207
Liberallar partiyasında bu zaman qruplaşma mövcud idi.
L.Corcun tərəfdarları “Milli hökumət”lə əməkdaşlıq ideyasını rədd
edirdilər. Con Saymonun milli liberalları hökumətlə əməkdaşlıq
etməyə, Herbert Samuelin tərəfdarları isə əməli
müxalifətdə qalmağa
üstünlük verirdilər. Partiyanın yeni ideoloji platforması tarixçi
professor Ramsey Myuar və iqtisadçı Con Keyns Meynardın 1928-ci
ildə çap olunmuş “Britaniyanın sənaye gələcəyi” (bu əsərə bəzən
“Sarı kitab”da deyilir) adlı kitabı oldu. Onlar dövlətin geniş sosial
siyasət yeritməsinin, istənilən forma və təzahürləri ilə sosializmin
əleyhinə çıxaraq fərdin azadlığını və rəqabəti irəli sürürdülər. Buna
görə dövlət cəmiyyətin inkişafının mexanizmlərini işləyib hazırlamalı
idi. Bütün bunlar əslində “Keyniz inqilabı” olub “yeni kurs”
mahiyyətini daşısa da, liberalların proqramı geniş tərəfdar
qazanmadı.
Bolduin hökumətinin daxili siyasəti başlıca olaraq ölkə
iqtisadiyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin
həyata keçirdiyi geniş iqtisadi və sosial tədbirlər nəticəsində
iqtisadiyyat sağlamlaşmağa başladı. Sənaye və kənd təsərrüfatında
yüksəliş əldə edildi. Əmək məhsuldarlığı 1932-37-ci illərdə 20%
artdı. İqtisadi yüksəliş 1937-ci ilədək davam etdi. İşsizliyin səviyyəsi
aşağı düşdü. Əgər 1934-cü ildə ölkədə işsizlərin sayı 2 mln. nəfər
idisə, 1935-37-ci illərdə 1,7 mln. nəfər oldu.
Parlamentin hələ 1934-cü ildə qəbul etdiyi işsizlərə yardım
verilməsi haqqında qanun uğurla tətbiq edildi. 1936-cı ildə isə ictimai
qayda-qanun haqqında qanunlar qəbul edildi. Bununla belə,
hakimiyyətin yuxarı dairələri arasında narazılıqlar da hökm sürürdü.
1936-cı ildə ölkənin siyasi həyatı qalmaqallarla müşayiət olundu.
Həmin ildə vəfat edən kral V Georqun yerinə VII Eduard kral olmalı
idi. Lakin duyğusal, əhlikef və subay olan VII Eduard 1937-ci ildə
evləndikdən sonra kral olacağını bəyan etdi. Onun sevgilisi bundan
əvvəl iki dəfə ailə qurmuş və boşanmış Uellis Simpson idi. Hökumət
kral ailəsinin şərəfi üçün alçaldıcı olan bu nigaha qarşı çıxdı. Bolduin
yaranmış vəziyyət haqqında VII Eduarda radio ilə çıxış etməyi
qadağan etdi. Onun qarşısına iki şərt qoyuldu: ya həmin qadından
imtina edib kral taxt-tacına yiyələnsin, ya
da onunla evlənib kral taxt-
tacından imtina etsin. VII Eduard kral taxt-tacından imtina etdi. Onun
əvəzinə qardaşı VI GEorq kral oldu. Beləliklə, böhran aradan
qaldırıldı.
208
Bundan sonra ölkədə idarəçilik sisteminin daha da
təkmilləşdirilməsi davam etdirildi. 1937-ci ildə nazirlər haqqında
qanunun qəbul edilməsi ilə icra hökümətin səlahiyyətləri xeyli
genişləndirildi və baş nazir üstün hüquqlar aldı.
Bolduin hökumətində Makdonald da təmsil olunmuşdu.
Nəşriyyat işləri naziri kimi o, 1937-ci ildə Latın Amerikasında
səfərdə ikən vəfat etdi.
Bolduin hökumətinin xarici siyasətində Avropa ölkələri ilə
münasibətlər xüsusi yer tuturdu. İngiltərə Almaniya və İtaliya ilə
əlaqələrini sıxlaşdıraraq faşizmi «sakitləşdirmək» xəttini götürdü.
1935-ci ilin iyununda Almaniya və İngiltərə hökumətləri hərbi dəniz
sazişini imzaladılar. Bu sazişə görə Almaniyanın hərbi dəniz
donanması İngiltərə donanmasının 35%-i qədər ola bilərdi.
1935-ci ilin iyulun 15-də İngtiltərə Almaniya, İtaliya və Fransa
ilə birlikdə Versal sülh müqaviləsi ilə Almaniya üçün nəzərdə tutulan
məhdudiyyətlərə yenidən baxılmasını mümkün sayan «Razılıq və
əməkdaşlıq paktı»nı imzaladı.
İtaliya Həbəşistana hücum edərkən İngiltərə hökuməti Millətlər
Cəmiyyətindən İtaliyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını
tələb etdi. Lakin bu tələb heç bir nəticə vermədi. 1935-ci ilin
dekabrında Samuel Xor və Fransanın xarici işlər naziri naziri Laval
Həbəşistanın bir hissəsinin İtaliyaya verilməsini
nəzərdə tutan saziş
imzaladılar.
Hökumət 1936-cı ildə yeni silahlanma proqramını qəbul etdi.
Həmin ildə Böyük Britaniya İspaniya işlərinə Avropa dövlətlərinin
qarışmamasına dair sazişin işlənib hazırlanmasının iştirakçısı oldu.
İngiltərə Sakit okeanda Yaponiya ilə digər dövlətlər arasında mövcud
olan ziddiyyətlərdən məharətlə istifadə edərək Uzaq Şərqdə
yaponların hərəkətlərini şirnikləşdirir və regionda yapon hökumətini
sabitliyin təminatçısı kimi qəbul edirdi.
İngiltərənin xarici siyasətində mühüm yerlərdən birini
Hindistan tutdu. Milli azadlıq mübarizəsinin genişləndiyi bir vaxtda
ingilis və hind ictimai-siyasi xadimlərinin nümayəndələri 1935-ci
ildə yeni konstitusiyanı qəti hazırlayaraq qəbul etdilər. Hindistan
federasiya oldu. Hindistanlıların iştirakı ilə mərkəzi və yerli icraedici
və qanunverici orqanlar yaradıldı. Beləliklə, Hindistanda qarşıdurma
və antiingilis əhval-ruhiyyəsi zəiflədi.
209
İngiltərə İkinci dünya müharibəsi ərəfəsində
1937-ci ilin iyununda «Milli hökumət»in
tərkibində dəyişiklik
edidi. Stenli Bolduin istefaya getdi. Yeni baş nazir N.Çemberlen
(1869-1940) oldu. . O, aristokrat mənşəyinə və qohumluq əlaqəsinə
görə bu vəzifəyə gəlmişdi. O, İngiltərə ağır sənaye inhisarçıları ilə sıx
əlaqəli adam idi, Birmingemdə silah istehsalı üzrə iri zavodlardan
birinin sahibi idi. N.Çemberlen Sovet İttifaqına qarşı düşmən
mövqedə dayanırdı. Almaniya faşizminin təcavüzü ilə razılaşan
N.Çemberlen əslində İngiltərə üçün Balduinlə müqayisədə daha
münasib fiqur idi. Ona görə də İngiltərə hakim dairələri onu baş nazir
kürsüsündə əyləşdirdilər. Bolduinin istefaya getməsi onun başlıca
olaraq təcavüzkarı «sakitləşdirmək» siyasətinin iflasa uğraması ilə
bağlı idi. Çemberlen hökuməti fəal daxili siyasət yeritməyə başladı.
O, hökumətin içində «daxili kabinet» yaratdı. Bütün hakimiyyət
məsələləri, demək olar ki, Çemberlen, Halifaks, maliyyə naziri
Saymon və daxili işlər naziri Samuel Xor tərəfindən həll edilirdi.
Hökumət aqrar bölmənin inkişafına kömək məqsədilə əsas kənd
təsərrüfatı məhsullarının alınmasına təminatlı qiymətlər qoydu.
Fermenlər Birlik ölkələrinə öz mallarını gömrük rüsumu olmadan
satmağa başladılar. 30-cu illərdə kənd təsərrüfatına
kapital qoyuluşu
artırıldı. Çemberlen hökuməti 1937-ci ildə İrlandiya parlamentinin
qəbul etdiyi konstitusiyanı bəyəndi.
Hökumət geniş xarici siyasət həyata keçirməyə başladı.
1937-ciildə İtaliya ilə İngiltərə arasında saziş bağlandı. Bu sazişə
görə İngiltərə Həbəşistanın İtaliya tərəfindən tutulmasını bəyəndi.
Tərəflər Aralıq dənizi rayonunda bir-birlərinin mənafelərinə hörmət
edəcəkləri barədə qarşılıqlı öhdəlik götürdülər. Ingiltərə və Fransanın
hakim dairələri Hitler Almaniyasına öz güzəştləri ilə bu dövləti yeni
işğallar yoluna istiqamətləndirmiş oldular. 1937-ci ildə İngiltərə
hökuməti Hitlerə bildirdi ki, o, bəzi üçüncü dünya ölkələrinin
hesabına Almaniyanın işğalçılıq planlarını həyata keçirməsinə mane
olmayacaq.1937-ci ilin 19 noyabrında portfelsiz nazir olan Qalifaks
Hitlerlə görüşdü və ona belə bir təklf etdi ki, İngiltərəni, həmçinin
Fransanı da Alman-İtlayan hərbi-siyasi ittifaqına daxil etsin.
Cavabında
Hitler bildirdi ki, Versal müqaviləsini tam ləğv etmək
lazımdır. Qalifaks bu təkliflə razı olduğunu bildirdi. O, Hitlerlə
görüşündə qeyd etdi ki, ingilislər realistdirlər, ona görə də Versal
müqaviləsinin səhvləri düzəldilməlidir. İngiltərə keçmişdə də realist
210
fikrə öz müsbət münasibətini bildirmişdir. Qalifaksla Hitlerin
danışıqlarında həmçinin Dansikə, Avstriyaya və Çexoslavakiyaya
münasibətdə hitlerçilərin planına müsbət münasibət göstərildiyi qeyd
edildi. Bir sözlə, həm Qalifaks, həm də Hitler
belə bir fikrə gəldilər
ki, Avropanın quruluşunda dəyişikliklər baş verməlidir. Lakin
İngiltərə maraqlıdır ki, bu dəyişiklik təkamül yolu ilə olsun.
Həmçinin İngiltərə belə hesab edirdi ki, Hitler Almaniyası
bolşevizmə qarşı mübarizədə ən yaxşı vasitədir. Bununla belə,
Almaniyanın hərbi-iqtisadi potensialının, onun hərbi qüvvələrinin
sayının artması, ingilis-alman münasibətlərinin gərginləşməsinə
doğru gedirdi. Təsadüfü deyildir ki, İngiltərənin maliyyə naziri
Saymon parlamentdə fevralın 21-dəki çıxışında göstərmişdi ki,
İngiltərə Avstriyanın təhlükəsizliyinin qorunması üçün xüsusi
təminat verməmişdir. Çemberlen özü də göstərirdi ki, Avstriya
ətrafındakı digər dövlətlərə Almaniyanın təcavüzü ilə razılaşa bilməz.
Məhz İngiltərənin Avstriyanı işğal etməsi
üçün Hitlerin tərtib etdiyi
plana xeyir-duası Hitlerə kömək etdi ki, 1938-ci ilin martında
Avstriyanı işğal etsin. Bu məsələdə Qalifaks dünya ictimaiyyəti
qarşısında nüfuzunu itirməmək üçün 1938-ci ilin martın 14-дя icma
palatası qarşısında elan etdi ki, Almaniyanın bu hərəkəti ciddi
mühakimə tələb edir.
Çemberlen hökumətinin siyasətinə qarşı xalqın əsas
təbəqələri içərisində narazılıq yarandı. Təkcə İngiltərənin mütərəqqi
adamları deyil, mühafizəkarlar partiyasının bir çox üzvləri də etiraz
etdilər. 1938-ci ilin fevralında xarici işlər naziri İden istefa verdi.
Onun istefa verməsi bir daha sübut etdi ki, mühafizəkarlar
partiyasının rəhbərliyində fikir müxtəlifliyi yaranmışdı. İdenlə
birlikdə onun xarici işlər üzrə müavini lord Kronborn, lordlar
palatasında mühafizəkarlar fraksiyasının rəhbəri lord Sesil də istefa
verdi. Həmçinin Çemberlenin siyasətinə qarşı tanınmış
mühafizəkarlar
olan Uinston Çörçill, Daff, Kuper müxalifətdə
dayandılar. Müxalifətçilər Çemberlenin xarici siyasətinin antisovet
istiqamətini müdafiə edirdilər. Lakin onlar belə hesab edirdilər ki,
təcavüzkarlarla işə gələndə ehtiyatla hərəkət etmək lazımdır, hədsiz
dərəcədə Hitlerə və Mussoliniyə etibar etmək olmaz. Ona görə də
İngiltərənin hərbi mövqelərini möhkəmlətmək məqsədilə zərurui
tədbirlər görülməsini lazım bilirdilər. Onların fikrincə, ancaq bu
yolla təcavüzkar dövlətlərlə İngiltərə üçün daha faydalı şəraitdə