küçəsindəki sovet
qoşun hissələrinə hücum edib, Suraxanıdakı qırmızı qvardiya
dəstəsini tərksilah etmişlər. Düşmənə xeyli tələfat verməklə yanaşı çoxlu əsgər və
zabiti əsir almışlar.
Poruçik Əli Əsədullayev 1921-ci ilin dekabr ayında Gürcüstanda həbs
olunub.
“Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən, Əli
Əsədullayevi Azərbaycan Fövqaladə Komissarlığı tələb edib. Əli Əsədullayev
Beriyanın imzaladığı 30 dekabr 1921-ci il tarixli orderlə həbsdən azad edilərək
Bağırovun sərəncamına göndərilib. İş üzrə heç bir təhqiqat işi aparılmayıb.”
Sonralar Əli Əsədullayev Bakıda cıdır meydanında işləyirıniş, daha sonra
arvadı ilə birlikdə İrana qaçıb.
Müttəhim Mircəfər Bağırov bu barədə istintaq zamanı bildirdi ki, Əli
Əsədullayevin nə üçün istintaqa cəlb olunmamasını və həbs edilməməsindən
xəbəri yoxdur.
Şahidlər Qasımov Əyyub Mikayıl oğlu,
Mehdiyev Əliqulu Kur oğlu
göstərdilər ki, Mircəfər Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş,
(“M.C.Bağırovun məhkəməsi” kitabı səh. 39-40-da, Bakı “Yazıçı” nəşriy., 1993-cü
il).
Züleyxa xanım Əsədullayeva - Veber: - Dayını Əli Əsədullayevi Şura
hökumətinin adamları buraxmaq üçün küllü miqdarda rüşvət istədilər.
Ümumiyyətlə, bu illərdə özbaşınalıq, talançılıq, rüşvətxorluq baş alıb gedirdi.
“Qızıl əsgər” hara ayağını qoyurdusa, oranı bərbad edirdi. Xalqa divan tutur,
günahlı, günahsız adamları həbs edir, güllələyirdilər. Onların arasında dayım Əli
də vardı. H.Z.Tağıyev çoxlu qızıl, briliyant verərək onu həbsxanadan azad etdirdi.
Xüsusi sənəd hazırladaraq, ailə üzvləri ilə birlikdə, Azərbaycandan çıxmasına nail
oldu.
Poruçik Əli Əsədullayev milyoner Şəmsi Əsədullayevin oğlu, Hacı
Zeynalabdin Tağıyevin isə kürəkəni olmuşdur. O, Hacının qızı Leyla xanımın
həyat yoldaşı idi.
Poruçik
İSRAFIL BƏY AĞA OĞLU ŞIXLİNSKİ - 1918-ci ildə Gəncədə
hərbi məktəbi bitirib. Məktəbdə ikinci rotanın praporşiki vəzifəsində işləyib. 1897-
ci il sentyabrın 10-da Qazaxda Zadəgan ailəsində anadan olub. Qori şəhərindəki
seminariynın Azərbaycan şöbəsini bitirib. Iyirminci
ildə bolşeviklər gələndə AÇK-
yanında qısa müddət xüsusi təyinatlı dəstənin komandiri olub. Müsavatın qatı
tərəfdarı və Sovet hökumətinin qatı düşməni olduğu üçün ittiham edilib. 1926-cı
ildə Solovetsk həbs düşərgəsinə sürgün olunub.
Poruçik
ADİL BƏY HƏYATOV - İkinci Bakı süvari alayında ikinci
batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun
komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində Şuşanın Malıbəyli kəndini
ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci
ildə Türkiyənin
“Məcdiyyə” ordenilə təltif olunmuşdur.
Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik
Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil
bəy Həyatova belə bir xasiyyətnamə vermişlər. “Alayın təşkil olunmasında özünü
layiqincə göstərən, tərbiyənin və intizamını nümunəvi təşkilində xüsusi səylərini
və böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu
poruçik riitbəsi verilməsi barədə vəsadət qaldırıram.”
Praporşik
PAŞA BƏY RÜSTƏMOV - 1914-cü
il iyulun iyirmi dördündə
Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın beşində kiçik uryadnik,
1917-ci il sentyabrın on beşində baş uryadnik, həmin il oktyabrın birində
podpraporşik rütbəsilə təltif olunub. 1916-cı il mayın otuz birində göstərdiyi
igidliyə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub.
1918-ci ilin oktyabrından Milli Azərbaycan
ordusunda hərbi xidmətə
başlayıb. Qarayazıda yerləşən Azərbaycan süvari alayının komandiri, polkovnik
(sənəddə adını oxumaq mümkün olmadı - Ş.N.) Azərbaycan Əlahiddə korpusunun
komandirinə yazır ki, xalqımıza sidq-ürəklə xidmət edən podpraporşik Paşa bəy
Rüstəmovun praporşik rütbəsilə təltif olunmasını təmamilə qanuni hesab edirəm.
Arxivdə saxlanan bir sənəddə 1918-ci il oktyabrın on dördündə Paşa bəyin
bolşeviklərə qarşı döyüşdə göstərdiyi igidliyi təsvir olunmuşdur: “Zığ yüksəkliyi
yaxınlığındakı döyüşdə zabitlərin sayının çatışmazlığı üzündən
kiçik gizir Paşa bəy
Rüstəmov yarım-bölüyə komandirliyi qəbul etdi. Onda Hövsan tərəfindən
yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı.
Kiçik gizir Paşa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq,
öz cürətli hücumu ilə daşnak və bolşevikləri tutduqları səngərlərdən qovmağa
kömək etdi.
Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi ön cəbhədə də kiçik gizir Paşa bəy
Rüstəmov tapşırılmış zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi.”
Paşa bəy 1895-ci il mayın on ikisində Gəncə qəzasının Yuxarı Ayıblı
kəndində anadan olub. Subaydır. Müharibədən əvvəl təsərrüfatda işləyib.
Savadlıdır.
Artilleriya podpolkovniki
TEYMUR XAN CAHANGİR XAN OĞLU
XOYSKİ - 1920-ci ilin iyul ayında həbs edilib. Ailəsi ilə birlikdə sürgün
edilmişdir. 1891-ci il noyabrın iyirmi yeddisində Gəncədə zadəgan ailəsində
anadan olmuşdur. Gəncə klassik kişi gimnaziyasını və 1914-cü ildə Tiflis hərbi
kadet məktəbini bitirib. Müsavat ordusunda isə ikinci Bakı süvari alayında
komandir müavini olub.
Respublika Mərkəzi Dövlət Arxivində polkovnik Şirin bəy Kəsəmənlinin
1919-cu il yeddi may tarixli raportu saxlanılır. Birinci süvari diviziyasının rəisinə,
surəti isə Baş Qərargah rəisinə ünvanlanan raportunda
polkovnik Şirin bəy
Kəsəmənli yazır:
“Mənə etibar olunmuş alayın kapitanı Teymur xan Xoyski haqqında qısa
məlumat və ober-zabitin təltifat vərəqini sizə təqdim edirəm. Məlum edirəm ki,
onu hələ praporşiklər məktəbində xidmət etdiyi vaxtdan intizamlı zabit kimi
tanıyıram. O, mənim tabeliyimdə xidmət edərkən özünü məktəb heyətinin
görkəmli rəhbəri kimi tanınmış, mənim təqdimatımla köməkçim təyin olunmuşdur.
Günbəgün öz əməyini və enerjisini heç bir şəxsi mənafe güdmədən hərbi xidmətə