Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

114 
 
-Bu  gün  nəsə  olub  sənə  zarafatdan  bolsan.  –  Dəniz 
dedi.  
-Yanında olubda dəli olmamaq mümkündü ki? 
-Bilmirəm  çünki  hər  zaman  sənin  yanında  olmuĢam. 
Öz yanımda nə olduğundan xəbərim olmur. 
-Canım. Səni çox sevirəm.  
-Məndə səni.  
-YaxĢı  mən  gedim,  hazırlaĢacam.  Həm  Orxan  əmiylə 
görüĢüb sağollaĢacam? 
-O kimdi? 
-Babamın Bakıdakı dostu. Mənə evi tapan. 
-Tamam. Get, ancaq hər gün zəng edəcəksən.  
-YaxĢı, hələlik. 
QucaqlaĢaraq bir – birlərin öpdülər.  
-Ağlayırsan sən? – RöĢən Dənizin göz yaĢların sildi. 
-Yox. Ağlmıram.  
RöĢən 
Dənizlə 
sağollaĢaraq  avtobusa 
mindi. 
Qabağında  oturan  bir  qadınla  oğlana  fikir  verirdi. 
DanıĢığlarından  yeni  evli  olduqları  məlum  olurdu.  Evə 
alınmalı  olan  qab  -  qacaqlar,  xalçalarıda  yoxdu  deyəsən. 
Kirayəyə pul çatmır, deməli  xərclərində  müəyyən qısıtlar 
etməli olacaqlar.  
Gördükləri  nə  zamansa  onunda  baĢına  gələcəkdi.  Bu 
problemlərlə onlarda qarĢılaĢacaqdı. Təbii  ki, istər babası 
Fariz,  istərsə  də  Dənizin  atası  Emin  kömək  edəcəkdi. 
Kömək  etmələri  isə  o  demək  deyildi  ki,  oturub 
gözləməlidi özü də bir iĢ görməli idi. Universiteti oxuya – 
oxuya  davamlı  və  gəliri  yaxĢı  olan  bir  iĢ  tapması  ən 
azından  nəyəsə  baĢlaması  üçün  Ģərait  yaradacaqdı. 
Universitetdə  müəllimlər  yaxĢı  oxuyacaqları  halda  onları 
iĢlə  təmin  edəcəklərinə  söz  vermiĢdilər  elə  olarsa  da 
universiteti  bitirənə  qədər  iĢləməli  idi.  Evə  çataraq 
paltarlarını  toplamağa  baĢladı.  Babası  ona  zəng  edəndə 
əĢyalarını  orda  buraxmasını,  qayıdan  da  orda  qalacağını 
dedi.  Özü  ilə  lazım  olan  paltarları  və  bir  –  iki  əĢyasın 
götürməsini istədi.  


115 
 
Paltarların  hazır  edib,  Orxan  əmisigili  ilə  görüĢməyə 
getdi.  Qapının  zəngin  basıb  qapının  açılmasını  gözlədi. 
Qapını Orxanın arvadı açdı:  
-XoĢ gəlmisən. Keç içəri. 
-Sağolun, 
rayona  gedəcəkdim  gəldim  sizinlə 
sağollaĢım.  
-YaxĢı  elədin.  Orxan  əmin  arxa  bağçada  oturub  keç 
yanına.  
-YaxĢı. – deyərək atdımladı. 
-Salam, Orxan əmi, necəsiniz? 
RöĢənin gəldiyin görüb ayağa duraraq onu qarĢıladı.  
-O, salam oğlum necəsən? Səndən nə əcəb. 
-Rayona gedirdim, gəldim sizinlə sağollaĢım, təĢəkkür 
edim.  
-O  nə  sözdü.  Səndə  mənim  bir  oğlum.  Ev  səni 
gözləyir,  get  gəl qalarsan.  Açar  elə  səndə  qalsın  gələndə 
qalarsan.  
-Sağolun.  
-Ġndi çıxırsan elə? – Orxan dedi.  
-Biraz oturaram – deyib stulu çəkib oturdu.  
-DanıĢ görüm dərslər necədi?  
 
*** 
 
Telefonuna gələn mesaj onu yuxudan ayıltdı. 
-Salam,  canım  çıxmısan  yola?  –  mesaj,  Dənizdən 
gəlmiĢdi. 
-Hə. ÇıxmıĢam. Sən neyləyirsən?  
-Anamla  oturmuĢuq.  Anam  kitab  oxuyur,  məndə  sənə 
yazım dedim. 
-YaxĢı elədin. Ġndidən səndən ötrü darıxmıĢam. 
-Məndə.  
Yolda avtobus bir dəfə kafedə dayandıqdan sonra yola 
davam  elədi.  Rayona  çatdıqda  isə  babasının  onu 
qarĢılamağa gəldiyin gördü. 


116 
 
-Necəsən,  oğul?  –  Fariz  RöĢəni  qucaqlayaraq  bağrına 
basdı.  
-YaxĢıyam.   
-Gedək?  
-Hə. – RöĢən yerdən çantalarını götürüb maĢına mindi.  
Fariz  maĢını  RöĢəngilə  sürdü.  Qapıda  saxlayıb 
düĢdülər.  Həyətə  girəndə  isə  hər  kəsin  oturub  onu 
gözlədiyin gördü.  
Gülnaz  RöĢəni  görər  –  görməz  ayağa  qalxaraq  onu 
qucaqladı.  Daha  sonra  Validə  nənəsi  ilə  görüĢdü.  Sonra 
gəlib  bacısı  ilə  görüĢdü.  Nərgizin  ağladığı  hiss  olunurdu. 
DanıĢarkən səsi titrəyirdi. 
-DarıxmıĢdım  səndən  ötrü.  –  Nərgiz  əli  ilə  gözünü 
tutaraq dedi. 
-
 
Məndə sizdən ötrü darıxmıĢdım.  
RöĢən  bir  ilə  yaxındı  çıxdığı  həyətə  nəzər  yetirməyə 
baĢladı. Ya evləri dəyiĢmiĢdi ya da ögeyləĢmiĢdi. 
-Evdə  dəyiĢiklik  eləmisiz  ya  mənə  elə  gəlir?  –  RöĢən 
həyətə baxaraq anasına səsləndi. 
-
 
Yox, dəyiĢən heçnə yoxdu. ƏĢyaların  yerlərin dəyiĢmiĢik 
biraz elə odu.  
Ortalığa  sükut  çökdü.  RöĢən  çayından  içərək 
uĢaqlığının  keçdiyi  bu  evə  baxırdı.  Nərgizlə  bərabər 
qaçdığı bu həyət, dəyiĢilməyən qapı. Atasının hər gələndə 
qapını  açıb  maĢını  içəri  saldığı  o  qapı.  Rayon  yerində 
həyət qapıları əksərən eyni olardı. - Hündür, göy rəngdə.   
-Dərslər  necə  idi,  RöĢən?  –  Validə  nənəsi  gəlib  saçını 
sığallayaraq dedi. 
-YaxĢı 
idi, 
kəsrsiz 
qurtardım. 
Təqaüdümdə 
artıracaqlar. 
-Afərin oğlum. -  Validə dedi. 
-Qız tapmısan, qız? – Fariz dedi.  
RöĢən gülüməsədi, lakin heçnə demədi. 
-YaxĢı, utandırma uĢağı. – Validə dedi. 
-Nə dedim ki? – Fariz manqalı hazırlamağa çalıĢırdı. – 
indi sizə bir kabab biĢirim ki, barmaqlarnızı yeyəsiz. 


117 
 
-Sən canı, a kiĢi, əl vurma yandırırsan ətləri.  
-Siz  nə  qanırsız  ee,  siz  baxarsız  qiymət  verərsiz. 
Nənəniz  mənim  biĢirdiyimi  bəyənmir.  -  əlini  RöĢənlə 
Nərgizə uzadaraq dedi.  
-Nə vaxt qayıdacaqsan? – Nərgiz dedi.  
-Bir yarıma aya.  
-Niyə belə tez? – Gülnaz ətləri ĢiĢə taxaraq dedi. 
-On beĢ gün falan tez gedəcəm. Həm biraz iĢləyərəm.  
-Bir  ayda  olsa  yanımızdasan  ki,  əsas  odu.  –  Nərgiz 
əlini RöĢənə tərəf uzatdı. RöĢən bacısının  əlini tutub onu 
qucaqladı. 
-Nərgizin  kitab  yazdığından  xəbərin  var  da.  Qurtarır, 
maraqlı hekayədi həmdə.  
-Qurtarsın  verər  oxuyaram.  Bəlkə  kitabda  çıxartdıq 
ona.  
Nərgiz güldü. 
Fariz  kababları  biĢirdi.  Kabablar  biraz  yansa  da  dadlı 
idi. Birlikdə oturub kababdan yeyib söhbət elədilər.  
AxĢam  saat  təxmini  olaraq  on  birdə  Farizlə  Validə 
sağollaĢıb evlərnə getdilər. Onlar gedəndən sonra Gülnaz 
RöĢən və Nərgizi yanlarına alıb söhbət oturdu. 
-Ana. – RöĢən Gülnazın qucağına baĢını qoymuĢdu. 
-Hay can. 
-Babam  soruĢdu  ki,  ha  istədiyin  qız  varmı  deyə, 
əslində var.  
Gülnaz biraz təəccüblənmiĢ halda durub sonra dedi: 
-Sevgilisiz? 
-Hə. 
-Adı nədi? – Nərgizin səsində sevincəklik  var idi. 
-Dəniz. 
-QəĢəng adı var. –Nərgiz dedi. 
-Qrup yoldaĢındı? – Gülnaz söhbətlərin böldü. 
-Hə. 
-Necə qızdı? ġəkli var? 
RöĢən telefonun çıxartaraq Dənizin Ģəkillərini, birlikdə 
çəkdirdikləri Ģəkilləri çevirməyə baĢladı. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə