* *
*
Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcüman”
qəzeti Port-Artur
müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda
qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən
xəbərlər dərc etmişdir.
Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında yazırdı:
“İstehkamçı kapitan İlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq
Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov
əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur.
Onun
orduda keçən hərbi xidməti, həyatı və rutbəsi Rusiyada yaşayan hər bir
müsəlman əhlində iftixar hissi doğurur”.
Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı
sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərinden sağ-salamat qayıtmışdır.
Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik İlyas
bəy Ağalarov 1860-cı ildə Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. 1913-cü
ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə
eloğlumuzun məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir.
Məzarın mərınər başdaşında solmaqda olan “Qvardiya polkovniki İlyas bəy
Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. İllərin
tufanı mərmər qəbir daşından onun sonuncu izini də silib aparır... sərkərdəlik
fəaliyyəti lazımınca öyrənilməmiş və hərb tariximizin
heç bir səhifəsində
indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: “Hər bir insanın içərisində
onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı altında bütöv bir dünya
tarixi yatır.” deyimini xatırlamaya bilmirsən.
“Tərcüman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı
xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur
döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə
vuruşurdular. Redaksiyanın aldığı məktubdan aydın olur ki,
yeddinci Şərqi-Sibir
artilleriya divizionunun rəisi, general-mayor Səməd bəy Sadıq bəy oğlu
Mehmandarov Qarabağ bəylərindəndir. Qala artilleriyasının xəzinədarı isə Litva
müsəlmanlarından olan Ədhəm bəy Muxarskidir. Şimali Qafqazdan olan artilleriya
podporuçiki E.İ.Dudarov isə avqust hücumlarının birində mərd zabit kimi şərəflə
həlak olmuşdur. Allah ona rəhmət eləsin. Amin!”.
“Tərcüman” qəzeti iftixarla onu da bildirir kı, Port-Arturda altmış mindən
çox müsəlman əsgər və zabiti döyüşür.
General Əliağa Şıxlinski Port-Artur döyüşlərində
Azərbaycanılar birinci dəfə deyil ki, vuruş
meydanlarında yaponlarla qarşı-qarşıya
gəlirlər. Mən Port-Artur uğrunda gedən
döyüsiərdə fərqlənmiş məşhur topçu
Əliağa Şıxlinskinin adını çəkə bilərəm. Bu
ad rus hərbi elmi tarixində şöhrət
qazanmısdır.
Səməd Vurğun.
Port-Artur döyüşlərində qala müdafiə zamanı düşmən həmlələrinin dönə-
dönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa Şıxlinskinin döyüş
xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi
rəşadəti bütün Rusiyaya
yayılmışdı. Qəhramanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan
podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur
epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-
də “Tərcüman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq:
“Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski
oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların
basqınını dəf etməkdə fərqləndiyi üçün Ali ehtiramla “İgidliyə görə” medalı və
üstü yazılı Qızıl qılıncla təltif olunub”.
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı
ikicildlik monumental əsərin müəllifi P.Larenko yazır ki, Laperov dağında
batareya komandiri kapitan Əliağa İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır.
Bütün qafqazlılar kimi cəsur olan bu komandir Kinjo döyüşlərində, “Zelyonnı” və
“Volçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun
əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, avqustun onundan isə daima
Laperovda olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub
həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər
aparırdı.
Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak
etməmək şərtilə
yaponlar podpolkovnik Əliağa Şıxlinskinin ağır yaralı kimi vətənə göndərdilər.
Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya
ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar.
Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək
istədiyini Əliağa Şrxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir.
O, yazır: “Mayın ikinci yarısında mən Peterburqa gedib böyük knyaza təqdim
olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən
soruşdu:
- Siz oraya necə gedə bilərsiniz?
Onda mən hospitalımızdan aldığım şəhadətnaməni ona göstərdim.
Şəhadətnamədə yazılmışdı ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız
hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermişdir.
Beləliklə, - dedim - hazırkı müharibədə iştirak etməyə tam ixtiyarım var. Rusiyaya
qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iştirak etmiş o biri əsgərlərin
taleyinə şərik olardım.
Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla
vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarşı bir
ittiham kimi düşünülə bilər, odur ki, dərhal əlavə edib dedim: