Sıx bığları qalın idi, başının tükləri qabaqdan azca seyrəlmişdi. Çatma qaşları bir
qədər yuxarı dartılmışdı. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ əllərinin ağ
barmaqlarını arxasında tutmuşdu. Əliağa Şıxliniski hamı ilə görüşəndən sonra
orduya təzəcə çağırılmışların adlarını oxudu:
- Antonov Valentin Pavloviç.
- Mən, - deyə o, cavab verdi.
- Sən az savadlısan?
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük şəhərdən gəlibsən, amma
heç bir təhsilin yoxdur. Siz niyə oxumayıbsınız?
Morozovun sifətinə yüngül qızartı çökdü.
Kapitan Əliağa Şıxliniski sıranın önündən keçib, əlində yeni çağırılmışların
siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını, atasının
adını çəkdi.
- Ancaq biz gözləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı
doğruldacaqlar... Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq
orada da hökm sürür. Yaxşı deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. -
Kapitan Şıxliniskinin sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq
gözlərində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırlanlarla söhbət edə-edə
onlara göstəriş verirdi: - Başını düz tut, sağ çiynini əymə, deyə kapitan Pudovkinə
müraciət etdi. Sən məhkəmə palatasında çoxmu işləyibsən? İki il? Bəs ona kimi
harada işləyibsən?
- Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.
- Sənin xəttin yaxşıdırmı?
- Mirzəliyi istəmirəm, zatialiləri...
Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarınızı
yazmağa mirzə də lazımdır... Abramoviç Moisey İosifoviç! Sən usta-çilingərsən?...
Yaddaşa bax, yaddaş belə olar. Siyahını bir dəfə oxuyan kimi hamının ad və
soyadını, atasının adını necə də dəqiq yadında saxladı. deyə Pudovkin fikrə getdi”.
Port-Arturdakı oktyabr döyüşlərində podpolkovnik Əliağa Şıxlinskinin
qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap
olunmuş “Yaponlarla müharibənin salnaməsi” almanaxının səksən birinci
nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində bu barədə oxuyuruq:
“Müqəddəs Georgi ordenli süvari dumasının təqdimatına əsasən Əlahəzrət
imperator 3/IX-1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun
müdafiəndə şücaəti ilə fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı
istehkamı və istehkamın digər qurğularını artileriya ilə bacarıqla müdafiə etmiş
dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskini
dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə təltif etmişdir.
Podpolkovnik Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında
olan yarırıbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü
tuşlayaraq düşmən artileriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən
istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri
oturtmuşdur...”
* * *
Şahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüşlərində
igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu Mirzə hərbdə və fotoqrafiya
sənəti sahesində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu
bitirdikdən sonra əvvəlcə Vladiqafqazda və Oryol şəhərində yerləşən əlli birinci
Çerniqov draqun alayında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci
Nejinski alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan podpolkovnik
Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə
təltif olunmuşdur. Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında
yazırdı:
“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə İmperator Mariya
Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə
Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasına lazım
bilmişdir”.
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu.
Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətənində,
Bərdənin İmamzadə qəbristanlığındakı məqrəbədə dəfn olunmaq şərəfi
podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, şahzadə nəslindən
idi səksən ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu
nəsillərə belə ehtiram göstərirdi.
Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın Şuşa
şəhərində anadan olmuşdur.
İllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərini əks etdirən
sənədlər müxtəlif arxivlərdə tədqiq olunmamış qalır. Açılmayan qovluqlar öz
yazıçısını, tədqiqatçısını gözləyir.
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə
“artilleriyanın allahı” sayılan alim-general Əliağa Şıxlinski fəxrlə yazırdı ki, Port-
Artur epopeyasının iştirakçısı olduğunu həmişə iftixarla yad edirəm.
"DİKAYA DİVİZİYA", yoxsa...
(və Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb?)
Azərbaycanlılar hərbçilik istedadına,
sönməz daxili ruhi zənginliyə malikdirlər. Belə
xalq həmişə qalib gələr.
Alfons Rabbe,
fransız tarixçisi
1930 -cu il martın üçündə Zaqafqaziya Dövlət Siyasi idarəsinin qərarı ilə
güllənənən Qarxunlu mərdi Əşrəf bəyi müstəntiqlər ən çox 1918-ci ildə “dinc
erməni əhalisi”ni qırdığına və həmin ildə Ərəş mahalında döyüşən əsgəri qüvvə
təşkil etdiyinə görə günahlandırmışlar. Bu könüllü hərbi qüvvələrin əksəriyyəti o
vaxt Birinci Dünya Müharibəsindən qayıdan “Tatar süvari alayı”nın əsgər və
zabitləri idi. Əşrəf bəy Qarxunlunun özü də 1918-ci ilin iyun-sentyabr aylarında
həmin alayın tərkibində Göyçayı, Müsüslünü, Bərgüşadı, Şamaxını və Bakını
düşmənlərdən təmizləmək üçün igidliklə vuruşmuşdur.
* * *
Bu gün hamını haqlı bir sual düşündürür: 1918-ci ildə müstəqilliyini elan
edən Azərbaycan hərbi qüvvələri necə yə nəyin əsasında yaranıb? Axı, deyilənlərə
görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri xidmətə çağırılmırdı...
Oxucuların bu sualları qarşısında uzun müddət düşünməli olursan. Ona görə
ki, bəzi tarixçilərimiz ordunun yaranmasını alqışlayır, digəri onun komandirlərinə
tənqidi yanaşır, başqa birisi də yazır ki, 1918-ci ildə ordumuz “könüllülərdən”
yaranıb. Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi., yoxsa
kənardan gətirilmişdi.
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər
onada ötəri toxunurlar və bu mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci
Dünya Müharibəsində iştirak edən “Dikaya diviziya”nın azərbaycanlılardan ibarət
nizami “Tatar alayf”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər
sovet rejimində də “Dikaya diviziya”nın fəaliyyətınə tarixçi alimlərimiz tənqidi
yanaşıblar. Aşkarlıq və demokratiyanın sayəsində açılan arxiv qovluqlarında isə
bunların tam əksinin şahidi oluruq. Sənədlərlə tanış olanda düşünürsən ki, 1914-cü
ildən 1917-ci ilə qədər rus imperiyasını almanlardan, 1918-20-ci illərdə isə
Azərbaycanı daşnak-bolşevik əsgəri qüvvələrindən qoruyan və torpağımızın
bütövlüyü uğrunda silaha sarılan “Vəhşi diviziya”nın Tatar-Azərbaycan alayı həm
bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya səbəbi də
ondan ibarətdir ki, “Vəhşi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-ci illərdə isə
Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru Paşanın
ordusu 1918-ci ilin iyun-sentyabr aylarında Bakını düşmənlərdən təmizləyəndə
onlarla çiyin-çiyinə vuruşan min nəfərdən çox könüllünün əksəriyyəti “Tatar süvari
alayı”nın əsgər və zabitlərindən təşkil olunmuşdu. Bəs süvari alayının o vaxtlarda
qöruduğu vuruşduğu torpaqlar onda bizim deyildimi?
Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu bu
günkü müstəqil Azərbaycan və onun yenidən yazılan hərb tarixi tələb edir.
Bəzi məqalə müəllifləri ağız dolusu yazırlar ki, Birinci Dünya Müharibəsi
illərində şovinist ruslar Qafqaz müsəlmanlarından təşkil olunmuş diviziyaya
“Vəhşi” adını təhqir mənasında veriblər. Əvvəla, diviziyanın döyüş yolunu təsvir
edən sənədlərdə belə fakta rast gəlmək qeyri-mümkündür. Əslində rus hərb
tarixçiləri daha yumşaq tənqidlə yazırlar nəinki bizimikilər. Bütün rəsmi
sənədlərdə diviziyanın adı belədir: “Kafkazskaya tuzemnaya konnaya diviziya” -
yəni Qafqazın yerli əhalisindən təşkil olunmuş süvari diviziya, “Vəhşi” ayaması isə
cəbhədaşları tərəfindən diviziyaya qeyri-rəsmi verilib. Müharibənin ilk
günlərindən diviziyanın apardığı döyüş əməliyyatları çox uğurlu və
qəhrəmanlıqları parlaq olmuşdur. Diviziya bütün müharibə boyu məğlubiyyətin nə
olduğunu bilməyib, hücumları həmişə zəfərlə bitib. Onların döyüş amalı belə idi:
Dostları ilə paylaş: |