Dərhal keçmiş ağ qvardiyaçı Tuxarelini həbs edib Bakıya gətirdilər. Onu
indiki Yusif Məmmədəliyev küçəsindəki beş saylı binanın zirzəmisində
güllələyirlər. O vaxtlar Respublika ÇEKA-sı həmin küçədə yerləşirdi.
* * *
Vaxtilə Məhəmmədəmin Rəsulzadə İstambulda nəşr etdiyi “Odlu yurd
dərgisində Dəmirçioğlu soyadlı müəllifin iki kiçik hekayətini dərc etmişdi. “Ana
və “Ölüm” düyünü adlı xatirələri oxuyanda namərd Hacı İlyasın, Pankratovun və
Tuxarelinin xalqımıza etdikləri olmazın zülmün şahidi olursan. “Ana” hekayatində
oxuyuruq:
“Asobu oddelə (çekadan daha müdhiş bir yer) götürdülər. Soyuqlu bir gün.
Sabah erkən, baxdım gənc, əsmər, zəif bir qadın bir məmurla yeyin-yeyin gediyor.
Minlərcə adamlar əmri verilmiş ölüm kançılaryasına sevinərək ediyor.
Bu qadının belə gedişi məni çox maraqlandırdı. Bunun kim olduğunu
sordum, dedilər ki:
Bu bir azərbaycanlı zabitinin arvadıdır. Ərini bolşeviklər başqa bir şəhərdə
həbs edib, sonra da öldürınüşlər. Bu qadın ərinə təsəlliverici bir məktub yazmışdır.
Bolşeviklər qadını məktub yazdığı üçün və qoca qaynanasını da məktubu
göndərdiyi üçün həbs etmişlər. Qadının bir südəmər uşağı vardır. Gündə üç dəfə
uşağı anasına əmizdirmək üçün gətirirlər. Gənc ana da balasını görmək üçün belə
tez-tez gedir. Bu qadın günlərlə belə qaçaraq gedirdi!..
Onu hər gün körpəsinin yanına aparan məmur bir gecə gəlib ona amiranə üç
kəlməlik bir söz söylədi:
- Şəxsi əşyalarını topla!
Qadın əşyalarını topladı və getdi.
Bu üç kəlmədən ibarət olan bir cümlə gedənlərin yüzdə doxsanının ölümə
getdiyini bildiyimiz halda bu gənc ananın da ölümə getdiyinə inana bilmirdik.
O biri gün səhər erkən qadını körpəsinə aparan məmurun uşağı gətirən
adama söylədiyi üç kəlməlik:
- Uşağı daha gətirmə! - cümləsi bu gənc ananm edam edilməsinə bir işarə
idi.
İxtiyar baba və qaynana həbsxananın bir küncündə oturaraq, heç bir söz
söyləmədən ağlayırdılar. Göz yaşları ağ saqqalından üzünə tökülürdü. Məhbuslar
da onun ətrafina toplanmış, heç bir söz söyləmədən, bəzisi kinli-kinli baxır, bəzisi
də ağlayırdı.
* * *
Məni böyük bir həbsxanaya gətirdilər. Məndən əvvəl gətirilmiş
məsləkdaşlarımın saxlandıqları kameraya girdim. Altı adamlıq kameraya on iki
kişi yerləşdirilmişdi.
Part, part, part. Dəhşətli bir avtomobil gurultusu eşidildi.
- Bu nədir?
- Ölüm avtomobili.
- Ölüm avtomobili nə deməkdir?
-
Hərbi inqilab məhkəməsinin rəisi yəhudi Hacı İlyasın avtomobili.
- Gurultu nə üçündür?
- Edama aparılanların səsləri eşidilməmək üçün.
Yoldaşlar bu sözü deyər-deməz bəzisi teşt, bəzisi ağ tabaq və digərləri də
başqa şeylər alaraq çalmağa və şərqi oxumağa başladılar.
Mən vahimələndim və bu nə oxumaqdır - deyə soruşdum. Mənə - sən də
oxu! - dedilər.
- İndi ölümə məhkum olanları ovludan içəriyə çıxaracaq və həbsxananın
arxasında, dəniz sahilində güllələyəcəklər.
Onların ovludan gedərkən bağırtılarını və edam edilərkən yalvarmalarını,
dualarını və güllələrin səsini eşitməmək üçün məhbuslar hər gün belə etmək
məcburiyyətində olduqlarını əlavə etdilər.
Mən oxuyammadım, çünki edama aparılanların səsi ovludan və sonra yenə
onların və onları öldürən güllələrin səsi çöldən eşidilirdi.
Bu ölüm düyünü (“toy”) hər axşam davam edirdi.
Havalar istiləşdikcə dərin basdırılmamış edam edilənlərin ağırlaşmış iyisi
həbsxanaya gəlirdi.
Bir gün məhbuslar Hacı Ilyasdan kiçik bir xahiş etdilər: edam edilənlər daha
uzaq bir yerdə edam edilsinlər ki, məhbuslar onların və onları öldürən güllələrin
səslərini eşitməsinlər. Və bir də ölüləri bir az dərin basdırsınlar.
Hacı İlyas qəzəblənərək dedi ki, bu sizin qarışacağınız iş deyil. Mən istəsəm
burda öldürər və burda da qoyaram.
* * *
Hətta qaniçən bolşeviklər Azərbaycana basqın edən günü Samur çayının
sahilində onların qarşısına çıxıb vuruşan, ağır döyüşlərdən sonra son nəfəsinə
qədər vuruşub həlak olan üç yüz nəfərdən çox əsgər və zabitlərimizin qohum-
əqrəbasını da güllələdilər, sürgünə göndərdilər. İndiyədək öyrənilməmiş, yetmiş
ildən çox “məxfıdir” qrifilə saxlanan arxiv qovluqlarından onların döyüş və ömür
yolu barədə hələlik ilkin məlumatımız bunlardır:
Polkovnik ŞAHZADƏ SEYFULLA BƏHMAN MİRZƏ OĞLU QAÇAR
- 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusunun Baş Qərargahında intendant
şöbəsininin rəisi. 1919-cu il yanvarın 6-dan üçiincü Gəncə piyada alayının
komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmış, sentyabrın 15-
də yenidən xidmətə qayıtmış və nazirlikdə hərbi donanmanın qərargah işləri ona
tapşırılmışdır.
1864-cü il martın 6-da Tiflisdə anadan olan şahzadə Seyfulla Mirzə Tiflis
Ədadiyyə Məktəbinin tam kursunu bitirmişdir. 1886-cı il avqustun 30-da isə
Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran podporuçik Seyfulla
Mirzə 152-ci Vladiqafqaz alayında hərbi xidmətə başlamışdır. Rusiyanın müxtəlif
şəhərlərində, süvari diviziyalardakı əla xidmətınə görə həmişə fərqlənmişdir.
Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və 208-ci Loru
süvari alayının komandiri olmuşdur. İvanqorod şəhəri uğrunda gedən döyüşlərdə
yaralanmışdır. 1916-cı ilin sentyabrında polkovnik rütbəsi ilə təltif olunan şahzadə
Seyfulla Mirzə ən nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi.
İkinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli
“Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə və
Georgi silahı ilə təltif olunmuşdur.
1920-ci il bolşevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi
respublika konvoynizami hissəsinin rəisi olmuşdur. Müsavat zabiti olduğuna görə
etibarsız şəxs kimi işdən çıxarılmışdı. Ağır ehtiyac içərisində yaşayan polkovnik
Seyfulla Mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR
Hərbi komissarlığından maddi kömək istəmişdir: “Azərbaycanda sovetləşmədən
sonra bir neçə hərbi xidmət veteranı qalıb ki, yaşlarının keçməsi ilə ağırlaşan çətin
maddi vəziyyətlərinə iltifat göstərərək, hökumət onları ömürlük təqaüdlə təmin
edib.
Bütün gəncliyimi Rüsiyada hərbi xidmətdə keçirmişəm. Birinci Dünya
Müharibəsində əvvəldən axıradək iştirak etmişəm. Sizə məlum olduğu kimi,
Azərbaycanın sovetləşməsinin birinci gündən fasiləsiz olaraq hərbi idarələrdə və o
cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim
vəzifəsində çalışıram. Lakin pozulmuş sağlamlıq (60 yaşım var) mənim
işləməyimə son qoyub və mən ötən ilin sentyabr ayından hər cür yaşamaq
imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm.
Bu vəziyyətdə yeganə ümidim odur ki, mən, Sizin iltifatınızla yardımla
təmin olunacağam və veteran yoldaşlarımla bir sırada qoyulacağam.
Polkovnik Seyfulla Mirzə Qacar 1926-cı ildə Bakıda vəfat etmişdir.
Polkovnik VƏLİ BƏY SADIQ BƏY OĞLU YADİGAROV - 1918-ci ilin
sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri
olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə
dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək
bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya
mühacirətə getmişdir. Polşada “Armiya krayova” xalq ordusunda əməliyyat
şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri
olmuşdur.
Polşada çıxan “Jiçe Varşavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində
polkovnik Vəli bəy Yadigarov haqqında yazır:
“Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar
qaydası ilə dəfn olunmuşdur.
Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir.
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar.
Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində
müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli
Şaletski icra etmişdir.
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...
Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci
Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə
Dostları ilə paylaş: |