin ağ irqdən
olan tələbələrinin dinc nümayişinə milli qvardiyanın açdığı atəş
nəticəsində dörd tələbə öldürülmüşdür. 1972-ci ildə Konqres
tərəfindən qəbul olunmuş ali təhsil haqqında
yeni qanuna əsasən
tələbələrimn müzakirəyə cəlb olunması və universitet həyatının bəzi
məsələləri müzakirə olunmuşdur. Zənci gənclərin ali təhsil almasında
bir sıra imkanlar qanuna əsasən genişlənmişdir. Hökumətin tələbələri
və gəncləri «sakitləndirmə» planında konstitusiyada 18 yaşdan aşağı
seçki senzinin qoyulması az əhəmiyyət kəsb etməmişdir. ABŞ-da yaş
senzi 1972-ci ildə 21 yaşdan 18 yaşa endirildi. Konstitusiya cinslərin
hüquq bərabərliyini élan edən əlavə 1972-ci ildə konqres tərəfindən
qəbul edilsə də ştatların ¾-ü tərəfindən qəbul edilmədiyi üçün
qüvvəyə minmədi.
ABŞ C.Fordun prezidentliyi dövründə
(1974-1976-cı illərdə)
Ehtiyatlı adam olan 1974-cü ilin avqust ayının 9-da prezident
R.Nikson istefaya getdi. O, ABŞ prezidentləri içərisində vaxtından
əvvəl yeganə istefa verən şəxs idi. Onun yerini vitse-prezident Gerald
Ford tutdu.
1973-cü ildə ABŞ-da növbəti iqtisadi böhran başlandı və 1975-
ci ilə qədər davam etdi. 1975-ci ilin yazına yaxın sənaye istehsalı
1973-cü illə müqayisədə 13,5% aşağı endi. Böhran güclü inflyasiya
ilə müşaiyət olunurdu. Qiymətlər qalxdı, Əmək haqqı aşağı düşdü,
işsizlik artdı. 1975-ci ildə ölkədə 13 milyon
tam və qismən işsiz var