iyirmi dördündə Qazax qəzasının Salahlı kəndində kəndli ailəsində anadan olub.
Musavat ordusunda rota komandiri idi.
Poruçik
HACIBALA HACIMƏMMƏD OĞLU ABBASOV -
Şamaxıda realnı məktəbi və Xarkovdakı texniki məktəbi bitirib. Rus dilini
yaxşı bilirmiş, savadlı imiş. 1914-cü ildə Birinci Dünya Müharibəsində iştirak
edib. Musavat ordusuna 1918-ci ildə könüllü gəlib. 1898-ci il iyulun dördündə
Şamaxıda kəndli ailəsində anadan olub.
Poruçik
ƏYYUB MƏQRUB OĞLU KÖÇƏRLİNSKİ -
Vladiqafqazdakı realnı məktəbi bitirib. 1900-cü il avqustun iyirmi ikisində
Şuşada zadəgan ailəsində anadan olub. 1918-ci il sentyabrın on beşində Bakının
daşnak-bolşeviklərdən azad olunmasında iştirak edib.
Poruçik
HÜSEYN SƏMƏD OĞLU RƏHİMOV - İkinci Tiflis kişi
gimnaziyasının beş sinfini və 1920-ci il aprelin iyirmi
dördündə Gəncə hərbiyyə
məktəbini bitirib. 1893-cü ildə Bakıda meşşan ailəsində anadan olub.
Poruçik
MƏMMƏD HÜSEYN OĞLU SADIQOV - Gimnaziya təhsili alıb.
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1893-cü ildə Salyanda anadan
olub.
Podporuçik
MAHMUD MƏMMƏD OĞLU MAHMUDZADƏ - Birinci
Bakı gimnaziyasını və Gəncə praporşiklər məktəbini 1919-cu ildə bitirib. Fars və
türk dillərini mükəmməl bilib. 1893-cü ilin yanvar ayında
Lənkəranda meşşan
ailəsində anadan olub. 1920-ci ildən sonra Bakı şəhər sovetində vergi müfəttişliyi
idarəsinin rəisi işləyib. Bakı şəhər Sovetinin üzvü, 1922-ci ildən “
Azərbaycan
müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın fəallarından biri olub. 1923-cü ilin iyul
ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, sürgünə göndərib.
Podporuçik
MİR ƏHMƏD MİR AĞAƏLİ OĞLU MİRCAVADOV -
Bakıda ruhani təhsil alıb. 1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib.
1895-ci il iyunun on səkkizində Bakıda meşşan ailəsində anadan olub.
Podporuçik
MEYDAR ABBAS OĞLU MƏDƏTOV -
Qusardakı Ali-ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Gəncə
praporşiklər məktəbini bitirib. 1898-ci ildə Bakının Balaxanı kəndində anadan
olub.
Podporuçik
HƏMİD İSKƏNDƏR OĞLU MUSTAFAYEV -
Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsini bitirib. 1914-18-ci illərdə Bakıda müəllim işləyib. 1918-ci ildə Gəncədə
türk hərbi məktəbini bitirib. 1898-ci il sentyabrın səkkizində Qazaxda anadan olub.
Podporuçik
MƏLİKMƏMMƏD SƏTTAR OĞLU MƏLİKOV - Bakıda
üçüncü ali-ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan
hərbiyyə məktəbini bitirib. 1896-cı il martın on birində Bakıda meşşan ailəsində
anadan olub.
Podporuçik
MƏSTAN ZEYNAL OĞLU MƏSTANZADƏ -
Beşsinifli Bakı realnı məktəbini və 1920-ci ildə Azərbaycan hərbiyyə
məktəbini bitirib. 1899-cu ildə Şamaxıda meşşan ailəsində anadan olub.
Podporuçik
MİRMEHDİ MİRƏHMƏDOV - Ali ruhani təhsili var. 1920-ci
il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1894-cü ildə
Bakıda anadan olub.
Podporuçik
MAHMUD ƏSƏDAĞA OĞLU MUSTAFAYEV
- 1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib. 1899-cu il martın on
birində Qazax qəzasının Salahlı kəndində anadan olub.
Podporuçik
TOFİQ ŞƏRİF OĞLU MİRZƏYEV - Tiflis gimnaziyasının
və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. İran
təəbəsidir. 1900-cü il dekabrın birində Tiflisdə anadan olub. Sovetlər vaxtı
Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub. 1930-cu ildə
keçmiş Musavatçı kimi həbs edilib.
Unter-zabit
CƏMİL BƏY BAĞIR BƏY RƏFİBƏYOV
- 1918-ci ildə Gəncədə altı aylıq unterzabit məktəbini bitirib. Həmin ili
müsavat ordusunun birinci piyada polkunda Qarabağda erməni daşnaklarına qarşı
vuruşub. Müsavat hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı
diviziyasının iki yüz qırx dördüncü polkunda vzvod komandiri kimi xidmət edib.
1921-ci ildə ikinci kəndli süvari polkunda 1924-cü ilə kimi xidmət etdikdən sonra
ordudan tərxis olunub. Müsavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs
edilib, iyirmi il müddətinə Novosibirsk, Çustinsk və başqa həbs düşərgələrinə
sürgün olunub.
CƏMİL BƏY RƏFİBƏYOV 1894-cü ildə Gəncənin Balabağmanlar
kəndində bəy ailəsində anadan olub. 1908-ci ildən 1916-cı ilədək
Gəncə şəhər
səkkiz illik şəhər məktəbində təhsil alıb.
Uryadnik
HƏSƏN BƏY FƏTƏLİBƏYOV - Birinci Tatar-Azərbaycan
süvari alayının kollej registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu
mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər
21
olub. Rus-
yapon
müharibəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə və
məişətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər pristavı
21
Bu vəzifənin ruscası belədir: “Bıvşiy volonoopredelyayuşaya perveqo razryada” Tərcüməsi: Müharibə vaxtı
konüllü əsgəri xidmət kecirən, ali təhsilli imtyazlı şəxsi - (Ş.N.)
vəzifəsində işləyəndə həmin il iyunun birində “Müqəddəs Vladimir” ordeninin
dördüncü dərəcəsilə təltif olunmuşdur.
1886-cı il dekabrın on səkkizində Şuşanın Ətyeməzli kəndində zadəgan
ailəsində anadan olub. Qori seminariyasının Tatar-Azərbaycan şöbəsini 1916-cı il
martın beşində, 271 saylı şəhadətnamə ilə bitirib. 1917-ci il oktyabrın iyirmi
doqquzunda Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul
olunub. Həmin il noyabrın iyirmi üçündə və dekabrın
beşində Müsəlman
Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 1918-ci il yanvarın
dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Müsəlman korpusunun
komandiri, general-leytenant Əliağa Şıxlinskinin əmrilə oboz komandiri (hərbi
araba karvanının) təyin olunub. 1919-cu il yanvarın dördündə ailə vəziyyətinə görə
hərbi xidmətdən tərxis olunub.
Həsən bəy Fətəlibəyovun şəxsi işində ailə tərkibi də qeydə alınmışdır. 1896-
cı il aprelin on ikisində anadan olan arvadı Ədilə xanım, 1913-cü il dekabrın
dördündə anadan olan qızı Leyla xanım, 1915-ci il martın ikisində anadan olan
oğlu Ənvər bəydir.
Kapitan
AĞACƏFƏR ABUTALIB OĞLU SEYİDOV - Bakıda
Aleksandrovsk məktəbini və ikinci Tiflis kişi gimnaziyasını bitirib. 1915-ci ildən
orduda xidmət edir. 1919-cu ildə praporşiklər məktəbini bitirib. Birinci Dünya
Müharibəsində fəal iştirakına görə orden və medallarla təltif olunub. 1894-cü il
mayın səkkizində Şamaxıda meşşan ailəsində anadan olub.
Ştabs-kapitan
AĞA XANKİŞİ OĞLU SARAVANSKİ - Şamaxıda realnı
məktəbi və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirib. 1897-ci il yanvarın
iyirmi dördündə Şamaxıda meşşan ailəsində anadan olub.
Ştabs-kapitan
DANİYAL BƏY MƏHƏD BƏY OĞLU ŞƏRİFOV - 1915-
ci ildə Birinci Tiflis praporşiklər məktəbini bitirib. 1891-ci il iyunun onunda
Qazaxda anadan olub. Ağalıq nəslindəndir. Müsavat ordusunun Bakı alayında
(Salyan qazarmasında yerləşirdi) ştabs-kapitan rütbəsində xidmət edirdi. 1923-cü
ildə bolşeviklər həbs edib. Son taleyi məlum deyil.
Topoqraf-podpolkovnik Məhəd
bəy Şərifovun oğludur.
* * *
Poruçik
ƏLİ ŞƏMSİ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından sonra
Bakıda “vəhşi diviziya”nın əsgər və zabitlərindən döyüşən alay təşkil edib.
Qərargahı “İsmailiyyə” binasında yerləşirdi. 1918-ci ilin mart qırğını vaxtı
İçərişəhər ətrafinda, Çəmbərkənddə, Şamaxı yolunda və başqa yerlərdə daşnak-
bolşevik qoşunları ilə şiddətli döyüşlər aparıb.
Martın iyirmi doqquzunda poruçik Əli Əsədullayevin komandanlığı altında
Lənkəran musavatçılarına silah yardımı apararkən, “Evelina” gəmisində
bolşeviklərlə silahlı toqquşma olub. Martın 30-da Bakı əhalisi “Dikaya diviziya”
alayının tərksilah olunmasına qarşı etiraz mitinqləri keçirmişdir. Təcili çağrılan
müşayirədə M.Ə.Rəsulzadənin iştirakı ilə silahlar Bakı Soveti İcrayə Komitəsindən
geri alınmışdır. Həmin günü “Dikaya diviziya” alayı Şamaxı yolundakı və Tatarski