Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

Respublika Mərkəzi Dövlət Arxivində praporşik Gülağa Məhəmmədağa 
oğlu Gülməmmədovun cəmi bir səhifəlik şəxsi xidmət vərəqi saxlanılır. 
1919-cu il martın birində  tərtib olunmuş xidmət vərəqində göstərilir ki, 
Gülağa Gülməmmədov Birinci Azərbaycan süvari diviziyasında xidmət etmişdir. 
O, 1899-cu il dekabrın altısında Qazax qəzasının Salahlı  kəndində zadəgan 
ailəsində anadan olmuşdur. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan 
şöbəsini və 1918-ci il yanvarın otuzunda Gəncə praporşiklər məktəbini birinci 
dərəcə ilə bitirmişdir. Az müddət Birinci Müsəlman süvari alayında xidmət edən 
podpraporşik Gülağanı bilik və bacarığına görə diviziyanın qərargah rəisi təyin 
edirlər. 
Praporşik Gülağa Gülməmmədov 1920-ci il aprel çevrilişindən sonra əmisi 
poruçik Osman ağa Gülməmmədovla birlikdə Türkiyəyə mühacirətə getmiş və hər 
ikisi türk ordusunda hərbi xidmətini davam etdirmişlər. 
 
Poruçik  MƏHƏMMƏD BƏY ASLANBƏYOV - Birinci Azərbaycan 
süvari alayının zabiti, 1894-cü il martın on altısında Dağıstan vilayətinin Kürə 
nahiyəsində  bəy ailəsində anadan olub. Teymurxan - Şura  şəhər  ədadiyə 
məktəbində  və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə 
təhsil alıb. 
Hərbi xidmətə 1914-cü il oktyabrın birində başlayıb. 1915-ci il fevralın 
birində Qafqaz cəbhəsindəki döyüşən orduda əla xidmətinə görə praporşik rütbəsi 
verilib. Həmin il fevralın yeddisində, yüz əlli beşinci Quba piyada alayına 
keçirilib. Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik 
rütbəsi alıb. 1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayındada 
birinci bölüyün komandiri təyin olunub. Həmin il avqustun iyirmi doqquzunda 
1207 nömrəli əmrlə ştab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində daşnak-
bolşeviklərə qarşı döyüşlərdə igidliklə vuruşub. Poruçik Məhəmməd bəyin 
qəhrəmanlığını general Nuru paşa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib. 
1918-ci il iyulun səkkizində Baş  Qərargah rəisi, polkovnik Həbib Bəy 
Səlimov Birinci Azərbaycan alayının komandirinə belə bir məlumatla müraciət 
etmişdir: 
“Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi, 
süvari Azərbaycan alayının bir çox zabitlərindən xeyli yaxşı göstərmişdir. Ona 
görə  də, onun təminat almaq üçün, alaylardan birinə  qəbul edilməsi yaxşı olardı. 
Alayın bir çox zabitləri Tiflisdə eyş-işrətlə  məşğul olduqlan halda, o dəstədə 
yorulmadan çalışır. 
Əla və çalışqan zabit olduğuna görə  mən poruçik Məhəmməd bəy 
Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun ki, işə can yandıran 
belə zabitlər çox azdır. Dəstədəki xidmətdən -kimin işə sadiq olduğu, kiminsə 
paqon və pul üçün xidmət etdiyi aydın oldu. 
Namusla xidmət edən zabiti cəzalandırınaq çox acı hal olardı.” 
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov 
Birinci Dünya Müharibəsi illərində Azərbaycan süvari alayında da namus və 
qeyrətlə vuruşmuşdur. O, “İgidliyə görə” medalı ilə  və “Müqəddəs Anna” 
ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), “Müqəddəs Stanislav” 


ordeninin üçüncü dərəcəsilə - bant və  qılıncla birgə (1915-ci il dekabrın 20-də), 
“Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla (1916-cı il iyulun 
on yeddisində), 1918-ci ildə Bakı  uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə 
Türkiyənin “Hərb medalı” ilə təltif olunmuşdur. 
 
Poruçik SAYAD ZEYNALABDİN OĞLU ZEYNALOV - 
1918-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci 
Dünya Müharibəsində “Dikaya diviziya”nın Tatar-Azərbaycan alayında xidmət 
edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindən 1975-ci ildə aldığımız sənəd bir daha 
bunu təsdiq edir: 
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında Tatar 
süvari alayının yunkeri, praporşik Sayad Zeynalovun xidmət dəftərçəsi saxlanılır. 
Sənəddə deyilir ki, o, 30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol 
quberniyasmdakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar 
süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə 
yunker rütbəsi alıb. 
1914-cü il sentyabrın iyirmisindən Avstriya - Macarıstan və Almaniya 
döyüşlərinin iştirakçısı olub. “Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsilə 
təltif edilib. 
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi 
vardı. Birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi: 
“Əla xidmət və  cəsurluğa görə”. Odur ki, “Müqəddəs Georgi” ordeninin bütün 
dörd dərəcəsinə yalnız “fövqəladə dərəcədə fərqlənən, xüsusi rəşadət, mərdlik, əla 
əsgəri rəşadət göstərən hərbi qulluqçular layiq görülürdülər”. 
Həmkəndliləri, Ağköynəkli ağsaqqalların yaddaşında poruçik Sayad 
Zeynalovun 1915-ci ildə Sarıqamış  cəbhəsindən yazdığı  şerindən bircə  bənd 
yadigar qalıb: 
Sarıqamış altında olduq nəzərdə,  
Yüyürdük irəli, qalmadıq geridə.  
Tatar polkunun adı söyləndi dildə,  
Qürbət elə düşdü yolum, neyləyim. 
 
1917-ci ildə  vətənə qayıdan Səyad Zeynalov 1918-ci ildən Milli Orduda, 
əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında 
xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin 
fəal iştirakçısı olub. 
Iyirmi səkkiz aprel çevrilişindən sonra Qazax milis şöbəsinin rəisi, “El 
yardımı komitəsi”nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə 
işləyib. Otuz yeddinci ildə Müsavat zabiti kimi həbs olunub, 1942-ci ildə sürgündə 
dünyasını dəyişib. 
 
Poruçik MAHMUD   İBRAHİM  OĞLU ƏFƏNDİYEV - 
Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan  şöbəsində 
təhsil alıb. 1915-ci ildə Telavi praporşiklər məktəbini bitirib. 1890-cı il iyulun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə