sərf edir. Zabit Teymur xan yaxşı başa
düşür ki, Vətənin və millətin naminə xidmət
edir. Alaya xidmətə gəldiyi ilk gündən o, sanki on iki hissəyə bölünmüşdür. Onun
işinə nəzər yetirdikdə alay komandirinin müavini əvəzinə on iki rota komandirinin
vəzifəsini də yerinə yetirdiyininin şahidi olursan.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq çox xahiş edirəm, Sizin
təqdimatınızla kapitan Teymur xan Xoyskiyə podpolkovnik rütbəsi verilsin.
Üstəlik də hazırda tutduğu vəzifə ona podpolkovnik rütbəsini almağa imkan verir.”
Polkovnik
ŞİRİN BƏY KƏSƏMƏNLİ.
Alayın yavəri, praporşik İlyas bəy Şahtaxtinski-Birinci Dünya
Müharibəsində iştirak edən kapitan Teymur xan Cahangir xan oğlu Xoyski
cəbhələrdə nüfuzlu nəslinin adına layiq döyüş yolu keçmişdir. Bütün bunları əyani
göstərən onun hansı möcüzədənsə salamat qalıb, arxivdə “təmamilə məxfidir”
qrifilə saxlanan təltifat vərəqidir. Teymur xan 1915-ci ildən 1917-ci
ilə kimi iştirak
etdiyi döyüşlərdə dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə”
yazısı ilə), üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), üçüncü
dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs
Stanislav” (qılıncla birgə), ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə), knyaz
Vladimirin şərəfinə təsis edilmiş dördüncü dərəcəli orden (qılınc və bantla birgə)
və 1917-ci ilin fevral ayında Georgi silahı ilə təltif olunmuşdur.
Kapitan
AĞAHÜSEYN MİRZƏHADI OĞLU AĞASIYEV -
İçəri şəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə “Hərbiyyə
məktəbi”ni bitirən ilk məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli ordunun
“Yardım alayı”nda rota komandiri olmuşdur.
1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi
səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli
nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər
hərbiçidən biri də
Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin
olunmuşdu. Kapitan Ağasiyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin
əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə
çalışmışdır. Qazi Mustafa Kamal Atatürklə görüşmüşdür.
l924-cü ildə Tiflisə çağırılan kapitan Ağahüseyn Ağasıyev Surami
şəhərindəki hərbi hissəyə komandir təyin edilir. Bir axşam Surami qalası
ətrafindakı gözətçi məntəqələrini yoxlayarkən daşnaklar arxadan xəncərlə vuraraq
öldürüblər.
Poruçik
ƏLİAĞA ƏBDÜLSƏMƏD OĞLU MUSTAFAYEV
- 1919-1920-ci illərdə müsavat ordusunda poruçik rütbəsində qulluq edib.
İyirmi səkkiz aprel çevrilişində istilaçı-daşnaklara və XI Orduya qarşı döyüşlərdə
fəal iştirak edərək yaralanıb. Otuz yeddinci ilə kimi Salyan və Laçında hərbi
komissarlıqda işləyib. Həmin il Salyan NKVD-nin rəisi
Artunyan tərəfindən həbs
edilib. Təqsiri sübut olunmadığına görə azad edilib. 1945-ci ilə qədər Salyan Xalq
Maarif şöbəsində və rayon ictimai-təminat şöbəsində mühasib işləyib. Həmin ili
Müsavat ordusunun zabiti olduğu bəhanə edilərək yenidən on il müddətinə həbs
edilib. 1950-ci ildə həbsxanada vəfat edib. 1898-ci ildə Salyanda anadan olub.
Salyan şəhər dörd illik ibtidai məktəbini bitirib.
* * *
Praporşik
HÜSEYN HEYDƏR OĞLU EYVAZOV - Salyan Ali-ibtidai
məktəbini və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. l895-ci ildə
Salyanda kəndli ailəsində anadan olub.
Praporşik
AĞABALA ƏLİ OĞLU YUSİFOV - Gimnaziya təhsili alıb.
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1898-ci ilin yanvar ayında
Bakıda fəhlə ailəsində anadan olub.
Praporşik
MÜRSƏL HACI MƏMMƏDƏLİ OĞLU İBRAHİMOV -
Şamaxı şəhər məktəbini və 1918-ci ildə Gəncədə podpraporşiklər məktəbini bitirib.
Fars və erməni dillərini mükəmməl bilir. 1899-cu il yanvarın beşində Şamaxıda
anadan olub.
Praporşik
MƏHƏRRƏM HÜSEYNQULU OĞLU İSGƏNDƏROV -
Birinci Bakı kişi gimnaziyasının dörd sinfini və 1919-cu
ildə Gəncə praporşiklər
məktəbini bitirib. 1918-ci ildə ağqvardiyaçı Denikin və daşnaklarla döyüşlərdə
iştirak edib. 1895-ci ildə Bakıda anadan olub.
Praporşik
KAZIM GÜLMƏMMƏD OĞLU KƏRİMOV -
1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib. 1897-ci ildə Bakıda meşşan
ailəsində anadan olub.
Praporşik
İSA QAFAR OĞLU MANAFOV - Bakıda üçüncü Ali-ibtidai və
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1898-ci il yanvarın beşində
Bakıda meşşan ailəsində anadan olub.
Praporşik
BİLAL SƏFƏRƏLİ OĞLU SƏFİYEV -
Zaqafqaziya
Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini və 1919-cu ildə Gəncə
praporşiklər məktəbini bitirib. 1894-cü ildə Naxçıvanın Baş Noraşen kəndində
anadan olub.
Praporşik
LƏTİF ZEYNAL OĞLU SADIQOV - Dörd sinifli məktəb
təhsili var. 1919-cu ildə Gəncə Praporşiklər məktəbini bitirib. Milli orduda rota
komandir işləyib. 1899-cu ildə Salyanda anadan olub.
Praporşik
NEMƏTULLA TALIB OĞLU TALIBOV - Bakıda ticarət
məktəbini və 1918-ci ildə Gəncədə hərbiyyə məktəbini bitirib. 1895-ci ildə
Maştağa kəndində anadan olub.
Praporşik
FƏRRUX ŞABAN OĞLU ŞABANOV - Gimnaziya təhsili alıb.
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1900-cu ildə Tiflisdə anadan
olub.
Praporşik
MƏMMƏD CƏFƏRQULU OĞLU RƏHİMOV -
Bakıda üçüncü Ali-ibtidai məktəbdə və mühasibatlar kursunda oxuyub. Fars dilini
bilir. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1895-ci il aprelin ikisində
Bakıda meşşan ailəsində anadan olub.
Praporşik
SALMAN QURBAN OĞLU SƏLİMOV - Bakıda
rus-tatar
məktəbini və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1894-cü ildə
Bakıda meşşan ailəsində anadan olub.
Praporşik
ABDULLA BAQİ OĞLU SÜLEYMANOV - Göyçayda iki
sinifli məktəbdə oxuyub. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1895-
ci ildə Göyçayda kəndli ailəsində anadan olub.
Praporşik
ABDULLA ŞƏFİ OĞLU ŞƏFİYEV - Beş sinifli Bakı
gimnaziyasını və 1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib. 1896-cı ildə
Bakıda meşşan ailəsində anadan olub. 1922-ci ildən “Azərbaycan müstəqilliyi
uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya
“ÇK”-sı həbs edib.
Praporşik
HƏMİD MƏŞƏDİ AĞA OĞLU RÜSTƏMBƏYLİ
- Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib.
1900-cu il oktyabrın on altısında Gəncədə meşşan ailəsində anadan olub.
Praporşik
MİRMEHDİ MİRYUSİF OĞLU SƏMƏNDƏROV - Ali-
ibtidai təhsili var. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1899-cu il
mayın iyirmi beşində Ordubadda kəndli ailəsində anadan olub.
Müsavat ordusunda
rota komandiridir.
Praporşik
AĞASƏLİM SƏFTAR OĞLU ŞƏRİFOV - Realni məktəb
bitirib. Musavat ordusunun nəzdində yaranmış tədris komandasında hərbi təhsil
alıb. 1896-cı il yanvarın onunda Bakıda anadan olub.
Praporşik
NƏSİR AĞA CAVADƏLİ OĞLU NUHBAZOV -
Salyanda beş sinifii kənd məktəbini və 1919-cu ildə Gəncə praporşiklər
məktəbini bitirib. 1897-ci il mayın on beşində Salyanda anadan olub.
Praporşik
YUSİF HƏMİD OĞLU NƏCƏFOV - Bakıda
üç sinifli Ali-
ibtidai təhsil alıb. 1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 1901-ci il
dekabrın iyirmi beşində Bakının Saray kəndində anadan olub.