Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

Dərhal keçmiş  ağ qvardiyaçı Tuxarelini həbs edib Bakıya gətirdilər. Onu 
indiki Yusif Məmmədəliyev küçəsindəki beş saylı binanın zirzəmisində 
güllələyirlər. O vaxtlar Respublika ÇEKA-sı həmin küçədə yerləşirdi. 
 
*       *       * 
 
Vaxtilə  Məhəmmədəmin Rəsulzadə  İstambulda nəşr etdiyi “Odlu yurd 
dərgisində  Dəmirçioğlu soyadlı müəllifin iki kiçik hekayətini dərc etmişdi. “Ana 
və “Ölüm” düyünü adlı xatirələri oxuyanda namərd Hacı İlyasın, Pankratovun və 
Tuxarelinin xalqımıza etdikləri olmazın zülmün şahidi olursan. “Ana” hekayatində 
oxuyuruq: 
“Asobu oddelə (çekadan daha müdhiş bir yer) götürdülər. Soyuqlu bir gün. 
Sabah erkən, baxdım gənc, əsmər, zəif bir qadın bir məmurla yeyin-yeyin gediyor. 
Minlərcə adamlar əmri verilmiş ölüm kançılaryasına sevinərək ediyor. 
Bu qadının belə gedişi məni çox maraqlandırdı. Bunun kim olduğunu 
sordum, dedilər ki: 
Bu bir azərbaycanlı zabitinin arvadıdır. Ərini bolşeviklər başqa bir şəhərdə 
həbs edib, sonra da öldürınüşlər. Bu qadın ərinə təsəlliverici bir məktub yazmışdır. 
Bolşeviklər qadını  məktub yazdığı üçün və qoca qaynanasını da məktubu 
göndərdiyi üçün həbs etmişlər. Qadının bir südəmər uşağı vardır. Gündə üç dəfə 
uşağı anasına əmizdirmək üçün gətirirlər. Gənc ana da balasını görmək üçün belə 
tez-tez gedir. Bu qadın günlərlə belə qaçaraq gedirdi!.. 
Onu hər gün körpəsinin yanına aparan məmur bir gecə gəlib ona amiranə üç 
kəlməlik bir söz söylədi: 
- Şəxsi əşyalarını topla! 
Qadın əşyalarını topladı və getdi. 
Bu üç kəlmədən ibarət olan bir cümlə gedənlərin yüzdə doxsanının ölümə 
getdiyini bildiyimiz halda bu gənc ananın da ölümə getdiyinə inana bilmirdik. 
O biri gün səhər erkən qadını körpəsinə aparan məmurun uşağı  gətirən 
adama söylədiyi üç kəlməlik: 
- Uşağı daha gətirmə! - cümləsi bu gənc ananm edam edilməsinə bir işarə 
idi. 
İxtiyar baba və qaynana həbsxananın bir küncündə oturaraq, heç bir söz 
söyləmədən ağlayırdılar. Göz yaşları  ağ saqqalından üzünə tökülürdü. Məhbuslar 
da onun ətrafina toplanmış, heç bir söz söyləmədən, bəzisi kinli-kinli baxır, bəzisi 
də ağlayırdı. 
 
*     *     * 
 
Məni böyük bir həbsxanaya gətirdilər. Məndən  əvvəl gətirilmiş 
məsləkdaşlarımın saxlandıqları kameraya girdim. Altı adamlıq kameraya on iki 
kişi yerləşdirilmişdi. 
Part, part, part. Dəhşətli bir avtomobil gurultusu eşidildi. 
- Bu nədir? 
- Ölüm avtomobili. 


- Ölüm avtomobili nə deməkdir? 
 - 
Hərbi inqilab məhkəməsinin rəisi yəhudi Hacı İlyasın avtomobili. 
- Gurultu nə üçündür? 
- Edama aparılanların səsləri eşidilməmək üçün. 
Yoldaşlar bu sözü deyər-deməz bəzisi teşt, bəzisi ağ tabaq və digərləri də 
başqa şeylər alaraq çalmağa və şərqi oxumağa başladılar. 
Mən vahimələndim və bu nə oxumaqdır - deyə soruşdum. Mənə - sən də 
oxu! - dedilər. 
-  İndi ölümə  məhkum olanları ovludan içəriyə  çıxaracaq və  həbsxananın 
arxasında, dəniz sahilində güllələyəcəklər. 
Onların ovludan gedərkən bağırtılarını  və edam edilərkən yalvarmalarını, 
dualarını  və güllələrin səsini eşitməmək üçün məhbuslar hər gün belə etmək 
məcburiyyətində olduqlarını əlavə etdilər. 
Mən oxuyammadım, çünki edama aparılanların səsi ovludan və sonra yenə 
onların və onları öldürən güllələrin səsi çöldən eşidilirdi. 
Bu ölüm düyünü (“toy”) hər axşam davam edirdi. 
Havalar istiləşdikcə  dərin basdırılmamış edam edilənlərin ağırlaşmış iyisi 
həbsxanaya gəlirdi. 
Bir gün məhbuslar Hacı Ilyasdan kiçik bir xahiş etdilər: edam edilənlər daha 
uzaq bir yerdə edam edilsinlər ki, məhbuslar onların və onları öldürən güllələrin 
səslərini eşitməsinlər. Və bir də ölüləri bir az dərin basdırsınlar. 
Hacı İlyas qəzəblənərək dedi ki, bu sizin qarışacağınız iş deyil. Mən istəsəm 
burda öldürər və burda da qoyaram. 
 
*      *      * 
 
Hətta qaniçən bolşeviklər Azərbaycana basqın edən günü Samur çayının 
sahilində onların qarşısına çıxıb vuruşan, ağır döyüşlərdən sonra son nəfəsinə 
qədər vuruşub həlak olan üç yüz nəfərdən çox əsgər və zabitlərimizin qohum-
əqrəbasını da güllələdilər, sürgünə göndərdilər.  İndiyədək öyrənilməmiş, yetmiş 
ildən çox “məxfıdir” qrifilə saxlanan arxiv qovluqlarından onların döyüş və ömür 
yolu barədə hələlik ilkin məlumatımız bunlardır: 
 
Polkovnik ŞAHZADƏ SEYFULLA BƏHMAN MİRZƏ OĞLU QAÇAR 
- 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusunun Baş  Qərargahında intendant 
şöbəsininin rəisi. 1919-cu il yanvarın 6-dan üçiincü Gəncə piyada alayının 
komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmış, sentyabrın 15-
də yenidən xidmətə qayıtmış  və nazirlikdə  hərbi donanmanın qərargah işləri ona 
tapşırılmışdır. 
1864-cü il martın 6-da Tiflisdə anadan olan şahzadə Seyfulla Mirzə Tiflis 
Ədadiyyə  Məktəbinin tam kursunu bitirmişdir. 1886-cı il avqustun 30-da isə 
Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran podporuçik Seyfulla 
Mirzə 152-ci Vladiqafqaz alayında hərbi xidmətə başlamışdır. Rusiyanın müxtəlif 
şəhərlərində, süvari diviziyalardakı  əla xidmətınə görə  həmişə  fərqlənmişdir. 
Birinci Cahan Müharibəsi illərində  Qərb cəbhəsində batalyon və 208-ci Loru 


süvari alayının komandiri olmuşdur.  İvanqorod  şəhəri uğrunda gedən döyüşlərdə 
yaralanmışdır. 1916-cı ilin sentyabrında polkovnik rütbəsi ilə təltif olunan şahzadə 
Seyfulla Mirzə ən nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi. 
İkinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli 
“Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə  və 
Georgi silahı ilə təltif olunmuşdur. 
1920-ci il bolşevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi 
respublika konvoynizami hissəsinin rəisi olmuşdur. Müsavat zabiti olduğuna görə 
etibarsız  şəxs kimi işdən çıxarılmışdı. Ağır ehtiyac içərisində yaşayan polkovnik 
Seyfulla Mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR 
Hərbi komissarlığından maddi kömək istəmişdir: “Azərbaycanda sovetləşmədən 
sonra bir neçə hərbi xidmət veteranı qalıb ki, yaşlarının keçməsi ilə ağırlaşan çətin 
maddi vəziyyətlərinə iltifat göstərərək, hökumət onları ömürlük təqaüdlə  təmin 
edib. 
Bütün gəncliyimi Rüsiyada hərbi xidmətdə keçirmişəm. Birinci Dünya 
Müharibəsində  əvvəldən axıradək iştirak etmişəm. Sizə  məlum olduğu kimi, 
Azərbaycanın sovetləşməsinin birinci gündən fasiləsiz olaraq hərbi idarələrdə və o 
cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim 
vəzifəsində çalışıram. Lakin pozulmuş sağlamlıq (60 yaşım var) mənim 
işləməyimə son qoyub və  mən ötən ilin sentyabr ayından hər cür yaşamaq 
imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm. 
Bu vəziyyətdə yeganə ümidim odur ki, mən, Sizin iltifatınızla yardımla 
təmin olunacağam və veteran yoldaşlarımla bir sırada qoyulacağam. 
Polkovnik Seyfulla Mirzə Qacar 1926-cı ildə Bakıda vəfat etmişdir. 
   
Polkovnik  VƏLİ  BƏY SADIQ BƏY OĞLU YADİGAROV - 1918-ci ilin 
sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri 
olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə 
dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə  çəkilmişdir. 1921-ci ilin martınadək 
bolşeviklərə qarşı vuruşmuş  və  həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya 
mühacirətə getmişdir. Polşada “Armiya krayova” xalq ordusunda əməliyyat 
şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar  əlahiddə diviziyasının komandiri 
olmuşdur. 
Polşada çıxan “Jiçe Varşavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində 
polkovnik Vəli bəy Yadigarov haqqında yazır: 
“Ötən  şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar 
qaydası ilə dəfn olunmuşdur. 
Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. 
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. 
Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində 
müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli 
Şaletski icra etmişdir. 
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır... 
Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci 
Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə