Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

zabit oğullarımız haqqında məlumat çox azdır. Arxiv sənədlərində və yaddaşlarda 
onların bəzilərinin ad-familiyası, bəzilərinin də adı, ya da ancaq soyadı qalıb. Ona 
görə də onları sizə olduğu kimi təqdim edirik: Polkovnik Hüseyn xan Naxçıvanlı, 
podpolkovnik Yaqub bəy  Əhmədzadə, podpolkovnik Nağı  bəy  Əlizadə, mayor 
İlyas bəy Talışxanlı, ştab-rotmistri Murad xan Naxçıvanlı, sıravi hərbi qulluqçular: 
İbrahim bəy Fəttahov, Cəfər bəy Axundzadə, Fərhad bəy Ağalarov, Hüseyn bəy 
Mirizadə və Mehdizadə. 
 
Kapitan YAQUB BƏY SADIQ BƏY OĞLU AXMETYEV - Milliyyətcə 
tatardır. 1894-cü ildə Tiflisdə anadan olub. 1914-cü ilin sentyabrında Tiflisdəki 
kadet korpusunu bitirmişdir. 1917-ci ilə kimi Türkiyənin  Ərzincan  şəhərində 
yerləşən 39-cu diviziyanın Quba alayında xidmət etmişdir.l918-ci ildə Azərbaycan 
Milli Ordusuna könüllü daxil olmuşdur. Bir il sonra Zaqatalaya komendant təyin 
edilmişdir. 1920-ci il iyulun 9-da Şəki və Zaqatalada bolşeviklərlə qarşı başlanan 
üsyanın başçılarından biri idi. Zaqatala qalasını tutan üsyançılar kapitan Yaqub 
bəyin başçılığı ilə on beş gün bolşeviklərə qarşı vuruşur. İyunun 20-də komendant 
- kapitan Yaqub bəy Axmetyev yaralanıb  ələ keçmiş  və bolşeviklər tərəfindən 
edama məhkum edilmişdir. Az müddət Zaqatala qalasında saxlanan mərd kapitan 
Yaqub bəy ağır yaralı halda kameranın divarına yazmışdır: “Mən kapitan 
Axmetyev ölüm hökmü altında yatıram. Heç bir cinayət eləməmişəm. Vətənim 
Azərbaycanın azadlığı  uğrunda bolşeviklərə qarşı vuruşdum. Müsavat zabiti 
olduğuma görə güllələnməyə  məhkum olmuşam”. Həyat yoldaşı  Vəsilə xanımın 
Musabəyova Bakı rus-müsəlman qız məktəbində müəllimə idi. Bolşeviklər Yaqub 
bəyə edam olunması haqqında qərar oxuyanda, “Qorxma, mətin ol, nahaq axıdılan 
qanın intiqamını unutmarıq.” - deyə hayqırdığı üçün Vəsilə xanımı Cənub   cəbhəsi  
tribunalının  sədri   cəllad  Georgi   Atarbekov (Atarbekyan) özü güllələmişdir. 
Qadına  əl qaldıran nadan Atarbekyan sonralar da “fəxrlə” deyirmiş ki, Vəsilə 
xanım Musabəyovanı və əri Yaqub bəy Axmetyevi özüm güllələdim. 
Ordu quruculuğumuz haqqında bir məsələni də xüsusilə vurğulamaq 
istərdim. Otuzuncu illərdən sonra Rusiya və Azərbaycanın bədnam tarixçiləri 
tərəfindən çarizmə  və cümhuriyyətə qarşı eyni topdan güllə atmaq, 
azərbaycanlıların ordu sıralarına çağrılmaması iddiasını  əsaslandırmaq, 
ümumiyyətlə Azərbaycan Respublikasının ordu quruculuğu üzərinə kölgə salmaq 
məqsədilə bu ifadə  işlənməyə başlamışdır. Halbuki, nə “Dikaya diviziya” 
vəhşilərdən ibarət deyildi, nə də qırx minə yaxın ordu təşkil etmiş respublika boş 
yerdə hərbi quruculuq yaratmamışdı. Üstəlik, onu də deyək ki, bu orduya Əliağa 
Şıxlinski, Səməd bəy Mehmandarov kimi dünya şöhrətli sərkərdələr başçılıq 
etmişdi. 
Tarixi saxtalaşdırmaq - xalqın ömür yolunu çaşdırmaq, keçmişini qaranlıq 
içərisində itirmək, gələcəyini dumanlığa qərq etməkdir. 
Belə unutqan tarixçilərimiz haqqında istiqlal şairimiz Məhəmməd Hadi 
Qafqaz  İslam Ordusunun Bakını  işğalçılardan təmizlədiyi gündə - 1918-ci il 
sentyabrın 15-də “Türk nəğməsi” şerində yazırdı: 
 
Türkün tökülən qanları beyhudə gedərıni?  


Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərıni?  
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,  
Məfkurə yolunda tökülən qan hədər olmaz.  
Qan ilə qazandıq zəfəri verməyiz əldən,  
Xövf eyləmədik atəşi dəhhaşe düvəldən. 
 
Qəribə burasıdır ki, gec də olsa rus hərb tarixçisi, polkovnik V.V.Popov 
1997-ci ildə “Voenno istoriçeskiy junal”nın ikinci sayında “Dikaya diviziya”nın 
Birinci Dünya Müharibəsində  və Port-Artur döyüşlərində  qəhrəmanlığını etiraf 
etmişdir. O, yazır: “1917-ci ilin oktyabr inqilabına və ondan sonra keçirilən tərxisə 
qədər qafqazlılar hərbi xidməti rus ordusunun seçmə hissələrində, o cümlədən 
imperatorun mühafizəsində keçirdilər. Rus-yapon və Birinci Dünya Müharibəsində 
Qafqaz müsəlmanlarından təşkil edilmiş birləşmələr (məsələn, “Vəhşi diviziya” və 
ya “Tuzemnaya”) və süvarilər öz igidliyi və  cəldliyilə, cəbhənin  ən qorxulu 
sahələrindəki vuruşmalarda cəsarət və qorxubilməzliyilə fərqlənirdilər.” 
 
 
* * * 
 
Bəzi müsavat əsgər və zabitinin bioqrafıyasında keçmiş imperiya 
ordusundan qalma istilah və rütbə adlarına rast gəlirik. 1918-1920-ci illərdə işlənən 
bu sözlərin və rütbələrin oxunuşunda müasir oxucunun çətinlik çəkəcəyini nəzərə 
alıb onlardan bəzisinin izahını da veririk. 
Praporşik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi. 
Feldfebel - Rota komandirinin təsərrüfat üzrə müavininə verilən hərbi rütbə. 
Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balalarına verilirdi. 
Ştab-rotmistri - Süvari qoşunda qərargah zabiti. 
Kvartirıneystr - Orduda qoşunu yerləşdirmə işlərinə baxan məsul şəxs. 
Poruçik- Çar ordusunda podporuçiklə  ştabs-kapitan arasında olan zabit 
rütbəsi. 
Uryadnik  - Orduda tağım komandirinin müavini. Rütbə  əsasən Kazak 
qoşunlarında xidmət edənlərə verilirdi. 
Realnı məktəb - İnqilabdan əvvəl orta məktəb. 
Meşşan ailəsi - Şəhərdə xırda alverçilərdən, sənətkarlardan və aşağı təbəqəli 
qulluqçulardan olan ailələri 1920-ci ilə qədər belə adlandırırdılar. 
Podporuçik - 1920-ci ilə  qədər çar və Müsavat ordusunda kiçik zabit 
rütbəsi. 
Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı 
hərbi orta məktəb. Varlı ailələrin uşaqları yeddi-səkkiz yaşında bu məktəbə qəbul 
olunurdu. 
Podpraporşik - Yeni təşkil edilmiş  əsgəri heyətdə  fərqlənən hərbi 
qulluqçuya verilən kiçik rütbə. 
  
 
TÜRK İRSİNİ ÖYRƏDƏN GENERAL 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə