- Orada zabitlərin arasında iki rəy var idi:
bir qismi deyirdi ki, bizim böyük
təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək
üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən
mən) başqa cür düşünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən səfərbərliyə
alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada
bizim köməyimizə heç bir
ehtiyac yoxdur. Buna görə də əsgərlərin taleyinə şərik olmaq lazımdır. Mənim
bəxtim orada gətirdi ki, məni hərbi qulluğa yararsız hesab etdilər. Belə ki, dilimdən
yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən xahiş edirəm ki,
məni müharibəyə göndərəsiniz.
Sergey Mixayloviç əlilə işarə edərək dedi:
- Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”.
1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış generalın
arxivində indi də saxlanılır. Onun mətni belədir:
“Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı
artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki,
onun yapon tibb
komissiyası tərəfindən hərbi xidmətə yararlı olmadığı (Əliağa Şıxlinski sol
qıçından yaralandığına görə yapon həkimi arayışı belə yazmışdı - Ş.N.)
müəyyənləşdirilib. O, Rusiyaya buraxılır”.
Yapon tibb komissiyasının onun hərbi qulluğa yararsız hesab etməsinə
baxmayaraq, dılindən yazılı iltizam verməyən Əliağa Şıxlinski Vətənə qayıdandan
sonra yenidən yaponlarla döyüşmək üçün Mancuriya müharibəsində iştirak etmək
arzusunda olduğunu bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey
Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” - deyir və onun yenidən
cəbhəyə qayıtmasına qıymır.
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə görə” sözlərlə
yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl
qılınc nişanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni üzərində “İgidliyə görə”
sözləri yazılmış qızıl silah və məşhur “Müqəddəs Georgi”
ordeninin dördüncü
dərəcəsinə layiq görülmüşdü.
Azərbaycan Tarixi muzeyində generalın şəxsi əşyaları arasında 1908-ci il
martın 5-də imperator tərəfindən təsdiq olunmuş “Port-Artur qalasının müdafiəçisi
döş nişanı” saxlanılır. Onu Əliağa Şıxlınskinin ünvanına keçmiş Kvantun
vilayətinin və Port-Artur şəhər sovetmin sədri podpolkovnik İ.A.Verşinin
göndərib.
Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur” və
“Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil
olmuşdur. İndiyədək on doqquz dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir.
İngilis, fransız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir məşhur
əsərin səhifələrində (271, 350, 353 və s.). Kapitan Əliağa Şıxlinskinin qəhrəmanlıq
fəaliyyəti öz əksini tapmışdır.
“...İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya
rəisinin yanından çıxandan sonra İrman cəld xəstəlik haqqında
raport və komandan
Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə məktubu Əliağa Şıxlinskiyə
verdi və dərhal generalın yanına getməsini əmr etdi. Irman kapitana xeyir-dua
verib dedi:
- Sizdən çox şey asılıdır, Əliağa.
- Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi heç
kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib. Əgər general Fok
yeddinci diviziyanı yaponların zərbəsi altına salmaq istəyirsə o, buna nail ola
bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya
kömək etmək üçün
bütün qüvvəmi əsirgəməyəcəyəm.
Bunu deyib, Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan
uzaqlaşdı...”.
Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman
təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir, Romanda təkcə kapitan
Əliağa Şıxlinskinin yox, həm də general Səməd bəy Mehmandarovun, poruçik
Ağababa Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.
“...Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi.
Yolda Əliağa Şıxlinski də ona qoşuldu. İrmanın tapşırığı ilə o,
batareyaya baş
çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar etməli idi.
Necə, artilleriya da bu sahəni tərk edir? deyə Zvonaryov təəcübləndi.
Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər isə səngərdəki
sipərləri söküb, materiallardan mövqeyimizin başqa sahələrində istifadə etməlidir.
Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən əvvəl yeni
istehkam düzəltsin.
- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq
hücuma keçsinlər.
Bu barədə generalı təcili xəbərdar etmək lazımdır,
Zvonaryev qərara gəldi və
geri Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa Şıxlinski təklif
etdi ki, ora şəxsən özü getsin.
Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik İrman
qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun əmrinin əksinə olaraq hələlik
yerində saxlamaq lazımdır. Mən şəxsən polkovnik Mehmandarovla görüşəcəm.
Biz onunla köhnə dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik, Fok necə əmr
verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun batareyası
Kondratenkonun diviziyasının polkunu
köməksiz qoyub getməyəcək, deyə
Şıxlinski coşmuş halda dilləndi. Romanovskinin sağdakı batareyasından iyirmi
altıncı polkun qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb
lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yenceyevskinin yanına gedin”.
Əliağa Şıxliniskinin döyüş məharətini gözləri ilə görən ikinci rus yazıçısı
Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı, elmi və bədii əsərlər
yazan T.Borisov sonu faciə ilə bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə
Vladivostokda “Port- arturçular” adlı sanballı bir roman nəşr etdirmişdi. Müəllif
sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus ustalıqla ön plana çəkir.
Böyük hərarətlə, məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxliniski
və Səməd
bəy Mehmandarov haqqında söhbət açır. İlk gündən Şıxliniskinin batareyasında
döyüşən podporuçik Trofim Borisov onun qəhramanlığını, xarakter və xasiyyətini
daha dəqiq işıqlandırmışdır.
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıxliniski qazarmaya
gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi.