Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

Sıx bığları qalın idi, başının tükləri qabaqdan azca seyrəlmişdi. Çatma qaşları bir 
qədər yuxarı dartılmışdı. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ əllərinin ağ 
barmaqlarını arxasında tutmuşdu.  Əliağa  Şıxliniski hamı ilə görüşəndən sonra 
orduya təzəcə çağırılmışların adlarını oxudu: 
- Antonov Valentin Pavloviç. 
- Mən, - deyə o, cavab verdi. 
- Sən az savadlısan? 
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı. 
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük şəhərdən gəlibsən, amma 
heç bir təhsilin yoxdur. Siz niyə oxumayıbsınız? 
Morozovun sifətinə yüngül qızartı çökdü. 
Kapitan Əliağa Şıxliniski sıranın önündən keçib, əlində yeni çağırılmışların 
siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını, atasının 
adını çəkdi. 
- Ancaq biz gözləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı 
doğruldacaqlar... Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq 
orada da hökm sürür. Yaxşı deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. - 
Kapitan  Şıxliniskinin sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq 
gözlərində bayaqkı  təbəssüm işartısı qalırdı. Təzə çağırlanlarla söhbət edə-edə 
onlara göstəriş verirdi: - Başını düz tut, sağ çiynini əymə, deyə kapitan Pudovkinə 
müraciət etdi. Sən məhkəmə palatasında çoxmu işləyibsən?  İki il? Bəs ona kimi 
harada işləyibsən? 
- Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır. 
- Sənin xəttin yaxşıdırmı? 
- Mirzəliyi istəmirəm, zatialiləri... 
Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarınızı 
yazmağa mirzə də lazımdır... Abramoviç Moisey İosifoviç! Sən usta-çilingərsən?... 
Yaddaşa bax, yaddaş belə olar. Siyahını bir dəfə oxuyan kimi hamının ad və 
soyadını, atasının adını necə də dəqiq yadında saxladı.  deyə Pudovkin fikrə getdi”.  
Port-Arturdakı oktyabr döyüşlərində podpolkovnik Əliağa  Şıxlinskinin 
qəhrəmanlığını  əyani  əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap 
olunmuş “Yaponlarla müharibənin salnaməsi” almanaxının səksən birinci 
nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində bu barədə oxuyuruq: 
“Müqəddəs Georgi ordenli süvari dumasının təqdimatına  əsasən  Əlahəzrət 
imperator 3/IX-1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun 
müdafiəndə  şücaəti ilə  fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı 
istehkamı  və istehkamın digər qurğularını artileriya ilə bacarıqla müdafiə etmiş 
dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskini 
dördüncü dərəcəli  şəhid və müzəffər Georgi ordeni ilə  təltif etmişdir. 
Podpolkovnik  Əliağa  Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında 
olan yarırıbatareyanın nişançıları  həlak olduğundan çox vaxt topları  şəxsən özü 
tuşlayaraq düşmən artileriyasını  dəfələrlə susmağa məcbur etmiş  və adı  çəkilən 
istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri 
oturtmuşdur...” 
 


*       *       * 
 
Şahzadə  Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüşlərində 
igidliklə  həlak olmuş podpolkovnik oğlu  Əliqulu Mirzə  hərbdə  və fotoqrafiya 
sənəti sahesində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu 
bitirdikdən sonra əvvəlcə Vladiqafqazda və Oryol şəhərində yerləşən  əlli birinci 
Çerniqov draqun alayında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki  əlli ikinci 
Nejinski alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan podpolkovnik 
Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə 
təltif olunmuşdur. Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında 
yazırdı: 
“Qızıl Xaç Cəmiyyətinin  əlahəzrət himayəçisi Məlakə  İmperator Mariya 
Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə  Əliqulu Mirzə 
Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasına lazım 
bilmişdir”. 
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. 
Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətənində, 
Bərdənin  İmamzadə  qəbristanlığındakı  məqrəbədə  dəfn olunmaq şərəfi 
podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, şahzadə nəslindən 
idi səksən ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu 
nəsillərə belə ehtiram göstərirdi.  
Şahzadə-podpolkovnik  Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın  Şuşa 
şəhərində anadan olmuşdur. 
İllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərini əks etdirən 
sənədlər müxtəlif arxivlərdə  tədqiq olunmamış qalır. Açılmayan qovluqlar öz 
yazıçısını, tədqiqatçısını gözləyir. 
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə 
“artilleriyanın allahı” sayılan alim-general Əliağa Şıxlinski fəxrlə yazırdı ki, Port-
Artur epopeyasının iştirakçısı olduğunu həmişə iftixarla yad edirəm. 
  
 
 
"DİKAYA  DİVİZİYA", yoxsa... 
(və Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb?) 
 
Azərbaycanlılar hərbçilik istedadına,  
sönməz daxili ruhi zənginliyə malikdirlər. Belə  
xalq həmişə qalib gələr. 
Alfons Rabbe,  
fransız tarixçisi 
 
1930 -cu il martın üçündə Zaqafqaziya Dövlət Siyasi idarəsinin qərarı ilə 
güllənənən Qarxunlu mərdi  Əşrəf bəyi müstəntiqlər  ən çox 1918-ci ildə “dinc 
erməni  əhalisi”ni qırdığına və  həmin ildə  Ərəş mahalında döyüşən  əsgəri qüvvə 
təşkil etdiyinə görə günahlandırmışlar. Bu könüllü hərbi qüvvələrin  əksəriyyəti o 


vaxt Birinci Dünya Müharibəsindən qayıdan “Tatar süvari alayı”nın  əsgər və 
zabitləri idi. Əşrəf bəy Qarxunlunun özü də 1918-ci ilin iyun-sentyabr aylarında 
həmin alayın tərkibində Göyçayı, Müsüslünü, Bərgüşadı,  Şamaxını  və Bakını 
düşmənlərdən təmizləmək üçün igidliklə vuruşmuşdur. 
 
*        *        * 
 
Bu gün hamını haqlı bir sual düşündürür: 1918-ci ildə müstəqilliyini elan 
edən Azərbaycan hərbi qüvvələri necə yə nəyin əsasında yaranıb? Axı, deyilənlərə 
görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri xidmətə çağırılmırdı... 
Oxucuların bu sualları qarşısında uzun müddət düşünməli olursan. Ona görə 
ki, bəzi tarixçilərimiz ordunun yaranmasını alqışlayır, digəri onun komandirlərinə 
tənqidi yanaşır, başqa birisi də yazır ki, 1918-ci ildə ordumuz “könüllülərdən” 
yaranıb. Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi., yoxsa 
kənardan gətirilmişdi. 
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər 
onada ötəri toxunurlar və bu mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci 
Dünya Müharibəsində iştirak edən “Dikaya diviziya”nın azərbaycanlılardan ibarət 
nizami “Tatar alayf”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər 
sovet rejimində  də “Dikaya diviziya”nın fəaliyyətınə tarixçi alimlərimiz tənqidi 
yanaşıblar. Aşkarlıq və demokratiyanın sayəsində açılan arxiv qovluqlarında isə 
bunların tam əksinin şahidi oluruq. Sənədlərlə tanış olanda düşünürsən ki, 1914-cü 
ildən 1917-ci ilə  qədər rus imperiyasını almanlardan, 1918-20-ci illərdə isə 
Azərbaycanı daşnak-bolşevik  əsgəri qüvvələrindən qoruyan və torpağımızın 
bütövlüyü uğrunda silaha sarılan “Vəhşi diviziya”nın Tatar-Azərbaycan alayı həm 
bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya səbəbi də 
ondan ibarətdir ki, “Vəhşi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-ci illərdə isə 
Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru Paşanın 
ordusu 1918-ci ilin iyun-sentyabr aylarında Bakını düşmənlərdən təmizləyəndə 
onlarla çiyin-çiyinə vuruşan min nəfərdən çox könüllünün əksəriyyəti “Tatar süvari 
alayı”nın əsgər və zabitlərindən təşkil olunmuşdu. Bəs süvari alayının o vaxtlarda 
qöruduğu vuruşduğu torpaqlar onda bizim deyildimi? 
Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu bu 
günkü müstəqil Azərbaycan və onun yenidən yazılan hərb tarixi tələb edir. 
Bəzi məqalə müəllifləri ağız dolusu yazırlar ki, Birinci Dünya Müharibəsi 
illərində  şovinist ruslar Qafqaz müsəlmanlarından təşkil olunmuş diviziyaya 
“Vəhşi” adını təhqir mənasında veriblər. Əvvəla, diviziyanın döyüş yolunu təsvir 
edən sənədlərdə belə fakta rast gəlmək qeyri-mümkündür. Əslində rus hərb 
tarixçiləri daha yumşaq tənqidlə yazırlar nəinki bizimikilər. Bütün rəsmi 
sənədlərdə diviziyanın adı belədir: “Kafkazskaya tuzemnaya konnaya diviziya” - 
yəni Qafqazın yerli əhalisindən təşkil olunmuş süvari diviziya, “Vəhşi” ayaması isə 
cəbhədaşları  tərəfindən diviziyaya qeyri-rəsmi verilib. Müharibənin ilk 
günlərindən diviziyanın apardığı döyüş  əməliyyatları çox uğurlu və 
qəhrəmanlıqları parlaq olmuşdur. Diviziya bütün müharibə boyu məğlubiyyətin nə 
olduğunu bilməyib, hücumları həmişə zəfərlə bitib. Onların döyüş amalı belə idi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə