İkinci ağır zərbə isə dekabrın ikisində oldu.
Komandan general Roman
Kondratenko qəhrəmanlıqla həlak oldu.Əvəzində iradəcə zəif olan general Fok
komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən
Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturuq qorxaq və istedadsız
komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın
iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə şərik
odular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və
bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər.
Döyüşkən zabitlər inad
edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General
Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa
qadirdir.
Nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron
var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə
döyüşəcəyik.
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı
qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala
müdafiəçilərinin tələbi ilə Port-Arturu təslim etdiyinə görə hərbi məhkəməyə
verildi.
16
General-mayor Mehmandarov və onun zabit dostları qala
təslim edildikdən
sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər.
Yaponların şərtlərinə görə əsgərlər hərbi əsir almır, zabitlər isə Yaponiyaya qarşı
bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra
Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafindakı mürtəce fikirli bir qrup zabit
dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy
Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir
daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə
görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya
şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Portsmut
sülh müqaviləsi
bağlanandan sonra Rusiyaya qayıda bildi.
Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi general
Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.
* * *
Aleksandr Stepanovun “Port-Aotur”, P.Lorenkonun “Port-Arturun əzablı
günləri” və Trofım Borisovun “Port-arturçular” romanlarında bir azərbaycanlı
soyadında da rast gəldik - poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə
Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə)
yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə
16
1906-cı il noyabrın 27-də Petrburqda başlayan hərbi məhkəmədə general Səməd bəy Mehmandarov şahid kimi
iştirak etmişdir. O, Port-Arturu düşmənə vaxtından əvvəl təslim edən general Stesseli, Foku və Simirnovu əsaslı
faktlarla günahlandırmışdır. Məhkəmə iki il davam etmişdir. Nəticədə general-leytenaant A.
Stesselə əvvəlcə
güllənmə, sonra Petropavlovsk qalasında saxlamaqla on il həbs cəzası kəsilmiş, 1909-cu il mayın 6-da isə şar II
Nikolay onu əhv etmiş və xaricə getməsinə şərait yaratmışdır.- Ş. N.
fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik
Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli
sayında dərc edilən yazısından sonra respublikamızın ayrı-ayrı bölgələrindən çoxlu
məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı.
Lakin Sabirabad Böyük-ağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər
sübut elədi ki, poruçik Ağababa Hacıbaba oglu Sadıqov onun əmisidir. Poruçik
Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində
anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-
cü ildə oğlu Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci
ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara
kağız da alınıb.
Port-Artur döyüşçüləri haqqında aprel inqilabına
qədər onlarca əsərlər
yazılıb. Kabardan ve çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyətləri haqqında
Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin
“Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və
yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. Bunların hamısında
eloğlularımızın qəhrəmanlığı haqqında az-çox məlumat verilir.
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci sayının 496-cı səhifəsində bir
həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında
ancaq bu sözlər
yazılmışdı: “Otuz üçüncü Şərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə
Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu”.
Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun
azərbaycanlı olması şübhəsizdir. Düşünürdüm. Görəsən, Uzaq Şərq sərhədləri
uğrunda igidliklə vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ
qalanı varmı? Doxsan ildən çoxdu bu tərlan baxışlı igid həmyerlimizin fotoşəkli
“Niva” jurnalının səhifələrində saralıb solur.
Taleyin qismətinə min şükür ki, axtarışlarım bəhrə verdi. Sevindim ki, uzun
illərdən sonra igid həmyerlimizin unudulmuş adı, xidməti xalqımıza bəlli oldu.
1987-ci ildə İçəri şəhərdə yaşayan səksən iki yşlı bir ağsaqqalla görüşdüm.
Məmməd Cavad oğlu Bağırov
bildirdi ki, “Niva” jurnalından” şəklini
götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma
əmimdir. Əmim Zülfüqar 1874-cü ildə Şuşada anadan olub. Port-Artur
döyüşlərindən sağ-salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabs-
kapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilə qədər Bakı şəhərində
hərbi komendant işləyib, rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində
Avstriya və Ruminiya cəbhələrində döyüşlərdə iştirak edib.
Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin liderlərinden biri Nağı
bəy Şeyxzamanlı Türkiyədə çap etdirdiyi “Xatirələrim” kitabında yazır ki,
Zülfüqar bəy Bağırbəylinin
Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz
cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər
verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən
vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət
“məchul güllə ilə törədilmiş” deyə ört-basdır edilmişdir.