(bu alay keçmiş “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və zabitlərindən ibarət
idi - Ş.N.) qüvvəsilə rus hərbi eşalonunun qabağını Gəncənin otuz kilometrliyində -
Şəmkir və Dəllər stansiyaları arasındakı məsafədə keçdilər. Zirehli qatara general-
mayor knyaz Maqalov (300 nəfər gürcü əsgər və zabiti ilə birgə), “Azərbaycan-
Tatar alayı”na isə polkovnik Süleyman bəy Əfəndiyev koınandirlik edirdi. Bu
qabaqkəsmədə Gürcüstan menşevik hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda başlayan qanlı döyüş dörd gün davam
etdi. İki mindən çox rus əsgəri öldürüldü və yaralandı. On beş min tüfəng, yetmiş
pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan tərəfindən on beş, gürcülərdən isə
qırx nəfər əsgər şəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər və zabitləri
perrona çıxib ağ bayraq qaldırdılar: “Lənət olsun, biz bu süahları verməyə -çoxdan
razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - deyib silahları təhvil verdilər.
Bu, Bakıda özünə yuva qurmuş Sovetlər Hakimiyyətinə qarşı Gürcü və
Azərbaycan xalqının ilk silahlı mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı
“qardaş qırğını” və “Azərbaycan burjua hökumətinin ruslara divanı” kimi
qiymətləndirdilər.
Bakıda daşnak Şaumyan başda olmaqla Qafqaz Ölkə Komitəsi bərk
qəzəblənib bildirdi ki, “Şamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları
Sovetləri hakimiyyətini təşkil edəcəkdir.”
Lakin tarixi dönüşlər daşnak Stepan Şaumyana bəd niyyətlərini həyata
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında iyirmi altılarla birgə
güllələdilər.
* * *
Bəs sonralar “Tatar-Azərbaycan alayı”nın əsgər və zabitlərinin döyüş yolu
haradan, hansı oddan, alovdan keçib? 1920-ci ilin aprel ayında XI Ordunun
daşnak-bolşevik dəstələri xüsusi şöbəsinin rəisi, cəllad Pankratovun rəhbərliyi ilə
yüzlərlə əsgər və zabitlərimizi güllələdi, Sibirə və Solevstsk adalarına sürgün etdi.
Çoxunu da Bulla və Nargin adasında təşkil etdikləri konslagerdə saxladılar. Bir az
sonra isə onların ayaqlarına dağ basıb, bəzilərinin də boğazına ağır dəmir bağlayıb
diri-diri dənizə atıb məhv edirdilər.
* * *
Zülm etsən istiqlal mücahidlərinə,
Və nə qədər zəncir vursan
Onların dəmir biləklərinə.
Yenə qovuşacaqlar
Sönməz, höyük diləklərinə.
Əyilməyən və əyilmək bilməyən
Ovladlarımız.
Istərsin sənin qanlı “Çeka"ların
Qurşuna tutsun bizi.
Yenə könüllərdə dalğalanacaq
Daiğalı bir dəniz-
Getdikcə alovlanacaq
Alovlu mücadiləmiz.
Çünki bizim fikirlərimizin
Ufüqləri deyildir dar;
Bizdə sönmək bilməyən
Bir istiqlal eşqi vari..
AĞAKƏRİM BƏYƏLİZADƏ
İstiqlal şairi
On birinci ordu Bakıya tərəf yeriyəndə onun sıralarında Hacı İlyas soyadlı
bir kommunist də vardı. Şəxsən Leninin verdiyi mandatla o, 1920-ci il iyunun 19-
da otuz iki saylı əmrlə Azərbaycan Respublikası Hərbi Inqilab səhra məhkəməsinin
sədri və kəşfiyyat idarəsinin rəisi təyin olundu. Fəaliyyətə başladığı ilk gündən
Hacı İlyas (arxiv sənədlərində onun soyadı M.Z.Xadjilas kimi göstərilir – Ş.N.)
imkanlı adamları ailəsi ilə birgə həbs edib çəkidən yüngül, vəzndən ağır olan
şeyləri mənimsəyirdi. Günün günorta çağı qız və qadınları saxlatdırır, üstündəki
sırğanı, boyunbağını, üzükləri dartıb qoparırdı. Qalib XI ordu üçün “talan həftəsi
keçirirdi. Bu “talan həftəsinin müddəti artıq iki ayı keçirdi. 1919-cu il dekabrın 2-
də İtaliyadan Milli ordu üçün alınmış otuz beş min dəst geyim və təchizat
əşyalarının cındır köynəkdə, yamaqlı şalvarda gəlmiş XI ordunun əsgərlərinə
paylayırdı. Üsyan səsini qaldıran ziyalıları, Azərbaycan ordusunun əsgər və
zabitlərini isə Krasnovodskiyə, Orta Asiyaya sürgünə göndərmək adı ilə gəmiyə
doldurub Nargin, Bulla və Çilov adalarına aparıb boyunlarına daş bağlatdırır,
gicgahına güllə ilə vuraraq dənizə atdırırdı.
Insan qanına susamış namərd Hacı Ilyas bir nəfər ras zabitini də həbs edir.
Məhbusun arvadı biləndə ki, ərini Hacı İlyas həbs edib, xilas etmək üçün onun
qəbuluna gəlir. Onunla söhbət edən qadın təəccübdən donub qalır. Ordan birbaşa
Hərbi Səhra Məhkəməsinin sədr müavini Teymur Əliyevin yanına gəlir. O,
Teymur Əliyevə məlumat verir ki, sizin sədr əsl inqilabçı Hacı İlyas deyil. Mən
Hacı İlyası yaxşı tanıyıram, o ərimin yaxın dostudur. Dəfələrlə bizim evdə qonaq
olub, bu əllərimlə ona çay-çörək vermişəm. Teymur Əliyev Respublika İnqilab
Komitəsinin sədri Nəriman Nərimanova bu barədə məruzə edir. Nərimanovun
tapşırığı ilə “Altıbarınaq Baba Əliyev və Ponkratyov Hacı İlyasın kimliyi barədə
axtarışlar aparırlar. Nərimanov həm də göstəriş verir ki, həbsxana rəisinə tapşırın,
qadının ərini Hacı İlyas dindirilməyə və ya başqa yerə aparınağa tələb edərsə
verməsin.
Ciddi araşdırmalardan sonra məlum olur ki, şəxsən Leninin mandat verdiyi,
hazırda Respublika Hərbi Səhra Məhkəməsinin sədri vəzifəsində işləyən şəxs əsl
bolşevik Hacı İlyas deyil. O, Odessadan xaricə qaçmaq istəyən ağqıvardiyaçı
zabitdir. Bolşeviklər Odessanı alanda cildini dəyişib onlara qoşulur, XI ordu ilə
Dərbəndə gəlir. Burada Leninin şəxsən mandat verdiyi əsl inqilabçı Hacı İlyasla
tanış olur. Onunla dostlaşır və qətlə yetirir. Onun sənədləri ilə də XI ordunun
sıralarında Bakıya gəlir.
Əsl inqilabçı Hacı İlyasın arvadını da tapıb Bakıya gətirirlər. Gizlindən
“ərini ona göstərirlər. Qadın sədrin onun əri olmadığını təsdiq edir. Üstəlik də əsl
inqilabçı Hacı İlyasın türmədə olan dostu və onun arvadı da Azərbaycan
Respublikasının Hərbi Səhra Məhkəməsinin sədrinin yalançı Hacı İlyas oduğunu
təsdiq edirlər.
Üç aydan çox - iyun, iyul və avqust aylarında bu vəzifədə çalışan Hacı İlyas
general-leytenant Məmməd bəy Sulkeviçi, general-mayor İbrahim ağa Usubovu,
şahzadə-general Feyzulla Mirzə Qacarı, Əbdülhəmid bəy Qatabaşını, Murad Gəray
bəy Tlexası, Əlyar bəy Haşımbəyovu, Həbib bəy Səlimovu, polkovnik Rüstəm bəy
Şıxlinskini, İsgəndər bəy Seyfullanı və mindən çox dindaşımızı məhv etmişdir.
Fövqaladə Komissiya yalançı, müsəlman qanına susamış Hacı İlyası dərhal
həbs etdi. 1921-ci ildə güllələnmə kəsiləndə o, məhkəmədə demişdir:
“Müsəlmanları o dünyaya göndərınək üçün var qüvvəmlə çalışırdım. Amma heyf...
Mümkün olsaydı, daha çox qırar və daha çox adam öldürərdim.
Respublika Mərkəzi Dövlət Arxivindəki sənədlərdən məlum olur ki, yalançı
Hacı İlyasın milliyyəti yəhudidir. O, Odessa şəhərində anadan olub. Ağqvardiyaçı
general Denikinin qoşununda xidmət edib. Kəşfiyyatçı olub.
Arxiv sənədlərində bolşeviklərin iç üzünü açan belə bir epizod da var.
1920-ci ilin may ayında bolşevik-daşnak qoşunlarına qarşı Gəncə əhalisi və
Gəncədə yerləşən birinci piyada Azərbaycan diviziyası üsyan etdi. Üsyana diviziya
rəisi general Cavad bəy Şıxlinski, Azərbaycan ordusunun baş intendantı general-
şahzadə Məhəmməd Mirzə Qacar, süvari diviziyasının rəisi general Teymur bəy
Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov başçılıq edirdi. May ayının 24-
dən 31-dək davam edən döyüşlərdən sonra Bakıdan göndərilən əlavə qoşun və
zirehli qatarla bolşeviklər yerli əhaliyə, Milli ordu əsgərlərimizə divan tutdular.
Həmin vaxtlar Gəncə ÇEKA-sı olan polkovnik Tuxareli qeyri-bərabər döyüşlərdə
general-şahzadə Əmir Kazım Mirzə Qacarı, polkovnik Danyal bəy Həməcovu,
kapitan Hüseyn bəy Mirizadəni və onlarla əsgərlərimizi mühasirəyə salıb
doğrayırdı. Yüzlərlə azərbaycanlı qanı axıdan Tuxareli üsyan yatırılandan sonra
evləri, ailələri talan etməkdə də əli uzunluq edirdi. İyun ayında o, üç bolşevik
əsgərinə iki dolu çamadan verib tapşırır ki, bunları Tiflisə aparıb, filan ünvanda,
filankəsə verin.
Sınıq körpüdə sərhədçilər üç bolşevik əsgərini saxlayır və tələb edirlər ki,
çamadanlar açılsın, yoxlayacağıq. Əsgərlər imtina edib deyirlər ki, çamadanlar
Tiflisdəki gizli bolşevik təşkilatında açılacaq. İçindəkilər onlara çatası məxfi
sənədlərdir. Uzun mübahisədən sonra şübhələnən sərhədçilər Bakı ÇEKA-sı ilə
əlaqə yaradırlar. Respublika ÇEKA-sından “Çamadanlar açılıb, yoxlanılsın! əmrini
verirlər.
Açılan çamadanların içindən ləl-cəvahirat, qızıl boyunbağılar, qızıl pul və
üzüklər tökülür.
Məlum olur ki, bolşevik polkovniki Tuxarelinin Gürcüstana qohumlarına
ötürmək istədiyi bu qiymətli əşyaları Gəncədə güllələdiyi imkanlı azərbaycanlı
arvad-uşağın boynundan, qarət etdiyi evlərdən yığıbmış.
Dostları ilə paylaş: |