Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

 
123 
Karter hökumətinin Latın Amerikası ölkələri ilə münasibətinə 
dair siyasəti böyük daxili ziddiyyətlə xarakterizə olunurdu. Yeni 
hökumət Latın Amerikası ölkələri məsələsinə respublikaçıların 
münasibətindən fərqli münasibət bəsləyirdi. Karter hökumətinin bu 
məsələ ilə bağlı planları  sırasında Panama kanalı haqqında yeni 
müqavilənin işlənməsi və bağlanması dururdu. Vaşinqtonun rəsmi 
numayəndələrinin fikrincə bu Latın Amerikası ölkələrində Amerika 
əleyhinə əhval-ruhiyyənin zəifləməsinə gətirib çıxarmalı idi. 1977-ci 
ilin sentyabr ayının 7-də Vaşinqtonda təntənəli  şəraitdə Panama 
kanalının yeni statusu ilə bağlı müqavilə imzalandı. 1978-ci ilin mart-
aprel ayında  keçirilən müzakirələrdən sonra senat müqaviləni təsdiq 
etdi. Yeni müqavilədə göstərilirdi ki, Panama kanalı  tədricən 
Panamanın tabeçiliyi altına keçir. Kanalın istismarından  alınan pulla 
kanal işi yaxşılaşdırılmalı və 2000-ci ilədək o tam şəkildə Panamanın 
nəzarəti altına keçməlidir. Lakin Panama kanalı haqqında bir 
qanunda Birləşmiş  Ştatlar Panama kanalı  ərazisində özünün əsas 
hüquqlarını saxlamışdı. 
 Birləşmiş Ştatlar diktator A.Somosaya 1979-cu ilin iyul ayında 
Nikaraqua xalqının onun hökumətinin devirməsi məqsədilə üsyanının 
yatırılmasına çoxlu miqdarda iqtisadi və hərbi köməklik göstərmişdir. 
Həmçinin Vaşinqtonun hakim qüvvələri tərəfindən Salvodorun, 
Qvatemalanın, Qondurasın irticaçı qüvvələrinə,  xalqların milli-
azadlıq hərəkatı  əleyhinə  hər cür  mübarizəyə  fəal köməklik 
göstərilirdi. 
70-ci illərin sonlarında Ağ evin sahiblərinin, ümumiyyətlə, 
ABŞ-ın Yaxın və Orta Şərq siyasəti dəyişməmiş qalmışdır. Düzdür, 
1977-ci ilin oktyabr ayında dünyada sülhün qorunması və beynəlxalq 
gərginliyin azaldılması  məqsədilə  «Ərəb-israil ziddiyyətlərinin 
ədalətli həlli və qaydaya salınmasına dair» qarşılıqlı Sovet-Amerika 
bəyanatı  dərc edilmişdir. Lakin Birləşmiş  Ştatlar bu məsələdə 
«hakim» rolunu oynamasına baxmayaraq yenə  də imperialist 
mahiyyətini gizlətmir, ərəb xalqlarının vahid  cəbhəsini parçalamaq, 
İsrailin vəziyyətini möhkəmlətmək  məqsədi güdürdü. Bu işin 
ssenarisi Vaşinqtonda hazırlanırdı. 1978-ci ilin sentyabr ayında ABŞ 
prezidentinin iqamətgahında, Kemp-Deviddə C.Karterin Misir 
prezidenti  Ə.Sadatla və  İsrailin baş naziri M.Beginlə «Misir-İsrail» 
razılaşmasına dair görüşü keçirilmişdir. Görüşdə bir sıra siyasi 
məsələlər, həmçinin  İordan çayının Qərb sahilinə – Qəzzə  ərazisinə 
 
124
muxtariyyət verilməsi və bu əarzidən  İsrail ordularının çıxarılması 
məsələləri də müzakirə edildi. (Həmin  ərazi 1967-ci ildə  İsrail 
işğalına  məruz qalmışdır). Karter hökumətinin Yaxın  Şərq siyasəti 
İsrailin işğalçılıq planlarının genişlənməsinə yardım etmişdir. 
Karter hökumətinin sözü ilə işi arasında ciddi əlaqəsizlik başqa 
xarici siyasə  məsələlərində  də özünü göstərirdi. Belə ki, məsələn, 
1979-cu ilin yanvar ayının 1-də ABŞ  və ÇXP arasında rəsmi 
diplomatik əlaqələr yaradılmış  oldu. Həm də prezident Karter, həm 
də Xua Qoorenin rəhbərlik etdiyi Çin rəhbərləri ABŞ  və ÇXP 
arasında münasibətlərin normalaşdırılmasına can atırdılar. Bu 
normalaşdırma hər hansı     bir üçüncü dövlət əleyhinə aparılmamalı, 
sülh işinə, beynəlxalq təhlükəsizliyə xidmət etməli idi. Lakin 
Amerika-Çin əlaqələrinin sonrakı inkişafı göstərmişdir ki, Birləşmiş 
ştatların sağ dairələri «Çin faktorundan» Sovet İttifaqının  əleyhinə 
istifadə etməyə çalışmışlar. 
70-ci illərin ikinci yarısında Sovet-Amerika münasibətlərinin 
inkişafı böyük çətinliklərlə üzləşmişdir. Düzdür, C.Karter və onun 
xarici siyasət üzrə müşavirləri özlərinin dünyanın iki sistemi arasında 
münasibətlərin normalaşdırılmasını  bəyanatlarla göstərmişlər. 
Bununla ABŞ_ın hakim dairələri sürətlə silahlanmada yeni imkanlar  
qazınır və Birləşmiş  Ştatların günahı üzündən strateji hücum 
silahlarının məhdudlaşdırılmasına dair yeni uzunmüddətli razılığın 
əldə olunması və müqavilənin bağlanması gedişini ləngidirdi. 
1979-cu ildə SSRİ və ABŞ arasında strateji hücum silahlarının 
məhdudlaşdırılmasına dair saziş    imzalandı. Bu sənəd də  əvvəllər 
imzalanmış  sənədlər kimi tərəflərin bərabərliyi və eyni dərəcədə 
təhlükəsizliyi prinsipinə  əsaslanmışdır.  Saziş  də  müxtəlif ictimai 
quruluşlu dövlətlərin dinc yanaşı yaşaması prinsipinə müvafiq olaraq 
ikitərəfli  əməkdaşlığı uzunmüddətli  əsas üzərində inkişaf etdirmək 
üçün zəmin yarada bilərdi. 
1979-cu ilin iyun ayının 18-də Vyanada Sov.İKP MK-nın Baş 
katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnev və ABŞ 
prezidenti C.Karter arasında strateji hücum  silahlarının 
məhdudlaşdırılmasına dair müqavilə imzalandı. Hər iki tərəf strateji 
hücum silahlarının sayının məhdudlaşdırılması  və onların 
təkmilləşdirilməsinin saxlanılmasına dair razılaşma  əldə etdi. Onlar 
həmçinin öz üzərlərinə strateji silahların yeni növlərinin təşkilinin  
məhdudlaşdırılması vəzifəsini də götürmüşdülər. 1979-cu ilin Vyana 


 
125 
görüşü özündə Sovet-Amerika münasibətlərinin və bütünlükdə 
beynəlxalq siyasi  iqlimin yaxşılaşması yolunda irəliyə mühüm 
addım atıldığını  əks etdirmişdir. 1979-cu ilin dekabrında SSRİ-nin 
Əfqanıstana qoşun yeritməsi bu sazişin ABŞ  tərəfindən ratifikasiya 
edilməməsinə səbəb oldu. 
Lakin  müqavilənin  şərtlərinə  baxmayaraq   Karter  hökuməti  
bu     dövrdəsürətlə silahlanma yolunu davam etdirirdi. ABŞ-ın illik 
hərbi xərclərinin 4,5-5% artmasına dair qərarlar qəbul edilmişdi. 
Karter hökuməti hərbi xərcləri 1977-ci ildəki 100,1 milyard 
dollardan 1980-ci ildə 130 milyard dollara çtadırdı. 
Onun xarici siyasəti  əvvəlkilərdən çox da fərqlənmirdi. Lakin 
qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər dəyişsə  də, 
dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 1977-ci ildə ABŞ 
konqresində belə bir qanunun qəbul edilməsinə nail oldu  ki, 
dünyanın hər hansı bir yerində pozulan insan haqlarını ABŞ müdafiə 
etməlidir. 1980-ci ildə  məşhur «Karter doktrinası» irəli sürüldü. 
Həmin doktrinaya görə ABŞ-a icazə verilirdi  ki, müəyyən ərazilərdə 
lazım gəldikdə nüvə müharibəsi aparsın. «ABŞ-ın həyat sahəsi» 
adlanan dünyanın hər yerində ABŞ-ın zonaları meydana gəldi. 
C.Karterin dövründə neytron bombası  və qanadlı raketlər istehsalı 
gücləndirildi. «MX» raketləri və «Traydent» adlı sualtı qayıqlar 
meydana gəldi. 1978-ci ildə ABŞ-ın təkidi ilə NATO-nun hərbi 
xərclərinin hər il 3% artırılması haqqında qərar qəbul edildi, 1979-cu 
ildə ABŞ Qərbi Avropada nüvə raketlərini yerləşdirməyə razılıq aldı.  
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də İrana 
silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran körfəzində və Hind 
okeanında öz hərbi-dəniz bazalarını genişləndirdi. 1979-cu ildə 
Tehranda ABŞ səfirliyinin işçilərinin girov götürülməsindən istifadə 
edərək ABŞ-da şovinist təbliğat gücləndirildi, 1980-cı ilin aprelində 
İrana qarşı fitnəkar aksiya tərtib edildi. Şah öldükdən sonra ABŞ 
İranın doldurulmuş aktivlərini qaytardı.  İran isə girovları azad etdi. 
Bütün bunlar Karterin nüfuzunu daha da sarsıtdı. 
Xarici və daxili siyasət məsələləri üzrə mübarizə 1980-ci il 
seçki kampaniyası gedişində daha da kəskinləşmişdi. Seçki qabağı 
mübarizənin mərkəzində ölkədə iqtisadi çətinliyin aradan 
qaldırılması və ölkənin  idarə edilməsi bacarığı məsələsi dururdu. 
Demokratlar partiyası 1976-cı ildə  Ağ evdə nailiyyət 
qazanmasına və  Konqresdə çoxluq təşkil etməsinə baxmayaraq 
 
126
seçkilərə parçalanmış halda gəldi. Partiyada istənilən qədər daxili 
sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasının yolları kifayət 
qədər müzakirə edilməmişdi. 
1978-ci ilin dekabr ayında demokratlar partiyasının konfransı 
keçirildi. Konfransda sosial-iqtisadi problemlərə münasibətdə iki 
nöqteyi-nəzər üz-üzə gəldi. Senator Eduard Kennedi sosial xəoclərin 
genişləndirilməsi, dövlət tibbi sığortasının aparılması istiqamətində 
çıxış etdi. Prezident Karter isə infilyasiyanın qarşısını almaq üçün 
qiymətlərin endirilməsi və sosial tələbat üçün pul vəsaitinin ayrılması 
üzrə öz proqramını müdafiə etdi. 
ABŞ Kommunist Partiyası Mərkəzi Komitənin 1979-cu ilin 17-
18 noyabrında çağırılmış plenumunda namizədlərini təyin 
etmişdirlər. Bunlar Kes Xoll və Ancella Devis olmuşdur.  1980-ci il 
bir may çıxışında Kes Xoll demişdir: «İndi Amerika xalqı ancaq bir 
yol-siyasi müstəqillik yolunu tutmalıdır. Bizim ölkəmiz istər xarici 
siyasətdə, istərsə də daxili siyasətdə ciddi böhran şəraitində yaşayır. 
Ona görə  də realist sağlam düşüncə platformasında dayanmaq üçün 
radikal dəyişikliklər etmək lazım gəlir». 
Respublikaçılar öz qurultaylarında R.Reyqanı prezidentliyə 
namizəd irəli sürdülər. Demokratlar isə C.Karteri əsas namizəd kimi 
saxladılar. Seçkilərdə qələbəni R.Reyqan qazandı. 
 
ABŞ Ronald Reyqanın prezidentliyi dövründə  
(1980-1988-ci illər). 
 
 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran bürüdü. Ölkə 
daxilində sağ neomühafizəkar qüvvələr fəallaşdılar. Karter 
komandasına etiabar azaldı. 1979-cu ildə prezidentin təcrid olunması 
prosesi daha da gücləndi. İnzibati dairənin bir çox nüfuzlu xadimləri 
istefaya getdilər.  
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri 
demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların 
əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar 
dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə 
Qolduoteri müdafiə etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ 
tarixində    ən populyar prezident kimi tanınan Ronald Reyqan bu 
vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünə  məxsus cəhətlərdən 
biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə