Anna” (qılınc və bantla birgə), iyunun 17-də dördüncü dərəcəli “Müqəddəs Anna”
(üstündə fövqəladə “İgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən 1917-ci il
iyunun 28-dək Qərb cəbhəsində gedən
döyüşlərdə ikinci, üçüncü, dördüncü
dərəcəli “Müqəddəs Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif
olunmuşdur. Ştabrotmistr rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan
ordusunda almışdır.
Ştab-rotmistri
ZÜLFÜQAR NƏZƏR OĞLU SULTANOV - 1894-cü ildə
Zəngəzurun Pircəvan kəndində anadan olub. İkinci Tiflis kişi gimnaziyasını və
Petroqrad Hərbi Tibb Akademiyasını bitirib. Musavat ordusunda əvvəl poruçik,
sonra isə ştab-rotmistr kimi xidmət edib.
Rotmistr
SƏLİM BƏY SULTANOV - Kürd süvari divizionunun komandanı.
Ştabs-kapitan
YUNİS ŞƏKƏROV - Kürd atıcı batalyonun komandiri.
Poruçik
OSMAN AĞA GÜLMƏMMƏD AĞA OĞLU
GÜLMƏMMƏDOV- 1914-cü il sentyabnn birindən 1917-ci ilin avqustunadək
Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüşüb. Döyüş yolu Avstriya
və Rumm cəbhələrində olub. Sıravi əsgər kim xidmətə başlayan
Osman ağaya
l915-ci ilin avqustunda kiçik uryadnik rütbəsi verilib. Həmin il Avstriya
cəbhəsində Briqen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı ilin mart
ayında baş uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub.
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı
vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit,
bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb.
Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın 15-də Bakı
döyüşlərinin ən fəal iştirakçısı olub.
Avqustun on yeddisində Bakıya hücum zamanı bolşeviklərlə döyüşlərdə
kornet Osman ağa Gülməmmədov süvari kəşfiyyat dəstəsində olarkən Balaxanı
kəndinin şimal-qərb hündürlüyündən rəqibin arxasına keçərək onu Bakı şəhəri
istiqamətində geri çəkilməyə məcbur etmişdi. Bu zaman özünü çatdırmış bölük
Nobel çənləri yanında mövqe tutmuş və düşmən bölüyünə həmlə etməyə
başlamışdı. Düşmən bölüyünün cinahında olan
kornet Osman ağa Gülməmmədov
pulemyot və tüfəng atəşi ilə qarşılandı. O, yaralıları itirsə də, nadir şücaət və
mərdliklə, fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü və sayca xeyli
çox olmasına baxmayaraq, əlbəyaxa döyüşdə onun müqavimətini qırdı. Düşmənin
bir hissəsi qırıldı, qalanları isə qaçdı. Həmlə zamanı cəsur
kornet Osman ağa
Gülməmmədovun mindiyi at yaralandı, lakin buna baxmayaraq, o, düşməni qıra-
qıra onun sıralarını viran etmişdi. Bu güclü hücuma davam gətirməyən düşmən bir
zabit, bir həkim, qırx doqquz əsgəri itirdi və üç pulemyotu qoyub qaçdı.
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı.
Bizim piyada isə bundan müvəffəqiyyətlə istifadə edə bildi.
Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet-
süvari qoşununda birinci zabit rütbəsi və general Nuru paşanın əmrilə Türkiyənin
beş qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu.
Arxiv sənədlərində yazılr ki, təsvir edilmiş döyüşdə adını çəkdiyimiz kornet
Osman ağa Gülməmmədovun komandası altında vuruşan süvarilər öz imzaları ilə
onun qəhrəmanlığını şəhaət edirlər: Həmzə İsmayıloğlu,
milis yunkeri Kərim
Yaqubov, praporşik Paşa bəy Rüstəmov, milis yunkeri Dəmir Paşa oğlu və
başqaları.
Poruçik Osman ağa Gülməmmədovun 1919-cu ilin martın altısında tərtib
olunmuş şəxsi işindən öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə
quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy
ailəsində anadan
olmuşdur. Birinci Dünya Müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa
görə ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü
və dördüncü dərəcəli “Müqəddəs Georgi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may
1918-ci il tarixli 26 saylı əmri ilə Gylməmmədova hərbi şücaətlərinə görə
starşinalıq imtiyazı ilə poruçik rütbəsi verildi, vəzifəsi yüksəldilərək üçüncü
bölüyün komandiri təyin olundu. Əmrin ikisini
də Hərbi Nazir vəzifəsini
müvəqqəti icra edən general-leylenant Əliağa Şıxlinski təsdiq etmişdi.
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında xidmət üçün bölüyü ilə
birgə Qusara göndərilir. Şimal sərhədlərimizin qorunmasında general Denikinə
qarşı mübarizə aparan poruçik Osman ağa Gülməmmədov nümunəvi
qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında keçirilən baxış-yoxlamasında
onun sıralarında döyüşdüyü birinci Azərbaycan süvari alayı hərbi Nazirin şəxsi
təşəkkürünü qazanır.
1920-ci ilin martında Qarabağ və Zəngəzurda
düşmən təhlükəsi kəskin
surətdə artır. Erməni-daşnak qoşun birləşmələri martın iyirmi birindən iyirmi
ikisinə keçən gecə Xankəndində yerləşən birinci Cavanşir piyada alayının
kazrmalarına qəfil basqın edir. Novruz bayramı axşamı Xankəndinə hücum edib
Əskəran yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin odlu
döyüşlərin fəal iştirakçısı olur. Aprelin ikisində onun bölüyü daşnakların
Əskərandan qovulmasında mərdliklə vuruşur.
Iyirmi səkkiz aprel istilasından sonra müsavat zabiti Osman ağa
Gülməmməd ağa oğlu Gülməmmədov Türkiyəyə mühacirətə geməyə məcbur
olmuşdur.
“1937-ci il fevralın yeddisində maarifçi-qadın Mədinə xanım Qiyasbəylinin
altıncı dindirilməsindən:
Sual: - Osman ağa Gülməmmədov sizə tanışdır?
Oavab: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919 -1920-ci
illərdə
görmüşəm. Azərbaycanın sovetləşməsindən sonra o, Azərbaycan alayı ilə
Türkiyəyə getdi.
Sual: - Sizi musavatçılarla nə bağlayırdı?
Gavab: - Bizim millətçi nəzərimiz, qohumluğumuz və bu adamların
mədəniyyəti.”