Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

görə üçüncü dərəcəli “Müqəddəs Anna” ordenilə (qılınc və bantla birgə) təltif 
olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə 
xidmətə başlayıb. 1920-ci il aprelin 28-də Bakıda bolşevik-daşnak qoşunları ilə 
döyüşdə  qəhrəmanlıqla həlak olub. Şahzadə Firidun Mirzə 1890-cı ildə Tiflisdə 
anadan olub. 
 
Şahzadə - podpolkovnik MƏMMƏDQULU MİRZƏ QACAR 
- 1910-cu ildən birinci Kuban-kazak alayının komandiri. Birinci Dünya 
Müharibəsində döyüşlərdə göstərdiyi fəallığa görə ikinci və üçüncü dərəcəli 
“Müqəddəs Stanislav” (qılınc və bantla birgə), ikinci və dördüncü dərəcəli 
“Müqəddəs Anna” (qılınc və üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərilə təltif 
olunub. 1872-ci ildə anadan olub, 1920-ci ilin mayında bolşeviklər Nargin 
adasında güllələyiblər. 
 
 
Podpolkovnik FUAD XAN HƏSƏN XAN OĞLU TALIŞXANOV - Tiflis 
kadet korpusunu bitirib. Çar ordusunda rotmistr rütbəsinə  qədər yüksəlib. 1918-
1920-ci illərdə Birinci Cavanşir piyada alayının yavəri olub. Sovetlər vaxtı  Qızıl 
Orduda müxtəltf hərbi vəzifələrində çalışıb, podpolkovnik rütbəsinə  qədər 
yüksəlib. 1930-cu ildə Gəncədə hərbi müfəttişlikdə işləyəndə həbs edilib. 1896-cı 
ildə Lənkaranda zadəgan ailəsində anadan olub. 
 
Polkovnik  FİKRƏT  ƏBÜLFƏT  OĞLU AĞALAROV - 1868-ci il 
noyabrın 10-da Tiflisdə anadan olub. Şuşa realnı  məktəbində  və 1885-ci ildən 
1888-ci ilədək Nikolayev şəhərindəki hərbi məktəbdə  təhsil alıb. Birinci Dünya 
Müharibəsində  iştirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının 
komandiri idi. 
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd 
iyul tarixli teleqramı: 
“Cənab hərb naziri Zati-alilərinə! 
Qarabağın xalq milisi sıralarında Moskva İnstitutunun tələbələri  İsgəndər 
bəy Sultanov və keçmiş Qarabağ süvari alayının əsgəri Xankişi Nuru oğlu xidmət 
edirlər. Onlardan birinə - ləzgi alayı ilə birlikdə bolşeviklərə qarşı döyüşlərdə 
iştirak etmiş Sultanova Türk hərbi ordeni “Məcidiyyə”, ikincisinə - Xankişi Nuru 
oğluna axırıncı müharibənin (Birinci Dünya Müharibəsi nəzərdə tutulur - Ş.N.) 
Georgi Kavaleri ordeni verilmişdir. 
Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur - Ş.N) zamanı onlar 
böyük bacarıq və şücaət göstərmişlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək 
xahiş edirəm ki, Siz onların birinci zabit rütbəsinə  təqdim olunmaları haqqında 
sərəncam verəsiniz.” 
  
  
Ştabs-kapitan RƏHİM ALLAHQULU OĞLU RƏHİMOV - 1893-cü ildə 
Naxçıvanın Baş Noraşen kəndində anadan olub. 1916-cı il mayın birində Tiflis 
hərbi məktəbini bitirib. 1916-cı il avqustun 19-dan on üçüncü Qafqaz atıcı alayında 
döyüşüb. Həmin ilin dekabr ayında sol çiynindən yaralanıb. Göstərdiyi  şücaətə 


görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni (qılınc və bantla birgə) təltif 
olunub. 1917-ci il mayın 20-də podporuçik, dekabr ayında isə poruçik rütbəsi 
verilib və on ikinci rotaya komandir təyin olunub. 1917-ci il noyabrın iyirmi 
doqquzunda ştabs-kapitan rütbəsi alıb. 
1918-ci il dekabrın on dördündə könüllü olaraq ikinci Azərbaycan süvari 
alayında xidmətə başlayıb. Hərbi tədris komandasının rəisi təyin olunub. 1919-cu il 
mayın iyirmi ikisində yeddinci rotanın komandiri təyin olunub. 
Azərbaycandakı aprel çevrilişindən sonra taleyi məlum deyil. 
 
Ştab-rotmistri ALLAHYAR MÖVSÜM OĞLU  ƏMİRCANOV - 1907-ci 
ildən 1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb və orada 
xidmət edib. Birinci Cähan Müharibəsində “Dikaya diviziya”da qulluq edib. 
Göstərdiyi hərbi  şücaətlərə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı ilə 
təltif olunub. 1897-ci il mayın on birində Nuxada (Şəki) bəy ailəsində anadan olub. 
Rotmistr HACIAĞA MƏMMƏDƏLİ OĞLU İBRAHİMBƏYLİ - Bakıda 
kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-15-ci 
illərdə Birinci Dünya Müharibəsində  iştirak edib. 1890-cı il dekabrın səkkizində 
Salyanda məmur ailəsində anadan olub. 
1946-cı ildə nəşr olunmuş “Səməd bəy Mehmandarov” kitabçasının müəllifı. 
Həmin kitabçasında Mehmandarovla ilk görüşünü belə xatırlayır: 
“Mehmandarov mənə yaxınlaşıb çox nəzakətlə soruşdu: 
“Rotmistr, görünür siz vaqonda yer tapa bilməmisiniz... Mənim kupemdə bir 
boş yer vardır.” 
Mən generala rəsmi təzim edib cavab verdim: “Yox, general həzrətləri, 
mənim yerim vardır, özü də sizin kupenizdədir.” O, cavabında “Aha, yaxşı oldu, 
mən çox şadam” - dedi. Bu zaman ikinci zəng vuruldu. General Səməd bəy 
Mehmandarovla vaqona daxil olduq.  
Səməd bəy çox söhbətcil və çox yaxşı yol yoldaşı imiş. O, mənimlə bəzən 
rusca, bəzən də azərbaycanca danışırdı. O, ahəstə-ahəstə danışırdı, hər sözünü 
ölçüb-biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danışıq tərzi, səsi, sakit və 
qəti tonu, özünü sərbəst hiss etməsi göstərirdi ki, bu adam uzun və maraqlı həyat 
sürmüş, böyük vəzifə sahibi olmuş, şanlı igid əsgər həyatı keçirmişdir. Səməd bəy 
Mehmandarov yolda mənə bir çox maraqlı və faydalı şeylər danışdı.” 
 
Ştab-rotmistri  şahzadə  FİRİDUN ALLAHVERDİ  OĞLU QACAR - 
Tiflisdəki Klassik Gimnaziyanı  və Müəllimlər institutunu, 1916-cı ildə isə Tiflis 
kadet korpusunu bitirib. 1892-ci ildə  məşhur Qacarlar ailəsində anadan olub. 
Müsavat ordusunda ikinci artileriya briqadasında birinci batareyanın zabiti. 
 
Ştab-rotmistri ZEYNAL BƏY SADIQOV - İkinci Qarabağ süvari alayında 
dördüncü bölüyün komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli əhalisindən 
təşkil olunmuş diviziya”nın Azərbaycan alayında kəşfıyatçı kimi hərbi xidmətə 
başlayıb. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruşub. Əla döyüş  
xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” 
(qılınc və bantla birgə), yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə