İkinci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini
banilərinin
adıyla, Allah alayı və yaxud da Vaisovçular adlandırırlar. Bu adamlar da inamın
mahiyyətini məhəbbətdə görürlər və məhəbbətə zidd gedən bütün tədbirlərdən
kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub
həbsxanaya salınıblar.
Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasalar, Siz və yaxud da
Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqında qərarlarını mənə
bildirsələr, çox şad olaram.
Lev Tolstoy
2
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb.
Bunu dörd
səhifəlik və demək olar ki, təcili yazılan cavab məktubundan da hiss etmək olur.
Tolstoyun: “müsəlmançılığın öz xarici formasına görə kilsə pravoslavçılığından
müqayisə olunmaz dərəcədə yüksəkdə durması məndə heç bir şübhə doğurmur”
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub, qanun
kimi qəbul olundu.
Lev Tolstoyun məktubundan sonra Tiflisdəki Zaqafqaziya Ruhani İdarəsi
general-mayor İbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiş və bu
barədə Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd vermişdir.
Uşaqların adını da dəyişdirmişlər: Boris Faris olmuş, Qleb isə Qalib kimi
rəsmiləşmişdir.
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu
Faris 1978-ci ildə Moskvadakı Lev Tolstoy adına Muzeyə vermişdir.
Surəti isə bu
sətirlərin müəllifindədir.
Dahi Tolstoy müsəlman dininə etiqadını təkcə bu məktubla izhar
etməmişdir. Onun çoxminli qələm və qəlb dostları Tolstoyun İslam dininə,
Məhəmməd peyğəmbərin şəxsiyyətmə ülvi məhəbbəti barədə yazır, söhbət açırlar.
Tolstoyun özünün birbaşa etirafi isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz
aşağıdakı söhbətmdə aydın görünür.
Milləyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun şəxsi həkimi
olmuş və çoxsaylı qonaqların Tolstoyu ziyarət etməsi barədə “ 1904-1910-cu
illərdə Tolstoyun yanında” adlı monumental bir əsər yazmışdır.
1979-cu ildə həmin dörd cildlik “Yasnopolyana qeydləri” adı ilə Moskvada
ilk dəfə nəşr olundu. Kitabın üçüncü cildinin üç yüz əlli altıncı səhifəsində
Tolstoyun ailəvi söhbəti verilib. Oxucu orada dahi yazıçının general İbrahim ağa
Vəkilovun həyat yoldaşından qayğısının və İslam dinini qəlbən sevməsinin bir
daha şahidi olur.
Duşan Petroviç Makovitski yazır:
“1909-cu il martın 13-də
Lev Nikolayeviç söhbət zamanı dedi:
bir anadan
məktub almışam, yazır ki, uşaqlarımın atası müsəlmandır, özüm isə xristianam. Iki
oğlum var: biri tələbədir, o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir.
2 Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altından xətt çəkib və sonda “Lev Tolstoy” sözlərini
öz dəsti-xəttilə yazıb - Ş. N.
Sofya Andreyevna: - Yəqin ki, oğlanları müsəlman dininə çox-arvadlı
olmaq xatirinə keçmək istəyir.
Lev Nikolayeviç: - Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır?
Sonra
Lev Nikolayeviç dedi ki, bu məktub haqqında fikirləşərkən mənim
üçün çox şey aydınlaşdı. Məhəmməd həmişə Yevangelini üstələyir.
O, İsanı Allah
hesab etmir və özünü də Allaha bərabər tutmur. Müsəlmanların allahdan
başqa allahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir
müəmma və sirr yoxdur. Hansı yaxşıdır: xristianlıq yoxsa müsəlmançılıq?
Mənim
üçün aydındır ki, müsəlman dini daha yaxşıdır, daha üstündür. Qısa müddət
susduqdan sonra Lev Nikolayeviç təkrar etdi: -
Müsəlmançılıq müqayisəolunmaz
dərəcədə xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmişdir.
Mixail Vasilyeviç: - Zaporojyeli nekrasovçular
3
müsəlman dininə
keçmişlər.
Lev Nikolayeviç: - İnsan inkişaf etdikdə dinin əsasları da: taosizm,
buddizm, xristianlıq da inkişaf edir. Bunların da hamısının dini əsasları birdir.
Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır.
GECİKMİŞ CAVAB
Düz səksən iki il keçəndən sonra “Literaturnaya qazeta” yeddi nömrəli
dosyesində (1991-ci il) general İbrahim ağa Vəkilovun ailə məktubu haqqında
məlumat verdi. Dosye islam dininin bütün doğmalarını özündə birləşdirən dahi
kitab - Qurani-Kərimə həsr olunmuşdu. Bu təşəbbüs İslam dininin əsasları barədə
çoxminli rus oxucularına açıq, mübaliğəsiz məlumat vermək üçün gözəl bir
başlanğıc idi.
Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı məktubdan
hissələr dərc
edən qəzet həm də sorğu vermişdi ki, çox təəssüf edirik, Vəkilovanın şəxsiyyəti
haqqında heç bir məlumatımız yoxdur.
Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı - generalın yeganə
nəvəsi, professor Leyla Qalib qızı Vəkilova. Cavabında bu məsələni dəqiq
açıqlayan Leyla xanım yazır:
“Əhvalat belə olmuşdu: Qızlıq famili Yermolayeva olan Yelena
Yefimovna hərbçi-zadəgan ailəsində doğulmuşdur. Tiflisdə zabit
toplarışlarının birində o, gənc zabit İbrahim ağa Paşa ağa oğlu Vəkilovla
görüşüb tanış olur.
Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza şəhəri Qazaxdandırlar. Zadəgan
silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yuz əlli ildən çoxdur ki, davam edir.
Bizim nəsil öz xalqına, vətəninə bir çox görkəmli hərbçi, alim, yazıçı və sairə bəxş
etmişdir ki, onların arasında müasir Azərbaycan ədəbiyyatının
korifeyi şair Səməd
Vurğunun adını çəkməmək olmaz.
3 1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman İqnat Nekrasovun rəhbərliyi ilə Türkiyəyə köçən Don
kazakları - Ş. N.