xatirələr” adlı sanballı yazısı dərc olunmuşdur. 1955-ci ildə Berlində Sovet
çekistlərinin əlilə qətlə yetirilmişdir.
Polkovnik
MEHDİ BƏY EYNALl OĞLU SULTANOV -
1880-ci ildə Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun
(Bayılda yerləşirdi - Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra
Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə
Gəncədə gizli fəaliyyət göstərən müsavat hərbi təşkilatının üzvü olduğuna görə on
il müddətinə Solovetsk həbs düşərgəsinə sürgün edilmişdir.
1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili Işlər Komissarlığı xüsusi
üçlüyünün qərarı ilə güllələnmişdir.
Polkoynik
HÜSEYNQULU İSKƏNDƏR XAN OĞLU XOYSKİ -
1912-14-cü illərdə üçüncü Qafqaz atıcı alayında kapitan rütbəsində xidmət edib.
1917-ci ildə Gəncədə cavanlardan ibarət “Zelyonaya qvardiya” adında əsgəri
təşkilat yaratmışdı. 1919-20-ci illərdə Gəncə şəhər qubernatorunun müavini olub.
Iyirminci ildə bolşevik-daşnak təzyiqindən mühacirətə getmişdir. 1955-ci ildə
İstambul şəhərində vəfat etmişdir. Atası İskəndər xan Xoyski imperiya ordusunda
general-mayor rütbəsində xidmət etmişdir. İskəndər xan 1820-ci
ildə Şəkidə
anadan olmuşdur.
Polkovnik
ŞAHZADƏ SƏDRƏDDİN BƏHMƏN MİRZƏ OĞLU
QACAR - 1918-19-cu illərdə Bakı qəzasının hərbi rəisi. 1919-cu ilin sonlarından
bolşevik çevrilişinə qədər hərbi Nazirliyin dəftərxana rəisi oiub. 1920-ci ilin
aprelində bolşeviklər güllələyib.
Birinci Dünya Müharibəsindəki xidmətləri dərəcəli “Müqəddəs Stanislav və
üçüncü dərəcəli “Müqəddəs Anna ordenlərilə qiymətləndirilib. Şuşada şahzadə
Bəhmən Mirzənin ailəsində anadan olub.
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır.
Sürəyya xanım atasını belə xatırlayırdı: “Atam Sədrəddin Qacar hərbi qulluqçu
olsa da, yaxşı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmişdi. Notları hələ də
qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam Günəş xanım
Tağıbəyovanın da hərdən bir oxumağı vardı.
Ev işləri görəndə zümzüməsi
kəsməzdi. Atam güllənəndən sonra ailəmiz Şuşadan Bakıya köçdü...”
1993-cü ilin iyun ayında Çingiz xanım və sonuncu Krım xanı Şahin Gərayın
nəslinin davamçısı əlahəzrət şahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda
“Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi müsahibəsində demişdir:
.. .Sülaləmizin Rusiyada qalan hissəsinə gəldikdə isə, vətəndaş müharibəsi
və inqilab zamanı bolşeviklər bizim ailənin bir neçə üzvünü öldürmüşdülər.
Qvardiya zabiti,
Qafqaz canişinin müavini, senator, Sultan Şahzadə Krım Gəray
Nikolay Aleksandroviç (1886-1921) ingilis qızı ilə evlənmişdi. Vətəndaş
müharibəsi vaxtı o, Petroqradda acından öldü. Ailəmizin digər üzvü, inqilabdan
əvvəl imperiya ordusunun generalı, Birinci Dünya Müharibəsində “Dikaya
diviziya”nın komandirlərindən biri general-leytenant Sultan Şahzadə Klıç Gəray
(1893 - 1947) bolşeviklərə qarşı vuruşmuş, sonra mühacirətə getmişdi. İkinci
Dünya
Müharibəsində o, kazak qoşunlarının komandiri olmuş, ağqvardiaçı general
P.N.Krasnovla birlikdə bolşeviklərə qarşı vuruşmuşdu. Sonra tutularaq Avstriyaya
gətirilmiş və SMERŞ-ə verilmişdi. Moskvada isə gizli məhkəmə tərəfindən
mühakimə edilmiş və 1947-ci il yanvarın on yeddisində edam olunmuşdu.
* * *
1994-cü ildə “Voennaya istoriya jurnalının yeddinci sayında
B.A.Enqelqartın “Kamertajın xatirələri məqaləsi dərc olunmuşdu.
Məqalədə
həmyerlimiz, dünya şöhrətli şərqşünas-alim Mirzə Kazım bəyin nəvəsi Lev
Aleksandroviç Kazım bəyin (1876-?) istedadlı rəssam, həm də döyüşkən zabit
olmasından söhbət açılır. 1896-cı ildə Peterburqdakı Paj hərbi korpusunu bitirən
Lev Kazım bəy imperatriça Aleksandra Feodorovna alayının Ulan leyb-
qvardiyasında ən yaxşı zabitlər sırasında xidmət etmişdir.
Müəllif onun Birinci
Dynya myharibəsindəki fəaliyyəti haqda yazır:
“ ...Bir başqa oğlan yaxınlaşdı. Bu bir az monqol tipini xatırladan solğun
bənizli, balaca Lev Kazım bəy idi. O, ətrafindakılardan yaş yarım böyük
olduğundan onlara bir az saymamazlıqla yanaşırdı. O, həm də çox dalaşqan idi.
Uşaq vaxtı biz onunla çox dalaşardıq.
Lakin bu təkcə bizim korpusun divarları arasında deyil, lap saçlarımız
ağardıqdan sonra belə dostluq əlaqələrimizin saxlanılmasına mane ola bilmədi.
Kazım bəy qeyri-adi rəssam ola bilərdi. Bu qiyməti ona bizə rəsmdən dərs deyən,
professor Aleksandr Novoskoltsev vermişdi. Lakin ilk əvvəl çılğın qvardiya
süvariliyi, sonra isə ailənin maddi təlabatını ödəmək üçün məcburi xidmət Kazım
bəyin rəssam kimi özünü sınamasına və istedadının inkişafina imkan vermədi.
Müharibə başlanarkən, o Reveldə (indiki Tallin şəhəri) kəndli bankının şöbə
müdiri idi.
Lev Aleksandroviç dözə bilmədi, mundir geyinərək qırx yaşlı kornet
kimi bütün müharibəni birlikdə keçdiyi doğma alaya qayıtdı. Cəbhələrdə süvari
zabiti kimi ad-san qazandı. Onun döyüş xidmətləri ordenlərlə təltif olundu.
Bolşeviklərə xidmət etmək istəməyən kornet Lev Kazım bəy 1920-ci il fevralın 2-
də Novorossiyskdən “İrtış gəmisində ailəsilə birlikdə zadəgən qüruru ilə Rusiyanı
tərk edib xaricə getdi. 1923-cü ildə yaranmış mühacirlər təşkilatında -
mladorusların monarxiya ittifaqına rəhbərlik etdi. Qaçqın rusların arasında onun
soyadı çox məşhur idi. Onun oğlu da mladorusların liderlərindən idi.
Podpolkovnik
LƏTİF BƏY MƏMMƏDLİ OĞLU İBRAHİMBƏYLİ -
Bakı realnı və Tiflis üç illik hərbi məktəblərini bitirib. Birinci Dünya
Müharibəsində yüz əlli üç saylı Bakı alayının tərkibində zabit kimi vuruşub.
Kapitan rütbəsində Qars vilayətinin komendantı olub. Döyüş xidmətlərinə görə
orden və medallarla təltif olunub. 1884-cü il dekabrın
iyirmi doqquzunda Salyanda
anadan olub. Müsavat ordusunda Bakı Qala batalyounun komandiri idi.
Şahzadə-kapitan
FİRİDUN MİRZƏ SEYFULLA OĞLU QACAR -
Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış
altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə