34
Arslan isə sanki bir boşluqda idi. İllərdir, bu günlər
üçün yetişdirilən gənc ən önəmli tapşırıqlardan birini hə-
yata keçirmək ərəfəsində idi. Əgər qayıtmasa idi, qoca
anasının onun üçün necə əzab çəkəcəyini düşünürdü.
Amma anasını nə qədər çox istəsəydi də, nə qədər çox
düşünsəydi də, Dədə Əfəndinin dediyi sözlər onun bey-
nində təkrar səslənərək, ən ali sevgi ünvanının millət ol-
duğunu anladırdı. Addımlarını tez-tez sürətləndirən ka-
pitan Altay Cavadov sanki ona Dədənin sözlərinin ahən-
gini xatırladırdı. Həmin fikirləri düşündükcə səhər açıl-
mamış müəyyənləşdirdikləri məkana çatmalarını tezləş-
dirmək istəyirdi. Özündən asılı olmayaraq, Dədənin
onunla görüşdüyü ilk günlərdə etdiyi söhbəti xatırlayır-
dı...
Dədə Əfəndinin birinci söhbəti
– Oğul, sən elə zənn etmə ki, türklər İslamı qəbul
ediblər. Onlar İslamı qəbul etməyiblər, sadəcə tanıyıblar.
Tanımaqla qəbul etmək arasında çox böyük fərq vardır.
Türklərin – bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini
də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs
kitabı da. Onu da bilməlisən ki, dünyada yaşayan ilk və
ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq,
ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də,
bu yeni dinin dərinliklərinə enərkən gördülər ki, inanıb
etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yox-
dur. Onların inancının kəsişdiyi ən önəmli ortaq nöqtə
Tanrının tək olması və bizlərdən yuxarıda qərar tutması
idi. Yeni yaradılmış İslam dinində icra olunan bir çox dini
35
ayinlərdən – qurban kəsmə, nəzir vermə, sədəqə paylama
kimi adətlər qədim türklərin yaranışından mövcud ol-
muşdur.
Oğul, əski türklərin “tura” adlanan qanunları vardı.
El arasında xaqan da daxil olmaqla, hər kəs turaya itaət
etməyə borclu idi, ona qarşı çıxanlar və ya turaya zidd iş
görənlər ciddi cəzalandırılırdı.
Turanın qayəsi bunlar idi: ədalət, yaxşılıq və fayda-
lılıq, insanlıq və cahani olmaq. Bax türklər bunu İslamda
görəndə, İslama hörmətlə yanaşdılar. Və dini fərq qoyma-
dan özləri üçün onu müqəddəs saydılar və yaşadılar.
Çünki onların əsl dini zaman-zaman təhrif edilərək yeni
din adı altında xalqlara təqdim edildi. Sadəcə atalarının
dilində, ürəklərində yaşayırdı qədim Tanrı inancı.
Baxma ki, bu gün bir çox təriqət sahibləri yaradana
Tanrı deyəndə qıcıqlanır, onun Allah, Rəbb və s. kimi təq-
dim edilməsini tələb edir, şüurlarınıza təsir edirlər. Bu
dünyanı yaradanın adını yaradılan özü vermişdir. Siz Ya-
radılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yan-
lışlığa yol vermirsiniz. Bəziləri deyir ki, Allaha Yaradan
yox, Tanrı yox, məhz Allah deyilməlidir. Yox, bala, heç
bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var?
Elə hislər var ki, onu duyur və yaşayırsan, amma ad ver-
məkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Al-
lah ərəbin deyil ki, Ona onların dediyi kimi müraciət edə-
sən. Onlar səni qandırmaq istəyirlər ki, Tanrı bütə, ilaha
deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü ol-
mayıb, o göydəki Yaradana denqri, tenqri, tanrı deyib,
sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün büt-
lərə ilahlar, allahlar deyirdilər. Görürsən, nə saçma fikir-
dir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni in-
36
sanları, bəşəri bir-birindən ayırmaq. Bir olan Tanrının
adından belə istifadə edib insanları bir-birinə qarşı qoy-
maq, aralarındakı nifaqı böyütməkdir.
Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babaları-
mıza görə O, Uludur. Göydən və bütün dünyadan uca idi. Bu
üzdən, əski türklər Onu “Sonsuz Mavi Göy” və ya “Xan –
Tenqri” deyə hörmətlə adlandırırdılar. Bilirsənmi Ona niyə
“Xan Tenqri” deyə müraciət edirdilər? Çünki “Xan” adı
Onun qalaqtikadakı hakimiyyətinə işarə demək idi.
Tenqriyə olan inancın hikmətini və dərinliyini anlamaq
üçün insanların mütləq bir həqiqəti qavraması vacib idi: “Tanrı
birdir, O, hər şeyi görür”. Ondan heç nə gizlətmək mümkün de-
yil. O, malikdir, O, hakimdir.
Tanrı... Himayə və cəza bir şəxsiyyətdə! Türklərdəki bir
Tanrı inancı buna söykənirdi.
Din... Türk millətinin mənəvi kültürünün ən üstün qələbə-
sidir. Onlar Tenqriyə həmişə fərqli müraciət etdilər: Boq, Bağ,
Boje, Hoday, Koday, Alla, Ollo, Qospadi və s.
Altay dağları bu sözləri iki min beş yüz il bundan əvvəl
eşitdi.
Görürsənmi, oğul, sənin dilində nələr gizlənir. Yoxsa
ki, dünyanın bir qismi Tanrının dinini Xristian, bir qismi
Musəvilik, bir qismi isə İslam adlandırır. Hamısı səndən
oğurlanıb, indi istəyirlər, yenidən öz mədəniyyətləri kimi
sənə sırısınlar. Əslində çoxdan sırıyıblar, sadəcə, indi ye-
nidən dirçəlirik. Bunu unutmamalısan.
Bütün bu uydurulmuş kitablı dinlərdən öncə Yara-
dan bütün sirlərini ilk insanlara – türklərə – OdƏrlərə
vermişdi. Cənnət və cəhənnəm anlayışı (türklər buna uç-
maq və damu deyərdi), qiblə anlayışı da, tək Tanrı anlayı-
şı da türklərə məxsusdur. Hətta İslamın adına çıxarılıb
Dostları ilə paylaş: |