Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

“Nə bir addım geri çəkilməli, nə də əsir düşməli.” Ona görə də döyüşlərin ən çətin 
məqamında düşmən mühasirəsini yarmaq üçün bu diviziyanın təcrübəsindən və 
gücündən istifadə olunurdu. 
Hətta “Vəhşi diviziyanın sıralarında zəfərlə döyüşən həmyerlilərimizin 
şərəfinə cəbhədaşları hərbi marş da qoşmuşdular. Hərbi marşın bir bəndi 1920-ci 
ildən sonra Berlində mühacirətdə yaşayan general-mayor Teymur bəy Novruzovun 
yaddaşından bizə gəlib çatıb: 
 
  
V boyu, v plyaske i v puti,  
Vseqda Tatarı vperedi.  
Lixie konniki Qendji,  
İ vsadniki Borçalinsı. 
 
Şair Vilayət Rüstəmzadənin tərcüməsində: 
 
Döyüşdə, cəngidə, zəfər yolunda,  
İgidlər həmişə - ən öncül olmuş.  
Gəncə süvarları, sağı-soluna,  
Borçalı igidlər birinci olmuş. 
 
Tutaq ki, bizdə  bəzi məqalə müəlliflərinin dediyi kimi, diviziyaya təhqir 
mənasında vəhşi” adı verilmişdir. Bəs, Koroğlu igidlərinə  və  Dədə Qorqud 
qəhrəmanlarına “dəli” ayamasının verilməsi necə, onlar həqiqətənmi “dəli” idilər? 
Əlbəttə, yox! 
Hər iki ifadədə incə yumor, sevgi, nəvaziş çalarları var. Niyə uzağa gedirik. 
Bizim müasirimiz, dünya şöhrətli sərgərdə Əliağa Şıxlinski aydan-arı, sudan-duru 
olan “Xatirələrim” kitabında yazır ki, bizim nəsil öz cəngavərliyi, tündməcazlığı 
ilə qəzada tanınırdı. Qəzada bizi “dəli-qazaxlı” adlandırırdılar. Əli Qazaxoğlu nəsli 
içərisində birinci savadlı adam mənim atam idi. Sual olunur: hərfi mənada başa 
düşsək “dəli” olan bir nəsil “artilleriyanın Allahı” kimi oğul yetirə bilərdimi? Onu 
da unutmaq lazım deyil ki, Şıxlinskilər nəsli Azərbaycan maarifinə,  ədəbiyyatına 
və hərb tarixinə bütöv, sağlam ziyalı nəsli bəxş etmişdir. 
Sonralar (1917-ci ilin noyabrından - Ş.N.) həmin diviziyanın Tatar 
(Azərbaycan - Ş. N) süvari alayının  əsgərlərindən ibarət ilk dəfə 600 nəfərlik 
“Müsəlman korpusu” təşkil olundu. 1918-ci ildə müstəqilliyini elan edən 
Azərbaycan Zaqafqziya Seymindən çıxdı. Bu dövrdə ölkədə siyasi durum çox 
qarışıq və mürəkkəb idi. Bolşevik-daşnak silahlı qüvvələri tərəfindən güclü təhlükə 
yaranmışdı, Məhz Tatar-Azərbaycan alayının qüvvəsinə arxalanıb, əlavə könüllülər 
toplamaqla həmin il iyunun 26-da “Əlahiddə Azərbaycan korpusu” yaratmaqla 
Əliağa  Şıxlinski və  Səməd bəy Mehmandarov Milli ordunun təməl daşını 
qoydular. 
“...Birləşməyə belə bir ad qoşulanda onun məna mərkəzində müsbət bir 
münasibət dayanırdı  və bununla da “Dikaya diviziya”nın məğlubedilməzliyinə 
işarə ifadə olunurdu. Xüsusən, daşnak və ifrat bolşevik elementləri “Dikaya 


diviziya”dan danışarkən heç də bu sözü həmin diviziyanın  şücaətinə olan 
heyranlığına görə işlətmirdilər. Belə münasibət elə sovet tarixşünaslığının özündə 
də mövcuddur. Bir sıra müəlliflər “Dikaya diviziya”dan danışarkən bu ifadənin 
nəzərdə tutulan mənasını deyil, məhz “dikiy” sözünün leksik mənasını qabartmaga 
çalışmışlar. Bununla da həmin birləşmənin hissələrinin hərbi keyfiyyətlərinə, 
Cümhuriyyət Ordusunun özülünü təşkil etmiş qoşun hissələrinin nizam-intizamma 
bir istehza ifadə olunmuşdur. Həmin diviziya 1917-ci ildə ləğv edilmiş və bununla 
da onun mövcudluğuna son qoyulmuşdur. Diviziya ləğv edildikdən sonra 
azərbaycanlılardan və çeçenlərdən təşkil olunmuş Tatar süvari alayının qalıqları 
Azərbaycana qayıtmış və onun bazasında Müsəlman korpusunun ikinci süvari alayı 
yaradılmışdı”. (M.Süleymanov “Azərbaycanda “Dikaya diviziya” olubmu?” 
məqaləsi, “Hərbi bilik” jurnalı, 1998-ci il, - №4). Və bu hərbi qüvvələrin özəyi 
əsasında da 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin 40 minə 
yaxın Milli ordusu yarandı.  Əliağa  Şıxlinski və  Səməd bəy Mehmandarov kimi 
iliyinə  qədər hərbçi olan generallar ordunun təməl daşının “dəlilər”dən olmasına 
razı olardımı? 
1917-ci ildə imperiya dağılandan sonra Petroqrada aparılan “Dikaya 
diviziya”dan qarmaqarşıqlığı yatırınaq və üsyan edən xalqı  qırmaq üçün istifadə 
etmək istədilər. Onlar isə milli adət-ənənəyə  və nizamzaməyə sadiq qalaraq 
silahsız xalqı qırmaqdan imtina edib Qafqaza qayıtdılar. 
“Müsəlman milli korpusu”nun əsasında Petroqraddan köçürülən həmin 
“Vəhşi diviziya”nın “Tatar süvari alayı” dayanırdı. General Əliağa  Şıxlinski 
ümumi komandanlığı qəbul etdi. Tərxis edilmiş rus ordusunun zabitləri də həmin 
qoşun birləşmələrinə götürüldü. Bu zaman müsəlmanlara üstünlük verilirdi. 
Bundan əlavə, 1917-ci il çevrilişindən sonra Bakıdakı kadet məktəbində yerli zabit 
karlarının hazırlanmasına da başlandı.”
17
 
Ayrı-ayrı  sənədlər  şahidlik edir ki, Birinci Dünya Müharibəsi cəbhələrində 
üç mindən çox sıravi və kiçik rütbəli azərbaycanlı döyüşürdü. Bunlar müharibə 
başlananda səfərbər olunanlar idi. Lakin imperiya qoşunlarının tərkibində yüksək 
rütbəli zabit və generallarımız da az deyildi. Tam artilleriya generalı  Səməd bəy 
Mehmandarov, general-leytenant Əliağa Şıxlinski, tam süvari generalı Hüseyn xan 
Naxçıvanski, general Məmmədsadıq bəy Ağabəyzadə, Əsəd bəy və Mirkazım xan 
Talışxanovlar, Cavad bəy  Şıxlinski,  İbrahim  ağa Usubov,  Gəray bəy Vəkilov, 
rotmistr Teymur bəy Novruzov (1919-cu il avqustun 2-də Milli Ordudakı  əla 
xidmətinə görə general-mayor rütbəsi verilmişdir - Ş.N.), hərbi təyyarəçi Fərrux 
ağa Qayıbov, praporşik Sayad bəy Zeynalov və onlarla başqa oğullarımız cəbhədə 
ad-san qazanmışdılar. 
1917-ci il noyabrın 15-də Peterburqdan Qafqaza qayıdan general-leytenant 
Əliağa Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdı. 
Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoymuşdu. Bu barədə 
general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir: 
“Noyabr ayında Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus 
komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımı, baş verə biləcək 
                                                 
17
 T.Svayatoçevski “Rusiya Azərbaycanı” , 1905-1920-ci illər məqaləsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə