təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına
xidmət etmək arzusu ilə
korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahını
18
düzəltməyə başladım.”
“Açıq söz” qəzeti 1918-ci il yeddi yanvar tarixli nömrəsində nizami
müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı:
“Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya komitəsinin üzvü,
Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təşkilatı
haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə 1917-ci il
dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından
nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün lazımi qədər
könüllü cəm edilməsi işi Qafqasiya Mərkəzi - Müsəlman Komitəsinə həvalə
edilmişdir. Nizami ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri
verginin ləğv edilməsi haqqında Zaqafqaziya komissarlığı tərəfindən
dekret
veriləcəkdir. Zaqafqaziya Komissarlığının bu qətnaməsinə bianən dekabrın on
doqquzunda beşinci və yeddinci Qafqasiya nişançı firqələrindən ibarət olan altıncı
ordu korpusunun Müsəlman nizami ordusuna əvəz edilməsi haqqində Qafqasiya
cəbhəsi qoşunlarının baş komandanı tərəfindən Əmrnamə verilmişdir. Həmin əsgər
dəstələrinin milliləşdirmək işlərinin nəzarəti general Əliağa Şıxlinskiyə həvalə
edilmişdir.
General-leytenant Əliağa Şıxlinski öz vəzifəsinin ifasına başlamışdır.”
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaşayırdı. Həmin ilin yanvar
ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəşfiyyat
idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı Türkiyənin
hərbi naziri Ənvər paşa ilə
görüşəndə demişdir:
- Paşam, Birinci Dünya Müharibəsində biz azərilərdən dörd general rus
ordusunda ordu komandiri olmuşdular. Qonşularımız ermənilər və gürcülərdən
ordu komandiri çıxmamışdır. Yalnız bir gürcü general hərbi korpus komandiri ola
bilmişdir. Azərilərdən ordu komandiri Səməd bəy Mehmandarlı rus-yapon
müharibəsində hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksək ordenini
almışdır. İkinci general Əliağa Şıxlinskidir. Rus ordusunun
topçu baş inspektoru
idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, Dördüncü isə Xan Yerivanskidir.
(N.Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı, 1997 i1, səh.,
73-də).
1914-cü ildə Gəncədə, Şuşa və başqa qəzalarda alaylar təşkil olundu.
Şuşalılardan “Tatar süvari alayı”, gəncəlilərdən isə “İkinci Gəncə süvari müsəlman
alayı” yaradıldı. Bunların hamısı “Qafqazın Yerli əhalisindən təşkil olunmuş süvari
diviziyası”
19
nın tərkibinə daxil oldu.
Diviziya üç briqadadan və üç süvari alayından ibarət idi: birinci alay
Kabardin və Dağıstanlılardan, ikinci alay tatar (Azərbaycan - Ş.N.) və çeçenlərdən,
üçüncü alay inquş və çərkəzlərdən təşkil olunmuşdu.
Bundan başqa osetinlərdən
ibarət piyadalar briqadası və Don kazaklarından səkkizinci artileriya divizionu
yaradılmışdı.
18
Qərargah Tiflisdəki “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi.Həmin iki mərtəbəli mülk indi
də qalır. Bu sətrlərin müəllifi 1999-cu ilin aprel ayında Tiblisidə yaradıcılıq ezamiyyətində olanda binanı axtarıb
tapmışdır. - (Ş.N.)
19
Bundan sonra “Vəhşi divizya”
nın adlı rəsmi sənədlərdə olduğu kimi yazılacaq. (Ş.N.)
Diviziyanın baş komandanı imperator II Nikolayın qardaşı; böyük knyaz
Mixail
Aleksandroviç Romanov, rəisi isə general-leytenant, knyaz D.P.Baqration
idi.
Sıravi əsgərləri (aşağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar.
Zabitlər ayda 25 manat maaş alırdı. Onların əksəriyyəti ruslardan və Qafqazın xan,
bəy və ağa oğullarından ibarət idi.
Diviziya əsgərlərinin yaxşı təlimi, əla döyüş qabiliyyəti vardı. Bunu “Gəncə
alayl”nın komandiri podpolkovniuk Q.Polovtsovun 1915-ci il iyulun on birində
Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi teleqram da təsdiq edir.
Podpolkovnik Q.Polovtsov yazır:
“Qafqazın yerli əhalisindən təşkil olunmuş diviziya”nın alayları arasında Gəncə
süvari alayı birinci olaraq öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə təltif
olunmaq şərəfı nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək onu Tatar (Azərb. -
Ş.N.) süvarilərinin yüksək döyüş bacarığı və fədakar qəhrəmanlığının qiyməti kimi
qəbul edirəm. Müsəlman süvari döyüşçülərinin misilsiz şücaəti qarşısında mənim
dərin heyrətimi qəbul etməyinizi xahiş edirəm.”
Görkəmli şairimiz Məhəmməd Hadi azərbaycanlılardan
ibarət alaylarla birgə
Polşada, Lvovda, Stanislavda, Karpatlarda, Qaliç və Qorodinka şəhərləri uğrunda
gedən döyüşlərdə üç il cəbhə həyatı keçirınişdir. Həmyerlilərimizin
qəhrəmanlığından ruhlanan böyük şair bu mövzuda silsilə şerlər yazmışdır. 1917-ci
ildə Gəncədə əsgərlər qarşısında çıxış edən Məhəmməd Hadi demişdir:
“Əziz vətəndaşlarım! Alayımızı təşkil edən Azərbaycan türklərinin
göstərdikləri hərbi qabiliyyəti və yapdıqları qəhrəmanlıqları söyləməklə bitməz.
Ancaq mən burada bir hadisə uzərində dayanacağam. Hərb şiddətlə davam edirdi.
General Samsonovun komandasındakı rus ordusu ilə alman
qüvvələri şiddətlə
çarpışırdı. Samsonovun sağ cinahını “Dikaya diviziya” (müsəlman diviziyası)
qorumaqda idi. Almanlar rus ordusunu boğurdular, nəhayət çəmbərə (mühasirəyə)
aldılar. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın
verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və alayı ikiyə böldü.
Yanları çəmbərin sağ və solunu sıxışdırmağa başladı. Beş alaydan ibarət olan
Qafqaziya qardaşları rusları alman çəmbərindən qurtardı. Bu mühüm hadisə
həftələrcə rus mətbuatını işğal etdi. Rus çarı bizim alayın bayrağına ən
böyük nişan
verdi.”
Cəbhədə ruhani kimi vəzifəsini icra edən şair Məhəmməd Hadi əsərlərində
eloğullarımızın igidliyini də vəsf etmişdir:
Bu ağır yük çəkilməz,
Bu ağular içilməz.
Sənsiz, a parlaq dilək,
Qaranlıqlar çəkilməz.
Məyus olma amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.